ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   79   80   81   82   83   84   85   86   ...   110

178 
 
21-də ünvanladığı  təliqədə  bildirirdi:  «Çiaur meşə  məntəqəsinin aşağı hissəsi  pay 
torpağı  və...  yerli  əhəmiyyətli  meşə  kimi...  yerli  əhaliyə  (gürcülərə  -  Ş.R.) 
verilmişdir;  700  des.  sahəsi  olan  Beşkiani  (Beşkən  -  Ş.R.)  meşəsi  isə 
qabaqçöllülərin  ağac  qırmaları  üzündən  güclü  şəkildə  zərər  çəkmişdir.  «Oğlan» 
adlı  məntəqədəki  1200  kv.des.  boş  sahə  Sığnaq  qəzasının  torpaqsız  kəndlilərinin 
məskunlaşması üçün verilmişdir. Bundan  əlavə, bu məntəqələrdən Alazan çayının 
o  tayındakı  rayonlar  da  tikinti  materialları  ilə  təmin  olunmalıdır...  Yuxarıda 
deyilənləri  nəzərə  alaraq,  Gürcüstan  MİK-i  Azərbaycan  MİK-in  xahişini  təmin 
etmək imkanından məhrumdur»
163
 
Beləliklə, Gürcüstan hakimiyyəti ən yüksək səviyyədə açıq şəkildə bəyan 
edirdi ki, Cənubi Qafqazın ali dövlət orqanının qərarları onun üçün icbari deyildir. 
Ehtimalımızca,  gürcü  rəsmilərinin  belə  etinasızlığı  onların  ən  ali  instansiyalarda 
hərəkətlərinə zəmanət  almalarından  irəli  gəlirdi.  Bunu hadisələrin  sonrakı inkişafı 
da təsdiqləyirdi. 
Gürcü təliqəsi ilə əlaqədar Az.MİK dekabrın 29-da Cənubi Qafqaz MİK-
nə  müraciət  etdi.  Müraciətdə  19  sentyabr  qərarından  irəli  gələn  vəzifələri 
gerçəkləşdirmək,  ilk  növbədə  də  nəzərdə  tutulmuş  komissiyanın  tezliklə  işə 
başlamasını təmin etmək xahiş olunurdu.
164
 
Lakin Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1928-ci il 16 yanvar tarixli 
iclasında  bu  xahiş  müzakirəsiz  gündəlikdən  çıxarıldı.
165
  Elə  bu  qərarın  özü  də 
gürcü  təliqəsinin  impulsiv  akt  olmayıb, 
yuxarılarla  kifayət  qədər 
razılaşdırıldığından xəbər verirdi. 
Gürcü hökumətinin Çiaur meşəliyində torpaq sahələri ayırmaqdan imtina 
etməsi,  Zaqatala  QİK-in  Az.MİK-ə  1928-ci  ilin  martın  8-də  göndərdiyi  təliqədə 
deyildiyi  kimi,  o  dövrdə  Qabaqçöl  sakinlərinin  dəfələrlə  etirazlarını  doğurmuşdu 
və onların daimi narazılıq mənbəyinə çevrilmişdi.
166
 
Qabaqçöllülərin  Çiaur  meşəliyində  torpaq  istifadəsi  məsələsinə  növbəti 
dəfə  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin  məşhur  18  fevral  1929-cu  il  tarixli 
iclasında baxıldı. Bu iclasda Azərbaycanın qonşu respublikalarına olan ərazi müba-
hisələri  nəzərdən  keçirilmiş  və  bir  çox  hallarda  Azərbaycan  mənafelərinə  zidd 
qərarlar çıxarılmışdı. Ona görə də haqlı olaraq həmin gün tariximizə qara hərflərlə 
düşməyə layiqdir. 
İclasda  çıxarılan  qətnaməyə  əsasən,  «Gürcüstan  SSR  maldarlarının 
ehtiyacını təmin etmək üçün» Eldar-Samux qış otlaqlarından 15000 des. (16387,5 
ha) ərazi ayrılıb, Gürcüstana   birləşdirilirdi.
167
  Həmçinin David-Qareci monastırı 
kompleksinin    «mübahisəli    hissəsində»    ayrı-ayrılıqda  2000,  340  və  300  des.  
torpaq  sahələri,  yəni  ümumən  2640  des.  (2884,2  ha)  Tiflis  qəzasına  qatılırdı.
168
 
Artıq  bəhs  etdiyimiz  kimi,  1921-ci  ilin  noyabrın  8-də  Azərbaycan-gürcü 
komissiyası monastır kompleksini Azərbaycan ərazisi kimi təsbit etmiş lakin 20-ci 
illərin  ortalarından  etibarən  Gürcüstan  hökuməti  məsələni  yenidən  gündəliyə 
salmağa müvəffəq olmuşdu. 1927-ci ilin yanvarın 7-də Cənubi Qafqaz MİK torpaq 


179 
 
komissiyası  monastır  kompleksi  rayonunda  sərhədi  dəyişmədən,  monastırın 
özünün Gürcüstana aid edilməsinin məqsədəuyğunluğu haqqında qərar çıxarmışdı. 
Lakin o zaman Cənubi Qafqaz MİK-i bu qərarı təsdiqləməmişdi. 
Məhz 1929-cu ilin 19 fevral qətnaməsi monastır rayonunda hal-hazırda da 
mövcud  sərhəd  xəttini  müəyyən  etdi;  yəni  monastır  kompleksi  faktiki  olaraq  iki 
respublika arasında bölünmüş oldu. 
Qətnamənin  «Çiaur  meşəliyinə»  dair  hissəsində  Qabaqçöl  sakinlərinə  6 
may və 19 sentyabr 1927-ci il qərarlarına müvafiq olaraq, otlaq sahələri verilməsi 
nəzərdə tutulurdu.
169 
Görünür, qətnamənin digər bəndləri ilə Azərbaycandan xeyli 
ərazi qopardıqdan sonra Cənubi Qafqaz hakimiyyəti «Çiaur meşəliyi» məsələsində 
Azərbaycan maraqlarını qismən nəzərə almalı olmuşdu. 
Lakin ali hakimiyyət orqanının bu, sayca üçüncü analoji qərarı əvvəlkilər 
kimi  Gürcüstan  tərəfindən  yenə  də  qulaqardına  vurulurdu.  Cənubi  Qafqaz 
hökuməti isə qərarın gerçəkləşməsi üçün təsirli tədbirlər görmək fikrində deyildi. 
Hətta 19 fevral qərarının nəşrindən sonra gürcülər daha da azğınlaşmış, Dərin-qobu 
və  Çürülü-tala  ərazilərində  qabaqçöllülərin  6  binəsini  yandırmış,  əkinlərini  məhv 
etmiş, torpaqlarını şumlamışdılar. Bu fakt Cənubi Qafqaz MİK nəzdində torpaq ko-
missiyası tərəfindən də etiraf olunmuşdu.
170
 
Hər  halda  qabaqçöllülərin  torpaqla   təminatına  dair qərarlar mövcud idi 
və onlara müəyyən dərəcədə əməl etmək lazım gəlirdi. Ona görə də Cənubi Qafqaz 
MİK-i  Çiaur  meşəliyində  qabaqçöllülərin  binə  və  əkin  yerlərini  naturada  işarələ-
məyi  və  planını  çıxarmağı,  habelə  Kaxetiya  (keçmiş  Sığnaq)  qəzasının  pay 
torpaqları  xaricində  qabaqçöllülərə  meşə  otlaqlarını  icarəyə  verməyi  nəzərdə 
tuturdu.
171
 
Nəhayət, Cənubi Qafqaz MİK-nin xüsusi komissiyası 1929-cu iln 26 aprel 
aktına  əsasən,  Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  iştirakı  ilə  Çiaur 
məntəqəsində  130,13  və  339,37  hektar  iki  torpaq  sahəsini  ayıraraq,  Qabaqçöl 
sakinlərinin sərəncamına verdi.
172
 
Göründüyü  kimi,  qabaqçöllülərə  ümumən  5000  hektara  yaxın  əzəli 
torpaqlarından  bu  aktla  cəmi  469,5  ha  ayrılırdı  ki,  bu  da  onların  təsərrüfat 
ehtiyaclarının  təminatı  üçün  kifayət  deyildi.  Lakin  digər  bənzər  qərar  və 
sərəncamlar kimi sözügedən akt da kağız üzərində qaldı. Artıq 30-cu illərin mate-
riallarından  bəlli  olur  ki,  gürcü  hakimiyyət  orqanları  ona  faktiki  olaraq  məhəl 
qoymamışdı.  Azərbaycan  XTK-nın  1931-ci  ilin  13  iyun  tarixli  arayışında  obrazlı 
deyildiyi kimi, «Qordi düyünü indiyədək çözülməmişdir».
173
 
Ona görə də Azərbaycan tərəfi 6 may və 19 sentyabr 1927-ci il, 18 fevral 
1929-cu  il  qərarlarının  mövcud  olması  ilə  əlaqədər  məsələyə  adi  deyil,  inzibati 
qaydada baxılmasını, yəni süründürməçiliyə və etinasızlığa yol vermiş səlahiyyət-
lilərin  məsuliyyətə  cəlb  olunmasını,  Qabaqçöl  sakinlərinin  qanuni  tələblərinin 
qeyd-şərtsiz və qəti şəkildə təmin olunmasını məqsədəuyğun hesab edirdi. 
Lakin Azərbaycan tərəfinin bu əsaslı tələbi də nəticəsiz qaldı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə