8
•
2009-cu ildə AzQAC tərəfindən müxtəlif fəlakətlərdən zərər çəkmiş 414
nəfərdən ibarət ümumilikdə 120 ailəyə 18099,91 manat məbləğində humanitar
yardım göstərilmişdir.
•
2009-cu ilin sentyabrında Hacıqabul rayonunda baş vermiş fəlakətlə əlaqədar
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Fövqəladə
Hallara Cavabvermə Fondu (DREF)” tərəfindən ayrılmış maliyyə vəsaiti
hesabına daha 1287 nəfərdən ibarət 300 ailəyə 72848,20 manat məbləğində
humanitar yardım göstərilmişdir.
№ Regional Mərkəz
Ailə sayı
Neçə nəfər
Məbləğ
1
Bakı Mərkəzi Anbar
412
1650
90948,11
2
Mingəçevir
4
21
332,22
3
Lənkəran
2
19
184,12
4
Sabirabad
2
11
380,68
Cəmi:
420
1701
91845,13
Problemlər:
•
Fövqəladə hallara hazırlıq və cavabvermə üzrə milli planın olmaması;
•
Hələ də xarici donorlardan asılılıq;
•
Fəaliyyətlər üçün kifayət qədər maliyyə vəsaitinin olmaması;
•
Telekommunikasiya üzrə mütəxəssisin olmaması;
•
Nəqliyyat vasitəsinin olmaması
SAĞLAMLIQ VƏ QAYĞI
Məqsəd:
Səhiyyə maarifi işi və səhiyyə xidmətləri vasitəsi ilə əhalinin sağlamlıq
barəsində biliklərinin artırılması.
Vəzifə 1.
İcmaya əsaslanan sağlamlıq və qayğı
AzQAC-nin “İcmaya əsaslanan sağlamlıq” layihə çərçivəsində aparılan
fəaliyyətlər “Quş qripi”, “Vərəm” “HİV/AİDS”, “Cinsi yolla keçən xəstəliklər”,
“İnfeksion xəstəlikləri”, “Süd vəzisi xərçəngi”, “Psixi sağlamlıq”, “Sağlam
həyat tərzi” “Narkomaniya, alkoqolizm” və s. kimi mövzular haqqında əhali
arasında səhiyyə maarifi işinin təşkili və tibbi-sosial xidmətlərə yönəldilib. Bu
9
fəaliyyətlər sayəsində əhalinin xəstəliklər barəsində maarifləndirilməsi və
sağlamlığın yaxşılaşdırılması Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Sabirabad,
Gəncə, Qarabağ regional mərkəzlərində 83 nəfər təlimatlandırılmış könüllü
sağlamlıq işçisi və tibb bacısı tərəfindən aparılır.
Mövzunun adı
Cəlb olunanların sayı
Ailə planlaşdırılması, CİV/AİDS
300
Qidalanma
188
Şəxsi gigiyena və sanitariyya
493
İnfeksion xəstəliklər
447
Quş qripi
448
Ətraf mühit və sağlamlıq
831
Daxili xəstəliklər
575
Ümumi
3275
İl ərzində Azərbaycan respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə
İslahatlar Mərkəzində “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində
mütəmadi olaraq dövlət və qeyri dövlət təşkilatlar arası görüşlər keçirilmişdir.
Belə görüşlər Azərbaycan əhalisinin sağlamlığı uğrunda respublikada fəaliyyət
göstərən təşkilatların birləşməsinə və əməkdaşlığa zəmin yaradır.
“İcmaya əsaslanan sağlamlıq” layihəsi çərçivəsində AzQAC-ti respublikada
sağlamlıqla bağlı bütün tədbirlərdə fəal iştirak edir. Belə ki, Bakıda 7 Aprel
“Ümumdünya Sağlamlıq Günü” “Sağlamlıq həftəsi” kimi keçirilmişdir.
Bununla əlaqədar AzQAC “SOS uşaq kəndləri-Azərbaycan” Assosiyasiyası ilə
birgə bu günün Elitar Gimnaziyanın şagirdləri ilə birgə keçirmişlər. AzQAC-in
könüllü sağlamlıq işçiləri tərəfindən vərəm haqqında yazılan nağılı həmin
gimnaziyanın şagirdləri səhnələndirmişlər. Bu işdə onlara “SOS uşaq kəndləri-
Azərbaycan” Assosiyasiyasının təlimatçıları kömək etmişdirlər. Elitar
Gimnaziyada 7 aprel “Sağlamlıq günü”nə həsr edilmiş tədbirdə həmin səhnəcik
nümayiş olunmuşdur. Tədbirdən sonra dəvət olan qonaqlar, gimnaziyanın
müəllim-şagird heyəti məmun olunduqlarını bildirmişdirlər. Tamaşada iştirak
edən “SOS uşaq kəndləri-Azərbaycan” Assosiyasiyasın könüllülərinə diplom və
hədiyyə təqdim olunmuşdur.
May ayının 26 – dan 29 – dək Gürcüstanın Tibilisi şəhərində “Regional
əməkdaşlıq Proqramı” çərçivəsində “Fövqəladə hallar zamanı Psixilojı Dəstək”
adlı təlim təşkil olunmuşdur. Təlimdə Türkiyə, Şimali Kipr Qızıl Ayları,
Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan
Qızıl Aypara və Gürcüstan Qızıl Xaç Cəmiyyətlərindən 28 nəfər nümayəndə
heyəti iştirak etmişdir. Təlim fəlakətlərdə insanlara psixoloji və sosial
yardımların təşkili və aparılması sayəsində təcrübəsi olan Türk Qızıl Ayının
psixoloq və mütəxəsisləri tərəfindən təşkil olunmuşdur.
Beynəlxalq Qızıl Xac Hərəkatının “Florens Naytingeyl” Medalı hər iki ildən bir
Hərəkatın ən fəal tibb bacılarına təqdim edilir. Bu il AzQAC-nin iki fəal tibb
bacısı Aslanova Umleyla və Qafarova-Əsgərzadə Gültəkin Florens Naytingeyl
10
medalına layiq görülmüşlər. Medalın təqdimatı iyun ayının 12 – də Beynəlxalq
Qızıl Xaç Komitəsinin ofisində keçirilmişdir.
1000 nəfər qadın arasında süd vəzi xərçəngi barədə aparılan sorğular nəticəsində
onların 80%-i bu xəstəlik haqqında məlumatının olmamasını göstərmişdir.
Azərbaycanın bölgələrində AzQAC tərəfindən aparılan səhiyyə maarifi işi və
təbliğat kompaniyalarının təşkil olunması zəruriliyi nəzərə alaraq, ay ərzində
AzQAC Sumqayıtda fəaliyyət göstərən “Ana və Uşaq” İçtimai Birliyi ilə birgə
Bakı və Sumqayıt şəhərlərində qaçqın və məcburi köçkünlər məskünlaşan
məhəllə və yataqxanalarında yaşayan qadınlar üçün “Süd vəzisinin xərçəngi”
adlı təlimlər keçirilmişdir. 250 nəfər qadın bu problemin qarşısının alınması,
özünü müayinə etmə üsulları barədə biliklər əldə etmişdirlər. 4 nəfər qadın isə
süd vəzilərində dəyişiklikləri qeyd etmişdir ki, onlar Milli Onkologiya
Mərkəzinə tibbi müayinəyə göndərilmişdir.
AzQAC-ın əməkdaşları Qaradağ rayonunun əhalisi arasında “H1N1 qripi
haqqında maarifləndirmə işləri aparmış, informasiya materialları paylamışdırlar.
Tədbirdə Qaradağ Rayon İcra başçısının müavini, Taun əleyhinə mərkəzin
mütəxəssisi iştirak etmişdirlər.
AzQAC – ın prezidentinin şəxsi təşəbbüsü ilə Bakıda “Mərhəmət
sorağında” adlı pilot layihəsi davam etməkdədir. Layihənin məqsədi Bakının 11
rayon bölməsinin əməkdaşları və fəaliyyət göstərən tibb bacılarının iştirakı ilə
həmin ərazidə yaşayan və qeydiyyatda olan tənha kimsəsiz olan qocalara
humanitar yardım və tibbi-sosial xidmətin göstərilməsidir. Bu insanlara tibbi
sosial xidmətlərdən dərmanların qəbulu, təzyiqin ölçülməsi, iynələrin
vurulması, gigiyenik tədbirlər və digər təmizlik işləri aparılır.
2009-cu il dekabr ayının 3-4-də, Budapeşt şəhərində 16 Milli Cəmiyyətin
Sağlamlıq və qayğı sahəsində iş üzrə menecerlərin 3 Forumu keçirilmişdir.
Forumda iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının eksperti prezentasiya
edərək, bir daha Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyasının və
Avropa Zonasının Milli Cəmiyyətlərinin sağlamlıq və qayğı üzrə məsul şəxslərə
aparılan fəaliyyətləri insanların sosial durumlarının yaxşılaşdırılmasına
yönəldilməsini, bu yolla onların sağlamlıqlarının qorunmasına nail olmasını
vurğulamışdır. Əlavə olaraq, içtimai sağlamlıqla yanaşı sosial yönümlü
fəaliyyətlərin aparılmasını Milli Cəmiyyətlərə tövsiyyə etmişdir. Eyni zamanda
inkişaf etmiş Milli Cəmiyyətlərin səhiyyə sahəsində bilik və bacarıqlarını,
texniki dəstək ilə təmin edilməsi kimi fəaliyyətlər şəbəkə çərçivəsində daha
rahat və əlverişli olması forumda qeyd olunmuşdur.
BQX/QA Cəmiyyətləri Federasiyasının Strategiya-2020-də səhiyyəyə ayrılan
yerdə onkoloji xəstəliklər, şəkərli diabet, psixoloji pozğunluqlar kimi
vəziyyətlərin qarşısının alınmasında, sağlam həyat tərzinin təbliğatında Milli
Cəmiyyətlər tərəfindən aparılan səhiyyə maarıfı işinin təşkilinin əhəmiyyətli
olması bir daha vurğulanmışdır ki, gələcəkdə onlara bu işin gücləndirilməsi
tövsiyyə olunmuşdur.
Vəzifə 2. Azərbaycanda qan donorluğunun inkişafı