Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə78/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   74   75   76   77   78   79   80   81   ...   104

Fuad  Mammadov
Kulturologiva cffektivlı havat va faalivvata aparan vol
sivilizasiyasında  mədəni  qeyri-bərabərlik  hadisələrinin 
tədqiqi  və 
tənzimlənməsi  üçün  geniş  perspektivlər  aça  bilər.  O  nəinki  qlobal 
cəmiyyətin  özünütəşkil  prosesində 
müxtəlif  mədəni  sosiumlann 
qarşılıqlı  təsir  xüsusiyyətləri  və  qanunauyğunluqlarını  aşkarlamağa, 
həm  də  mürəkkəb  sistem  olan  dünya  mədəniyyətinin  bütün  inkişaf 
dinamikasını  qurmağa  kömək  edə  bilər.  Bu,  ümumi  təhlükəsizlik 
naminə  müxtəlif  mədəniyyətlərin  harmonizasiyasma  yardım  edən, 
insan  və  cəmiyyətin  mədəni  inkişaf potensialının  hələ  elmə  məlum 
olmayan 
tənzimlənmə  imkanlarını  aşkarlamaq  üçün  mühüm 
əhəmiyyətə  malikdir.  Burada  söhbət,  ictimai  şüurun  yaranması  və 
təkamül  prosesində 
insanların  intellektual  və  mənəvi  mədəniyyəti, 
psixologiya  və  xarakterinin 
dərin  asılılıq  səbəblərinin  aşkar 
edilməsindən  gedir.  Təbiət  və  cəmiyyətdəki  özünütəşkil  proseslərini 
öyrənən  elm  kimi,  ümumi  sinergetikanın  nailiyyətlərinə  istinadən, 
kulturoloji  sinergetika  tədqiqatçıların  diqqətini  cəmiyyətdə  sosial 
mühitin  təsiri  altında  inkişaf edib,  öz-özünə  yaranan  və  saxlanan 
mürəkkəb  sosial-mədəni  sistemlərin  mexanizmlərinin  öyrənilməsinə 
yönəltməlidir. 
İnsan 
və  cəmiyyət  səviyyəsində  mədəniyyətin 
inkişafının  bir  çox  variantlarını  nəzərdə  tutan  təkamül,  böhran  və 
bifiırkasiya  ( 
mövcudluğun  qeyri-sabit  fazaları) 
hadisələrinin 
sistemli  tədqiqi,  humanist  məqsədlərdən  çıxış  edərək,  sosial-mədəni 
inkişaf  proseslərini  şüurlu  şəkildə  formalaşdırıb,  proqnozlaşdırmağa 
imkan  verəcəkdir.  Kulturoloji  sinergetika təhlilin  kamparativ və  digər 
metodlarından 
istifadə  etməklə,  mədəniyyətin  bir  iyerarxik 
səviyyədən  digərinə  keçidinin  kompleks  təzahürlərini  öyrənməyə 
kömək  edə bilər.  Bu tədqiqatların  praktik əhəmiyyəti,  həm də onunla 
əlaqədardır ki,  onlar insani,  maddi  və  informativ  resursların  effektiv 
strateji  planlaşdırılması, 
proqnozlaşdırılması  və 
düzgün  elmi 
istifadəsi  üçün 
əsasrolunu  oynayır. 
Mədəniyyətin  özünütəşkili 
proseslərinin  əsasında  olan  ümumi  qanunauyğunluqların  aşkar  və 
dərk  edilməsi 
müasir  dünya  sivilizasiyasının 
təhlükəsizliyi  və 
davamlı  inkişafı  üçün  müxtəlif xalqların mədəniyyət  və maraqlarının 
harmonizasiyası,  qlobal  idarəetmənin  yaxşılaşdırılmasına  yardım  edə 
bilər.
Nəzərədən keçirilmiş  materialları  ümumiləşdirərək, demək olar ki, 
üçüncü  minillikdə 
bəşəriyyətin  davamlı  və  təhlükəsiz 
inkişafı,
318
Fuad Mammadov
Kulturologiva cffcktivli havat  va faalivvata aparan vol
harmonik  qlobal  vətəndaş  cəmiyyəti  qurulmasının  mühüm  şərti 
bəşəriyyətin 
ruhi  mədəniyyəti  tərəqqisinin  təmin  edilməsi  və 
ziddiyyətlərin  aradan  qaldırılmasına  istiqamətlənmiş  beynəlxalq 
birgəfəaliyyətin  effektiv  həyata keçirilməsidir.  Bu strateji  məsələnin- 
həli  edilməsi  şəxsiyyətin mədəni  inkişafına, məsuliyyət mədəniyyəti, 
hər  bir  ölkədə  demokratik  idarəetmə  mədəniyyətinə  xüsusi  diqqət 
tələb  edir, 
dünya  mədəniyyəti  və  sivilizasiyasının 
böhransız 
inkişafına  istiqamətlənən 
yeni  beynəlxalq  sosial-mədəni  siyasətin 
həyata  keçirilməsini  universal  mədəni  eynilik  yaradılmasına  yardım 
edən 
beynəlxalq  kulturoloji  proqramların 
hazırlanıb,  həyata 
keçirilməsini  tələb edir.
>  Mədəniyyətin  nəzəriyyəsi,  tarixi  və fəlsəfəsi  üzrə  beynəlxalq 
mühazirələr.  Buraxılış  20.  Dünyagörüşlərin  diferensasiya  və 
inteqrasiyası:  ekzistensialist və tarixi təcrübə,  2004, s.220-233
MƏDƏNİYYƏT  SİVİLİZASİYANIN YARADICI  FAKTORU, 
KAMİLLİK, SÜLH VƏ RİFAHA GEDƏN YOLDUR.
Qloballaşma  şəraitində  ruhi  mədəniyyətin  inkişaf problemlərinin 
strateji əhəmiyyət kəsb etməsi onun dünya birliyindəki sosial,  iqtisadi 
və  siyasi  rolu, 
insanın  özünün  və  onu  əhatə  edən  dünyanın 
tərəqqipərvər  dəyişiklikləri, 
şəxsiyyətin 
yaradıcı 
potensialının 
aşkarlanması  və  ictimai  münasibətlərin  tənzimlənməsi  ilə  şərtlənir. 
Müasir  dünya  sivilizasiyası  Xeyir  və  Şər  arasındakı  ziddiyyətlərlə, 
yaradıcılıq  və  dağıntılar,  tərəqqi  və  tənəzzül,  biliklilik  və  cahillik, 
mədəniyyətlilik  və  mədəniyyətsizliklə  doludur,  dünya  tarixi  göstərir 
ki,  bir  çox  hallarda  dəyərlər  maraqlara  qurban  verilir.  Bu  dialektik 
mhitdə 
yüksək  ruhi  mədəniyyət 
yaradıcılığın  əsası,  böhranların 
aradan qaldırılması və sosial terapiya,  bəşəriyyətin xilası  faktoru kimi 
çıxış edir.
Dünya 
sivilizasiyasının  inkişafında 
ruhi 
mədəniyyətin
əhəmiyyətinin  artması  müasir  cəmiyyətin  həyatında  kulturologiyanın 
yüksək dünyagörüş,  sosial-siyasi  və  praktik  əhəmiyyətini  artırmışdır. 
Yaradıcı  insanın  həyat  fəaliyyəti  haqqında  elm  olan  kulturologiya 
sosial  tərəqqinin  tələblərinə  savab  verərək,  “şəxsiyyətin  şüurunda
319


Fuad  МашпЫоу
Kulturologiva effcktivli  haval  va faalivvata aparan vol
mədəni  inqilab”  -in   həyata  keçirilməsinə, 
insan  və  cəmiyyətin 
pozitiv  istiqamətdə  dəyişdirilməsinə  yardım  edir,  dünyada  insan 
həyatının  yüksək  pilləsi  olan  humanist  nizam  və  harmoniyanın, 
etibarlı  gələcəyin  üfüqlərini  proqnozlaşdırmağa  imkan  yaradır.  O, 
nəinki 
bəşəriyyətin  mədəni  irsinin 
mənimsənilməsi  imkanlarını 
genişləndirir,  həm  də  xalqın  tərəqqipərvər  sosial-mədəni  inkişafı 
üçün  maneə  törədən,  əhəmiyyətini  itirmiş  adi-ənənəvi  təsəvvürlərin 
aradan  qaldırılmasına,  zamanın  tələblərinə  cavab  verən  beynəlxalq 
münasibətlərin  harmonizasiyası  və 
universal  mədəni  dəyərlərə, 
dövlət  və  cəmiyyətin  modemləşdirilməsinə  elm  əsaslı  yanaşmaların 
yaradılmasına yol açır.
Kulturologiya  tərəfindən 
öyrənilib  ümumiləşdirilən  dünya 
mədəniyyəti  inkişafının tarixi  prosesi  fərdi,  milli  və qlobal  səviyyədə 
bəşəriyyətin  həyat  fəaliyyətinin  müasir  problemlərinin  həlli  üçün 
mühüm  əhəmiyyət  daşıyır,  çünki,  dünya  mədəniyyəti  tarixi 
dünya 
sivilizasiyasının  minillik  mövcudluğu  ərzində  bəşəriyyətin  bir  çox 
nəsillərinin  topladığı 
müdriklik  və  sosial  təcrübənin 
tükənməz 
xəzinəsidir.
İnsanın  yaradıcı  həyat  və  fəaliyyəti  olan  mədəniyyət  bəşəriyyətin 
xaosdan  nizama  doğru  gedən  tarixi  yolunu  ümumiləşdirir.  İnsan 
tarixinin  müəyyən  mərhələlərində  ədalətsiz  nizam 
insanın  insan 
tərəfindən  istismar  edilməsi  üzərində  qurulan  ictimai  münasibətlərin 
yeganə  tənzimləmə  vasitəsi  idi.  Feodal,  avtoritar,  monopolist  və 
totalitar  cəmiyyətlərdə  insanın  hüquq  və  azadlıqları  hökmdar  və 
bürokratların 
mənafeyinə 
uyğun 
olan 
qanunvericiliklə 
məhdudlaşdırılır,  hüquqi-etik  normalar  isə, 
ədalətsiz  paylama 
münasibətlərini  və  imkanlarda  olan  qeyri-bərabərliyi  möhkəmlədir. 
İnsan  mədəniyyətinin  inkişafı,  humanizm  ideyalarının 
yayılması 
tədricən  nizamın  məzmununu  dəyişir,  sivilizasiyalı  cəmiyyətin  zəruri 
tələbinə çevrilir.
Mədəniyyət  insan  cəmiyyəti  inkişafında 
müəyyən  yetginlik 
mərhələsi,  səciyyəvi  şəhər  həyat  tərzi  ilə  insanların  etnik,  mədəni- 
tarixi  birliyi  olaraq,  sivilizasiyaya bağlıdır.  İlkin olaraq,  urbanizasiyalı 
antik  cəmiyyəti  barbar  əhatədən  fərqləndirmək  üçün 
keyfiyyət 
göstəricisi  kimi  istifadə  olunan 
“sivilizasiya”  anlayışı  XIX  əsrdə 
vəhşilik  və  barbarlıq  dövrlərini  əvəz  edən  sosial-mədəni  inkişafın  ən
320
Fuad Mammadov
K ulluro logiva effektiv!! haval vo foalivvala aparan vol
yüksək, üçüncü pilləsini  müəyyənləşdirmək üçün  istifadə olundu.  XX 
əsrdə  sivilizasiyanı  bəşəriyyətin  qlobal  sosial-mədəni  təkamülü kimi 
anlamaqla  yanaşı,  onu 
lokal  mono-  və  ya  polietnik  birlik  kimi, 
özünüinkişafetdirici  və  özünüdağıdıcı  qanunlara  tabe  olan,  sosial- 
mədəni  spesifikliyə  malik  baxış  kimi  əsaslandıran  yeni  yanaşmalar 
əmələ  gəldi.  Kulturologiyada,  indiyə  qədər,  sivilizasiyanın  təsnif 
ediməsi  üçün  vahid  metodoloji  prinsip  və  meyarların  işlənməməsinə 
baxmayaraq,  son  zamanlar  onun  regionda  yaşayıb,  uzunmüddətli 
mədəni  qarşılıqlıtəsir  və  mədəni  mübadilədə  olan  xalqların  vahid 
tarixi  taleləri 
əsasında  formalaşan 
lokal  etnik 
birlik  kimi 
müəyyənləşdirilməsi  daha  geniş  vüsət  almışdır.  Sosial  təşkilatların, 
tarixən  mövcud  olan, 
institutional 
forma  və  mexanizmlərinin 
eyniliyi,  siyasi,  sosial,  ibntellektual,  hüquqi,  idarəetmə  və  iqtisadi 
mədəniyyətin  xarakterindəki  oxşarlığı  şərtləmdirən  konsolodasiya və 
tənzimlənmə 
lokal  sivilizasiyaların  səciyyəvi  cəhətləridir.  Belə 
sivilizasiyalarda, 
mədəni  müxtəlifliyin  saxlanması  ilə, 
milli 
psixologiyanın,  mentalitetin 
milli-mədəni  dəyərlər  sistemi  və 
ənənələrin  xüsusiyyətlərində 
özünəməxsus  şəkildə  ifadə  olunan, 
xüsusilə  də,  etik,  dini  və  bədii  mədəniyyətin 
mədəni-tarixi 
dəyərlərinin  universal sisteminin formalaşması baş verir.
Ayn-ayn  kulturoloqların  mədəniyyət  və  sivilizasiyaların  inkişafı 
proseslərinə  yanaşmalarını  təhlil  edərkən,  onların  ziddiyyətliliyini 
müşahidə  etmək  çətin  deyil.  Mədəniyyətlərin  tarixi  inkişafının  üzvi 
həyatla  analoquna  əsaslanan  sivilizasiya  konsepsiyası, 
müxtəlif 
mədəniyyətlərin  mütləq  unikallığına  inam,  onların  dərin  mədəni 
mahiyyətinin  bir-biri  üçün  mümkünsüzlüyü  üzərində  qurulmuşdur. 
Qeyd  edək  ki,  bu  konsepsiyalar  XX  əsr  mədəniyyət  fəlsəfəsinə 
mühüm  təsir  göstərmişdir. 
Kulturoloji  plüralizmə 
əsaslanan 
konsepsiyaların nümayəndələri  (O.Şpenqler,  A.Tovnbi, N.Danilevski 
və  s.) 
tarixi  zərurəti 
mədəni  universallıqların  imkanlarında, 
mədəniyyət  və  sivilizasiyaların 
tarixi 
inkişafının  yol 
və 
mərhələlərinin  vahid  məqsədlərində  yox, 
ayn-ayn  mədəniyyətlərin 
həyat  tsikli  mərhələlərinin  keçilməsində  qaçılmazlıq,  onlann  tale 
“məntiqi”  kimi  nəzərdən  keçirirlər.  Onlar  dünya  sivilizasiyasının 
klassik  konsepsiyasını  müxtəlif  mədəniyyətlərin  inkişaf  səviyyəsi, 
sürəti  və 
xarakteri  ilə  birlikdə  avropa  tarixinin  dünya  tarixinə
321


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə