ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   72   73   74   75   76   77   78   79   ...   110

164 
 
27 avqust qətnaməsinin son iki bəndi də gürcü maraqlarına cavab verirdi. 
5-ci  bənddə  vadidə  Zaqatala  kəndlilərinə  şumluq  ayırarkən  gürcü  maldarlarının 
suya  olan  yolunu  bağlamamaq  bir  şərt  kimi  irəli  sürülürdü.  6-cı  bənddə  isə 
Zaqatala  və  Sığnaq  RİK-lərinə  qərarla  bağlı  əhali  arasında  kütləvi  izahat  işi 
aparmaq,  ortaya  çıxa  biləcək  məsələlərin  yerindəcə  operativ  həlli  üçün  məsul 
təmsilçi ayırmaq, subarenda (vasitəli icarə) ilə mübarizə aparmaq tövsiyə olunurdu. 
Yeri  gəlmişkən,  gürcü  tərəfinin  məsələyə  dair  arqumentasiyasına  da 
toxunmaq  istərdik.  Biz  artıq  qeyd  etmişdik  ki,  gürcü    rəsmiləri    Şirək    çölünün  
Gürcüstana birləşdirilməsini müstəsna olaraq iqtisadi mülahizələrlə əsaslandırmağa 
çalışırdılar və bunu  öz  respublikalarında  gedən  aqrar  islahatla əlaqələndirirdilər. 
20-ci  illərin  sonlarına  qədər  müxtəlif  müşavirələrdə  çıxış  edən  gürcü 
nümayəndələri  Alazanyanı  vadini  Gürcüstanın  maldar  təsərrüfatı  üçün  müstəsna 
əhəmiyyətə malik rayon kimi səciyyələndirərək, ora əkinçilik məqsədi ilə Zaqatala  
kəndlilərinin    buraxılmasını    Tiflis,    Duşet,    Telavi    və  Sığnaq  qəzalarının  dağlı 
əhalisinin  müflisləşdirəcəyinə  səbəb  olacağını  iddia  edirdilər.
108
  30-cu  illərin 
əvvəllərində, kollektivləşdirmənin fəal mərhələyə qədəm basması ilə onların iddia-
larında  yeni  çalar  peyda  oldu:  vadinin  Azərbaycana  verilmasi  Şirəkdəki  artıq 
mövcud  sosialist  sektorunu  çıxılmaz  vəziyyətə  salacaqdır.  Gürcü  tərəfinin 
məlumatına  əsasən,  1924-cü  ildən  sonra  zaqatalalıların  Şirəkdəki  torpaqlarında 
pambıq  və  taxılçılıq  sovxozları,  maldar  təsərrüfatları  təşkil  olunmuşdu.  Kol-
lektivləşdirmə  gedişinda  bu  təsərrüfatların  daha  da  genişləndirilməsi  nəzərdə 
tutulurdu:  məsələn,  Şirək  sovxozuna  1932-ci  ildə  64000  hektar  ayırmaq 
planlaşdırılmışdı.
109
 
1931-ci  ilin  sonlarında  Sığnaq  rəhbərliyi  Gürcüstan  ali  hakimiyyət 
orqanlarına  «Məruzə  qeydlərini»  ünvanlamışdı.
110 
Orada  Gürcüstanın  Alazanyanı 
vadiyə  və  ümumən  Şirək  çölünə  hüquqlarını  əsaslandırmalı  olan  aşağıdakı 
mülahizəni təqdim olunmuşdu: 
1)  Məsələnin  hüquqi  əsası  kimi  məlum  1924-cü  il  oktyabr  sazişi 
göstərilirdi,  bu  zaman  həmin  sazişə  uyğun
 
olaraq  4000  hektarın  Azərbaycan 
kəndlilərinin ixtiyarında saxlanılması faktı isə qulaqardına vurulurdu. 
2)
 
Şirək  düzünün  müstəsna  təsərrüfat  əhəmiyyəti  vurğulanırdı.  Qeyd 
etdiyimiz kimi, orada iri sovxoz fəaliyyət göstərirdi; onun 10000 ha şumluq, 25 ha 
otlaq  sahəsi  var  idi  və  torpaq  fondunun  64000  ha-ya  çatdırılması  planlaşdırılırdı. 
Gürcü  tərəfinin  mülahizəsinə  görə,  bu  vəziyyət  vadinin  Azərbaycana  verilməsi 
ehtimalını heçə endirirdi. 
3)
 
Şirəkdəki  3  gürcü  və  bir  erməni  kəndinin  (Yuxarı  və  Aşağı  Kedi, 
Arxiloskalo, Qırmızı Səbətli) rifahı bilavasitə vadi ilə bağlı idi. 
4)
 
1930-cu  ildə  Şirəkdə  pambıq  sovxozu  təşkil  edilmişdi.  Həmin 
sovxoza  daxil  Maçxaani,  Dzveli,  Anaqa,  Paniani,  Bodbisxevi  gürcü  maldar 
kəndlərinin  (çox  güman  ki,  bu  kəndlər  gəlmə  tuşin  və  başqa  dağlılar  tərəfindən 
yaxın zamanlarda salınmışdı) Alazan çayının sahilində qış binələri var idi. Sovxoza 


165 
 
verilən  12000  ha-dan  11000  ha-da  bu  kəndlərin  sakinləri  öz  mal-qaralarını 
otarırdılar.  Bu  səbəbə  görə  Sığnaq  rəhbərliyi  həmin  maldarlara  Şirəkin  digər 
yerində kompensasiya olaraq otlaqlar ayırmaq niyyətində idi. 
5)  İddia  olunurdu  ki,  20-ci  illərin  əvvəllərində  Eldar  düzü  və  onun 
qərbində Çatma çölünün – ümumən 31000 hektar ərazinin Azərbaycana verilməsi 
nəticəsində  Sığnaq  rayonu  torpaq  çatışmazlığı  ilə  üzləşmişdi.  Bu  iddia 
həqiqətəuyğun  deyildi.  Əvvəla,  sözügedən  düzlərdə  müstəsna  olaraq  Azərbaycan 
əhalisi  yaşayırdı.  İkincisi  isə,  aşağıda  görəcəyimiz  kimi,  20-ci  illərin  ikinci 
yarısında  həmin  düzlərdən  böyük  torpaq  massivi  -  29277,85  ha  kəsilərək, 
Gürcüstana verilmişdi. 
Gətirilən    dəlillərə    istinadən,    gürcü    tərəfi    Alazanyanı  vadidə  ən  kiçik 
torpaq  sahəsinin  belə  Azərbaycana  güzəştini  qeyri-mümkün  hesab  edirdi.  Çox 
güman  ki, gürcü rəsmilərinin arqumentasiyası       Cənubi     Qafqaz    hökumətinin   
nəzərində  Zaqatala  kəndlilərinin  vadiyə  olan  tarixi  haqları  və  təsərrüfat 
ehtiyaclarından  daha  əhəmiyyətli  görünmüşdü  və  qeyd  etdiyimiz  kimi,  gürcüləri 
tam təmin edən qərar çıxarılmışdı. 
1932-ci ilin avqustun 27-də qəbul edilmiş qərar Şirək çölünün Alazanyanı 
vadisinin  inzibati-siyasi  və  təsərrüfat  mənsubluğu  məsələlərinin  müzakirəsinə  bir 
növ yekun vururdu. Artıq qeyd etdiyimiz kimi, bu proses iki mərhələdən ibarət idi: 
əgər 1924-cü ilin 17 oktyabr sazişi ilə başa çatmış birinci mərhələdə vadi inzibati 
cəhətdən  Gürcüstana  tabe  etdirilmişdisə, həmin  tarixdən  etibarən  başlanmış  ikinci 
mərhələdə  ərazi  gürcü  hökuməti  tərəfindən  iqtisadi  cəhətdən  mənimsənilmiş, 
zaqatalalılar  isə  oradan  tamamilə  sıxışdırılıb  çıxarılmışdı.  27  avqust  aktı  bu 
mərhələnin finalı idi; o, Azərbaycan hakimiyyətinin vadidən qismən də olsa istifadə 
etməyə dair ümidlərini qəti surətdə puç etdi. 
 
 
 
4. 1920-ci illərin ikinci yarısında «Çiaur meĢəliyinin» 
Gürcüstan tərəfindən təsərrüfat baxımından mənimsənilməsi 
 
Digər ixtilaf ocağında - Çiaur meşəliyində də hadisələr bənzər ssenari üzrə 
cərəyan edirdi. 
1924-cü  ilin  15  oktyabr  protokolunda  Zaqatala  və  Sığnaq  qəzaları 
arasında  sərhəd  olduqca  qeyri-müəyyən  təsbit  olunmuşdu.  Azərbaycan  XTK-nın 
artıq iqtibas etdiyimiz 1925-ci ilin noyabr arayışında deyilirdi ki, «sazişdə... layihə-
ləşdirilən  sərhədin  təsvirində  bəzi  qeyri-aydınlıqlar  nəzərə  çarpır.  Məsələn,  orada 
bu  sayaq  ifadələrə  rast  gəlirik:  «sonra  bu  çayla  (Abjit-su  ilə  -  Ş.R.)  köhnə 
cığıradək,  oradan  həmin  cığırla  düz  xətt  üzrə  şimal-qərb  istiqamətində  Kvirias-
Sxali (Dərin-qobu - Ş.R.) çayının mənsəbindəki kurqana doğr u » .
1 1 1  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə