ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   81   82   83   84   85   86   87   88   ...   110

182 
 
və  sırf  təsərrüfat  səciyyəli  çıxışları  belə  dərhal  «banditizm»  ittihamı  ilə 
damğalanırdı. 
Azərbaycan  kəndlisinin  faciəsi  onda  idi  ki,  qabaqçöllülərin  təbirincə, 
«bilik  və  qüvvə  üstünlüyü»  onun  tərəfində  deyildi;  yəni,  bir  tərəfdən  savadlı,  öz 
vətəninin tarixinə bələd olan azərbaycanlı kadrlar fəlakətli şəkildə çatışmırdı, digər 
tərəfdən isə Cənubi Qafqazın müxtəlif hakimiyyət strukturlarında qonşu millətlərin 
nümayəndələri  mütləq  əksəriyyət  təşkil  edirdilər.  Belə  bir  vəziyyətdə  mübahisəli 
ərazi məsələlərinin çözümü Kasyan, Şaverdov, Onanov, Balabanov, Çxenkeli kimi 
şəxslərin ixtiyarına verilirdi. 
Yeri  gəlmişkən,  20-ci  illərdə  Zaqfederasiya  çərçivəsində  ərazi 
mübahisələrinin  həllinin  müxtəsər  icmalı  onların  bir  çox  hallarda  Azərbaycan 
maraqlarına zidd olduğunu söyləməyə əsas verir. Bu, aşağıda verilmiş cədvəldə də 
öz təsdiqini tapır. 
 
Cədvəl 3. 
 
20-ci illərdə Gürcüstana verilən torpaqlar 
 
№ 
Ərazilərin adları 
Sahəsi  
(hektar) 
Cənubi Qafqaz MĠK 
Rəyasət Heyətinin müvafiq 
qərarının tarixi 

Çiaur meşəliyi 
5000 
30 mart 1925 

Şirək çölü 
18000 
30 mart 1925 

Eldar düzü 
16387 
18 fevral 1929 

Vaşlovan və Buğa 
8376 
5 dekabr 1926 

İori (Qabırrı) yanı çayı 
8577 
5 dekabr 1926 

Çatma çölü 
12890,85 Azərbaycan 
tərkibində  cəmi  5318 
qaldı) 
7 dekabr 1926 

Aramdərə  və  Bodbi 
pay torpaqları 

11 yanvar 1927 

David Qareci monastırı 
rayonu 
2884,2 
18 fevral 1929 
 
Ümumiyyətlə,  Azərbaycanla  Gürcüstan  arasında  mövcud  torpaq 
mübahisələri haqqında  20-ci  illərin  ortalarında  ―v‖  ikinci  yarısında  qəbul  edilmiş 
qərarlar nəticəsində 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi. Bu zaman 
20-ci  illərin  əvvəllərində  Azərbaycana  qaytarılmış,  və  yaxud  Azərbaycanın 
obyektiv  haqlarının  tanındığı  bəzi  torpaqların  da  mühüm  qismi  müxtəlif 
bəhanələrlə Gürcüstana güzəşt edilmişdi. 
 


183 
 
N Ə T Ġ C Ə  
 
1917-ci ildən etibarən Cənubi Qafqaz regionu Rusiya imperiya məkanında 
cərəyan  edən  arxitektonik  səciyyəli  proseslər  gedişində  keyfiyyətcə  yeni  inkişaf 
mərhələsinə  qədəm  basdı:  etnosiyasi  hərəkətlərin  yüksəlişi  və  ilk  zamanlar  uni-
fikasiyaedici  strukturun  aradan  qalxması  şəraitində  regionda  ―millət-dövlətlər‖ 
meydana  gəlməyə  başladı.  Monoqrafiyada  bu  tip  dövlətlərin  təşəkkülünün  milli 
(siyasi,  ümumdövlət)  identikliyin  formalaşması  prosesi  ilə  sıx  əlaqəsi 
göstərilmişdir.  Xüsusi  olaraq  qeyd  olunmuşdur  ki,  milli  (ümumdövləti)  identik-
liyinin  ən  önəmli  komponentlərindən  biri  -  ərazi  identikliyinin  təsbitidir.  Ərazi 
identikliyinin  təsbiti  isə  çox  vaxt  ərazi  ixtilafları  doğururdu,  belə  ki,  yaranmaqda 
olan «millət-dövlətlər» bəzən eyni əraziyə iddia edirdilər. 
Zaqatala məsələsi 1918-1920-ci illərdə Cənubi Qafqazda meydana  çıxmış  
çoxsaylı  ərazi    mübahisələrindən    biri    idi.  Konkret  olaraq  bu  məsələnin  kökləri 
əvvəlki onilliklərə gedib çıxırdı. gürcü intellektualları tərəfindən yaradılmış və öz 
xalqının  etnomədəni  oyanışına  xidmət  etməyə  çağırılmış  «tarixi  konsepsiyada» 
Zaqatala  dairəsi  -  Şimal-Qərbi  Azərbaycan  Gürcüstanın  tarixi-coğrafi,  siyasi  və 
mədəni məkanının tərkib hissəsi kimi təqdim olunurdu. Tədqiqatda bu konsepsiya-
nın  məşhur  gürcü  tarixçisi  və  coğrafiyaçısı  Vaxuştinin  əsərlərinə    istinadən  
yaradıldığı  və  qədim   gürcü   mənbələri   ilə təsdiqlənmədiyi qeyd olunur. 
1917-ci  ildə  bu  konsepsiya  gürcü  milli-demokratlarının  proqramına 
salınmaqla  siyasi  anlam  kəsb  etdi.  1918-ci  ildə,  Cənubi  Qafqazda  müstəqil 
respublikaların  meydana  gəlməsi  ilə  isə  gürcü  siyasətçilərinin  əsassız  iddiaları 
üzündən bölgənin siyasi mənsubluğu məsələsi mübahisə predmetinə çevrildi. 
Bu  ixtilafın  analoji  və  sinxron  münaqişələrdən  fərqli  cəhəti  onun  latent 
(üstüörtülü)  formada  cərəyan  etməsi  və  konfrontasiyaya  gətirib  çıxarmaması  idi.  
Bu,  bir  tərəfdən    1917-1920-ci  illərdə  region  və  onun  ətrafında  yaranmış  xarici-
siyasi (beynəlxalq) vəziyyətdən irəli gəlirdi. Məhz beynəlxalq vəziyyət Azərbaycan 
və  Gürcüstanın  siyasi  yaxınlaşmasını  və  deməli,  mövcud  ixtilafların  arxa  plana 
çəkilməsini zəruri edirdi. 
Digər  tərəfdən  Zaqatala  dairəsinin  yerli  müsəlman  ictimai-siyasi 
fəallarının 26 iyun 1918-ci ildə siyasi, tarixi və mədəni mülahizələrdən çıxış edərək 
Azərbaycan  lehinə  seçim  etməsi  və  bu  seçimini  əldə  silah  Qafqaz  İslam  Ordusu 
sıralarında  döyüşərək  təsdiqləməsi,  Gürcüstana  birləşmək  perspektivini  isə  qəti 
surətdə  rədd  etməsi  gürcü  siyasi  dairələrini  məsələni  öz  xeyirlərinə  həlli 
istiqamətində radikal addımlar atmaqdan çəkindirdi. 
Həmçinin  gürcü  və  Azərbaycan  xalqları  arasında  tarixi  keçmişin  ağır 
mirası kimi qanlı ixtilaf və ziddiyyətlərin olmaması da əhəmiyyətli faktor idi. 
Fəqət,  Gürcüstan  Zaqatalanın  Azərbaycan  Respublikası  tərkibinə  daxil 
olması  ilə  sadəcə  de-fakto  barışmışdı,  de-yure  isə  vəziyyəti  xeyrinə  təsbit  etməyə 
çalışırdı; gürcü rəsmi dairələri müxtəlif diplomatik sənədlərdə Zaqatala mahalını öz 


184 
 
ərazisi  kimi  qələmə  verir,  çap  etdiyi  xəritələrdə  dairəni  öz  hüdudları  daxilində 
göstərir, formal da olsa ora öz hakimiyyət nümayəndəsini təyin edirdi. 
1918-ci ildən etibarən, qeyd etdiyimiz kimi, Zaqatala bölgəsi ilə bilavasitə 
əlaqədar olan bir başqa ixtilaf da inkişaf edirdi. Çar hökumətinin Cənubi Qafqazda 
hələ  XIX  əsrdə  həyata  keçirdiyi  inzibati-ərazi  bölgüsü  zamanı  regionun  tarixi, 
etnoqrafik  və  təsərrüfat  xüsusiyyətlərini  və  reallıqlarını  nəzərə  almaması  1918-
1920-ci  illərdə  çoxsaylı  torpaq  mübahisələrinin  meydana  çıxmasının  ən  mühüm 
səbəblərindən  biri  idi.  Bu  zaman  rus  hökumətinin  əsas  məqsədi,  qeyd  etdiyimiz 
kimi,  Qafqaz regionunda müsəlman  xalqlarının, ilk növbədə  isə  azərbaycanlıların 
nüfuz üstünlüyünü əhəmiyyətli dərəcədə azaltmaqla və əksinə, xristian elementinin 
sayını  artırmaqla  yaşayış  arealını  genişləndirməklə  öz  mövqe  və  dayaqlarını 
möhkəmləndirmək idi. 
Yüz  illər  boyu  Alazan  çayının  sağ  sahilində  və  Şirək  düzündə    nəhəng 
şumluq, otlaq, biçənək və meşə sahələri simal-Qərbi Azərbaycanın  - Car-Balakən 
camaatlıqlarının  və  İlisu  sultanlığının  kənd  icmalarının  şəriksiz  istifadəsində 
olmuşdu.  XIX  əsrdə  rus  hökmranlığı  bərqərar  olduqdan  sonra  siyasi  və  hərbi 
mülahizələr  əsasında  o  zaman  onlarla  verst  məsafədə  gürcü  elementinə  rast 
gəlinməyən  ərazilər  Sığnaq  qəzası  tərkibinə  daxil  edilmiş,  yaxud  da  Tiflis 
quberniyasının müvafiq təsisatlarının sərəncamına keçmişdi. 
Lakin  Qafqazda  rus  hökmranlığı  dövründə  müəyyən  edilmiş  sərhədlər 
dövlət daxili olduğundan baryer (maneə) funksiyasından məhrum idi. Bu səbəbdən 
1917-ci  ilə  qədər  Zaqatala    dairəsi    sakinləri    həmin    torpaqlardan      istifadədə 
önəmli problemlərlə üzləşmirdilər. Fəqət deyilənlərlə yanaşı, artıq XIX  əsrdə real 
təzahür  edən  bir neqativ  tendensiya  XX  əsrin əvvəllərində daha təhlükəli  cizgilər 
kəsb  etməyə  başladı:  vaxtaşırı hökumət  Zaqatala  kənd  icmalarının  bəhs  etdiyimiz 
torpaq massivlərindən sahələr kəsib ayıraraq, müxtəlif gürcü zadəganlarına, gürcü 
dağlılarına (tuşinlərə) və daha sonra isə rus köçkünlərinə paylayırdı. 
Cənubi  Qafqazda  yeni  dövlətlərin  meydana  gəlməsi  ilə  əvvəlki  inzibati 
sərhədlər  dövlət  sərhədlərinə  çevrildi,  onların  baryer  funksiyası  ortaya  çıxdı  və 
gücləndi.  Belə  vəziyyət  nəticəsində  dünənə  qədər  zaqatalalıların  maneəsiz 
istifadəsində  olan  torpaq  sahələri  bir  an  içində  başqa  dövlətin  ərazisi  kimi  onlar 
üçün xeyli əlçatmaz oldu ki, bu da münaqişəyə gətirib çıxardı. 
Gürcü  hökumət  dairələrini  münaqişəyə  sövq  edən  iqtisadi,  siyasi  və 
ideoloji  motivlər  mövcud  idi.  Əvvəla,  Çiaur meşəliyi  və  ələlxüsus  da  Alazanyanı 
vadi  təsərrüfat  baxımından  olduqca  cazibədar  və  əhəmiyyətli  idi.  Menşevik 
hökumətinin  həyata  keçirdiyi  aqrar  islahatı  gedişində  Gürcüstanın  torpaq  qıtlığı 
hiss  olunan  rayonlarından  boş  torpaqların  olduğu  şərq  rayonlarına,  o  cümlədən 
qeyd etdiyimiz ərazilərə
 
kəndlilər köçürülürdü. 
Digər  tərəfdən  gürcü  hakimiyyət  orqanları  zaqatalalıların  mübahisəli 
sahələrə girişlərini məhdudlaşdırmaqla siyasi təşviqat məqsədi də güdürdü, belə ki, 
alternativ variant kimi Gürcüstan lehinə siyasi seçim təklif edilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə