ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   76   77   78   79   80   81   82   83   ...   110

172 
 
Azərbaycan  XTK  qərarın  ləğvini,  mübahisə  tərəflərinin  torpaqla 
təminatının va həmin torpaqların sərhədlərinin dəqiq müəyyənləşdirilməsini zəruri 
sayırdı: yalnız bundan sonra ədalətli qərar çıxarmaq olardı. 
Məsələnin bir tərəfdən ədalətli şəkildə həll olunmaması, digər tərəfdən isə 
əraziyə  gəlmə  gürcülərin  qanunazidd  hərəkətlərinin  yuxarılar  tərəfindən  himayə 
edilməsi qabaqçöllülərin dərin narazılığını doğururdu. Onların 1926-cı ilin iyunun 
17-də  Azərbaycan  XKS  sədri  Q.Musabəyova  ünvanladıqları  təliqədə  mübahisə 
tərəfləri  arasında  qarşılıqlı  nifaq  aşağıdakı  şəkildə  səciyyələndirilirdi:  «Bütün  bu 
mübarizənin (qabaqçöllülərin öz hüquqları uğrunda mübarizəsi - Ş.R.) və məsələyə 
mərkəzlərin  (Cənubi  Qafqaz  və  ölkə  hökumətinin  -  Ş.R.)  birtərəfli  münasibətinin 
ancaq o təsiri oldu ki, bizimlə Sığnaq kəndliləri arasında münasibət kəskinləşdi və 
indi Sığnaq qəzasının kəndliləri gözündə «lekilər», yəni cəmi qabaqçöllülər onların 
milli düşməni olduğu kimi, bizim də həmkəndlilərimizin gözündə «gürcülər», yəni 
Sığnaq qəzasının kəndliləri milli düşməndir...».
136
 
Zorakıhqların və qanunsuzluqların təşəbbüskarı və təhrikçisi qismində çox 
vaxt  gürcü  tərəfi  çıxış  edirdi.  Lakin,  qeyd  etdiyimiz  kimi,  gürcü  rəsmilərinin 
hadisələri  özlərinə  sərfəli  səpkidə  təqdim  etmələri  nəticəsində  zaqatalalılar 
olayların  müstəsna  müqəssirinə  çevrilirdilər.  Məsələn,  Laqodex  rayon  milis  rəisi 
Sığnaq  qəza  milis  rəisinə  1926-cı  ilin  30  aprel  və  3  mayda  göndərdiyi 
telefonoqramlarda  Balakən  nahiyəsi  sakinlərinin  Sitel-qora  (Qarakişi-tala) 
rayonunda  sərhədi  keçərək,  yeni  yaşayış  məskənləri  salmağa  cəhd  göstərdikləri 
barədə məlumat verirdi.
137
 
Bu  məlumat  çatar-çatmaz,  mayın  7-də  Sığnaq  hakimiyyəti  təmsilçiləri 
hadisə  yerinə  gələrək,  qabaqçöllülərin  15  oktyabr  protokolunun  şərtlərini  kobud 
surətdə pozduqları haqqında akt imzaladılar. Aktda qabaqçöllülər qanunsuz olaraq 
yeni  binələr  inşa  etməkdə,  meşəni  qıraraq,  əkin  sahələri  salmaqda,  gürcü 
maldarlarına maneçiliklər törətməkdə ittiham olunurdular.
138
 
1926-cı  ilin  mayın  12-də  Gürcüstan  XKS  sədrinin  müavini  S.Cugeli  və 
işlər  müdiri  A.Salaridze  Cənııbi  Qafqaz  MİK-nə  qabaqçöllülərin  «qanunazidd 
əməlləri»  ilə  əlaqədar  müraciət  etdilər.
139
  1924-cü  ilin  15  oktyabr  protokolunun 
şərtlərinin  ən  kobud  pozucusu  özləri  olmalarına  baxmayaraq,  gürcü hökuməti  bu 
gedişlə Azərbaycan tərəfini qabaqlamağa çalışırdı. 
Yeri  gəlmişkən,  gürcü  hakimiyyət  strukturlarının  məsələyə  dair  dəqiq, 
ahəngdar  işini  qeyd  etməmək  olmur;  bu,  ən  kiçik  olaya  belə  operativcəsinə 
münasibət  göstərməkdə,  hadisələr  haqqında  özlərinə  sərfəli  təsəvvürlər 
formalaşdırmaqda  özünü  büruzə  verirdi.  Azərbaycan  tərəfi  bu  baxımdan  daha  az 
operativ və ləng təsir bağışlayırdı. 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti  20  may  iclasında  Gürcüstan 
hökumətinin  müraciətinə  baxdı.  İclasda  Azərbaycan  MİK-nə  qabaqçöllülərin 
Sığnaq  qəzasının  müvafiq  kəndlərinə  verilmiş  sahələri  ələ  keçirməsi  faktlarını 
araşdırmaq və ölçü götürmək tapşırıldı.
140
 


173 
 
Təqribən  həmin günlərdə -  1926-cı ilin mayın 24-də Sığnaq QİK Rəyasət 
Heyətinin iclası oldu. Həmin iclasda 15 oktyabr 1924-cü ilə qədər mövcud binə və 
əkinlərin  say  və  ölçülərinin  saxlanılması,  qabaqçöllülərin  son  1,5 il  ərzində  fiqur 
meşəliyində təşkil etdikləri binələrinin ləğv edilməsi və mal-qarasının çıxarılması, 
15 oktyabr protokolunun «q» bəndinə uyğun olaraq, 1926-27-ci təsərrüfat ili üçün 
icarə  haqqının  ödənilməsi  haqqında  Zaqatala  qəza  hakimiyyətinə  təkliflər  qəbul 
olundu.
141
  Bu  zaman  icarə  haqqını  ödəməyən  qabaqçöllülərə  qarşı  inzibati  ölçü 
götürüləcəyi və hətta tutduqları sahələrdən çıxarılacaqları bildirilirdi. 
1926-cı ilin iyunun 7-də Sığnaq və Zaqatala qəza hakimiyyət orqanlarının 
müşavirəsi oldu.
142
  Müşavirə  Sığnaq  QİK-in  yuxarıda  göstərilən tələblərini  təsdiq 
etdi. 
Bu  müşavirə,  eyni  zamanda,  həmin  dövrdə  mübahisə  rayonunda 
formalaşmış  «status-kvonu»  konstatasiya  edirdi:  qabaqçöllülərin  Beşkəndə  8, 
Dərin-qobuda 32, Sitel-qorada (Qarakişi-talada) 39 binəsi və əkin sahələri (2 des.) 
saxlanılmaqda idi. 
Dərin-qobu  çayının  köhnə  və  yeni  axarları  arasında  yerləşən 80  desyatin 
meşə  sahəsi  –  16  №-li  sahə  (Osman-binə)  yasaq  elan  olunurdu  və  onun 
mənsubluğu  haqqında  məsələ  Cənubi  Qafqaz  MİK-in  öhdəsinə  buraxılırdı.  Digər 
tərəfdən Ulqam çayının məhz köhnə məcrasının sərhəd hesab olunması  haqqında  
razılığa  gəlinmişdi.   Bu,  müəyyən  mənada Azərbaycan tərəfini təmin edirdi, belə 
ki, çayın yeni məcrası şərqə istiqamətlənməklə, qabaqçöllülərin onsuz da azalmış 
torpaq  fondundan  yeni  sahələr  kəsib,  Sığnaq  qəzasına  qatırdı.  Müşavirənin 
protokolunun qısa  xülasəsindən  göründüyü  kimi,  o   1924-cü ilin  15  oktyabrında 
əsası qoyulmuş xəttin məntiqi davamı olub, gürcü tərəfinə öz məqsədlərinə çatmaq 
yolunda  növbəti  addım  idi.  O  dövrdə  Zaqatala  qəza  icraiyyə  komitəsi    sədri   
vəzifəsində    çalışan      Şirin      Balacayev    başda  olmaqla  Azərbaycan  heyəti  icarə 
haqlarının  ödənilməsi  ilə  bağlı  tələbi  qəbul  etməklə  böyük  səhvə  yol  vermişdi, 
çünki  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  rəsmiləri  mübahisəli  sahələrin 
qabaqçöllülərin məhz əmək istifadəsində olduğunu iddia edirdilər. Bir qədər sonra 
-  iyulun  14-də  Zaqatala  hakimiyyəti  öz  səhvini  başa  düşərək,  onu  düzəltməyə 
çalışmışdı.  Zaqatala  QİK  Rəyasət  Heyətinin  həmin  gün  olmuş  iclasında 
qabaqçöllülərdən icarə haqqının deyil, təsərrüfat vergisinin tutulması barədə qərar 
qəbul  edilmişdi.  Lakin  Cənubi  Qafqaz  hökumətinin  nəzərində  məhz  birgə 
müşavirələrin çıxardığı qərarlar prioritet önəmə malik idi. 
Müşavirənin  protokolu  Zaqatala  QİK  Rəyasət  Heyətinin  1926-cı  ilin 
iyunun 9-da olmuş iclasında təsdiqlənmişdi.
143
 İclasda, həmçinin Cənubi Qafqazın 
ali  hakimiyyət  orqanı  qarşısında  Osman-binənin  (16-cı  sahənin)  Qabaqçöl 
cəmiyyətinin  istifadəsində  saxlanılması  haqqında  vəsatət  qaldırıldı.  Bir  qədər  öncə 
qeyd etdiyimiz kimi, sözügedən sahə torpaq komissiyasının 9 mart tarixli iclasında 
Sığnaq qəzasına aid edilmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə