ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   80   81   82   83   84   85   86   87   ...   110

180 
 
1933-cü  ilin  fevral-mart  aylarında  Azərbaycan  XTK-sı  və  Xalq 
Komissarları  Şurası  Cənubi  Qafqaz  MİK-nə  müraciət  edərək,  Gürcüstanın  yerli 
hakimiyyət  orqanlarının  qabaqçöllülərə  ayrılmış  sahələrdən  istifadə  etmələrinə 
mane olduqlarını bildirmişdi.
174
 
20-ci  illərin  sonu-30-cu  illərin  əvvəllərində  sözügedən məsələ Zaqatala  
mahalının  yerli  hakimiyyəti    tərəfindən  də
 
diqqət  mərkəzində  saxlanılmaqda  idi. 
Məsələn,  1929-cu ilin mayın 5-də Zaqatala QİK Rəyasət Heyəti öz iclasında Çiaur
 
meşəliyinin Azərbaycana verilməsi haqqında vəsatət qaldırmışdı.
175
 Yeri gəlmişkən, 
bu,  mübahisəli  ərazinin  Azərbaycana  birləşdirilməsini  nəzərdə  tutan  vəsatətlərdən 
sonuncusu idi. 
1931-ci  ilin  yanvarın  7-də  artıq  Balakən  rayon  icraiyyə  komitəsi 
Azərbaycanın  ali  hakimiyyətindən  qabaqçöllülərin  torpaqla  təminatı  məsələsinin 
tezliklə həllini xahiş etmişdi.
l76
 
Lakin  bütün  bu  vəsatətlər,  özlərindən  əvvəlkilər  kimi,  əməli  nəticə 
vermədi.  Gətirilən  faktlardan  aydın  olur  ki,  Şirək  çölü  məsələsində  olduğu  kimi, 
Çiaur meşəliyi məsələsində də Azərbaycanın bir sıra tələbləri Cənubi Qafqazın ali 
hakimiyyət  orqanı  tərəfindən  qəbul  edilsə  də,  əməli  surətdə  həyata  keçirilirdi. 
Gürcü  rəsmiləri  müxtəlif  komissiyalarda  iştirak  edərək,  qabaqçöllülərin  Çiaur 
meşəliyində  müəyyən  torpaq  sahələri  ilə  təmin    edilməsinə    dair    çoxsaylı   
qətnamələrə,  aktlara  imza atsalar da bu onlara mübahisəli əraziləri məqsədyönlü 
şəkildə  mənimsəməyə,  həmin  torpaqların  həqiqi  və  əzəli  sahiblərini  sıxışdırıb 
çıxarmağa  mane  olmurdu.  Bütün  bunlar,  artıq  dəfələrlə  qeyd  etdiyimiz  kimi, 
mərkəzi  orqanların  «susqun  razılığı»  və  hətta  gizlin  həvəsləndirməsi  ilə  baş 
verirdi.  Nəticədə  qabaqçöllülər  tədricən  «Çiaur  meşəliyi»  adlanan  ərazidən 
uzaqlaşdırılırdılar.  Azərbaycan  hakimiyyəti  isə  30-cu  illərdə  mövcud  yerli 
təsərrüfatları  artıq  keçmiş  Zaqatala  qəzası  hüdudlarında  torpaqla  təmin  etmək 
məcburiyyətində qalmışdı. 
 
 
* * * 
 
Beləliklə,  1920-30-cu  illərin  əvvəlləri  Zaqatala  mahalı  kənd  icmalarının 
Çiaur  meşəliyi  və  Şirək  çölündəki  əzəli  torpaqlarından  məhrum  olmaları  ilə 
əlamətdar idi. 
Bu  fəsildə  biz  sözügedən  dövrdə  ixtilafın  faktiki  olaraq  ki  mərhələyə 
ayrıldığını  göstərmişdik.  1924-cü  ilin  oktyabrınadək  olan  mərhələdə  gürcü  tərəfi 
məsələnin hüquqi cəhətdən həllinə, yəni həmin torpaqların Gürcüstan hüdudlarında 
təsbitinə  çalışırdı.  Qeyd  etdiyimiz  kimi,  1924-cü  ilin  oktyabrın  l5-də  Tiflisdə 
keçirilmiş  Azərbaycan-Gürcüstan  müşavirəsində  tərtib  olunmuş  protokola  və 
oktyabrın  17-də  xalq  torpaq  komissarları  Bünyadzadə  və  Gegeçkorinin 


181 
 
imzaladıqları sazişlərə əsasən, Çiaur meşəliyi və Alazanyanı vadi inzibati cəhətdən 
Gürcüstana verilirdi. 
Bundan  sonra  ixtilafın  inkişafında  ikinci  mərhələ  başlanmışdı.  Məsələ 
onda  idi  ki,  1924-cü  ilin  oktyabr  sazişləri  mübahisəli  rayonları  inzibati  planda 
Gürcüstana tabe etdirsə də, eyni zamanda həmin ərazilərdəki bir sıra torpaq sahələ-
rinin (Çiaur meşəliyində isə ərazinin böyük qisminin) Zaqatala qəzası kəndlilərinin 
təsərrüfat  istifadəsində  saxlanılmasını nəzərdə  tuturdu.  Fəqət  göstərilən  şərt  gürcü 
hakimiyyət  orqanları  tərəfindən  kobud  surətdə  pozulmuşdu.  Qeyd  etdiyimiz  kimi, 
gürcü  rəsmiləri  öz  respublikalarında  təsərrüfata  yararlı  torpaqların  qıtlığı,  habelə 
torpaqsız  kənd  əhalisinin  həddən  artıq  olması  faktından  mübahisəli  ərazilərin 
Gürcüstana  verilməsi  zəruriliyini  əsaslandırmaq  üçün  istifadə  edirdilər.    Halbuki 
gətirilən məlumatlardan da bəlli olurdu ki, Azərbaycan kəndlisi torpaqsızlıqdan heç 
də  az  əziyyət  çəkmirdi.  20-ci  illərdə  gürcü  tərəfinin  arqumentasiyası  Cənubi 
Qafqazın  ali  orqanları  (əslində  həmin  orqanlarda  dominant  mövqe  tutan,  söz  və 
nüfuz  sahibi  olan  gürcü  və  erməni  səlahiyyətliləri)  tərəfindən  dəstəklənirdi. 
Sözügedən  fəsildə  biz  bu  dəstəyin  gürcü  hakimiyyətinə  qanunlara  kobud  surətdə 
məhəl  qoymadan  Zaqatala  mahalının  kəndlilərini  -  qabaqçöllüləri,  əliabadlıları, 
muğanlıları,  almalıları  və  başqalarını  öz  əzəli  torpaqlarından  sıxışdırıb 
çıxarmalarına imkan verdiyini ətraflı şəkildə təsvir və təhlil etməyə çalışmışıq. 
Artıq  20-ci  illərin  sonlarına  doğru  ikinci  mərhələnin  də  ümumən  başa 
çatmasından  danışa  bilərik.  Gürcüstan  hökuməti  mübahisəli  ərazilərin  böyük 
qismini  təsərrüfat  baxımından  mənimsəməyə,  orada  dağlıq  və  torpaqsız 
rayonlardan  köçürülmüş  həmvətənlərini  əsaslı  surətdə  yerləşdirməyə  və  deməli, 
zaqatalalıları uzaqlaşdırmağa müvəffəq olmuşdu. 20-ci illərin sonları-30-cu illərin 
əvvəllərində  həyata  keçirilən  kollektivləşdirmə  gedişində  həmin  ərazilərdə  gürcü 
hakimiyyəti  iri  təsərrüfat  vahidləri  -    kolxoz  və  sovxozlar  yaratmağa  başlamışdı. 
Belə  bir  şəraitdə  nəhəng  torpaq  massivlərinə  ehtiyaclarını  bəhanə  gətirən  gürcü 
rəsmiləri  kiçik  torpaq  sahələrinin  güzəştini  belə  qəti  surətdə  rədd  etmişdilər. 
Halbuki həmin torpaqlar  Zaqatala  kəndlilərinin  ən  cüzi  iqtisadi  ehtiyaclarının 
ödənilməsi üçün istifadə olunmalı idi. 
30-cu    illərin    ortalarına   doğru    Şirək   çölü     və   Çiaur meşəliyindəki 
sabiq  Zaqatala  dairəsi  kəndlilərinin  torpaqları  məsələsi  tədricən  gündəlikdən 
çıxarılır.  Mübahisənin  ilk  illərində  torpaqların  Gürcüstan  tərəfindən  tam 
mənimsənilmədiyi,  məsələnin  ədalətli  həllinə  ümidlərin  yaşadığı,  bu  torpaqların 
əvvəlki sahiblərinin  - Azərbaycan kəndlilərinin xatirələrinin hələ canlı olduğu bir 
zaman problem gündəmdə öz yerini qoruyub saxlayırdı. Gətirilən faktlardan aydın 
olur ki, Zaqatala kəndliləri öz torpaqlarının itkisi ilə asanlıqla barışmamış, dəfələrlə 
yuxarı instansiyalara müraciətlər etmiş, hətta bəzən   gürcü   tərəfinin   qanunsuz  
əməllərinə    əks-təsir   göstərməyə  çalışmışdılar.  Fəqət  M.C.Bağırovun  öncə isnad 
etdiyimiz məruzəsində  qeyd  edildiyi  kimi,  Azərbaycan  kəndlilərinin  ən  təvazökar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə