Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə80/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   76   77   78   79   80   81   82   83   ...   104

Fuad  Mam m adov
Kulturologtva c ffck tiv li havat va foalivyata aparan YQİ
daha  uğurlu  gələcəyə  olan  iddialarımızı  isə,  yaradıcı  və  əmək 
nailiyyətlərimizlə,  dövlət,  cəmiyyət  və  bəşəriyyət  qarşısındakı 
xidmətlərimizlə uyğunlaşdırmaq lazımdır.
Bəşəriyyətin 
gələcəyə  gedən  ən  düzgün  yolu,  mədəniyyətin 
eqoizm  və  “yadlara”  düşmənçilikdən  humanizmə  və  bərabərhüquqlu 
əməkdaşlığa  doğru  olan  yoludur. 
Bəşəriyyətin  xilası 
yüksək 
mədəniyyətdə,  Xeyir və Şərin qiymətləndirilməsində  ikili  standart və 
zorakılıqdan imtina edilməsində, dünya siyasəti və qlobal  idarəetmədə 
bilik,  humanizm  və  xoş məramın  üstünlüyündədir.  Lev  Qumelyovun 
haqlı  olaraq  qeyd  etdiyi  kimi,  mahiyyət  etibarı  ilə  Qədim  Romanı 
barbarlar  yox,  insanların  mənəvi  düşgünlüyü  dağıtdı.  Onun  xancdən 
dağılması,  insanı  varlığın  yüksək  dəyəri  kimi  deyil, 
yaradıcı 
fəaliyyətə  təzyiq  göstərib,  onu  istehlak  dəyəri  kimi  mənimsəmədən 
sonra başlayan  daxili  sosial-mədəni  deqradasiya  nəticəsində  mümkün 
olmuşdur.  Qədim  Roma cəmiyyətinin  sonrakı  tənəzzülü  və  böhranın 
səciyyəvi cəhətləri  insanların eqoizm və tamahkarlığı,  hakim  ejitanın 
məsuliyyətsizliyi  və  mənəvi  düşkünlüyü,  humanizmin  itirilməsi  və 
qəddarlığın  çiçəklənməsi,  aristokratların  tüfeyli  və  istehlakçı  həyat 
tərzi,  əyləncəyə  pərəstiş,  zəhmətə  nifrət  və  insan  həyatına  biganəlik, 
ədalətsiz  paylama  münasibətlərinin  hakimliyi  və  ətraf  aləmə  qarşı 
düşmənçilik idi.
Sözsüz ki, dünya sivilizasiyasında insan ziddiyyətlərinin ən mühüm 
səbəblərindən biri,  birqayda olaraq,  insanların  milli  psixologiyasında 
möhkəmlənib,  ruhi-mədəni dəyərlərinin müxtəlif sistemləri  arasındakı 
fərqlər 
üçün 
əsas 
olan 
mədəniyyətlərin 
ziddiyyətidir. 
Mədəniyyətlərdəki ziddiyyətlərin aradan qaldırılması və əməkdaşlıqda 
hörmət,  inam  və  bərabərhüquqlu  münasibətlərin  formalaşdırılması 
millətlərin  intellektual  mədəni  səviyyəsi  və  insanların  onunla  bağlı 
olan  etik mədəniyyətinin  eyniləşdirilməsindən 
bilavasitə  asılıdır. 
Maraqlıdır ki,  bu  qanunauyğunluqlar nəinki  etnos,  millət  və  xalqlar 
arasındakı  qarşılıqlı  münasibətlərdə,  həm  də 
eyni  mədəniyyət 
daxilində  eyni  millət  və  dinə  mənsub  insanlar  arasında  da  özünü 
göstərir.  Xeyirxah  dəyərlərə,  əbədi  prinsiplərə  əsaslanan  intellektual 
və  etik  mədəniyyətdə 
eyniliyin  formalaşdmlmasıhəm  ayn-ayn 
dövlətlər,  həm  də  qlobal  miqiyasda  sosial-mədəni  siyasətin  mühüm 
vəzifəsidir.
326
Fuad  Mammadov
K ullurologiva cffcktivli havat va faaliyyala aparan yol
Mədəniyyətlərin  ziddiyyəti 
iqtisadi  qeyri-bərabərliklə,  ruhi 
mədəniyyət  və 
“ruhi  istehsalın” 
aşağı  səviyyəsi  ilə  şərtlənən 
yoxsulluq  və  geriliklə  bağlıdır.  Yerin  təbii  resurslarının  azalması 
şəraitində  xalqların  əhalisinin  artımı  bəşəriyyətin  qlobal  sosial, 
iqtisadi  və  ekoloji  problemlərin  yaranmasına şərait yaradır, bunların 
həll  edilməsi  yollan  isə,  elm  və  yüksək  texnologiyalann,  eləcə  də 
sosial  etika  və  istehlak  mədəniyyətinin 
qabaqlayıcı  inkişafıdır. 
Beynəlxalq  hüquq,  humanizm 
və  sülh  mədəniyyəti  prinsiplərinə 
əsaslanan qlobal idarəetmə mədəniyyəti  strateji əhəmiyyət qazanmağa 
başlayır. 
Həyat  fəlsəfəsinin  və  dünyanın  yeni  nizamının  əsasını 
yüksək istehsal və ədalətli paylama mədəniyyəti, bəşəriyyətin gələcəyi 
uğranda  siyasətçilərin 
məsuliyyəti  təşkil  etməlidir.  Sözsük  ki, 
müxtəlif insanların genetik istedad və qabiliyyətləri müxtəlifdir və hər 
bir insanla onun mədəni  səviyyəsinə uyğun  dildə danışmaq  lazımdır. 
İnsanların 
intellektual,  psixi  və  fiziki  imkanları,  eləcə  də  əmək 
mədəniyyəti  ilə  bağlı  fərqləri  onlann  peşə  və  həyat  fəaliyyətləri  ilə 
şərtlənir.  Lakin, Norveçdə olduğu kimi,  intellektual elitanın  səyi  və 
düzgün  humanist  idarəetmə,  eləcə  də  bərabər bölgü  yolu  ilə  ümumi 
rifaha  malik  sosial  dövlət  yaratmaq  mümkündür.  Norveç  təcrübəsi 
göstərir  ki,  dövlət  və  cəmiyyətin  rifahı  ailələrin  rifah  səviyyəsi  ilə 
müəyyən  olunur,  rifahın  açan  isə, 
insanlann  bilik,  bacanq, 
mütəşəkkillik, 
mənəviyyatlılıq  və  yaradıcı  fəaliyyətinə  əsaslanan, 
özünütəkmilləşdirməyə, sülhə,  davamlı  inkişafa və xalqlann rifahına, 
bəşəriyyətin daha uğurlu gələcəyinə  yol açan ruhi mədəniyyətdir.
Müharibə  və zorakılıqdan  uzaq,  yeni  dünya  yaratmaq,  eqoizmdən 
imtina  edilməsini  nəzərdə  tutan  yeni  təfəkkür,  yeni  həyat  fəlsəfəsi 
lazımdır.  Müasir  dünya  sivilizasiyasında  bu  fəlsəfənin  öz  əməli 
təcəssümünü  tapması  üçün,  demokratiya,  humanizm  və  xoş mərama 
əsaslanan  beynəlxalq  siyasət  və 
qlobal  idarəetmə  mədəniyyəti 
təkmilləşdirilməlidir.  Belə  strategiyanın  uğurlu  tətbiqi 
idarəetmə 
obyektlərinin  sosial-mədəni  səviyyəsində  müəyyən  tarazlığın  əldə 
edilməsini nəzərdə tutur; idarəetmə obyektləri dedikdə isə, uyğun elmi 
və  texnoloji  potensialla  şərtlənən  milli  dövlətlər,  bərabərhüquqlu 
əməkdaşlıq  üçün  imkan  yaradan  etik  mədəniyyət,  yüksək  məhsuldar 
əmək və konstruktiv  xarici siyasət başa düşülür.  Bu məqsədin həyata 
keçirilməsində 
müxtəlif xalqlann  mədəniyyətlərin  və  maraqlannın
327


Fuad  Mammadov
Kulturologiva effeklivli haval va faalivvala aparan vol
ümumbəşəri  dəyərlərin  prioriteti  əsasında  harmonizasiyası,  elmi 
nailiyyətlərin  bəşəriyyətin rifahı naminə  istifadəsi  maham əhəmiyyət 
daşıyır.

01.12.2006
YUNESKO, MƏDƏNİ  DƏYƏRLƏR 
VƏ KULTUROLOJİ TƏHSİL
Dünya  mədəniyyəti  bizim  qarşımızda, 
milli-mədəni  dəyərlərin 
müəyyən 
sistemlərinə 
uyğun,  mədəni  müxtəlifliyi  və  mədəni 
özünəməxsusluğu,  insan  maraqlarının  ifadəsi  və  tələbatlarının 
ödənilməsi  ilə fərqlənən  xalq, millət və etnosların  həyat fəaliyyətinin 
fövqəladə mənzərəsini təqdim edir.
Bu  baxımdan,  mədəniyyətin  sinergetikası  sosial  səciyyəli  hadisə 
olduğuna  görə,  onun  insanların  yaradıcı  təsirinə  daim  ehtiyacı  var. 
Həyatın  dialektikası, 
milli  və  dünya  mədəniyyətində  destmktiv, 
böhran  hadisələrinin  vaxtında  aradan  qaldırılması,  yaradıcı  fəaliyyət 
və  ictimai  tərəqqini  təmin  edilməsi  məqsədi  ilə, 
milli  və  qlobal 
inkişaf proseslərinin  daimi  kulturoloji  monitorinqini  tələb  edir.  Bu 
dialektikadan  çıxış  edərək,  milli  dövlətlər  və  beynəlxxalq  təşkilatlar 
tərəfindən  bəşəriyyətin  milli,  regional  və  qlobal  problemlərin  həllinə, 
sülh  mədəniyyətinin  təsdiqi  və 
xalqların  rifah  səviyyəsinin 
yüksəldilməsinə  yönəlmiş  çoxtərəfli  fəaliyyət  həyata  keçirilir. 
Dünyada sülhün bərqərar olması  uğrunda  BMT və YUNESKO,  eləcə 
də 
Avropa  Şurası, 
Roma  Klubu,  Beynəlxalq  və  dinlərarası 
Federasiya tərəfindən  ,  azadlıq, sülh, ədalət və bərabərlik  ideallarının 
təsdiqi,  insanların  həyat  təminatı  sisteminin  inkişafı,  ümumi  rifaha 
nail  olunma  üçün  qeyri-hökumət  təşkilatlarının  Dünya Assosiasiyası 
və  digər  strukturlar tərəfindən  çox  işlər  görülmüş  və  görülməkdədir. 
Bununla  belə,  insan  ləyaqətinə  ümumi  hörmətin  təsdiqi, 
insan 
haqlarının 
qorunması, 
yoxsulluq 
və 
korrupsiyanın 
aradan 
qaldırılması,  stabil  sosial-iqtisadi  inkişafa nail olunma, ziddiyyətlərin 
həlli,  zorakılıq  və  terrorizmin 
aradan  qaldırılması,  ekoloji 
təhlükəsizlik  və  ətraf mühitin  qorunması  ilə  bağlı  problemlərin  həlli 
bu gün gündəmdə qalır.
Bu  problemlərin  həllində,  BMT-nin 
intellektual  vicdanı  hesab 
edilən,YUNESKO  təşkilatının  həyata  keçirdiyi  beynəlxalq  mədəni
328
Fuad  Mammadov
Kulturologiva effcktivli havat va faalivvata aparan vol
siyasətin  rolu  mühümdür.  Hal-hazırda  YUNESKO  yeni  yüzillikdə 
bəşəriyyətin  intellektual  və  etik  inkişafında  özünün  apancı  rolunun 
bərpa  edilməsi  istiqamətində  qiymətli  təşəbbüs  irəli  sürmüşdür.  O, 
sosial  həqiqətlərin  müstəqil  tənqidi  ekspert  təhlili  yolu  ilə  qlobal 
problemlərin 
həllində, 
dünyanın 
daha 
uğurlu 
gələcəyə 
transformasiyasında  xalqlann  arzusu  və  zamanın  tələbinə  düzgün 
cavab  axtarışına  can  atır.  Bu  gün  müxtəlif millətə  və  dinə  mənsub 
insanların  düzgün  humanist  istiqamətli  fəlsəfə  və  həyat  fəaliyyəti 
texnologiyalarının  yaradılması,  Yer  kürrəsində  həyati  dəyərlərin 
qorunması,  bütün  dünyada  sosial  ədalətin  və  sülh  mədəniyyətinin 
təntənəsi  üçün  əvvəllərdən  daha  artıq  zəruridir.  YUNESKO-nun 
sosial  ədalətin  real  təsdiqinə,  insan  şəxsiyyətinə  və  ləyaqətinə  hörmət 
istiqamətindəki 
fəaliyyəti 
dünyanın 
gələcək 
quruculuq
perspektivlərinin  daha  yaxşı 
başa  düşülməsi  üçün  etibarlı 
perspektivlər  açır.  YUNESKO-nun  köməkliyi  ilə  idrak  mədəniyyəti, 
sülh  mədəniyyəti,  məsuliyyət  mədəniyyəti,  şəxsiyyətə  hörmət,  sosial 
ədalət,  böyüklərə  hörmət  və  uşaqlara  məhəbbət,  dürüstlük,  insan 
haqları, səbrlilik və digər keyfiyyətlər tədricən  bütün dünyada mədəni 
normaya  çevrilir.  Bu,  dünyanın  xilası,  Yer  kürrəsində  həyatın 
təhlükəsizliyin təminatı,  xalqlann daha uğurlu gələcəyi  üçün  möhkəm 
özül yaradır.
Müasir  şəraitdə  bu  siyasət  insanların  dünya  mədəniyyəti  tarixi 
sahəsində  təhsili  və  maariflənməsi  və  insanın  həyat  fəaliyyətinin 
tərəqqipərvər təcrübəsinin prioritet inkişafını  təmin etməlidir.  Dünya 
mədəniyyəti  inkişafının  tarixi  təcrübəsi  elmi  bilik  və  yüksək  insan 
etikasının  qabaqlayıcı  inkişafının, 
düzgün  həyat  fəaliyyəti  və 
texnologiyalan  və  fəlsəfəsinin  təsdiqinin, 
müasir  sivilizasiya 
nailiyyətlərinin,  müxtəlif  xalqlannmədəni  dəyər,  mədəni 
irs, 
tərəqqipərvər ənənələrinin  tanınması və yaradıcı istifadəsinin  praktik 
əhəmiyyətini bütün həqiqətləri ilə təsdiq etdi.
Cəfakeş dünyanın şəfa yolu yalnız yüksək ruhi mədəniyyətdən, hər 
şeydən 
əvvəl, 
intellektual 
mədəniyyətdən 
keçir. 
İntellektual 
mədəniyyətin  inkişafi  insan  şüurunda  təkamül  dəyişikliklərinə  səbəb 
olur,  onun  həyati  qabiliyyətlərini  təmin  edən  intellektual  və  etik 
dəyərlərin  daha  yaxşı  qavranı İması na  yardım  edir.  Cahillik  -  şər  və 
yoxsulluğun sosial bazası olduğu halda, mədəniyyət, hər şeydən əvvəl,
329


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə