ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   67   68   69   70   71   72   73   74   ...   110

153 
 
sabitləşmişdi.  Sadalanan  amillər  Gürcüstan  hökumətinə  Zaqfederasiya  çər-
çivəsində  qonşuları   ilə  münasibətdə  daha  inamlı  hərəkət etmək imkanı verirdi. 
Həmçinin  artıq  qeyd  etdiyimiz  kimi,  respublikada  gerçəkləşdirilən  aqrar  islahat 
gedişində təsərrüfata yararlı  torpaq massivlərinə olan ehtiyac  gürcü hakimiyyətini 
yeni mənbələr axtarışına sövq edirdi. 
Qeyd  etdiyimiz  amil  və  səbəblər  fonunda  20-ci  illərin  ortalarına  doğru 
Gürcüstanın rəsmi dairələri Azərbaycanla həll edilmiş, həmçinin hələ də qalmaqda 
olan  torpaq  mübahisələrinin  öz  lehinə  dəyişdirilməsi  və  ya  çözümü  istiqamətində 
səylərini  gücləndirmişdi.  Bu  vəziyyəti  M.C.Bağırov  1925-ci  ilin  noyabr 
müşavirəsində belə təsvir edirdi: «Gürcü yoldaşlar bir sıra məsələlər qaldırıblar ki, 
o  zaman  bizim  yoldaşlar  (yəni  1921-ci  ildə  sazişlərə  imza  atan  və  komissiyanın 
işində  iştirak edən gürcü səlahiyyətliləri - Ş.R.) səhvə yol vermişlər və bu qərarlar 
yekun  deyil.  Və hətta  siz  gürcü  xəritəsinə  baxsanız görərsiniz  ki,  bu  sazişlər üzrə 
bizə  keçmiş  bütün  sahələri  özlərinə  qatıblar  və  özü  də  bizim nöqteyi-nəzərimizcə 
ən mübahisəsiz sahələri belə onlar mübahisəli kimi qələmə vermədən öz ərazilərinə 
daxil  etmişlər  və  bizim  və  gürcü  kəndliləri  arasında  bütün mübarizə,  bütün dava-
dalaş da məhz elə bu məntəqələrdə (söhbət Eldar düzündəki, habelə Qazax-Sığnaq 
və  Zaqatala-Sığnaq  qəzaları  arasında  mübahisələrdən  gedir  -Ş.R.)  baş 
verməkdədir».
67
 
Yeri  gəlmişkən,  20-ci  illərdə  Azərbaycanla  Gürcüstan  arasında  8 
mübahisəli torpaq məsələsi mövcud idi: Çiaur meşəliyi, Şirək çölünün Alazanyanı 
vadisi,  Eldar  düzündə  sahələr,  Vaşlovani  və  Buğa  adlanan  sahələr,  İori  (Qabırrı) 
kənarı  rayon,  Çatma  çölü,  Aramdərə  və  Bodbi  pay  torpaqları,  David-Qareci 
monastırı rayonu. 
Çiaur meşəliyi və Alazanyanı vadi ilə əlaqədar sazişlər və onların Cənubi 
Qafqaz  MİK-i  tərəfindən  təsdiqlənməsi  digər  Azərbaycan-gürcü  torpaq 
mübahisələrinin analoji  şəkildə həllinə  yol  açmışdı.  Məsələn,  1925-ci  ilin aprelin 
17-də  Gürcüstan  SSR  Xalq  Torpaq  Komissarlığı  (XTK)  Cənubi  Qafqaz  MİK-in 
torpaq  komissiyasına  müraciət  edərək,  David-Qareci  rayonunda  sərhədin  yenidən 
baxılması  haqqında  məsələ  qaldırdı.  Gürcü  tərəfinin  fikrincə,  1921-22-ci  illərdə 
qarışıq  komissiyada  GSSR-dən  olan  təmsilçilər  həmin  rayonda  sərhəd  müəyyən 
edilərkən,  guya  Gürcüstan  vətəndaşlarının  faktiki  istifadəsində  bulunan  otlaqların 
bir  qisminin  Azərbaycana  keçməsini  nəzərə  almamışdılar.  Ona  görə  də  həmin 
rayonda sərhəd təshih edilməlidir. 
1925-ci  ilin  oktyabrın  6-da  Cənubi  Qafqaz  MİK  Kiçik  Rəyasət  Heyəti 
arxeoloji  sərvət  kimi  David-Qareci  monastrının  mühafizəsinin  zəruri  hesab 
edilməsi  haqqında  qərar  çıxardı.  Qərarda,  həmçinin  ASSR  və  GSSR  MİK-lərinə 
abidənin mühafizəsinə dair birgə tədbirlər görmək həvalə edilirdi. 
Yeri  gəlmişkən,  monastır  kompleksi  Azərbaycan  ərazisi  olsa  da,  faktiki 
olaraq  Gürcüstanın  təyin  etdiyi  keşişlər  tərəfindən  idarə  olunurdu.  Bu  keşişlər  də 
çox  vaxt  özlərini  təhrikedici  aparırdılar.  Məsələn,  1925-ci  ildə  Şıxlı  kəndinin 


154 
 
sakinləri monastır rayonunda torpaqlarını becərmək istədikdə, monastrın baş keşişi 
Abaşidzenin təhrik etdiyi bir qrup gürcünün müqaviməti ilə üzləşmişdi. 
Azərbaycan  tərəfinin  bu  məsələdə  mövqeyi  1921-ci  il  sazişinə  
əsaslanırdı.  Onun  fikrincə,  monastır  Azərbaycan tərkibində qalmaqla mühafizəsi 
hər  iki  respublika  tərəfindən  həyata  keçirilə  bilər.  Monastır  torpaq  sahibliyi  isə 
ASSR  qanunvericiliyinə  müvafiq  qaydada  kökündən  ləğv  olunmalı  idi.  David-
Qareci monastırına dair Cənubi Qafqaz MİK-i tərəfindən yekun qərarlar 1927-29-
cu  illərdə  verilmişdi.  Elə  digər  torpaq  mübahisələrinin  də  həlli  təxminən  həmin 
dövrə təsadüf edirdi. Yeri gəldikcə biz bu və digər mübahisəli torpaq məsələsinin 
üzərinə qayıdacağıq. 
Bəhs  etdiyimiz  torpaq  mübahisələrinə  gəldikdə  isə,  gürcü  tərəfi 
gündəlikdə  duran  birinci  məsələni  həll  etdikdən  -əraziləri  özünə  birləşdirdikdən 
sonra həmin rayonları sosial-iqtisadi baxımdan özününküləşdirməyə başlamışdı. 
Alazanyanı  vadidə  gürcü  hakimiyyət  orqanları  zaqatalalıların  təsərrüfat 
hüquqlarını müntəzəm surətdə pozurdu. İlk növbədə Sığnaq qəza icraiyyə komitəsi 
28  oktyabr  1924-cü  il  aktı  ilə  nəzərdə  tutulan  sahələrin  Zaqatala  kənd  icmalarına 
verməkdən müxtəlif bəhanələrlə ya imtina edir, ya da gecikdirirdi.
68 
Bu cür hərəkət 
etməklə gürcü tərəfinin başlıca məqsədi əkin kampaniyasına maneələr yaratmaq və 
hətta onu pozmaq idi. 
Digər  tərəfdən  gürcü  hakimiyyəti  Şirəkdəki  otlaqlardan  istifadəyə  görə 
Zaqatala  kəndlilərindən  böyük  məbləğdə  vergi  ödəmələrini  tələb  edirdi,  əks 
təqdirdə onları örüşə buraxmayacağı ilə hədələyirdi.
69
 
Gürcü  hakimiyyət  orqanlarının  zaqatalalıların  Şirək  çölündən  (növbəti 
paraqrafda görəcəyimiz kimi, həmçinin Çiaur meşəliyindən) metodik xarakter almış 
sıxışdırıb  çıxarma  kursu  Azərbaycanın  rəsmi  dairələrini  məsələyə  yenidən 
baxmağa  sövq  edirdi.  Yeri  gəlmişkən,  Azərbaycan  hökuməti  1924-cü  il  oktyabr 
sazişlərini  ratifikasiya  etməmişdi:  o,  sadəcə  baş  vermiş  fakt  qarşısında 
qoyulmuşdu. 
1925-ci  ilin  sonlarında  Azərbaycan  SSR  XTK  qonşu  respublikalarla 
torpaq  mübahisələrinə  dair  münasibətini  əks  etdirən  geniş  arayış  hazırlamışdı. 
Onun  Alazanyanı  vadiyə  dair  hissəsində  deyilirdi  ki,  «komissiyanın  (Balabanov 
komissiyasının  -  Ş.R.)  torpaq  istifadəsi  haqqında  əldə  etdiyi  nəticələr  onların 
əsasında  müəyyən  qərar  çıxarmaq  üçün  həddən  ziyadə  qeyri-dəqiqdir;  ASSR 
vətəndaşlarının  GSSR  ərazisi  daxilində  torpaq  istifadəsi  hüququ  ilə  respublikalar 
arasında sərhədi Alazan çayı üzrə təsbit etmiş qərar məsələnin həlli olmayıb, yalnız 
ASSR vətəndaşlarının xeyrinə olmayan mübahisə ocağının yaradılmasıdır».
70
 
Arayışda  sərhədlərin  müəyyən  edilməsi  üçün  bu  və  ya  digər  respublikanın 
vətəndaşlarının  torpaq  istifadəsinə  dair  daha  dəqiq  və  etibarlı  bilgilərin  əldə 
olunması zəruriliyi də vurğulanırdı. 
Sözügedən materiallar 1926-cı ilin noyabrın 30-da Azərbaycan MİK sədri 
S.Ağamalıoğlunun  sədrliyi  altında  keçirilmiş  müşavirəyə  təqdim  olundu.  Biz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə