ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   78   79   80   81   82   83   84   85   ...   110

176 
 
deyil, ancaq bəzi sahələrinin Azərbaycan tərkibində saxlanılmasına, həmçinin artıq 
Gürcüstan  ərazisi  hesab  olunan  rayonlarda  öz  vətəndaşlarının,  sadəcə,  təsərrüfat 
haqlarının qorunmasına çalışırdı. 
1927-ci ilin yanvarın 11-də Cənubi Qafqaz MİK Rəyasət Heyətinin iclası 
oldu. Orada Koçetkov komissiyasının məruzəsi əsasında qərar qəbul edildi.
1 5 1
 O, 
Cənubi  Qafqaz  MİK-in  torpaq  komissiyasının  Çiaur  meşəliyində  sərhədin  Dərin-
qobu  çayının  mövcud  axarı  üzrə  qoyulması  haqqında  6  may  1925-ci  il  tarixli 
qərarını  təsdiqləyirdi.  Deməli,  Azərbaycan  tərəfinin  sərhədin  Dərin-qobu  çayının 
köhnə  məcrası  üzrə  keçirilməsi  və  bununla  da  qabaqçöllülərin  bəzi  sahələrinin 
Zaqatala qəzasına aid edilməsi haqqında vəsatətləri faktiki rədd edilmiş olurdu. 
Qətnamənin göstərilən reaksiyada qəbul edilməsi Azərbaycanda müəyyən 
narazılıq  doğurmuşdu.  Hətta  Az.MİK-in
 
1927-ci  il  12  mart  tarixli  iclasında  Çiaur 
meşəliyi ilə bağlı məsələ yenidən qaldırılmış, lakin baxılmadan rədd edilmişdi.
l52
 
Qafqazın  ali  hakimiyyəl  orqanının  19  avqust  1926-cı  il  və  11  yanvar 
1927-ci  il  qərarlarında  nəzərdə  tutulan  tədbirləri  həyata  keçirmək  üçün  torpaq 
quruluşçusu V.Çxenkelinin sədrliyi altında növbəti komissiya təşkil olundu. O da 
əvvəlki komissiyalar kimi iki qəza arasında sərhəd xəttinin müəyyənləşdirilməsi ilə 
məşğul olmuşdu.
153
 Onun işində iştirak etmək üçün Laqodexə Zaqatala qəza torpaq 
şöbəsinin  sədri  D.Nəsibov,  Balakən  dairə  icraiyyə  komitəsinin  sədri  H.Hacıyev, 
Qabaqçöl kənd sovetinin sədri S.Mustafayev və başqaları ezam olunmuşdular.
154
 
Aprelin  18-də  Çxenkeli  qabaqçöllülərin  Çiaur  meşəliyindəki  binə  və 
əkinlərini  ayırmaq  istədikdə,  onların  (və  onları  dəstəkləyən  Zaqatala  nümayəndə 
heyətinin)  etirazları  ilə  rastlaşmışdı;  qabaqçöllülər  6  may  1925-ci  il  qətnaməsinə 
uyğun  olaraq,  otlaqların  da  ayrılmasını  tələb  edir,  əks  təqdirdə  öz  binə  və 
şumluqlarını göstərməyəcəklərini bildirirdilər. 
Bu  tələbə  isə  öz  növbəsində  Sığnaq  hakimiyyəti  etiraz  edirdi.  
Sonuncunun    iddiasına  görə,    Sığnaq    qəzasında  boş  otlaqlar  yox  idi,  olanlar  isə 
Tamariani  və  başqa  gürcü  kəndlərinə  icarəyə  verilmişdi.      Nəzərə  alsaq    ki,  
qabaqçöllülərin Çiaur meşəliyində torpaqlarının əsas qismini otlaqlar təşkil edirdi, 
onda gürcülərin bu addımının münaqişədə tutduqları taktiki xəttin (qabaqçöllüləri 
müxtəlif  bəhanələrlə  ərazidən  sıxışdırmaq)  məntiqinə  uyduğunu  görmək  olar. 
Gürcü tərəfi rasionalcasına ehtimal edirdi ki, otlaqların əldən çıxmasının ardından 
qabaqçöllülər  qısa  bir  zaman  ərzində  öz  əkin  və  binələrindən  də  məhrum 
olacaqdılar.  Həqiqətən  də,  son  nəticədə  qabaqçöllülərə  nəinki  otlaqlar,  həmçinin 
binə və əkin sahələri də ayrılmadı. 
Bu  vəziyyət  Zaqatala  QİK  Rəyasət  Heyətinin  1927-ci  ilin  25  aprel 
iclasında müzakirə edildi. D.Nəsibov Sığnaq hakimiyyəti tərəfindən qabaqçöllülərə 
torpaq  sahələri  ayrılmasına  dair  ali  orqanların  qətnamələrinə  əməl  olunmaması 
barədə  məruzə  ilə  çıxış  etdi.  İclas  məsələnin  həllinə  dair  qəti  ölçü  götürülməsi 
haqqında vəsatət qaldırdı.
155
 


177 
 
Bu vəsatətə Cənubi Qafqaz MİK Rəyasət Heyətinin həmin ilin mayın 6-da 
olmuş iclasında baxıldı və adətən olduğu kimi rədd edildi. İclasda, həmçinin hər iki 
tərəfə Qabaqçöl sakinlərinin otlaqlarla təmin edilməsi məsələsində razılığa gəlmək 
tapşırıldı.
156
 
Ümumiyyətlə,  Cənubi  Qafqazın  ali  hakimiyyət  orqanının  müxtəlif 
komissiyalarının  qabaqçöllüləri  torpaqla  təmin  etmək  haqqında  çıxardığı 
qətnamələr  kağız  üzərində  qalırdı.  Bu  fakt  Zaqatala  QİK-in  Az.MİK-ə  7  may 
tarixli müraciətində həyəcanla konstatasiya olunmuşdu.
157
 Müraciətdə qeyd edilirdi 
ki,  Sığnaq  hakimiyyət  təmsilçiləri  hətta  11  yanvar  1927-ci  il  qərarının 
qabaqçöllülərin  torpaqla  təminatına  dair  hissəsinə  əməl  etməkdən  boyun 
qaçırırdılar.  Eyni  zamanda  Sığnaq  rəsmilərinin  bilavasitə  himayəsi  altında  gürcü 
kəndliləri öz qanunsuz əməllərini bir qədər də artırmışdılar. Məsələn, aprelin 26-da 
gürcü silahlıları Çiaur meşəliyində qabaqçöllülərin binələrinə basqın edərək, onları 
yandırmış, mal-qaralarını isə qovub aparmışdılar. 
1927-ci  ilin  mayın  28-də  Az.MİK  Rəyasət  Heyəti  Cənubi  Qafqaz  MİK 
Rəyasət Heyətinin 6 may qərarını müzakirə
 
etdi. İclas Çiaurdakı otlaqların icarəyə 
verilməsi  zamanı  həmin  torpaqların  qabaqçöllülərin  faktiki  istifadəsində  oldu-
ğunun nəzərə alınmasını yüksək instansiyadan xahiş edirdi.
158
 
İyulun  12-də  Az.MİK  Cənubi  Qafqaz  MİK-nə  sorğu  ilə  müraciət  etdi. 
Orada  Sığnaq  qəza  hakimiyyəti  tərəfindən  ali  orqanların  qərar  və  qətnamələrinə 
məhəl qoyulmaması faktı bir daha vurğulanırdı.
159
 
Bu  sorğunun  nəticəsi  olaraq,  «Qabaqçöl  kənd  sakinlərinin  Çiaur 
məntəqəsi  hüdudları  daxilində  torpaq  istifadəsinin  tənzimlənməsinə  dair»  adlı 
məsələ  1927-ci  ilin  sentyabrın  19-da  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin 
iclasının  gündəliyinə  salındı.
160
  Həmin  iclasda  qəbul  edilmiş  qərara  əsasən, 
Gürcüstan  MİK-i  bir  ay  müddətinə  Qabaqçöl  kəndlilərinə  otlaq  və  əkin  sahələri 
ayırmalı idi. Bu zaman 1924-cü
 
ilədək  qabaqçöllülərin istifadəsində  olub,  sonrakı 
illərdə  gürcü  kəndlərinin  sərəncamına  keçmiş  sahələrin  əvəzinə  qabaqçöllülər 
Çiaur  məntəqəsinin  digər  hissələrində  bərabər  ölçüdə  torpaqlarla  təmin  olunmalı 
idilər. 
Lakin  Gürcüstan  hakimiyyəti  əvvəlki  praktikasından  imtina  etməyə 
hazırlaşmırdı:  o,  öz  məqsədlərinə  cavab  verməyən  19  sentyabr  qətnaməsinin 
icrasını,  ilk  növbədə  də  komissiyanın  təşkilini  hər  vəchlə  yubadırdı.  Bununla 
əlaqədar oktyabrın 29-da Zaqatala QİK Rəyasət Heyəti Azərbaycanın Xalq Torpaq 
Komissarlığından ölçü götürülməsini xahiş etmişdi.
161
 
Bu  müraciətlə  əlaqədar  1927-ci  ilin  noyabrın  4-də  Azərbaycan  XTK 
Az.MİK  Rəyasət  Heyətinə  təliqə  göndərərək,  komissiyanın  nə  zaman  işə 
başlayacağını  aydınlaşdırmaq  üçün  Gürcüstan  MİK  ilə  əlaqə  saxlamağı  xahiş 
edirdi.
162
 
Tezliklə  Gürcüstan  hökuməti  19  sentyabr  qərarını  həyata  keçirməkdən 
açıqcasına imtina etdi. Gürcüstan MİK Azərbaycan MİK-nə 1927-ci ilin dekabrın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə