ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   74   75   76   77   78   79   80   81   ...   110

168 
 
bostan  sahəsinin  gürcü  Tamariani  kəndinin  maldarları  tərəfindən  tapdalandığı 
aşkarlanmışdı.
120 
Analoji hal növbəti ildə də təkrarlanmışdı.
121
 
Əkin  və  bostanların  yandırılması  ilə  paralel  olaraq  gürcü  əhalisi  öz 
hakimiyyətlərinin  himayəsi  altında  mübahisəli  rayonda  əkinəyararlı  sahələr  əldə 
etmək  məqsədi  ilə  meşəni  intensiv  surətdə  qırmağa  başlamışdı.  Həmçinin 
Gürcüstan  meşə  təsərrüfatı  idarəsi  də  orada  meşə  tədarükünə  girişmişdi.  Bu 
zəmində 1925-ci ilin sonu - 1926-cı ilin əvvəllərində Çiaur məntəqəsində, Beşkən, 
Çudulu-tala,  Vaşlovan  adlı  yerlərdə  qabaqçöllülərlə  ağac  tədarük  edən  fəhlələr 
arasında  bir  sıra  toqquşmalar  baş  vermişdi.  Meşəni  özününkü  hesab  edən 
qabaqçöllülər  fəhlələrin  işini  dayandırmışdılar.  Adi  təsərrüfat ixtilafını  Sığnaq  və 
Laqodex milis idarəsi qarətçilik kimi qələmə vermiş və hətta ən yuxarı hakimiyyət 
orqanlarına hadisə haqqında qərəzli məlumatlar ötürmüşdü.
122
 
Həmin  məlumatları  yoxlamaq  üçün  1926-cı  ilin  yanvarın  sonu  -  fevralın 
əvvəllərində  hadisə  yerinə  Zaqatala  qəza  milis  rəisi  Səlimov  ezam  olunur.  Onun 
qənaətinə  görə,  «...(Laqodex)  rayon  (milis)  rəisinin  məlumatına  inanmaq  olmaz, 
çünki gürcülər qədimdən bəri bu meşəbri ələ keçirməyə... can atırlar. Ona görə də 
bu cür səs-küy qaldıraraq, anlaşılmazlıq və böhtan yaradırlar».
123
 
Bir  başqa  sənədə  əsasən,  teleqramlardan  birinin  müəllifi,  Laqodex  milis 
rəisi Devidze məsələnin araşdırılması zamanı ona etnik nöqteyi-nəzərdən yanaşmış 
və  bütün  suçu  qabaqçöllülərin  üzərinə  atmağa  çalışmışdı.  Bu  şəxs,  ümumiyyətlə, 
Azərbaycan  kəndlilərinə  millətçi  münasibəti  ilə  seçilirdi.  Hələ  çarizm  dövründən 
Voronsovka kəndində (gürcülər onun adını dəyişib Çuduani qoymuşdular) hər ilin 
əvvəlində  yarmarka  keçirilirdi  və  Qabaqçöl  və  Balakən  sakinləri  də  öz  məh-
sullarını  orada  satırdılar.  1926-cı  ildə  olmuş  yarmarkada  Devidze  Zaqatala 
kəndlilərini hamının gözü qarşısında döyərək 
 
və təhqir edərək, qovmuşdu.
124
 
1926-cı  ilin  aprelin  16  -18-də  Az.  ÇEKA  Balakən  rayonunda  xüsusi 
əməliyyat  keçirirdi.  Bundan  sui-istifadə  edən  Çuduani  və  Daşkovo  kəndlərinin 
sakinləri  yerli  gürcü  hakimiyyətinin  təhriki  ilə  Dərin-qobu  çayının  sahilində 
yerləşən
 
qabaqçöllülərə  məxsus  16  №-li  sahəyə  -  Osman-binəyə  basqın  etmiş, 
meşədə xeyli ağac qırmış və bir neçə binəni yandırmışdılar.
125
 
Sözügedən rayonda gürcü hakimiyyətinin qanunsuzluqlara rəvac verməsi 
Zaqatala  hakimiyyət  orqanlarının  da  narahatlığına  səbəb  olmuşdu.  1926-cı  ilin 
oktyabrında  AK(b)P  MK  katibi  Ağaverdiyevin  ünvanına  Zaqatala  qəza  partiya 
komitəsinin  katibi  S.Qocayevdən,  qəza  icraiyyə  komitəsinin  sədri  Hacıyevdən, 
habelə ASSR Baş Siyasi İdarəsinin müavini Qorobçenkodan üç «Məruzə qeydləri» 
daxil  olmuşdu.
126
  Qeydlərdə  sentyabrın  sonlarında  Ulqam-çay  yaxınlığında  gürcü 
milisionerlərinin    Qabaqçöl  sakinlərinə  məxsus  31  baş  mal-qaranı  qovub 
aparmaları  barədə  məlumat  verilirdi.  Ən  maraqlısı  o  idi  ki,  milisin  bu  cinayət 
əməlinin  arxasında  Sığnaq  qəza  hakimiyyəti  dururdu.  Sığnaq  QİK  açıqcasına 
bəyan  etmişdi  ki,  hadisə  qabaqçöllülərin    otlaqlardan    istifadəyə    görə    icarə  
haqlarını ödəmədiklərinə görə baş vermişdir. 


169 
 
İstər  gürcü  əhalisinin,  istərsə  də  yerli  hakimiyyətin  qabaqçöllülərə  və 
onların  təsərrüfat  haqlarına  qarşı  qanunsuz  əməllərinə  Cənubi  Qafqazın  ali 
hakimiyyət  orqanları  faktiki  olaraq  göz  yumurdu.  Hətta  əksinə,  hadisələrə  görə 
Azərbaycan  əhalisi  günahlandırılırdı.  Məsələn,  yuxarıda  Çiaur  meşəliyində 
qabaqçöllülərlə gürcü fəhlələr arasında ixtilafdan bəhs etmişdik. Təhqiqat ixtilafın 
bir  çox  hallarda  məhz  gürcü  tərəfinin  razılaşdırılmamış  əməllərinin  sayəsində 
meydana  çıxdığını  sübut  etsə  də,  yuxarı  instansiyalar  baş  verənlərə  görə  yalnız 
qabaqçöllüləri  suçlamışdı.  O  dövrdə  Cənubi  Qafqaz  Fövqəladə  Komissiyasının 
(ÇEKA-nın)  sədr  müavini  vəzifəsində  çalışan  Beriya  ÜK(b)P  Zaqafqaziya  Ölkə 
komitəsinə  1926-cı  ilin  fevralın  2-də  göndərdiyi  təliqəsində  məlum  hadisələri 
banditizm    kimi    səciyyələndirərək,    Zaqatala    hakimiyyətinə  təsir  göstərilməsini 
vacib  bilirdi.  Beriyanın  fikrincə,  Zaqatala  rəhbərliyi  «passiv  qalmayaraq, 
banditizmin  ləğvinə  dair  vaxtlı-vaxtında  ölçü  götürməli,  həmçinin  GSSR  ilə 
həmsərhəd  kəndlərin  sakinlərinə  Beşkən  meşəsinin  düzgün  bölüşdürülməsi  və  bu 
cür basqınlara son qoyulması zərurətini başa salmalı» idi.
127
 Çox güman ki, 1926-cı 
ilin aprelində ÇEKA-nın yuxarıda  qeyd   etdiyimiz   əməliyyatı   da   Beriyanın   
təliqəsinin müvafiq nəticəsi idi. 
Ümumiyyətlə,  o  illərdə  Azərbaycan  kəndlisinin  müxtəlif  səbəblər 
üzündən,  o  cümlədən  də  torpaq  mübahisəlarinin  ədalətsiz  həllinə  qarşı  ən  kiçik 
narazılığı  belə  «banditizm»  adı  ilə  damğalanırdı.  1925-ci  ilin  30  noyabr 
müşavirəsində M.C.Bağırov vəziyyəti belə dəyərləndirirdi: «Cənubi Qafqaz MİK-
in  torpaq  komissiyasının  işinə  dair  sənədlərdən  biz  bu  və  ya  digər  mübahisənin 
həlli  zamanı  qərəzli  münasibət  görürük.  Bu  məsələlərin  həlli  üçün  göndərilmiş 
işçilərin  qərəzli  münasibət  göstərmələri  azmış  kimi,  onlar  hətta  xalis  iqtisadi, 
torpaq  və  otlaq  məsələlərini  belə  bizim  qəzalarımız  tərəfindən  törədilən  cinayət, 
banditizm  səciyyəli  məsələlərə  çevirmişlər  və  ali  Zaqafqaziya  orqanlarının 
nəzərində  Azərbaycan  qəzalarına  qarşı  ən  repressiv  tədbirlər  görməyin  zəruriliyi 
barədə  təsəvvürlər  yaratmışlar.  Bu  mübahisələrin  səbəbini  araşdırmaq  üçün... 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin  sərəncamı ilə  Şaverdovun  sədrliyi  altında 
komissiya  yaradılmışdı...  Orada  (komissiyada  -  Ş.R.)  deyilirdi  ki..,  Azərbaycanda 
hakimiyyətsizlikdir, başdan-başa banditizmdir, qarətçilikdir...».
128
 
Yeri gəlmişkən, o dövrün torpaq mübahisələrinə dair sənədləri ilə tanışlıq 
Cənubi  Qafqazın  müvafiq  hakimiyyət  qurumlarında  müəyyən  mənada  gürcü-
erməni  tandeminin  yaranmasından  danışmağa  imkan  verir.  Bu  tandem  hər  iki 
qonşu  respublikanın  Azərbaycanla  mövcud  ərazi  və  sərhəd  mübahisələrində 
uzlaşdırılmış  fəaliyyətini  ehtimal  edirdi  Ona  görə  də  Şaverdov  Azərbaycanla 
mübahisəli  məsələlərin  müzakirəsi  və  həlli  zamanı  gürcü  tərəfinə  qeyri-aşkar 
dəstək  göstərirdi.  Belə  bir  şəraitdə  20-ci  illərin  ortalarına  doğru,  artıq  qeyd 
etdiyimiz  kimi,  qonşu  respublikalarla  mövcud  ərazi  və  sərhəd  mübahisələrinin 
həllində  Azərbaycan  üçün  son  dərəcə  arzuolunmaz  tendensiya  qabarıq  şəkildə 
təzahür edirdi. Həmin tendensiyanı  əyani şəkildə illüstrasiya etmək üçün o illərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə