ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   65   66   67   68   69   70   71   72   ...   110

149 
 
mənimsənilməsinə  girişməyə  imkan  verirdi.  Aşağıda  görəcəyimiz  kimi,  gürcü 
tərəfinə, ilk növbədə oktyabr sazişlərinin mübahisəli rayonların inzibati mənsublu-
ğu haqqında maddələri  lazım  idi; hüquqi  əsas əldə  etdikdən  sonra  o,  Azərbaycan 
kəndlilərini həmin ərazilərdən birdəfəlik xaric etməyi planlaşdırırdı. 
Mübahisəli  ərazilərin  mənsubluğu  məsələsinin  Azərbaycan  üçün  son 
dərəcə  əlverişsiz  səpkidə  həlli,  fikrimizcə,  bir  sıra  amillər  ilə  şərtlənmişdi.  Biz 
yuxarıda  Gürcüstanda  torpaq  çatışmazlığı  məsələsinə  toxunmuşduq  və  qeyd 
etmişdik  ki,  gürcü  rəsmiləri  bu  vəziyyətdən  Azərbaycanla  olan  torpaq 
mübahisələrində  olduqca  məharətlə  istifadə  edirdilər.  1924-cü  ilin  iyununda 
Laqodex  müşavirəsində  gürcülərin  məsələnin  öz  xeyirlərinə  çözüləcəyinə  dair 
inamı da bununla əlaqədar idi. 
Gürcü  rəsmiləri  1920-ci  illərin  əvvəllərində  məlum  torpaqların 
Azərbaycana  keçməsi  faktından  çıxış  etməklə  və  torpaq  qıtlığını  bəhanə 
gətirməklə,  meşəlik  ərazisinin  və  vadinin  özlərinə  birləşdirilməsinə  müvəffəq 
olmuşdular.  Halbuki  Azərbaycanın  özündə  də  münbit  torpaq  və  otlaqlar  bolluğu 
qeydə  alınmamışdı.  Məsələn,  1920-ci  illərin  statistik  bilgilərinə  görə, 
Azərbaycanda təsərrüfata yararlı torpaqların ümunı-sahəsi 1733893 desyatin idi ki, 
bu da adambaşına 1 desyatindən bir qədər çox təşkil edirdi.
54
 
Yeri  gəlmişkən,  1921-22-ci  illərdə  Azərbaycana  qaytarılmış  ərazilər 
bənzər  şablon  üzrə  20-ci  illərin  ortalarından  etibarən  hissə-hissə  kəsilərək, 
Gürcüstana verilmişdi ki, bu barədə biz yeri gəldikcə bəhs edəcəyik. 
Mübahisəli  sahələrin  Gürcüstana  verilməsində  subyektiv  amillərin  də 
mühüm  rolu  olmuşdu.  1920-ci  ilin  sonlarında  o  zaman      Azərbaycanın      xalq   
torpaq      komissarının      müavini  vəzifəsində  çalışan  İslam  Datiyev  müşavirələrin 
birində  çox  maraqlı  məqamı  açıqlamışdı.  1924-cü  ilin  oktyabrında  olmuş  Tiflis 
müşavirəsində Azərbaycanın xalq torpaq komissarlığını təmsil etmiş şəxs haqqında 
o, aşağıdakı etirafda bulunurdu: «O zaman məsələnin qəti həlli güman olunurdu və 
bizə  sadəcə  kimi  isə  ezam  etmək  lazım  idi.  Bu  yoldaş  torpaq  məsələsindən 
tamamilə  baş  çıxarmayaraq,  ola  bilsin ki,  Alazana  qədər  də,  dağ  silsiləsinə  (Kedi 
(Qaş)  dağları  nəzərdə  tutulur  -  Ş.R.)  qədər  də  [torpaqların  verilməsini  -  Ş.R.] 
sanksiya edən sənədi imzalamışdı...».
55
 
Biz bəhs olunan dövrdə savadlı azərbaycanlı  kadrların azlığını artıq qeyd 
etmişik.  Bunu  1923-cü  ilə  dair  Azərbaycanın  xalq  torpaq  komissarlığının  milli 
tərkibi də dolayı surətdə təsdiqləyir: komissarlığın 144 əməkdaşından, sadəcə, 45-i 
azərbaycanlı  idi;  ruslar  75,  ermənilər  13,  digər  millətlərdən  olanların  sayı  isə  11 
nəfər idi.
56
 
Elə  bu  səbəbdən  idi  ki,  oktyabr  razılaşmalarının,  habelə  Şirək  düzünün 
mərzlənməsi  işində  Azərbaycan  nümayəndə  heyətinin  aparıcı  siması  qismində 
XTK  katibi  Y.A.Balabanov  çıxış  edirdi.  Bu  şəxs  1885-ci  ildə  Poltavada  yəhudi 
ailəsində  doğulmuşdu.  Onun  1919-cu  ilədək  fəaliyyəti  Azərbaycandan  çox-çox 
uzaqlarda  -  Poltavada,  Odessada,  Vladivostokda  və  s.  yerlərdə  cərəyan  etmişdi. 


150 
 
Balabanov  1919-cu  ilin  mayında  vətəndaş      müharibəsinin      tüğyan      etdiyi 
Rusiyadan     Bakıya  pənah  gətirərək, 1920-ci  ilin  aprelinədək  özəl  bir  müəssisədə 
anbardar  işləyir.  Aprel  çevrilişi  bir  çoxları  kimi  bu  şəxsin  də  həyatında  dönüş 
nöqtəsi  olur.  Heç  bir  tədris  müəssisəsini  bitirməyən,  yalnız  özünütəhsil  yolu  ilə 
ibtidai  savada  yiyələnən,  Rusiyanın  müxtəlif  guşələrində  mirzə  və  bu  kimi  kiçik 
kontor vəzifələrində çalışan Balabanov sürətli karyera edir. O, ilk öncə Azərbaycan 
SSR  Xalq  Ərzaq  Komissarlığında  işə  düzəlir,  1923-cü  ildə  Cənubi  Qafqaz 
federasiyasının  müvafiq  nazirliyinə  keçir.  Nəhayət,  1924-cü  ilin  martın  20-də 
Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığında  katib  vəzifəsinə  təyin  olunur.
57
 
Yəni  Tiflis  sazişləri  imzalanarkən  bu  şəxs  torpaq  məsələləri  ilə  yalnız  7  ay  idi 
məşğul  olurdu.  Qənaətimizcə,  sazişlərin  Zaqatala  kəndlilərinin  və  ümumən 
Azərbaycanın mənafelərinə bu qədər zidd redaktədə imzalanmasında bu şəxsin də 
rolu  olmuşdu.  Belə  ki,  oktyabrın  16-da  Şirəklə  bağlı  müzakirələr  zamanı 
Balabanov Azərbaycanı təmsil etməsinə baxmayaraq, Qocayev və Süleymanovdan 
fərqli  olaraq  sərhədin  məhz  Alazan  çayı  üzrə  keçirilməsini  məqsədəuyğun  say-
mışdı,  yəni  gürcü  tərəfinin  rəyinə  şərik  çıxmışdı.  Ən  nəhayət,  Alazanyanı  vadinin 
1924-cü  il in   28  oktyabrında  ədalətsiz  mərzlənməsində  də  Balabanovun  üzərinə 
komissiya sədri kimi müstəsna məsuliyyət düşürdü. 
Biz  təbii,  məsələnin  ədalətsiz  həllində  bütün  günahı  yalnız  Balabanovda 
axtarmaq  fikrindən  uzağıq.  Hadisələrə  daha  geniş  rakursdan  baxılarsa,  bəhs 
etdiyimiz torpaq məsələlərinin həllinin, 20-ci illərin ortaları üçün getdikcə daha da 
müəyyənləşməkdə  olan  ümumi  təmayülün  təzahürü  olduğu  aydınlaşar.  Məsələ 
onda  idi  ki,  o  dövrdə  Azərbaycanla  Gürcüstan  arasında  haqqında  artıq  qərar 
çıxarılmış, həmçinin hələ gündəlikdə duran torpaq mübahisələrinin yekun tənzim-
lənməsinə təşəbbüs edilmişdi. Və aşağıda görəcəyimiz kimi, torpaq məsələləri, bir 
qayda olaraq gürcü tərəfi üçün əlverişli səpkidə həll edilirdi. Burada da artıq qeyd 
etdiyimiz  kadr  amili  öz  sözünü  deyirdi.  Zaqfederasiyanın  mövcudluğu  dövründə 
onun  ali  hakimiyyət  eşalonlarında  aparıcı  mövqeləri  adətən  gürcü  və  erməni 
millətlərindən  olan  şəxslər  tuturdular  Məlum  olduğu  kimi,  Cənubi  Qafqaz  MİK 
Rəyasət  Heyətinin  sədrliyinə  hər  üç  respublika  öz  nümayəndəsini  ezam  edirdi  və 
bu nümayəndələr növbə ilə bir-birilərini əvəz edirdilər 1924-cü ildə həmin vəzifəyə 
S.Ağamalıoğlu, 
S.Ambarsumyan 
və 
M.Tsxakaya 
seçilmişdi. 
Lakin 
Ağamalıoğlundan  fərqli olaraq, qonşu respublikalardan  olan  sədrlər səlahiyyətləri 
müddətində  bu  və  ya  digər  məsələnin  həlli  zamanı  öz  respublikalarının 
mənafelərini daha fəal surətdə gözləyirdilər. 
Zaqfederasiyanın  digər  hakimiyyət  strukturlarında  da  qonşularımız 
mühüm  vəzifələrə  malik  idilər.  Məsələn,  1924-cü  ildə  ZSFSR  XKS  sədri 
vəzifəsində M.Oraxelaşvili, işlər müdiri vəzifəsində isə N.İvanişvili çalışırdı.
58
 20-
ci  illərdə  Cənubi  Qafqaz  MİK-in  katibi  vəzifəsini  A.Şaverdov  tuturdu.  MİK 
nəzdində  torpaq  mübahisələri  komissiyasının  katibi  vəzifəsində  Onanov,  sədri 
vəzifəsində əslən Şuşa ermənisi Sərkis Kasyan  (Ter-Kasparyan)  çalışırdı.   1930-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə