Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə79/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   75   76   77   78   79   80   81   82   ...   104

Kuad Mammadov
K ultu ro lo giva  e ffe ktivli haval ta faalivvala aparan vol
ekstrapolyasiyası  nəticəsi  kimi 
şərh  edirlər.  Bu  metodologiyanın 
tərəfdarları,  xüsusilə  də,  O.Şpenqler 
mədəniyyətin  morfologiyası 
haqqında,  yəni,  mədəniyyətin  tipik  formalarının  əmələ  gəlməsi  və 
yenidən  yaranması,  onun  daxili  quruluşunun  xüsusiyyətləri  haqqında 
danışırlar.  Onlar  düşünürlər  ki,  mədəniyyətin  yüksələn  pillələr  üzrə 
inkişafı  insan həyatının  mədəni  formalan məcmuunun daimi  təkamül 
və  təbnəzzülü  ilə  şərtlənərək,  həmin  mədəniyyətin  “daxili  qüvvəsi” 
hesabına baş verir.
Bu  yanaşmanın  əleyhdarları,  ilk  növbədə 
Pitirim  Sorokin, 
pozitivizm  metodologiyasına  istinad  edərək,  bioloji  həyatın  inkişafı 
ilə 
analogiyalar  üzərində  qurulan  mədəniyyət  fəlsəfəsini 
qəbul 
etməyərək,  onu  fundamental  əsasdan  məhrum  olan  fəlsəfə  hesab 
edirdilər.  Onların  qəbuledilməzliyi 
arqumenti  kimi 
irəli  sürülən 
meyarlar  içərisində  aşağıdakılar  qeyd  edilir:  mədəniyyətlərin
tipikləşdirilməsi üçün  vahid meyarın olmaması,  onların  yetginliyinin 
müəyyənləşdirmə  meyarının  çətinliyi,  sivilizasiya  daxilində  sosial 
qrup və mədəni sistemlərin  qarışmasının  danılmazlığı,  mədəniyyətin 
inkişafının  dalğalı  xarakterini  nəzərə  alınmaması,  modelin  səhvən 
sadələşdirilməsi,  təhlil üçün yalnız bir həyat tsiklinin  seçilməsi və s.
“Sivilizasiya”  anlayışına  unitar  yanaşmada  fəlsəfəyə  üstünlük 
verən  bu məqalənin  müəllifi,  eyni  zamanda,  düşünür ki,  bu terminin 
müxtəlif  mədəniyyətlərin 
inkişafı  və  qarşılıqlı  təsiri  daxilində 
bəşəriyyətin  elmi, 
texnoloji 
və  sosial-mədəni 
nailiyyətləri 
daşıyıcılarından  ibarət  olan  insanların  tarixi  birliyinin  ifadəsi  kimi 
istifadə  edilməsi  daha  məqsədəuyğundur.  Belə  baxış,  mədəniyyəti 
sosial  sistem  kimi  bütöv  anlamanı  nəinki  əks  etdirir,  həm  də  müasir 
şəraitdə xüsusi vüsət almış, müxtəlif xalqlarda  bəşəriyyətin  vahidliyi, 
insani  eyniyyət,  bəşəri  mədəniyyətə  mənsubluq  psixologiyasının 
formalaşmasına yardım edir.
Bununla  belə,  müasir  dünya  sivilizasiyasının  inkişafi  yalnız  ruhi 
mədəniyyətin  görkəmli  pozitiv  nailiyyətləri  ilə,  hər  şeydən  əvvəl, 
insan  şüuru  ilə  deyil,  həm  də,  bəşəriyyətin 
qlobal  problemlərinin 
mühüm həlqəsi olan,  dağıdıcı proseslərin,  ziddiyyət və münaqişələrin 
mərkəzi  olması  ilə  səciyyələnir.  Tanınmış  politoloqlardan  Frensis 
Fukuyama,  Olvin  Toffler  və  Samuel  Xantinqton  müasir  dünyanın
322
fuad  Mpmmadpv
Kulturologiya effektivli havat ta faalivvala aparan vol
mürəkkəb  proseslərini  nəzərdən  keçirərək,  bəşəriyyətin  nikbin 
olmayan inkişafını  proqnozlaşdırırdılar.
Məlumdur ki, Toffler-Fukuyama-Hantinqtonun  doktrinası  ideyaca 
XX  əsrin  90-cı  illərində  “qalib  dünya  təlimi”  kimi  formalaşmış, 
faktiki  olaraq,  “20/80” prinsipini  “qızıl  milyardın” status quo-su kimi 
elan  edərək,  müasir dünyada  qlobal  siyasət  üçün  ideoloji  rəhbərlik 
və  bəşəriyyətin  gələcək  obrazının  yaradılma cəhdi  oldu.  Onlar  üçün 
əziz  olan  “ali  və  ibtidai  cəmiyyətlər”-ə  bölünmə  ideyasına  əsaslanan 
bu  doktrinada  “bərabərlər  arasında  daha  bərabər” 
prinsipi,  qərb 
ölkələrinin  tarixi  yolunun  üstünlüyünü  elan  edir.  Bəzi  alimlər  hesab 
edirlər  ki,  bununla  onlar 
bir  çox  şərq  xalqlan 
geriliyinin 
labüdlüyünü 
əsaslandırmağa  çalışaraq, 
“yoxsul”  xalqlara 
münasibətdə 
“qızıl  milyardla”  əldə  edilmiş 
sosial-siyasi 
bərabərsizliyi 
qorumağa  çalışmışlar.  Belə  tarixi  qabaqgörmənin 
fəlsəfəsi  nə  dərəcədə  düzgündür? 
Alternativ  varmı?  Sözsüz.  O, 
xalqların 
düzgün  inkişaf  strategiyalarına  əsaslanan  sosial-mədəni 
tərəqqisində, qlobal  siyasət resursları  və ümumbəşəri  dəyərlərə sadiq 
liderlərin  humanizm mədəniyyəti  və xoş məramındadır.
Amerika  tarixçisi  və  sosioloqu,  müasir  beynəlxalq  münasibətlər 
mütəxəssisi  Frensis  Fukuyama  “tarixin  sonunu” 
liberalizmin 
avtoritarizm  üzərində 
qələbəsi  kimi  nəzərdə  tutaraq, 
liberal 
demokratiya  və  azad  bazar  prinsiplərini  ideallaşdırıb,  onların 
yaxşılaşdırılması  və  inkişaf  imkanlarını  görmürdü.  Olvin  Toffler 
elmi  bilik və elm həcmli  texnologiyalara malik  cəmiyyətlərin hakim 
vəziyyəti  və  onların  bəşər  taleyini  həll  etmək  hüququ  haqqında 
danışaraq, 
intellektual  mədəniyyətin  inkişaf 
prioritetlərinə
istiqamətlənən 
düzgün  sosial-mədəni 
siyasət  hesabına 
digər
xalqların  inkişaf imkanlarını  diqqətdən kənarda saxlayırdı.  Dünyanın 
idarə 
edilməsinin  dərki 
və 
proqnozlaşdınlınasının 
yeni 
konsepsiyasını  formulə  edən  Samuel  Hantinqton  “sivilizasiyaların 
toqquşması”-nı  dünya  sivilizasiyasının  üstün  keyfiyyətli  faktoru 
kimi müəyyənləşdirmişdir.
S.Hantinqtonun,  alim  və  siyasətçilərin  diskussiyasına  asəbəb  olan, 
“sivilizasiyaların toqquşması”  konsepsiyasının  təhlili üzərində ətraflı 
dayanmaq  istərdik. 
1993-cü  ildə  ilk  dəfə 
“Foreign  Affairs” 
jurnalında 
nəşr  olunmuş  bu 
konsepsiya, 
ətraf  aləmin
323


Fuad  M am m adov
K u lfa ro lo g iya e ffe ktivli hayat va fa a liyy?!? aparan yol
təhlükəsizliyinin  dəyişməsi  şəraitində  amerikanın  milli  maraqlarının 
təhlilinə  həsr olunmuş  strateji  tədqiqat  layihəsinin  nəticəsi  oldu.  Bu 
nəzəriyyənin  əsas  mahiyyəti  ondadır  ki,  soyuq  müharibənin  başa 
çatması  ilə  əmələ  gələn 
mədəni  ümumilik 
ideoloji  fərqləri 
sıxışdırmağa  başladı.  Müəllif  hesab  edir  ki, 
Avropanın  ideoloji 
bölünməsi 
aradan  qaldırıldıqdan  sonra  onun  bir  tərəfdən  qərb 
xristianlığına,  digər  tərəfdən  pravoslav  və  islam  mədəni  bölgüsü 
yenidən  canlandı.  Qərb  və  qeyri-qərb 
sivilizasiyalar  arasındakı 
qarşılıqlı  təsir  diqqət  mərkəzinə  gətirilir.  Hantinqton  hesab  edir  ki, 
sivilizasiyalararası  ayrılma  xətti  gələcək  “cəbhə”  xəttidir. 
Bu
konsepsiyanın  təsiri  altında  qərbin  milyonlarla  əhalisinin  şüurunda 
beynəlxalq terrorizmlə ,  harvard siyasətçisinin qabaqcadan söylədiyi, 
“sivilizasiyaların toqquşması”  eyniləşdirildi.
S.Hantinqtonun 
konsepsiyasında  maraqlı  kulturoloji  təhlil  var. 
Bununla belə,  onun  mülahizələri  son  həqiqət  ola bilməz.  Bu,  bir çox 
etnik  və  milli  mədəniyyətlərin 
şəbəkəsi  olaraq,  müasir  dünya
sivilizasiyasındakı  siyasi  proseslərin 
proqnozlaşdınlmasını  əks 
etdirən  baxışlara  yanaşmalardan  biridir.  Fikrimizcə,  konsepsiya, 
kulturoloji baxımdan, sivilizasiya anlayışının,  bu və ya digər qüvvələr 
tərəfindən  öz  siyasi  maraqlarına  nail  olmaları  üçün  istifadə  oluna 
biləcək,  nəzakətsiz  anlamına  əsaslanır.  O,  dünyada  müəyyən  siyasi 
elita  tərəfindən 
milli  dövlətlərə 
aprior  müdaxilə  üçün 
şərait 
yaradaraq,  dünya  mədəniyyətinin  beynəlxalq  prinsiplərinə  zidd 
mövqe  tutmuşdur.  Şərqdə  və  Qərbdə  müəyyən  təfəkkür  sahibləri, 
sosium və siyasi qüvvələri  mədəniyyətlərin və dinlərin  konfrontasiya 
və 
ksenofobiyaya 
stimullaşdıraraq, 
bəşəriyyətin  taleyinin 
məsuliyyətini  kimin daşıyacağı  sualına  cavab vermir.  Buna görə də, 
bu mövqe  bir sıra qüvvələr tərəfindən  ayn-ayn  ölkələrdə  milli  azlıq 
və  mühacirlərin  ayn-seçkiliyi  məqsədi  ilə  istifadə  edilmişdir  ki,  bu 
da  dünya  mədəniyyətinin  inkişafında  pozitiv  tendensiya  hesab  edilə 
bilməz.
Təəssüf ki,  tanınmış  politoloq  müasir  dünya  sivilizasiyasındakı 
ziddiyyət,  böhran  hadisələri  və 
toqquşmaların  həlli  yollarını 
göstərmir.  İmkanlar  isə  var.  Müxtəlif xalqların  və  dövlətlərin  maraq 
və  mədəniyyətlərinin  sağlam  düşüncə,  xoş  məram,  humanizm,  sülh 
mədəniyyəti,  digər  xalqların  və  etnosların  mənəvi  dəyərlərinə  hörmət
324
Fua.i M?mm»d9v
K ulturoloeiva effektivli hayaı »» faaliyyata aparan yol
prinsipləri 
əsasında 
harmonizasiyasındadır. 
Bəşəriyyət 
mədəniyyətlərin  diferensasiya  və  inteqrasiyası  proseslərinin  düzgün 
tənzimlənməsini 
və 
dövlətlərin  obyektiv  maraqlarının  nəzərə 
alınmasını  təmin  edən,  xalqların  özünəməxsusluğu  və  eyniliyini 
qoruyaraq,  ümumbəşəri  dəyərlərin  prioritetini  nəzərdə  tutan,  dünya 
birliyinin  uğurlu  gələcəyinə  istiqamətlənmiş 
qlobal  idarəetmənin 
yeni  mədəniyyətinə 
möhtacdır.  Strateji  baxımdan,  bu,  dünya 
sivilizasiya  subyektləri  fəaliyyətinin 
düzgün  planlaşdınlnması, 
əlaqələndirilməsi  və  proqnozlaşdırılması  məqsədi  ilə,  bütün  resurs 
növlərinin  sistemli  kulturoloji  təhlilinə  bağlıdır.  Texnoloji  baxımdan 
isə  -  hamı  üçün  davamlı  inkişaf  marağında  insani,  maddi  və 
mədəni-informativ  resurslann  düzgün  elmi  istifadəsi  ilə  əlaqədardır. 
BMT-də  müxtəlif ölkələrdən  olan  alim,  mütəxəssis,  siyasətçi  və  din 
xadimlərinin  iştirakı  ilə  yaradılmış  dünya  mədəniyyəti  Beynəlxalq 
Şurası belə  idarəetmənin  ən mütəhərrik  və  mükəmməl  aləti  ola bilər. 
Bu  sahədə 
beynəlxalq 
tədqiqat  və 
maarifləndirici  fəaliyyətin 
koordinasiya və idarəedilməsi  üzrə  ekspertlərin hazırlığı  məqsədi  ilə, 
xüsusi 
elmi-tədris-maarifləndirici  mərkəz  ola  biləcək  Dünya 
Mədəniyyəti 
Beynəlxalq 
Universitetinin 
yaradılması
məqsədəmüvafiq sayılır.
Milli  səviyyədə  inkişaf və  rifah  imkanlarının  dəyişməsi  ya  digər 
xalqların  istismarı, ya dünyanın yenidən bölüşdürülməsi, ya da daxili 
resurslar 
hesabına 
-  
intellektual 
mədəniyyət 
prioritetlərinə 
istiqamətlənmiş  sosial-mədəni  inklişaf resurslarının,  istehsal,  sosial 
həyat  və  idarəetmədə 
rəqabətəqabil  .  yüksək  texnologiyaların 
yaradılması  hesabina  mümkündür.  Bu  üçüncü  yol,  yeni  yüzillikdə 
xalqların  qarşılıqlı  anlaşması  və  məhsuldar  əməkdaşlığı  üçün  əsas 
yaradan  düzgün  və  humanist  yoldur.  Dünyanı  yalnız  şər,  zorakılıq, 
eqoizmdən  azad bəşəriyyətin  daha uğurlu  gələcəyi  naminə  xalqların 
yaradıcılığı,  sülh  və  əməkdaşlıq  mənbəyi  olan  bilik  və humanizmin 
sintezi olan  yüksək ruhi mədəniyyət xilas edəcəkdir. Bizim hamımıza 
həyatfəaliyyətinin  şüurlu  texnologiyaları  və  düzgün  idarəedilməsi, 
sabit  inkişaf və  rifaha  yol  açan,  özündə  elmi  bilik  və  yüksək  etikanı 
birləşdirən  yüksək  ruhi  mədəniyyətə  can  atmaq  lazımdır. 
Bizim 
hamımıza  bir  dildə  danışmağı  öyrənmək  lazımdır  -   milli,  sosial  və 
dini  əlamətlərə  görə  ayn-seçkiliyi  inkar edən,  yüksək  dildə danışmaq,
325


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə