ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   82   83   84   85   86   87   88   89   ...   110

185 
 
Əsərdə  Azərbaycan  siyasi-intellektual  zümrəsinin  öz  narritivlərində 
sözügedən ərazilərin mənsubluğu haqqında əks-versiya hazırladığı qeyd edilmişdir: 
onun  ana  ideyası  -mübahisəli  sahələr  «irsən,  ürfən  və  qanunən  bizim  torpağı-
mızdır»  (İ.Qəbulov)  şüarında  öz  tutumlu  ifadəsini  tapmışdı. Torpaq  üzərində  «əzəli 
tarixi  haqlar»  haqqında  təsəvvürlər  bizim  kontekstdə  həmin  torpağın  sakinlərinin 
(zaqalalalıların) özgə etnik miqrantlarla (gəlmə gürcülərlə) müqayisədə bu əraziyə 
olan hüquqlarını əsaslandırmalı idi. 
Monoqrafiyada  münaqişənin  konfliktoloji  təhlilini  verərkən,  onun 
obyektiv  əsası  kimi  ərazi  və  onun  resursları,  münaqişə  subyektləri  kimi  siyasi 
aktorların institusional (Azərbaycan və Gürcüstan dövlətləri) və qrup (Zaqatala və 
Sığnaq sakinləri) tiplərini göstərmişdik. 
Bu  münaqişənin  dinamikası,  yəni  müəyyən  zaman  ərzində  inkişafı  və 
dəyişməsi  xüsusiyyətləri  də  yetərincə  aydın  sezilirdi.  1918-ci  ildə  münaqişə 
situasiyası  hələ  latent  fazada  bulunurdu:  sosial  gərginlik  yüksək  həddə  çatsa  da, 
tərəflər açıq konfrontasiyadan çəkinirdilər. 
1919-cu ilin martında baş vermiş Birinci Mazımçay insidenti münaqişənin 
aktuallaşmış  fazaya  qədəm  basdığından  xəbər  verirdi.  1919-cu  ilin  sentyabrın 
sonlarında  olmuş  İkinci  Mazımçay  insidenti  münaqişənin,  demək  olar  ki, 
eskalasiya  mərhələsinə  daxil  olmasına  işarə  idi.  Azərbaycan  tərəfinin  nəyin 
bahasına  olursa  olsun,  Gürcüstanla  hərbi  qarşıdurmadan  yayınmaq  istəyindən 
yararlanaraq, strateji əhəmiyyətli mövqeni ələ keçirmiş gürcü hakimiyyət orqanları 
«mübahisəli  torpaqlar»  məsələsində  daha  inamla  və  cəsarətlə  hərəkət  etməyə 
başladı. Bu isə mahal əhalisinin, hətta silahlı reaksiyasına səbəb oldu. 
Fəqət  ümumən  Azərbaycan-Gürcüstan  münasibətlərinin  inkişafda  olması, 
habelə  Qafqaz  ətrafında  təşəkkül  tapmış  xarici-siyasi  vəziyyət  münaqişənin 
institusional  aktorlarını,  yəni  gürcü  və  Azərbaycan  dövlət  orqanlarını  destruktiv 
davranışdan çəkinməyə vadar edirdi. 
Beləliklə, Azərbaycan və Gürcüstan respublikalarının müstəqil mövcudluq 
illərində Çiaur meşəliyi  və  Şirək düzündə Zaqatala kənd icmalarına məxsus torpaq 
sahələri məsələsi öz həllini tapmadı. Azərbaycan tərəfinin həmin sahələri Azərbay-
can  Respublikasına  birləşdirmək  səyləri  baş  tutmadı.  Gürcü  tərəfinin  münaqişədə 
riayət etdiyi davranış xəttini sözügedən torpaqların öz həqiqi sahiblərindən tədricən 
almaq və demoqrafik və iqtisadi baxımdan mənimsəmək planları müəyyən edirdi. 
1920-21-ci  illərdə    Zaqatalanın        siyasi        mənsubluğu  məsələsinin  
predmeti   olduğu   münaqişənin   dinamikasında mühüm dəyişikliklər baş verirdi. 
Həmin  dəyişikliklərə  təkan  verən  hadisə  kimi  Azərbaycanın  sovetləşməsi  çıxış 
etdi.  Bu  hadisə  Cənubi  Qafqazı  bir  müddət  sosial-siyasi  və  geosiyasi  hüdudlarla  
parçaladı: nəticədə  obyektiv  olaraq  Gürcüstan Antantanın - Qərbin  düşərgəsində, 
Azərbaycan  isə həmin Qərbin antitezisi kimi formalaşmaqda olan Avrasiya ümu-
miliyində  -  sovet  düşərgəsində  bulundu.  Bu  amil  1920-ci  ilin  aprelin  sonu-mayın 
əvvəllərində  Azərbaycan-Gürcüstan  münasibətlərinin  sürətlə  pisləşməsində  və 


186 
 
hətta  lokal  konfrontasiyanın  meydana  çıxmasında  önəmli  rol  oynadı. 
Monoqrafiyada  bu  konfrontasiyanın  yaranması  və  inkişafında  Orconikidze  və 
Kirovun  simasında  yerli  Qafqaz  bolşevik  rəhbərliyinin  xüsusi  rolu  açılıb 
göstərilmişdir.  Moskvanın  rəsmi  mövqeyinə  rəğmən,  Qafqaz  bolşevikləri 
Azərbaycan ssenarisinin Gürcüstanda da uğurla tətbiqinə ümid edirdilər. Onlar öz 
planlarında Azərbaycana bir alət və platsdarm rolunu ayırmışdılar. 
Fəqət,  bir  tərəfdən  Polşa  cəbhəsində  hadisələrin  arzuolunmaz  səpkidə 
inkişafı,  digər  tərəfdən  isə  Gürcüstanın
 
kifayət  qədər  müqavimət  göstərməsi 
mərkəzin  nöqteyi-nəzərinin  üstünlük  qazanmasına  gətirib  çıxardı  və  Gürcüstana 
planlaşdırılan müdaxilə dayandırıldı. 
Sovet-gürcü  qarşıdurması  Zaqatala  ilə  bağlı  münaqişəni  aktuallaşdırdı. 
Əvvəla, may toqquşmalarının bir teatrı da sözügedən mahal idi. İkincisi və ən əsası, 
mayın  7  və  12-də  Moskvada  imzalanmış  müqavilə  və  ona  əlavə  saziş,  habelə 
Azərbaycanla  Gürcüstan  arasında  Ağstafada  bağlanmış  müqavilə  mübahisəli 
məsələni  hüquq  müstəvisinə  çıxardı.  Ağstafa  müqaviləsi  ümumiyyətlə  mahalın 
siyasi mənsubluğunu mübahisə predmeti kimi Azərbaycan rəsmilərinin də tanıdığı 
ilk hüquqi sənəd oldu. 
Fəqət  əməli  baxımdan  bu  sənədlər  Gürcüstanın  ümidlərini  doğrultmadı: 
sovet hökuməti ümumiyyətlə, Cənubi Qafqazın qəti ərazi-inzibati bölgüsünü onun 
tam sovetləşməsindən sonraya saxlamışdı. 
Zaqatala  siyasi  mənsubluğu  ilə  bağlı  mübahisənin  aktuallaşmasında  bir 
başqa  mühüm  amil  mahalda  iyun  ayında  baş  vermiş  üsyan  oldu.  Qızıl  Ordu 
komandanlığının  sözün  əsl  mənasında  qarətçi  əməlləri  və  yerli  xüsusiyyətlərə 
etinasızlığının  nəticəsi  kimi    meydana  çıxmış  üsyan  gedişində  onun  rəhbərliyi 
Gürcüstan  hökumət  orqanları  ilə  sazişə  imza  atdı.  Bu  saziş  sırf  siyasi 
mülahizələrdən  meydana  çıxmışdı:  o,  bir  tərəfdən  mahaldakı  yeni,  inqilabi 
gerçəkliyin  üsyan  başçılarının  -  bölgənın  əvvəlki  elitasının sosial-siyasi  maraq  və 
statuslarına zidd olmasından, digər tərəfdən isə əhalinin kütləvi şəkildə sosial nara-
zılığından nəşət edirdi. Həmçinin biz ehtimal etdik ki, bu qərar müəyyən mənada 
Tiflisdəki «Azərbaycan qurtuluş komitəsi» ilə də   razılaşdırılmışdı.   Qənaətimizcə,   
sözügedən  saziş  üsyan  rəhbərliyi  tərəfindən  müvəqqəti  taktiki  gediş  kimi 
qavranılırdı. 
Zaqatala  mahalının  hansı  dövlətə  mənsubluğu  məsələsi  öz    qəti    həllini  
yalnız    Gürcüstanın    sovetləşməsindən    sonra  tapdı:  1921-ci  ilin  iyulun  5-də 
F.Maxaradze  və  N.Nərimanov  Azərbaycan  və  Gürcüstan  arasında  sərhəd  xəttinin 
müəyyənləşdirilməsinə dair qətnaməyə imza atdılar. Bu sənədlə, habelə 15 noyabr 
1921-ci il M.Hacıyev-B.Mdivani sazişi ilə Gürcüstan SSR Zaqatala dairəsinə olan 
bütün iddialarından əl çəkirdi. 
Sözügedən münaqişənin həllində bəzi amillər rol oynamışdı. İlk növbədə 
Zaqatala  mahalının  əhalisinin  mütləq  əksəriyyətinin  (92-95  %-nin)  müsəlman 
olması və qəti şəkildə Azərbaycan tərkibində yaşamaq iradəsini ortaya qoyması, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə