ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   75   76   77   78   79   80   81   82   ...   110

170 
 
Azərbaycanın  Gürcüstanla  olan  bəzi  torpaq  ixtilaflarının  həllinə  dair  faktları 
gətirmək istərdik. 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin  1926-cı  ilin
 
dekabrın  5-də 
çıxardığı  qərara əsasən,  Gəncə ilə  Sığnaq  qəzaları arasında  yerləşən  Vaşlovan  və 
Buğa  adlı  sahələr  (7667  des.),  habelə  Qabırrı  (İori)  yəni  rayon  (7851  des.), 
azərbaycanlı  maldarların  istifadəsində  olmasına  baxmayaraq,  Gürcüstana  güzəşt 
edildi. 
Biz  birinci  fəsildə  qarışıq  Azərbaycan-Gürcüstan  komissiyasının  1922-ci 
il  28  yanvar  qərarına  əsasən,  Çatma  çölünün  şimal-şərq  hissəsinin,  yəni  orada 
mövcud  33  binədən  11-nin  ədalətsizcəsinə  Gürcüstana  verilməsindən  yazmışdıq. 
1926-cı  ilin  dekabrın  7-də  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti  daha  böyük 
ədalətsizliyə  yol  verdi:  həmin  gün  qəbul  edilmiş  qərara  əsasən,  ümumi  sahəsi 
16667  des.,  yəni  təqribən  18209 hektar  olan  Çatma  çölünün 11799,4  desyatindən 
(12890, 84 ha) ibarət şərq hissəsi Gürcüstana birləşdirildi.
129
 
Çatma  çölünün  yaxınlığında  yerləşən  Aramdərə  və  Bodbi  pay  torpaqları 
da 1927-ci ilin yanvarın 11-də analoji qərarla Sinax qəzasına daxil edildi.
1 3 0
 
Azərbaycan  hakimiyyət  orqanı  -  Az.MİK  torpaq  mübahisələrinin 
əlverişsiz  həlli  meylinin  qarşısını  almağa  dəfələrlə  cəhd  etmişdi.  Məsələn,  artıq 
qeyd  etdiyimiz  kimi,  Az.MİK-in  Rəyasət  Heyətinin  1925-ci  ilin  dekabrın  12-də 
olmuş  geniş  iclasında    ərazi-sərhəd    mübahisələrinə,    o    cümlədən    «Çiaur 
meşəliyi»  məsələsinə  yenidən  baxılması  haqqında  vəsatət  qaldırmaq  haqqında 
qərar qəbul edildi. 
1926-cı  ilin  fevralın  23-də  Cənubi  Qafqazın  ali  hakimiyyət  orqanı 
qarşısında  vəsatət  qaldırıldı.  Martın  9-da  S.Kasyanın  sədrliyi  altında  torpaq 
komissiyasının iclası oldu.
131 
Lakin komissiya qaldırılmış vəsatətlə əlaqədar «Çiaur 
meşəliyi»  məsələsinə  bütünlükdə  deyil,  həmin  məsələnin    ayrıca  aspekti  olan  16 
№-li  sahənin  -  Osman-binənin  mənsubluğu  məsələsinə  baxmış,  həmin  sahənin 
Sığnaq  QİK-in  sərəncamına  keçməsi  haqqında  qərar  qəbul  etmişdi.  Osman-binə 
qa-baqçöllülər üçün təsərrüfat əhəmiyyətli sahələrdən sayılırdı və onun Gürcüstana 
verilməsi Azərbaycana qarşı növbəti ədalətsizlik idi. 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti  1926-cı  ilin  martın  15-də  «Çiaur 
meşəliyi» məsələsini yenidən torpaq komissiyasının araşdırmasına verdi.
132
 
Azərbaycan  XTK-nın  Zaqatala  və  Sığnaq  qəzaları  arasında  mübahisəli 
torpaq məsələrinə dair 1926-cı ilin aprelində hazırladığı arayışın «Çiaur meşəliyi» 
hissəsi 1924-cü ilin məlum oktyabr sazişinin yenidən baxılması zərurətini əsaslan-
dırmalı  idi.
133
  Həmin  sazişdə  mübahisə  edən  tərəflərin  torpaqla  təminatının 
aydınlaşdırılması ixtilafın həlli prinsipi kimi irəli  sürülürdü.  Bu  prinsipdən  çıxış 
edərək,    Azərbaycanın  torpaq  komissarlığı  əsaslı  olaraq  soruşurdu:  «Əgər 
Qabaqçöl  kəndi  torpaqla  daha  yaxşı  təmin  olunmuşsa,  onda  nə  üçün  mübahisəli 
sahədə bulunan meşə sahələri qabaqçöllülərin istifadəsindədir? Əgər onlar torpaqla 
qeyri-kafi  təmin  olunmuşlarsa,  onda  mübahisəli  ərazini  Zaqatala  qəzasına 


171 
 
birləşdirmək  lazımdır».  Bu  fikrin  inkişafı  olaraq,  Azərbaycan  tərəfi  belə  bir 
mülahizə  yürüdürdü  ki,  «mübahisənin  özünün  həlli  və  sərhədin  Abjit-çay  üzrə 
qoyulması  ixtiyaridir,  çünki  xutorlar  qabaqçöllülərin  istifadəsində  bulunduğundan 
və  meşə  ilə  əhatə  olunduğundan,  bütün  mübahisəli  sahə  Zaqatala  qəzasına  aid 
edilməlidir, ələlxüsus da ona görə ki, Qabaqçöl kəndi bu sərhəd çayına, demək olar 
ki, tam bitişikdir». 
İkinci  tip  iradlar  texniki  səciyyəli  idi  və  Azərbaycan
 
XTK  tərəfindən 
əvvəlki  sənədlərdə  artıq  səsləndirilmişdi:  söhbət  15  oktyabr  protokolunda 
sərhədlərin  qeyri-dəqiq  göstərilməsindən  gedirdi.  Qeyd  etdiyimiz  kimi, 
Koçmerjevski-Çxerkeli komissiyası da bu dəqiqsizliyi aradan qaldırmamışdı. 
Arayışda  irəli  sürülmüş  üçüncü  tip  iradlar  hüquqi  səciyyə  daşıyırdı. 
Protokolda  qabaqçöllülərin  əmək  istifadəsində  olan  həyətyanı  sahə  və  əkinlərin 
böyüdülməsinə  qoyulmuş  yasaq  20-ci  illərin  sovet  torpaq  qanunvericiliyinə  zidd 
idi; hüquqi baxımdan yalnız torpaq istifadəsi sahələrini artırmaq olmazdı, halbuki 
qabaqçöllülərin torpaq sahədlərinin sərhədləri hələ də müəyyən edilməmişdi. 
Protokolun  «v»  bəndində  torpaqların  qabaqçöllülərin  əmək  istifadəsində 
olduğu,  «q»  bəndində  isə  icarəyə  verildiyi  qeyd  olunurdu.  Arayış  müəllifləri  bu 
uyğunsuzluğun  hüquqi  dolaşıqlığa  gətirib  çıxardığını  göstərirdilər:  sovet 
qanunvericiliyi  əmək  istifadəsi  və  dövlət  torpaq  fondlarını  və  bu  fondlardan 
istifadəyə görə müvafiq təsərrüfat haqlarını fərqləndirirdi. 
Azərbaycan MİK-in Cənubi Qafqaz MİK-nə ünvanladığı bir başqa təliqədə 
(1926-cı  ilin   ikinci  yarısı)  bu  məqama  aydınlıq  gətirilirdi:  sahələrin  icarə 
kateqoriyasında təsbit olunması qabaqçöllülərin mənafelərinə zidd idi.
134
 Çünki bu 
halda  həmin  torpaqlar  dövlət  fonduna  aid  edilirdi  və  onların  sərəncamçısı  kimi 
Sığnaq qəzasının müvafıq strukturları çıxış edirdi. Bu strukturlar da icarə verən tərəf 
kimi  müqavilə  şərtlərinə  yenidən  baxmaq  bəhanəsi  ilə  icarə  anlaşmasını  poza  və 
torpaqları  qabaqçöllülərdən  ala  bilərdi.  Halbuki  torpaqlar  əmək  istifadəsi 
kateqoriyasında  təsbit  olunduğu  halda,  gürcü  hakimiyyəti  müqaviləni  birtərəfli 
qaydada  pozmaq  imkanından  məhrum  olurdu.  Eyni  zamanda  əmək  istifadəsi 
kateqoriyasına  görə  vergilər  birinci  kateqoriya ilə  müqayisədə  xeyli  aşağı  idi  Ona 
görə  də  Zaqatala  QİK  Rəyasət  Heyətinin  1926-cı  il  14  iyul  tarixli  iclasında 
sözügedən  sahələrin  qəza  kəndlilərinin  əmək  istifadəsində  olması  haqqında  15 
oktyabr  protokolunun  ―v‖  bəndinə  istinadən,  vahid  kənd  təsərrüfatı  vergisinin 
tutulması haqqında yuxarı instansiyalardan xahiş edilmişdi.
135
 
Bəhs  etdiyimiz  arayışda  Azərbaycan  tərəfinin  yekun  rəyi  belə  idi: 
«Beləliklə,  birincisi,  mübahisə  edən  tərəflərin  torpaq  istifadəsi  durumunun 
naməlumluğu üzündən torpaq mübahisəsinə dair qeyri-müəyyən qərar çıxarılmışdır. 
İkincisi isə, [Çxenkeli-Koçmerjevski komissiyası tərəfindən] təsbit olunmuş sərhəd 
xətti tamamilə özbaşınadır, çünki o mübahisəli torpaqları bölmür; mübahisə olduğu 
kimi qalmaqdadır". 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə