ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   83   84   85   86   87   88   89   90   ...   110

187 
 
iradəyə  öz  praqmatik mülahizalərindən  çıxış  edərək  Orconikidze  və  digər  Qafqaz 
bolşevik  rəhbərlərinin  anlaşıqlı  münasibəti  Zaqatala  bölgəsinin  Azərbaycan 
tərkibində qalmasında həlledici rol oynadı. 
Biz, həmçinin belə bir amili də qeyd etmişdik ki, yaranmaqda olan Sovetlər 
Birliyi  mahiyyətcə  imperiya  idi.  O  unilikasiyaedici  struktur  kimi  obyektiv  olaraq 
etnoərazi  münaqişələrin həllinə  maraqlı  idi.  Bununla  əlaqədar  Zaqatala  mahalının 
mənsubluğu  məsələsi  həll  edilərkən  bölgənin  ADR-in  mövcudluğu  dövründə 
respublikamızın tərkibində olması faktı nəzərə alınmışdı. 
Zaqatala mahalının mənsubluğu məsələsinin həlli  ilə  Sığnaq  qəzasındakı 
torpaq sahələri məsələsi münaqişanin yeganə süjet xəttinə çevrildi və 30-cu illərin 
əvvəllarinədək öz aktuallığını qoruyub saxladı. 
1920-30-cu  illərin  əvvəlləri  Zaqatala  mahalı  kənd  icmalarının  Çiaur 
meşəliyi  və  Şirək  çölündəki  əzəli  torpaqlarından  məhrum  olmaları  ilə  əlamətdar 
olmuşdu. 
Biz  sözügedən  dövrdə  ixtilafın  faktiki  olaraq  iki  mərhələyə  ayrıldığını 
göstərmişdik.    1924-cü  ilin  oktyabrınadək  olan mərhələdə gürcü  tərəfi məsələnin 
hüquqi cəhətdən həllinə, yəni həmin torpaqların Gürcüstan hüdudlarında təsbitinə 
çalışırdı.  Qeyd  etdiyimiz  kimi,  1924-cü  ilin  oktyabrın  15-da  Tiflisdə    keçirilmiş  
Azərbaycan-Gürcüstan  müşavirəsinin protokoluna və oktyabrın 17-da xalq torpaq 
komissarları  Bünyadzadə  və  Gegeçkorinin  imzaladıqları  sazişlərə  əsasən,  Çiaur 
meşəliyi və Alazanyanı vadi inzibati cəhətdən Gürcüstana verilirdi. 
Bundan  sonra  ixtilafın  inkişafında  ikinci  mərhələ  başlanmışdı.  Məsələ 
onda  idi  ki,  1924-cü  ilin  oktyabr  sazişləri  mübahisəli  rayonları  inzibati  planda 
Gürcüstana  tabe  etdirsə  də,  eyni  zamanda  həmin  ərazilərdəki  bir  sıra  torpaq 
sahələrinin Zaqatala qəzası kəndlilərinin    təsərrüfat   istifadəsində   saxlanılmasını 
nəzərdə tuturdu. Fəqət göstərilən şərt gürcü hakimiyyət orqanları tərəfindən kobud 
surətdə  pozulmuşdu.  Əsərdə  bəhs  edildiyi  kimi,  gürcü  rəsmiləri  öz 
respublikalarında  təsərrüfata  yararlı  torpaqların  qıtlığı,  habelə  torpaqsız  kənd 
əhalisinin  həddən  artıq  olması  faktından  mübahisəli  ərazilərin  Gürcüstana 
verilməsi  zəruriliyini  əsaslandırmaq  üçün  istifadə  edirdilər.  Halbuki  gətirilən 
məlumatlardan  da  bəlli  olurdu  ki,  Azərbaycan  kəndlisi  torpaqsızlıqdan  heç  də  az 
əziyyət çəkmirdi. 20-ci illərdə gürcü tərəfinin arqumentasiyası Cənubi Qafqazın ali 
orqanları  (əslində  həmin  orqanlarda  dominant  mövqe  tutan,  söz  və  nüfuz  sahibi 
olan  gürcü  və  erməni  səlahiyyətliləri)  tərəfindən  dəstəklənirdi.  Bu  dəstək  gürcü 
hakimiyyətinə  qanunlara  kobud  surətdə  məhəl  qoymadan  Zaqatala  mahalının 
kəndlilərini  öz  əzəli  torpaqlarından  sıxışdırıb  çıxarmağa  imkan  verirdi.    Halbuki 
əsərdə  gətirilən  materiallardan  da  göründüyü  kimi,  Cənubi  Qafqaz  MİK  Rəyasət 
Heyəti  Çiaur  meşəliyində  və  Şirəkdə  Azərbaycan  kəndlilərinə  torpaq  ayrılması 
barədə dəfələrlə qərarlar çıxarmışdı. 
Artıq  20-ci  illərin  sonlarına  doğru  ikinci  mərhələ  də  ümumən  başa 
çatmışdı.  Gürcüstan  hökuməti  mübahisəli  ərazilərin  böyük  qismini  təsərrüfat 


188 
 
baxımından  mənimsəməyə,  orada  dağlıq  və  torpaqsız  rayonlardan  köçürülmüş 
həmvətənlərini 
əsaslı  surətdə  yerləşdirməyə  və  deməli,  zaqatalalıları 
uzaqlaşdırmağa müvəffəq  olmuşdu.  20-ci  illərin  sonları-30-cu  illərin  əvvəllərində 
həyata keçirilən kollektivləşdirmə gedişində həmin ərazilərdə gürcü hakimiyyəti iri 
təsərrüfat  vahidləri  -  kolxoz  və  sovxozlar  yaratmağa  başlamışdı.  Belə  bir  şəraitdə 
nəhəng  torpaq  massivlərinə  ehtiyaclarını  bəhanə  gətirən  gürcü  rəsmiləri 
Azərbaycan  tərəfinin  cüzi  torpaq  sahələrinin  güzəştinə  dair  xahişlərini  belə  qəti 
surətdə rədd edirdilər. 
30-cu  illərin  ortalarına  doğru  Şirək  çölü  və  Çiaur  meşəliyindəki  sabiq 
Zaqatala  dairəsi  kəndlilərinin  torpaqları  məsələsi  tədricən  gündəlikdən  çıxarılır. 
Mübahisənin ilk illərində torpaqların Gürcüstan tərəfindən tam mənimsənilmədiyi, 
məsələnin ədalətli həllinə ümidlərin yaşadığı, bu torpaqların  əvvəlki sahiblərinin - 
Azərbaycan  kəndlilərinin  xatirələrinin  hələ  canlı  olduğu  bir  zaman  problem 
gündəmdə  öz  yerini  qoruyub  saxlayırdı.  Gətirilən  faktlardan  aydın  olur ki,  Zaqa-
tala  kəndliləri  öz  torpaqlarının  itkisi  ilə  asanlıqla  barışmamış,  dəfələrlə  yuxarı 
instansiyalara müraciətlər  etmiş, hətta  bəzən  gürcü  tərəfinin  qanunsuz  əməllərinə 
əks-təsir  göstərməyə  çalışmışdılar.  Fəqət  M.C.Bağırovun  öncə  isnad  etdiyimiz 
məruzəsində  qeyd  edildiyi  kimi,  Azərbaycan  kəndlilərinin  ən  təvazökar  və  sırf 
təsərrüfat səciyyəli çıxışları belə dərhal «banditizm» ittihamı ilə damğalanırdı. 
Azərbaycan kəndlisinin faciəsi onda idi ki, qabaqçöllülərin təbirincə, «bilik 
və qüvvə üstünlüyü» onun tərəfində deyildi; yəni, bir tərəfdən savadlı, öz vətəninin 
tarixinə,  coğrafiyasına,  təsərrüfat  reallıqlarına  bələd  olan  azərbaycanlı  kadrlar 
fəlakətli  şəkildə  az  idi,  digər  tərəfdən  isə  Cənubi  Qafqazın  müxtəlif  hakimiyyət 
strukturlarında  qonşu  millətlərin  nümayəndələri  mütləq  əksəriyyət  təşkil  edirdilər. 
Belə  bir  vəziyyətdə  mübahisəli  ərazi  məsələlərinin  çözümü  Kasyan,  Şaverdov, 
Onanov, Balabanov, Çxenkeli kimi şəxslərin ixtiyarına verilirdi. 
Ən  sonda  bir  daha  qeyd  etmək  istərdik  ki,  Azərbaycanla  Gürcüstan 
arasında  mövcud  torpaq  mübahisələri  haqqında  20-ci  illərin  ortalarında  və  ikinci 
yarısında  qəbul  edilmiş  qərarlar  nəticəsində  63  min  hektardan  artıq  ərazi 
Gürcüstana  verilmişdi.  Bu  zaman  20-ci  illərin  əvvəllərində  Azərbaycana 
qaytarılmış, və yaxud Azərbaycanın obyektiv haqlarının tanındığı bəzi torpaqların 
da mühüm qismi müxtəlif bəhanələrlə Gürcüstana güzəşt edilmişdi. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə