Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə81/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   77   78   79   80   81   82   83   84   ...   104

Kuad  Mammadov
Kulturologivn effeklivli h»vat va faalivvata aparan vol
rifah  və  inkişafa,  insanın  və  cəmiyyətin  təkmilləşməsinə  yol  açan  -  
bilikdir.  İntellektual  mədəniyyətin  iki  strateji  institutu  olan  elm  və 
təhsil  sosial-mədəni  və  iqtisadi  tərəqqini  təmin  edir.  İnsanın,  elmi 
biliklərin  alınması  və  düzgün  istifadəsinə  əsaslanan,  mədəni  inkişafı 
çətinlik və neqativ hadisələrin aradan qaldırılması,  davamlı  inkişaf və 
həyat keyfiyyətinin əldə edilməsi üçün geniş imkanlar açır.
Ruhi mədəniyyətin davamlılığı  xalqın  mənəvi sağlamlığı, rifahı və 
onun  həyat  keyfiyyəti  ilə  müəyyən  edilir.  Əgər  mədənityyət  sosial 
sistem  kimi,  normal  fəaliyyət  göstərməyərək,  xalqın  tərəqqipərvər 
inkişafında 
hərəkətverici 
qüvvə 
rolunu 
itirmişdirsə, 
o, 
dəyişdirilməlidir.  Bu o deməkdir ki, o,  cəmiyyətin  mədəni  inkişafı və 
davamlı  sosial  inkişafin  əldə  edilməsi  naminə  aksioloji,  ideoloji, 
intellektual,  məzmun, 
struktur  və  təşkilati  baxımdan  korrektə 
edilməlidir.
Ruhi  mədəıniyyətin  istər  milli,  istərsə  də  beynəlxalq  səviyyədəki 
inkişafı  zamanın  tələblərinə  cavab  verən  məsələlərə  uyğun  olaraq 
həyata keçirilməlidir.
Milli  səviyyədə  müasir  cəmiyyətin  ruhi  mədəniyyəti  ikili  sosial 
vəzifəni 
yerinə 
yetirməlidir: 
milli 
ənənələrin 
və 
mədəni
özünəməxsusluğun  varisliyini  təmin  etməli  və  bəşəri  inkişafın 
tərəqqipərvər  təcrübəsinin  yaradıcılıqla  mənimsənilməsi  əsasında 
həyat 
fəaliyyətinin 
texnologiyaları 
olan 
mədəniyyətin 
modemləşdirilməsinə  yardım  etmək.  Bu  prosesdə  ən  mühüm  rolu, 
tərəqqipərvər  inkişafin  yol  və  texnologiyalarını  göstərən  elm, 
həmçinin,  xalqın ümumiliyi  və mədəni  dəyərlər sistemini  əks etdirən, 
aksiologiya oynayır.
Şərqin  və  Qərbin  mədəni 
dəyərlərinin  sintezi, 
mədəniyyətin 
ümumbəşəri dəyərlərinə əsaslanan  dünya  mədəniyyəti  və  yeni  həyat 
fəlsəfəsi formalaşdırılmasının  aktuallığı,  artıq  beynəlxalq  səviyyədə, 
labüddür.  İnkişafın qlobal  idarə edilməsinin başlıca  vəzifəsi  müxtəlif 
xalqların 
mədəniyyət  və  maraqlarının 
bəşəriyyətin  ümumi 
maraqlarına  cavab  verən  universal demokratiya prinsip  və dəyərləri 
əsasında harmonizasiyasıdır.
Sülhün və xalqın əmin-amanlığmın asılı olduğu, həm milli, həm də 
beynəlxalq  səviyyəli  məsələlərin  prioritet 
problemlərini 
seçmək 
vacibdir.  Bu  -   insanların  yüksək  intellektual,  etik,  istehsal,
330
Fuad Maıpmadov
Kullurologiva cffektivli havat va faalivvol» aparan  vol
kommunikasiya,  idarəetmə  mədəniyyətinə,  həyat  fəaliyyətinin 
davamlı  texnologiyalarına  yiyələnməsi,  sülh  mədəniyyəti  və  gender 
bərabərhüququnun  təsdiqi,  sosial  məsuliyyət  və  siyasi  mədəniyyəti 
səviyyəsinin 
yüksəldilməsi, 
istehlak 
mədəniyyəti 
və 
bölgü 
münasibətlərinin  təkmilləşdirilməsi,  xalqlann  özünəməxsusluğu  və 
mədəni  müxtəlifliyinin  qorunması, 
ekoloji  və 
w,wnhüquqi 
təhlükəsizliyinin təmin edilməsi sahəsində biliklərinin artırılmasıdır.
Bu problemlərin  effektiv həlli  üçün, qlobal idarəetmədə kulturoloji 
təhsil,  ekspertiza, 
sistemli  kulturoloji  tədqiqatlar  üzrə  yeni 
yanaşmalar, yeni baxışlar, dünya mədəniyyətinin inkişafı proseslərinin 
təkmilləşdirilməsində 
konsolidasiyanın 
yeni 
formalarının 
gücləndirilməsi  tələb  edir.  Bunlann  arasında,  insanların  yüksək  ruhi 
inkişafına  istiqamətlənmiş  beynəlxalq  kulturoloji  təhsil-  bilik  və 
bacarıqlar,  mütəşəkkillilik  və  məsuliyyətlilik,  mənəviyyatlılıq  və 
məqsədyönlü  yaradıcı  fəaliyyət  mühüm  əhəmiyyət  kəsb  etməyə 
başlayır.
Cəfakeş  dünyanın  şəfasına  praktik  yardım  göstərmək  üçün,  həyat 
mədəniyyəti,  sülh  mədəniyyəti, 
beynəlxalq  ticarət  və 
dünya 
iqtisadiyyatının  müasir  texnologiyaları,  insan  və  təbiət  ekologiyası, 
informasiya-kommunikasiya  texnologiyalan,  beynəlxalq  hüquq  və 
qlobal  idarəetmə,  beynəlxalq  jurnalistika, 
vətəndaşlann  qeyri- 
hökumət  sektorunda  effektiv  fəaliyyəti  üzrə  təlimini  nəzərdə  turan 
kulturoloji  təhsilin  mükəmməl  sistemini  tələb  olunur. 
Zamanın 
tələblərinə  cavab  verən  qlobal  vətəndaş  cəmiyyəti  mədəniyyətinin 
inkişafına  yardım  etmək  üçün,  qloballaşma  proseslərinin  peşəkar 
kulturoloji  ekspertiza  və  monitorinqini  həyata  keçirməyə  qabil  olan 
yüksək  sosial-mədəni,  iqtisadi  və  siyasi  potensiala malik  şəxsiyyət  və 
liderlərin  hazırlanması vacibdir.
İnsanın  həyat  tərzinə, 
vətəndaşlann  sosial  fəallığına  ölkənin 
siyasətinə  və  iqtisadiyyatına,  onun  başqa  ölkələrlə  münasibətlərinə 
mədəni  dəyərlərin  təsiri  böyükdür.  Həyatda  pozitiv  dəyişikliklərin 
əldə edilməsi üçün, çox zaman, dəyərlərin yenidən qiymətləndirilməsi, 
insanın 
və  cəmiyyətin 
sosial-mədəni  inkişafının  ehkam  və 
stereotiplərdən  imtina  etmək  lazım  gəlir.  Cəmiyyətdə  qəbul  olunmuş 
mədəni  dəyərlər sistemi,  çox halda, hər bir ölkənin siyasi kursu  ilə də 
şərtlənir.  Buna  görə  də,  sosial  baxımdan  effektiv  olmayan  siyasi
331


Kuad  Mammadot
Kulturologiya effektivli hay at vo f.-ialiw-Ho aparan vol
kursun  dəyişdirilməsi  üçün  dəyərlər  sisteminin  dəyişdirilməsi  və  ya 
təkmilləşdirilməsi  zəruridir.  Kulturoloji  təhsil  və  maarifləndirmə  bu 
problemin həll edilməsi üçün geniş imkanlar açır,  çünki,o,  həm  həyati 
dəyərlərin  düzgün  başa  düşülməsinə,  həm  də  insan  və  cəmiyyətin 
proqressiv inkişafına yeni nəzərlə baxılmasına  yardım edir.
Beləliklə,  müxtəlif  dinlərə  və  millətlərə  mənsub  insanların 
fundamental  beynəlxalq  kulturoloji  hazırlığına,  bəşəriyyətin  davamlı 
sülh  və  təhlükəsiz  inkişafi  məqsədi  ilə  mütəxəssislərin  və  onlann 
yaradıcı  fəaliyyətinin  düzgün istifadəsinə  xüsusi ehtiyac yaranmışdır. 
Yenidənhazırlanma  ilə 
dövlət  məmurları,  iş  adamları,  diplomat, 
hüquqşünas,  iqtisadçı, din xadimi, eləcə də qeyri-hökumət təşkilatlan
icma,  həmkarlar  təşkilatı,  bələdiyyələr  və  vətəndaş  cəmiyyətinin 
digər üzvləri əhatə olunmalıdırlar.
Kulturoloji  təhsil  və  maarifləndirmə  aşağıdakı  sahələr  üzrə 
potensial  istedad  və  qabiliyyətlərin  inkişafı,  həmçinin,  universal  və 
xüsusi elmi biliklərin cəmiyyətə ötürülməsi prosesidir:
•  Xalqlann 
mədəni 
tarixi 
və 
insanın 
həyat 
fəaliyyət
texnologiyalan
•  Etik mədəniyyət
•  Hüquqi mədəniyyət
•  Estetik və bədii mədəniyyət
•  Ekoloji və tibbi mədəniyyət
•  Demokratiya və vətəndaş cəmiyyətinin siyasi mədəniyyəti
•  Sülh mədəniyyəti  və gender mədəniyyəti
•  İqtisadi  inkişaf və sahibkarlıq etikası mədəniyyəti
•  Ətraf aləmin mühafizəsi mədəniyyəti
•  Xalqlar-, dinlər- və millətlərarası münasibət mədəniyyəti
•  Yoxsulluğun və korrupsiyanın azaldılması texnologiyalan
•  Ziddiyyətlərin  həlli  və  terrorizmin  aradan  qaldınlması
texnologiyalan
•  Məsuliyyət mədəniyyəti
•  İstehlak və qida mədəniyyəti
•  Dövlət, sosial  və qlobal  idarəetmə mədəniyyəti
İnteraktiv  kulturoloji  təhsilin  üstünlüyü  ondadır  ki,  o,  özündə 
mədəniyyət  tarixi,  mədəni  antropologiya,  mədəniyyət  fəlsəfəsi  və
332
Fuad  MamıqodQv
Kulturologiya efTektivli haval  va faalivvala aparan yol
mədəıniyyətin  sosiologiyası  üzrə  nailiyyətlərin  tarixi,  məntiqi, 
psixoloji,  fəlsəfi,  sosioloji  və  politoloji  təhlil  metodlannı  harmonik 
birləşdirərən sistemli kulturoloji  yanaşmaya istinad edir.  Mədəmiyyəti 
bütöv  sosial  sistem  kimi  nəzərdən  keçirən  və  siyasi,  sosial-mədəni 
problemlərin  ekspertizasını  reallaşdıran bu  yanaşma  nəinki,  cəmiyyət 
qarşısında  müəyyən  vəzifələr  qoymağa,  həm  də 
onlann 
daha 
effektiv  əməli  həlli  yollan  və  texnologiyalannı  müəyyənləşdirməyə 
imkan yaradır.
Kulturologiya  təxəyyül  və  yaradıcı  qabiliyyətləri,insanlann
tərəqqipərvər  dəyişikliklərə  səfərbərliyinə,  ictimai  tələbatlara  cavab 
verən  və  dünya  inkişaf  tendensiyalanna  uyğun 
sosial-mədəni 
inkişafin  yenilikçi  model  və  layihələrinin  yaradılmasına  yardım  edən, 
mümkün gələcəyin obrazlı görümünü fəal inkişaf etdirir.
Beynəlxalq kulturoloji təhsilin missiyası bəşəriyyətin ruhi və maddi 
mədəniyyəti  inkişafinın  tarixi,  nəzəriyyəsi  və  praktikası,  xüsusilə  də, 
demokratik mədəniyyətin  inkişafı  sahəsində  xasusi  bilik  və bacanq- 
lara  malik  şəxsiyyətlərin,  lider  və  ekspertlərin  formalaşdınlmasında- 
dır.  Cəmiyyətin  maraqlarına  cavab  verən  demokratik  mədəni  dəyər­
lərin  formalaşdırılması  üçün  bütün  dünyada  qlobal  siyasətin  dəyişdi­
rilməsi,  onun  demokratikləşdirilməsi  və  humanistləşdirilməsinə  apa­
ran əlverişli şəraitin yaradılması  zəruridir.  Bu, bəşəriyyətin təhlükəsiz 
inkişafi  və  stabilliyi  üçün  zəruri  olan  dəyər,  mədəniyyət  və  maraq­
ların  harmonizasiyasına istiqamətlənmiş yeni strategiya və modellərin 
reallaşdınlmasını  təmin  edən,  mədəniyyətin yeni  sosial  institutlarının 
yaradılmasını və artıq mövcud olanların transformasiyasını  tələb edir.
Sülh  mədəniyyətinin  yaradılması  və  qlobal 
idarəetmənin 
effektivliyinin 
artırılması  maraqlarından  çıxış  edərək.  “Simürğ" 
Azərbaycan  Mədəniyyət Assosiasiyası tərəfindən  dünyada kulturoloji 
təhsilin  effektivliyini  təmin  edən  və bəşəriyyətin  milli,  regional  və 
qlobal 
problemlərinin  həllinin 
effektiv  sosial  texnologiyalarına 
yiyələnmiş  ekspert-kulturoloqların  hazırlığına  yardım  edən  Dünya 
Mədəniyyətinin  Beynəlxalq 
İnstitutu 
modelini 
işləmiş 

Kulturologiya Məktəbi  modelini işləmişdir.
Orta  məktəb  səviyyəsində,  o,  şagirdlərdə  vətən  tarixi  və  dünya 
mədəniiyyəti  şüur mədəniyyəti, etik mədəniyyət,  bədii, tibbi, ekoloji 
mədəniyyət, 
şəxsiyyətlər-,  millətlər,  dinlərarası  münasibətlər
333


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə