Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə71/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   67   68   69   70   71   72   73   74   ...   104

Fuad  Mummadov
Kulturolopiva cffcktivli haval  va faallvvala aparan vol
mədəniyyətin 
qabaqlayıcı 
inkişafı, 
yəni 
hər  şeydən 
əvvəl, 
vətəndaşların 
bilik,  bacarıq,  mütəşəkkilliyi  və  mənəviyyatının 
inkişafını  təmin  edən  strateji  institutlar  -  elm  və  təhsil  oilmadan 
mümkün  deyil.  Bəşəriyyətin  bütün  mədəni  inqilablarının  əsasında, 
yeni  texnologiyalara  və.insan  həyatının  yeni  keyfiyyətinə  yol  açan, 
intellektual  inqilablar durur.  Həyatın  sosial-mədəni  texnologiyalarının 
üstünlüyü,  hər  şeydən  əvvəl,  elm  və  təhsil  sahəsindəki  üstünlüklərlə 
təmin  olunur.  Lakin,  biliklər,  o  zaman 
mədəni  inkişafın  pozitiv 
faktoruna  çevrilir  ki,  o,  dağıdıcı  yox,  yalnız  qurucu  istiqamət  alsın. 
Bu,  ailədən  başlayıb,  formal  və  qeyri-formal  dövlət  və  hökumət 
institutları  ilə  həyata  keçirlən,  humanist  insan  tərbiyəsi  ilə  təmin 
edilir.  İnsanın  mühüm  kapitalı  olan  biliklə  cahillik  arasındakı  fərq 
mədəniyyətlərdə,  bəşəriyyətin  inkişaf  qanunları  və  həqiqətlərinin 
anlanılıb  -  anlamlmamasında, 
düzgün  və  ya  səhv  təfəkkürün 
formalaşdınlmasında, 
düzgün  və  ya  səhv  qərarların  qəbul 
edilməsində  olan  fərqlə  izah  edilir  ki,  bu  da  son  nəticədə 
insanın 
rifah  və  səadətini  müəyyənləşdirir.  Buna  görə  də,  yeni  minillikdə 
qlobal  mədəni 
siyasət 
elmhəcmli,  humanist  istiqamətli,  praktik 
əhəmiyyətli  biliklər  dünyasının  yaradılması  və  tirajlaşdınlmasını 
təmin  edən mədəniyyətin  prioritet  istiqamətlərinə  yönəlməlidir.  Fərdi 
və  ictimai  mədəni  mühitin  formalaşdınlmasının  istiqamət  və 
xarakterini  müəyyən  edən  mədəni  dəyərlər,  bu  siyasətdə  mühüm  yer 
tutur.  İnsan  tələbatlarına  daha  çox  cavab  verib,  yaradıcı  fəallığını 
stimullaşdıran 
intellektual 
və 
humanist 
dəyərlər 
vətəndaş 
cəmiyyətinin inkişafı üçün  prioritet əhəmiyyət daşıyır.
Sonda bir neçə praktik tövsiyələr vermək istərdim 
o  Fikrimizcə,  bu  gün  Dünya  Kulturoloji  Assosiasiyasının 
yaradılması  aktual  əhəmiyyət  daşıyır.  Müxtəlif  ölkələrdə 
belə 
Assosiasiya  şəbəkəsinin  mövcudluğu  kulturologiyanın 
dünya 
miqyasında  institutlaşdınlmasına,  insan  inkişafının milli, regional 
və  qlobal 
problemlərinin 
həllində 
kulturoloqların  yaradıcı 
fəaliyyətinin koordinasiyasına,  milli beynəlxalq standartlara cavab 
verən 
kulturoloq-mütəxəsislərin 
-   müəllim, 
tədqiqatçı 
və 
idarəedicilərin  hazırlığına yardım edərdi.
290
Fuad  Mammadov
Kulluroloeiva cffcktivli havaı v.-> faaliyyala aparan vol
°  "Kulturoloqlar  forumu"  İNTERNET  saytının  və  beynəlxalq 
kulturoloji  jurnalın 
yaradılması 
dünya  kulturologiyasının 
inkişafında praktik əhəmiyyətli addım ola bilərdi.
°  İstərdik  ki,  həmçinin,  mədəni  siyasət  üzrə  Beynəlxalq  Şuranın 
yaradılması  haqda  məsələni  müzakirəyə  qoyaq.  Bu  Şura 
kulturologiya elmi  nailiyyətlərinin mədəni  rəngarənglik,  plüralizm 
və  davamlı  inkişaf  prinsipləri  əsasında 
müxtəlif  xalqlann 
mədəniyyətlərinin  dialoqu  və  harmonizasiyası,  mədəni  mübadilə 
və  əməkdaşlığı,  insan  inkişafi  naminə  praktik  istifadəsinə  yardım 
edərdi.
°  Nəhayət,  bəlkə, 
ölkələrimizdə  mədəniyyət  haqda  Qanuna 
mədəniyyətin  inteqrativ  elmi  tərifinin  və  müxtəlif səviyyəli  biitün 
məktəblərdə  zəruri  kulturoloji  təlısil  bölməsinin  daxil  edilməsi 
barədə düşünməyə dəyər.
Qlobal  vətəndaş  cəmiyyəti  inkişafının  formalaşdırılıb,  idarə 
edilməsində  kulturoloqların  iştirakının  genişləndirilməsi  və  rolunun 
artırılması 
müxtəlif  xalqlann 
mədəniyyətlərinin  ruhi  dirçəlişi, 
modernləşdirilməsi  və  harmonizasiyasına,  yoxsulluqla  mübarizənin 
daha da effektivləşməsinə, insanlann hüququnun müdafiəsinə,  ekoloji 
təhlükəsizliyinin təmin edilməsinə və  qloballaşma şəraitində  davamlı 
inkişafına  yardım edəcəkdir.
ф  «Культурология:  от  прошлого  к  будущему».  Москва.  2002. 
s.  245-259.
DEMOKRATİK  AZƏRBAYCANDA  MƏDƏNİYYƏTİN 
İDARƏEDİLMƏSİNƏ  YENİ  YANAŞMA  HAQQINDA
Azərbaycanda  demokratik  cəmiyyət  və  hüquqi  dövlət  quruculuğu 
respublika  mədəniyyətinin  bütün  sisteminin,  dünya  sivilizasiyasının 
tarixi  inkişaf  təcrübəsi 
kontekstində, 
yenidən  dərk  edilməsi 
zərurətini,  mədəniyyət və mədəni siyasət anlamına  yeni yanaşmaların 
formalaşdınlmasını,  onun  inkişafi  üzrə,  zamanın  tələblərinə  cavab 
verən,  yeni  idarəetmə  modellərinin  yaradılmasını  şərtləndirir.  İnsan 
tarixində  hər  bir  ictimai-siyasi  sistem,  həyat  fəaliyyətinin  müəyyən 
etik-hüquqi  və  sosial-iqtisadi 
norma  və  texnologiyalarına  əsaslanan
291


Fuad  Mammodot
Kullurologlva effckllvll havat  va faalivvata aparan vol
xüsusi 
mədəniyyət  tipini 
(ibtidai-icma,  quldarlıq, 
feodalizm, 
kapitalizm,  sosializm  və  s.)  əks  etdirən,  qanunauyğun  hadisədir.  Bu 
tarixi  qanunauyğunluqdan  çıxış  edərək,  ictimai-siyasi  sistem  olan 
demokratiya  da 
cəmiyyət  və  dövlətin  həyatında  demokratik 
mədəniyyətin norma,  dəyər və texnologiyalarının təsdiqini  tələb edir, 
deməli,  o,  mədəni  inkişafın,  sosial  tərəqqi  maraqlarına  və  ictimai 
münasibətlərdəki  dəyişikliklərin  tələblərinə  cavab  verən  forma  və 
metodlarla təşkil, sonra isə idarə edilməsini tələb edir.
Demokratik ölkələrin  təcrübəsi  göstərir ki,  sosial-mədəni  inkişafın 
təşkil  və  idarə  edilməsi  prosesinin 
təkmilləşdirilməsi  elmə 
əsaslanmalı  və  sistemli  xarakter daşımalıdır.  İdarəetmənin  məzmun, 
məqsəd  və  imkanları 
cəmiyyətin  xarakterindən, 
dövlətin  siyasi 
sistemindən,  onun  effektliyi  isə  -  inkişafın  aktual  problemlərinin 
həllinə 
sistemli  yanaşmadan  asılıdır.  Sosial-mədəni  sistem  olan 
cəmiyyət,  insanın  birgəfəaliyyətinin  tarixi  mövcudluq  forması  kimi, 
özünün  yenidən  hasili  və  inkişafı  üçün,  ruhi  və  maddi  mədəniyyət 
resurslarına malik olmalıdır.  Bu resursların  istehsalı  ictimai  tərəqqiyə 
istiqamətlənən  fəaliyyətlə  təmin  edilir.  Demokratik  dövlət  ictimai 
tərəqqinin təminatçısı olaraq, özünüidarəetmənin  bütün fomıalanndan 
geniş  istifadə  edilməsi  əsasında, 
davamlı  insan  inkişafının 
reallaşdmlmasına yardım edir.
Mədəniyyətin  inkişafının  effektiv idarə  edilməsi  yüksək  idarəetmə 
mədəniyyəti  - 
idarəetmədə  məşğul  adamlardan  bilik,  bacarıq, 
mütəşəkkillik  və  mənəviyyatlılıq  tələb  edir.  Demokratik  ölkələrdə 
mədəniyyətin  inkişafının  idarəedilməsi  strategiyaları 
kulturoloji 
texnologiyaların  istifadəsini  nəzərdə tutur, çünki, onlar ruhi  və maddi 
istehsalın  sabit  inkişafinı  təmin  edərək, 
həyat  keyfiyyətinin 
yüksəlməsinə  yardım  edir.  Mədəniyyətin  “həyatının”  çoxtərəfliliyi 
məşhur  amerikalı  alim  Lütvi-Zadənin  kəşf etdiyi  qeyri-səlis  məntiq 
qanunları, 
çoxluqlar  nəzəriyyəsi 
və 
təəssüratlar  nəzəriyyəsinə 
uyğundur.  Buna  görə,  milli  və  dünya 
mədəniyyətinin 
sistemli, 
məqsədyönlü  müqayisəli  təhlilini  keçirmək, 
ruhi  mədəniyyətin 
məkan-zamani  dəyişikliklərinin  idarə  edilməsini  diqqət  mərkəzində 
saxlayıb, 
praktikada 
nəzərə 
almaq 
vacibdir. 
Cəmiyyətdə 
mədəniyyətin  inkişafının  yeni  tələbləri  ilə  onlann  reallaşdmlmasınm 
köhnə  sosial  texnologiyaları  arasındakı  dialektik  ziddiyyətlər həyatın
292
Fuad  Mammado*
Kullurologlva cffcktMi bayat ta faalivvata aparan vol
tələblərinə  uyğun  yeni  inkişaf üsullarının  yaradılması  yolu  ilə  həll 
edilməlidir.  Bu  zaman  cəmiyyətin  sosial-mədəni  fəaliyyətinin  ayn- 
ayn  subyektlərinin 
fəaliyyət  gücünün  uyğunluğu,  əlaqəliliyi  və 
birliyinə 
nail  olmaq  vacibdir. 
Belə  idarəetmə  modellərinin 
axtarılması  və  reallaşdırılması  sivil  dövlətlərin  mədəni  siyasətinin 
strateji 
vəzifəsidir. 
Əgər 
məsələnin 
həlli 
təmin 
edilmirsə, 
mədəniyyətdə böhran hadisələri baş verir.
Mədəniyyətin  idarə  edilməsi  sisteminin  cəmiyyətin  vəziyyəti  və 
inkişaf  səviyyəsinə  təsiri  proseslərini  anlamaq  üçün,  keçmiş  Sovet 
İttifaqında 
mədəniyyətin  tarixi  inkişafını 
üç  mərhələdən  ibarət 
olduğunu  müəyyən  edən  Y.Pappe  və  S.Şişkin  konsepsiyasına 
müraciət  edək.  Birinci  mərhələ  1920-1950-ci,  ikinci  -   1960-1970-ci, 
üçüncü  isə  -  1980-1990-cı  illəri  əhatə  edir.  Birinci  marhala  -  ruhi 
mədəniyyətin  inkişafının  idarə  edilməsi  totalitar rejim  ideologiyasına 
xidmət  etsə  də,  kifayət  qədər  effektli  olub,  ictimai  maraqlara  cavab 
verən  mədəni  quruculuq  dövrü idi.  Bu dövr dinamik  olaraq,  mədəni 
fəaliyyətin 
rəngarəng 
forma 
və 
istiqamətləri, 
müqavilə 
münasibətlərindən 
fəal  istifadə 
edən 
idarəetmə 
sisteminin
mütəhərrikliyi  ilə  xarakterizə  olunurdu.  Mədəniyyətin  düzgün 
anlamından,  onun  tarixi  missiya  və  ictimai  dəyərindən  çıxış  edərək, 
ruhi  mədəniyyəti  prioritet  sahə  kimi  müəyyən  edən, 
dövlət, 
savadsızlığın  ləğvi  və 
kütlələrin  ümumi  mədəni  səviyyəsinin
qabaqlayıcı  inkişafım  təmin  edərək, 
elm,  təhsil,  maarifçilik 
müəssisələrinin  geniş  şəbəkəsini  yaratdı, 
elmi-texniki  ziyalıların 
effektiv hazırlığı və  istifadəsi, incəsənətin bütün sahələrinin  inkişafını 
təmin  etdi.  İkinci  mərhalədə  mədəni  siyasət 
dövrün  dialektik 
tələblərinə  cavab  verməyərək,  unifikasiya  edilmiş  (vahid)  xarakter 
aldı,  mövcud  mədəniyyət  müəssisələrinin  fəaliyyəti  formal  olaraq 
davam etdirildi.  Ruhi  mədəniyyətin inkişafı, ümumiyyətlə, öz prioritet 
xarakterini  itirdi.  Mədəniyyətin  mərkəzləşdirilmiş 
idarəetmə 
mexanizmi  ölkənin  mədəniyyət  sisteminin  yaradılması  vəzifəsini 
yerinə yetirib, həyatın tələblərindən geri qalmağa başladı;  cəmiyyətin, 
demokratikləşmə  tələb  edən,  sosial-mədəni  həyatının 
keyfiyyət 
dəyişiklikləri 
inkişafın 
yeni 
reallıqlarına 
uyğun 
tərzdə 
təkmilləşdirilmədi. 
Ruhi  mədəniyyət 
universal  təməl  və  ictimai 
inkişafın  hərəkətverici  qüvvəsi  kimi  deyil,  sosial  baxımdan 
xalq
293


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə