www.kitabxana.net Amid Əlioğlu
2016
qarıdan çəkə bilmədim. O, qapı-qapı gəzərək
“xidmət”lərini təklif edirdi. Nəsibə xalagilə çatanda
qonşu həmin falçıya Cavidangilin evini göstərdi.
- Gedək, Sevdagilə gedək. Neçə ildir qızının
uşağı olmur. Bir Quran aç görək nə olur, – deyə
danışa-danışa bizim yanımızdan keçdilər. Üzümü
yana çevirəndə gördüm ki, Cavidan da sən demə,
bütün bu prosesi izləyirmiş. Marağımızı öldürə
bilmədik və onların ardıyca biz də keçdik içəri.
Həyətdəki masanın ətrafına yığışdılar. Nəsibə xala
qarını elə tərifləyirdi ki, qıraqdan baxan onun
prodüsseri olduğunu zənn edərdi. Qarı dərindən nəfəs
alaraq soruşdu:
- Həə...qızım. Övladınla bağlı böyük narahatlığın
var deyəsən?!
Cavidanın anası təlaş içində Nəsibə arvada
baxdı. Nəsibə arvad isə başını arxadan önə yüngül
tərpədərək, gözüylə qarını işarə etdi. Sanki “bax, gör
ayağına necə adam gətirmişəm e!” - dedi. Biz də
anidən Cavidanla bir-birimizə baxdıq və gülümsədik.
Çünki qarı bu məlumatı beş dəqiqə əvvəl elə Nəsibə
xalanın ağzından oğurlamışdı. Sevda xala isə həyəcan
içində dilləndi:
www.kitabxana.net Amid Əlioğlu
2016
- Hə, xala, var. Qızımın dörd ilə yaxındır ki, uşağı
olmur. Özü də...
- Aydındır qızım, aydındır. Mən bir dua yazacam,
inşallah, qəbul olar. Amma gərəkdir ki, bu yolda nə
şəkk edəsən, nə də xəsislik. İstifadə edəcəyim şeyləri
də evdə saxlamaq olmaz. Özümlə aparıb yandıracam.
- Yox, ay xala, şəkk eləmərəm. Problem yoxdur,
nə lazımdır gətirim. Yazıq canım, elə nəyim olub
vermişəm. Təki əlac olsun.
Qarı bəlkə də “şikar”ını bu qədər asan əldə
edəcəyinə inanmırdı. Bir-iki saniyə ara verəndən
sonra daxilindəki sevincini gizlədərək davam etdi:
-
Qızım, böyük tavaya azca yağ və bir qutu
kibrit qoy gətir.
Sevda xala tələsik qarının dediklərini yerinə
yetirib gəldi. Hiss etdim ki, bu oyun pik həddinə
doğru gedir. Ancaq bir tərəfdən də, küçədəki uşaqlar
onlara qoşulmağımızı istəyirdilər. Tez-tez qapını açır,
səbirsizliklə bizi oynamağa çağırır, tez də aradan
çıxırdılar. Bizə isə - nə yalan deyim, - baş verənlər
daha maraqlı gəlirdi.
www.kitabxana.net Amid Əlioğlu
2016
Qarı dodağının altında pıçıldaya-pıçıldaya
kibriti yandırıb yağa batırırdı. Hər dəfə çıxan “cızzz”
səsini gözü ilə göstərərək asta və xırıltılı səslə:
-
Baxın!..Səsi eşidirsiz? Böyük problemlər var!
İnşallah, bütün qaranlıqlar aydınlanacaq. Bu ocağın
atəşi sonsuzluğu yandırıb kül edəcək! – deyirdi.
Bu hal o yerə qədər təkrarlandı ki, qutudakı
kibrit çöplərinin hamısı bitdi. Qarı, üzünə düşmüş
yaylığını iki əli ilə arxaya sürüşdürərək boynunun
arxasında düyün vurub dedi:
-
Ay qızım, mənə bir stəkan su ver.
Sevda xala həmin həyəcan və təlaş içində su
dolu qrafini və xrustal stəkanı gətirib ehtiyyatla
qarının önünə qoydu. Bir stəkan suyu bir nəfəsə
içdikdən sonra dərindən nəfəs alan falçı sözünə
davam etdi:
-
Qızım bir qutu da kibrit, yarım metr parça bez
və bir dənə böyük, iti bıçaq gətir.
Sevda xala çevrilib iki addım atdıqdan sonra
dayanıb üzünü geriyə - qarıya tərəf çevirdi:
- Bıçaq niyə, ay xala?- deyə asta səslə soruşdu.
Onun səsi həyəcanının təsiri altında idi.
www.kitabxana.net Amid Əlioğlu
2016
- Bala, həyətdə toyuqlarınız var, deyəsən. Bayaq
girəndə gördüm. Əslində, körpə quzunun qanı
lazımdır, amma deyirlər, əgər həyətdə toyuq varsa, o
da olar. Toyuğu kəsəndən sonra bezi, bax, bu yanmış
yağa və həmin toyuğun qanına batırıb həyətdəki ən
yaxşı bar verən ağacın budağına bağlayacağıq. Bir il
keçməyəcək ki, həmin ağac quruyacaq. Əvəzində isə
qızına övlad payı veriləcək.
- Allah səndən razı olsun! – sevincdən Sevda
xalanın gözləri dolmuşdu.
Biz isə qarının bu sözlərini eşidəndə, ikimiz də
eyni vaxtda diksindik. Cavidan hətta hiss olunacaq
dərəcədə həyəcanlanmışdı. Anası qarının dediklərini
yerinə yetirmək üçün əvvəl mətbəxə keçmək
istəyəndə, Cavidan onun qabağını kəsdi:
- Ana, bu arvad nə deyir? Çaşıb toyuqlarımdan
hansınısa kəsərsən ha. Allah haqqı, küsərəm səndən.
- Kəsilsin də, ay Cavidan. Başqasını alıb atarıq da
yerinə...
- Yox da, ay ana. Sən guya bilmirsən ki, onlar
kəsilmək üçün deyil?
Cavidanın son sözləri sanki hülqumunda ilişib
qalırdı. Dərindən udquna-udquna fikrini çatdırmağa
www.kitabxana.net Amid Əlioğlu
2016
çalışsa da, çətinlik çəkirdi. Mənsə balaca dostumun
ürək döyüntüsünü hiss edə bilirdim.
Sevda xala xəfif gülümsəyərək bildirdi:
-
Keç görüm bu yana! Deyərəm başqa bir şey
eləsin, yaxşı. Sən get uşaqlarla oyna. Narahat olma!
Onun bu vədi bizi xatircəm etdi deyə həyətdən
çölə çıxıb oyunumuza davam etdik. Beş topu qapıdan
keçirən komandanın qalib olacağı barədə əvvəlcədən
razılaşdırılan oyun 10-9 hesablı qələbəmizlə bitdi.
Kiçik fasilədən sonra yenidən görüşüb velosiped
sürəcəyimiz haqqında sözləşib dağılışdıq. Cavidan
tərli əl-üzümüzü yumaq üçün məni də öz həyətlərinə
çağırdı. Biz içəri girəndə qarı məhəlləyə necə
gəlmişdisə, elə o vəziyyətdə də çölə çıxırdı.
Arxasınca da Nəsibə xala ilə Sevda xala. Onlara yol
verdik. Qarı sağollaşanda dilləndi:
- Bir ildən sonra gələndə muştuluğumu alacam
ha!
Sevda xalagil gülüşüb bir ağızdan “İnşallah!”
dedilər. Nəsibə xala isə “Allah səbəb salsın!” -
deyərək evinə tərəf yollandı. Dönüb baxanda Cavidan
artıq həyətə keçmişdi. Sevda xalanın arxasınca mən
də özümü həyətə saldım. Gördüyüm mənzərə heç də
Dostları ilə paylaş: |