ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   71   72   73   74   75   76   77   78   ...   110

162 
 
quruculuğu  prosesi  ilə  əlaqələndirirdi:  «Əliabad  rayonunun  kolxozları  və  əməkçi 
kəndliləri...  əgər  bu    çağadək    (1924-cü  ildən  sonrakı  vəziyyət  nəzərdə  tutulur  - 
Ş.R.)  bu  vadidə  ildə  70-100  hektar  əkin  sahələrinə
 
malik  idilərsə,  indi  onu  heç 
olmasa  2000  hektara  qədər  genişləndirməlidirlər,  belə  ki,  onların  kənd 
təsərrüfatının  əsası  bundan  a sılı dır ...   1930-cu  ilədək  bu  rayon  özünün  bütün 
torpaqlarını  (8000 hektaradək) müstəsna  olaraq  buğda,  arpa  və  qarğıdalı  əkinində 
istifadə  edir di...       1931-ci   ildən   etibarən  partiya  və  hökumətin intensiv  texniki 
bitkilərə  xüsusi  əhəmiyyət  verməsi  ilə  əlaqədar  buğda  becərilməsini  düyü, 
yerfındığı, tütün və s. ilə qismən əvəz etmək lazım gəldi... Düyünün daxil edilməsi 
və  bu  illər ərzində  əhalinin müvafiq  surətdə  artması rayon qarşısında  vəziyyətdən 
çıxış yolunu  axtarmaq  məsələsini qoydu; belə çıxış yolu 1920-ci ilə qədər olduğu 
kimi, vadidən istifadədir». 
Şəfiyevin  məruzəsində  səslənmiş  faktlar  Zaqatala  rayon  icraiyyə   
komitəsinin      Cənubi      Qafqaz    MİK-nə      1932-ci    ilin  mayın  23-də  ünvanladığı 
təliqəsində gətirilən bilgilərlə də təsdiqlənirdi.
103
 Orada rayonun kənd təsərrüfatları 
üçün  Şirəkdə  torpaq  ayrılması  gərəkliliyi  belə  əsaslandırılırdı  (nömrələmə 
bizimdir):  1)  Rayonda  düyü  becərilməsinə  başlanılmışdır,  bu  bitki  isə  ikiqat  sahə 
tələb edir. 2) Əliabad və qonşu kəndlər ovalıqda yerləşdiyindən, həm içmək, həm 
də  təsərrüfat  məqsədləri  üçün  lazım  olan  suyu  yaxınlıqdakı  meşəlikdən  və  kol-
luqdan alır. Ona görə də Əliabadın bu meşə və kolluqdan heç olmasa bir neçə yüz 
hektar  təmizləyərək,  öz  şumluq  və  otlaqlarına  qatmaq  imkanı  yoxdur,  çünki  belə 
olan halda su da qeyb olacaq. 3) Əhali ilbəil artır və yaxın perspektivdə müstəsna 
surətdə kənd təsərrüfatı ilə məşğul olacağı gözlənilir. 
Təliqənin  sonunda  3-4  min  hektar  istisna  olmaqla,  Alazanyanı  vadinin 
bütünlükdə Zaqatala rayonuna verilməsi xahiş olunurdu. 
Bu  arada  Mamaladze  komissiyasının  da  fəaliyyəti  əməli  nəticə  vermədi. 
1932-ci  ilin  aprelin  11-də  onu  növbəti  komissiya  əvəz  etdi.  Onun  da  ömrü  uzun 
olmadı: o, Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1932-ci il 7 avqust tarixli qərarı 
ilə ləğv edildi. 
104
 
Nəhayət,    1932-ci  ilin  avqustun  27-də  Cənubi  Qafqaz  MİK  Rəyasət 
Heyətinin iclasında Şirək düzündəki torpaqlar məsələsi, bizim təxminlərimizə görə 
son dəfə müzakirə olundu və məsələyə dair qətnamə qəbul edildi.
105
 
Qətnamənin  artıq  ilk  bəndi  çıxarılmış  qərarın  ədalətsiz  xarakterindən 
xəbər  verirdi:  «Alazanyanı  vadinin  (Şirəkin)  Cənubi  Qafqaz  MİK  Rəyasət 
Heyətinin  30  mart  1925-ci  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiş  ərazi  mənsubiyyəti 
məsələsinin yenidən baxılması haqqında təklif qəti surətdə rədd edilsin». 
Qətnamənin  digər  bəndləri  də  Zaqatala  və  Əliabad  kəndlilərinin   
mənafelərinə  etinasızlıq  ruhunda  tərtib  edilmişdi. Məsələn, 1924-1932-ci illərdə 
Zaqatala rayonu kəndlilərinin, sadəcə, 2348 ha-dan məhrum olması iddia olunurdu. 
Bu, çox güman ki, Balabanov  komissiyasının normativləri əsasında irəli sürülmüş 
təxmin idi və Şirəkdəki təsərrüfat reallıqlarına tamamilə məhəl qoymurdu. Əslində, 


163 
 
qeyd  etdiyimiz  kimi,  20-ci  illərin  əvvəllərindən  başlayaraq  Azərbaycan  kəndliləri 
Alazanyanı vadidə 16000 hektardan artıq torpaq itirmişdilər. 
İkincisi,  qətnamədə,  hətta  2348  hektardan  məhrum  olma  hadisəsi  belə 
zaqatalalıların həmin torpaqları guya gürcülərə satması, yaxud da könüllü güzəştə 
getməsi kimi qələmə verilirdi. 
Bu iddia həqiqətə büsbütün zidd idi. Zaqatala kəndlilərinin və hakimiyyət 
təmsilçilərinin  öncə  iqtibas  gətirdiyimiz  çoxsaylı  müraciət  və  xahişlərində  torpaq 
çatışmazlığı  faktı  və  bununla  əlaqədar  Şirəkdəki  sahələrin  onlar  üçün  fövqəladə 
təsərrüfat əhəmiyyəti dönə-dönə qeyd edilmişdi. Vaxtilə Şirəkdə torpaq sahələrinin 
icarəyə  verilməsinə  nəzarət  edən  Lısenko  adlı  bir  şəxsin  etirafına  görə,  1920-ci 
illərin  sonu  -30-cu  illərin  əvvəllərində  Əliabad  bölgəsinin  kəndliləri  Şirəkdəki 
torpaqlardan  məhrum  olma  nəticəsində  real  aclıq  keçirirdilər  və  səfalətə 
yuvarlanmışdılar. Əhali arasında bu zəmində hökumətdən narazılıq artmaqda idi.
106
 
Belə  bir  şəraitdə  Əliabad  bölgəsi  kəndlilərinin  gürcülərə  torpaq  satması  və  ya 
icarəyə verməsi absurd olardı. 
27  avqust  qətnaməsinin  4-cü  bəndində  Zaqatala  kənd  təsərrüfatlarına 
yalnız  müvəqqəti  olaraq  600-1000  hektar  əkin  üçün  torpaq  ayrılması  nəzərdə 
tutulurdu. Əvvəla, yeni norma hətta Maskuliya komissiyasının normasından (2275 
ha) da aşağı idi. İkincisi, bu halın belə müvəqqəti olması zaqatalalıları uzunmüddətli 
maraqlarına etinasızlığın növbəti təzahürü idi. 
Yeri  gəlmişkən,  qətnamənin  3-cü  və  4-cü  bəndləri  arasında  uyğunsuzluq 
nəzərə  çarpırdı:  3-cü  bəndə  əsasən,  «Sığnaq  rayon  icraiyyə  komitəsinə  Zaqatala 
rayonu  kəndlilərinin...  30  mart  1925-ci  il  qərarında  nəzərdə  tutulmuş  hüdudlarda 
əmək istifadəsini bərpa etmək təklif olunurdu». Bəlli olduğu kimi, 30 mart 1925-ci 
il  qərarı  ilə  Alazanyanı  vadidə  Zaqatala  kəndlilərinə  daimi  əsasda  təqribən  4000 
hektar  torpaq  verilirdi.  Halbuki  27  avqust  qətnaməsinin  4-cü  bəndi  ilə,  qeyd 
etdiyimiz  kimi,  analoji  məqsədlər  üçün  ən  yaxşı  halda  cəmi  1000  hektar,  özü  də 
müvəqqəti olaraq ayrılmalı idi. 
Üçüncü bənd hüquqi baxımdan da qüsurlu tərtib olunmuşdu. Məsələ onda 
idi ki, 1925-ci ilin aprelin 14-də qəbul edilmiş ZSFSR-in konstitusiyasının  birinci 
və  ikinci  fəslinə  əsasən,  Cənubi  Qafqazın  ali  hakimiyyət  orqanları  -  Şuralar 
qurultayı  və  MİK  respublikaların  ən  müxtəlif  hakimiyyət  instansiyalarının 
qərarlarını  ləğv  edə  bilərdi;  respublika  MİK-ləri  və  onların  Rəyasət  Heyətləri  isə 
ali hakimiyyətin qərarlarını ləğv etmək hüququndan məhrum idi.
107
 Deməli, nəinki 
Sığnaq  rayonu hakimiyyəti,  ümumiyyətlə,  Gürcüstan rəhbərliyi  birtərəfli  qaydada 
30 mart 1925-ci il qərarını dəyişdirə bilməzdi. 
Əslində  gürcü  hakimiyyətinin  30  mart  qərarına  etinasız  münasibəti 
antikonstitusion  akt  olub,  Cənubi  Qafqaz  hökumətinin  müvafiq  reaksiyasını 
doğurmalı  idi.  Lakin,  görünür,  gürcü  rəsmiləri  konstitusiyaya  zidd  hərəkətlərinə 
hakimiyyət yuxarılarında təmsil olunmuş himayəçilərindən «xeyir-dua» almışdılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə