Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
113
 
 
likləri  arasında  ikinci  intellekt  obrazları  baxımından 
müəyyən  bənzərliklər  vardır.  Bu  bənzərliyin  özü  belə 
yalnız  dilçilərin  müşahidə  edə  biləcəyi  bir  bənzərlikdir. 
Bu və ya digər dillərdə danışan milyonlarla insanlar, yəni 
həmin  dillərdəki  bu  və  ya  digər  qrammatik  və  ya  leksik-
qrammatik formaları dərk edib onlardan öz nitqində aktiv 
şəkildə istifadə edənlər isə yalnız dilçilər deyildir.  
Bundan başqa, bəzi qrammatik və ya leksik-qrammatik 
formaların  tarixən  əmələ  gəlmiş  olduğu  leksik  formalar 
nəinki digər şəxslərə, hətta bəzən dilçilərə belə məlum ol-
mur.  Məsələn,  isimlərdə  hal,  sifətlərdə  dərəcə  şəkilçi-
lərinin,  feillərdə  xəbər  forması  yaradan  müxtəlif  şəkil-
çilərin tarixən əmələ gəlmiş olduğu leksik vahidləri müəy-
yənləşdirmək heç də asan deyildir. 
 
Sözün qavranılması. 
İndi  də: 
Söz,  forma  necə  dərk  olunur  və  ya  sözü  başa 
düşmək nə deməkdir?
 – sualına cavab verməyə çalışaq. 
Sözlərin  yaranma  mexanizmini  leksik,  leksik-qram-
matik  və  qrammatik  formalar  ardıcıllığı  ilə  vermişdik. 
Onların  mənimsənilmə  mexanizmini  də  bu  ardıcıllığa 
uyğun şəkildə verməyə çalışaq. Leksik, leksik-qrammatik 
və qrammatik formalar bu və ya digər şəxs tərəfindən dərk 
olunarkən  və  ya  mənimsənilərkən  mahiyyət  etibarı  ilə 
eyni  olan,  sadəcə,  cərəyan  ardıcıllığı  ilə  fərqlənən  iki 
mənimsəmə  üsulundan  istifadə  edilir.  Birinci  üsulda 
əvvəlcə  gerçəklik  vahidinin  özü  və  ya  onun  birinci  sıra 
gerçəklik  elementi  ilə,  daha  sonra  onun  ikinci  sıra 
gerçəklik  elementi  ilə,  yəni  söz  forması  ilə  tanışlıq  baş 
verir.  Bu  üsul  formanın  yaranma  ardıcıllığına  uyğun 
olduğuna görə buna birinci üsul deyirik. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
114
 
 
Əks ardıcıllıqla cərəyan edən ikinci dərketmə və ya mə-
nimsəmə üsulunda, ilk növbədə, dilin müasir səviyyəsində 
mövcud  olan  söz  və  ya  forma  haqqında  məlumat  verilir. 
Məsələn,  türk  dilində  somun  kimi  yazılan  və  ya  tələffüz 
edilən  bir  sözün  olduğu  deyilir.  Əslində  bu,  ikinci  sıra 
gerçəklik elementi ilə tanışlıqdır. Bu sözü yadda saxlamaq 
üçün  beyin  aparatı  vasitəsilə  ikinci  sıra  intellekt  obrazı 
yaradılır,  amma  hələlik  həmin  intellekt  obrazını  əsas 
yaddaşa  qeyd  etmək  mümkün  olmur.  Çünki  istənilən 
sözün  ikinci  intellekt  obrazı  yalnız  aid  olduğu  gerçəklik 
vahidini  əks  etdirən  birinci  intellekt  obrazının  yaratdığı 
koda qeyd edilə bilər.  
Eşitdiyi  sözün  aid  olduğu  gerçəklik  vahidi  hələlik 
dinləyən şəxsə məlum deyilsə, onun beynində bu sözü və  
onun  ikinci  sıra  intellekt  obrazını  ha-
raya, əsas yaddaşdakı hansı koda daxil 
etməklə  bağlı  tərəddüdlər  yaranır. 
Buna görə də dinləyən şəxsin operativ 
yaddaşında  birinci  sıra  gerçəklik  ele-
menti və intellekt obrazı bəlli olmayan 
müvəqqəti bir kod əmələ gəlir. 
 
??? 
somun 
İO-2 
????  
 
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  əgər  formanın  dərk 
edilməsindən  sonra  keçən  qısa  vaxt  ərzində  həmin  dil 
vahidinə  aid  olan  forma  birinci  intellekt  obrazı  ilə 
birləşməzsə,  onun  əks  etdirdiyi  söz  yaddaşdan  silinməyə 
məhkumdur.  Başqa  sözlə  desək,  yaddaşa  qeyd  edilən 
sözün  və  ya  formanın  mənası,  işlənmə  səbəbi  və  üsulu 
haqda  məlumat  mənimsənilməzsə,  müəyyən  müddətdən 
sonra həmin forma da unudulur.  
Belə fərz edək ki, türk dilində somun kimi yazılan və ya 
tələffüz edilən sözün aid olduğu əşya, yaxud da onun şəkli 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
115
 
 
dinləyən  şəxsə  göstərilir.  Eyni  zamanda  bu  sözün  Azər-
baycan dilində qarşılığının qayka olduğu da deyilir. 
Alınan  məlumatlar 
əsasında dinləyən şəx-
sin beynində dörd ele-
mentli  intellekt  kodu 
şəklində  artıq  mövcud 
olan  dərketmə  və  tə-
fəkkür  vahidinə  daha 
iki  element  əlavə  olu-
nur  və  bu  kod  altı 
elementli  intellekt  ko-
duna çevrilir. 
 
İO-2 
somun 
İO-2 
qayka  
İO-1 
 
 
Göründüyü  kimi,  sözün  aid  olduğu  əşyanı  və  ya  onun 
şəklini  göstərmək,  əslində,  dinləyən  şəxsin  beynində 
həmin  sözün  birinci  sıra  intellekt  obrazını  yaratmaqdır. 
Doğma dildə bu sözün qarşılığını vermək isə, əcnəbi sözlə 
dominant  nitq  elementi  arasında  əlaqə  yaratmaqdır. 
Əslində bu da vasitəli üsuldan istifadə etməklə həmin sö-
zün  birinci  sıra  intellekt  obrazını  dinləyən  şəxsə  tanıt-
maqdır. Hər iki halda dinləyən şəxs eşitdiyi somun sözünü 
dərk edir və ya onun mənasını başa düşür.  
Buraya qədər deyilənlər əsasında belə bir nəticəyə gələ 
bilərik  ki,  sözü  və  ya  formanı  dərk  etmək,  başa  düşmək 
onun  aid  olduğu  birinci  sıra  intellekt  obrazını  yaratmaq, 
yaxud da onunla əlaqəni təmin etməkdir.  
Eyni qayda ilə qrammatik və leksik-qrammatik  forma-
ların  dərk  olunma  və  ya  mənimsənilmə  mexanizmini  də 
şərh  edə  bilərik.  Belə  fərz  edək  ki,  -da,  -də,  -ta,  -tə  şə-
kilçilərı ilə düzələn bir qrammatik kateqoriyanın və ya -n, 
-in, -dır şəkilçilərı ilə düzələn leksik-qrammatik kateqori-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə