Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə77/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   73   74   75   76   77   78   79   80   ...   104

Fuad  Mammodnt
Kulturologiya cffcktivli hovat vo foully yat» aparan  vol
o  Ölkənin 
demokratikləşdirilməsi, 
maarifləndirilməsi 
və 
modernləşdirilməsi  proseslərinin  ictimai monitorinqi;
□  Cəmiyyətin  bütün  sinif və  sosiumlanrun  dövlət  proqramlarının 
reallaşdınlmasma  və ümummilli  məqsədlərin əldə edilməsinə cəlb 
edilməsi;
□  Cəmiyyətin  bütün  sosium,  sinif  və  vətəndaşları  maraqlarının 
harmonizasiyası;
a   Dialektik  inkişafin  obyektiv  qanunlan,  ölkənin  milli  maraqlan 
və  qloballaşmanın  tələbatlan  əsasında 
sosial  əxlaq  və  hüquqi 
normalann  təkmilləşdirilməsi;
□  Ən  dəyərli  milli  ənənələri  və milli  irsi  qoruyaraq,  təhsil  və  xalq 
maarifinin 
prioritet 
inkişafı 
hesabına 
milli 
mədəniyyətin 
intellektuallaşdınlması;
o  İdarəetmə sistemləri,  dövlət institutlan, istehsal  gücü və ictimai 
münasibətlərin 
demokratik 
ölkələrin 
inkişaf  təcrübəsi 
və 
demokratik prinsiplər əsasında modernləşdirilməsi;
□  Tərəqqipərvər  inkişafin  stimulu  olan  sağlam  milli  ideyanın 
kultivasiyası əsasında milli özünüdərkin  inkişafına yardım etmək. 
Belə  yanaşma  həm  hər  bir  ölkənin  milli  inkişaf maraqlarına,  həm
də  qlobal  vətəndaş  cəmiyyətinin  inkişaf  maraqlarına  cavab  verən 
cəmiyyətin  rifahını, 
yüksək  idarəetmə  mədəniyyətini  və  vətəndaş 
məsuliyyətini, 
xalqın 
ümumi  mədəni  səviyyəsinin  yüksəlməsini 
təmin  edən  sosial,  elmhəcmli  iqtisadiyyatın  yaradılmasına  yardım 
edəcəkdir.  Sosial-mədəni  siyasətin  mühüm  komponentlərindən  biri 
vətəndaşların  etik  tərbiyəsidir. 
Milli  dövlətlər  dünyada  sülh 
mədəniyyətinin  bərqərar  olması  məqsədi  ilə,  peşəsindən  -  din  xadimi 
və  ya  siyasətçi,  alim  və  ya  sahibkar olmasından  asılı  olmayaraq,  hər 
bir yüksək mədəniyyətli  insanın öz fəaliyyətində  siyasi  konyüktura və 
ya  eqoistik  maraqlan  deyil,  öz  sosial  missiyasına  uyğun  olaraq, 
insanlara  humanistcəsinə  xidmətin  universal  prinsiplərinin  rəhbər 
tutmalanna yardım etməlidirlər.
Qlobal  vətəndaş  cəmiyyəti  mədəniyyətinin 
formalaşdınlması 
zamanı,  milli  dövlətlərlə  bərabər,  beynəlxalq  təşkilatların  da  üzərinə 
məsuliyyətli  rol  düşür.  Qlobal  idarəetmə  insani,  ictimai  və beynəlxalq 
maraqlardan  çıxış  edərək,  yüksək  demokratik mədəniyyət  prinsipləri 
əsasında  qurulmalıdır,  başqa  sözlə,  insanpərvər  və  sosial  istiqamətli
314
Fuad  Mammadov
Ku.llujoltfEİxa-r ibJttlvli.baYal  >a foallvv-to 
y
«I
olmalıdır.  Müasir  dünyanın  obyektiv  inkişaf  ziddiyyətlərinin  həll 
edilməsinə  kulturoloji  yanaşma  Şərq  və  Qərb  ölkələri  xalqlarının 
ümumi  inkişaf  maraqlarına  cavab  verən  əməkdaşlıq  və  qarşılıqlı 
anlaşmanın 
əsası  olan 
qlobal  vətəndaş  cəmiyyəti 
sosial-siyasi 
mədəniyyətinin  formalaşdınlması zəruriliyini göstərir və bu məntiqini 
əsaslandınr.  Bu  yanaşmanın  mahiyyəti  ondanır  ki. 
milli 
mədəniyyətlərin  demokratikləşdirilməsi  müxtəlif  xalqlann  və  ayrı- 
ayn  vətəndaşlann  maraqlannın  harmonizasiyasına  pozitiv  təsir 
göstərərək,  mədəniyyətlərin  hannoniyasma  aparır.  O,  yeni  mədəni 
mühit  formalaşdıraraq,  qeyri-demokratik  xarakterli  siyasi  rejimlərin 
tədrici 
transformasiyasına,  ekstremizm  və  terrorizmin  müxtəlif 
formalarının 
aradan  qaldırılmasına, 
xalqların  və  ayn-ayrı  ölkə 
vətəndaşlarının  arasında  sülh  mədəniyyətinin  yaradılmasına  kömək 
edir. 
Deməli, 
qlobal 
vətəndaş 
cəmiyyəti 
mədəniyyətinin 
formalaşdınlması 
məqsədi 
ilə 
bütün 
dünyada 
demokratiya 
quruculuğunun əlverişli şəraitini yaratmaq vacibdir.
Qlobal  vətəndaş  cəmiyyəti  mədəniyyətinin  formalaşdınlması 
zərurəti.  Hər  şeydən  əvvəl,  BMT  və 
əlaqədar  qeyri-hökumət
strukturlarının  üzərinə  böyük  məsuliyyət  qoyur.  Yəqin  ki,  BMT 
qloballaşma  şəraitində  dünya  sivilizasiyasının  yaradıcı  faktoru  olan, 
yüksək  ruhi  mədəniyyətin  inkişaf etdirilməsi  məsələlərinə  diqqəti 
artırmalıdır.  O,  bütün  dünyada  sülh  mədəniyyətinin  yaradılması  üçün 
dünya mədəniyyəti  təşkilinin  yeni  fonna  və  mexanizmlərinin  axtarışı, 
planetar  miqyasda  şüurlu  mədəni  ümumiliyin  formalaşdırılması  və 
mədəniyyətlərin 
harmonizasiyası 
üçün 
yeni 
kulturoloji
texnologiyaların  hazırlanması  və praktik  istifadəsi  prosesinə başçılıq 
edə bilərdi.  Bizim fikrimizcə,  zamanın tələblərinə cavab verən  qlobal 
vətəndaş  cəmiyyəti  mədəniyyətinin  formalaşdınlması  və  inkişafının 
ən  effektiv  mexanizmi,  BMT  və  YUNESKO-da  dünya  mədəniyyəti 
üzrə  Beynəlxalq  Şuranın  yaradılması  ola  bilərdi.  Bu,  insan  inkişafı 
üzrə  mürəkkəb  sosial-mədəni  problemlərin  düzgün  həll  edilməsində, 
ziddiyyətlərin  həlli,  terrorizmin  aradan  qaldırılması, 
beynəlxalq
münasibətlər  sisteminin  təkmilləşdirilməsi,  Yer  kürrəsində  həyatın 
humanistləşdirilməsi sahəsində  yeni imkanlar aça bilərdi.  Bu şuranın 
tərkibinə 
elm,  təhsil,  incəsənət  və  din  sahəsinin 
nüfuzlu 
nümayəndələri,  eləcə  də  siyasətçilər,  müxtəlif ölkələrin  müstəqil
315


Fuad  Mommadov
Kulturologiva cffcktivli haval va faalivvat» aparan vol
ekspert-kulturoloqlan  daxil  ola  bilərdi.  Belə  şuranın 
başlıca 
vəzifələrini  aşağıdakı kimi  ifadə etmək olar:
© 
dünyanın  müxtəlif ölkələrində  dünya mədəniyyəti  tarixinin, 
mədəni  nailiyyətlərin  və 
bəşəriyyətin  sosial-mədəni  inkişaf 
təcrübəsinin 
fəal  öyrənilməsinə 
istiqamətlənmiş  kulturoloji 
maarifləndirmə;
©  qloballaşma  şəraitində  müxtəlif ölkə  xalqları  və  vətəndaşlarının 
mədəniyyət,  din  və  maraqlarının 
harmonizasiyası  əsasında 
bəşəriyyətin 
yüksək 
etik 
sosial 
mkədəniyyətinin
formalaşdınlmasma yardım;
© bəşəriyyətin  qarşılıqlı-əlaqəli  inkişafi  üçün  yeni  sosial  mühitin 
formalaşdınlmasını,  dünya  mədəniyyətinin  təsdiqi  və  xalqların 
rifahının  yüksəldilməsini  nəzərdə  tutan, 
sosial-mədəni  inkişaf 
layihə və proqramlarının hazırlanması;
© müxtəlif ölkələrin  sosial-mədəni  fəaliyyətininn  koordinasiyası 
və  BMT-də  dünya  mədəni  siyasəti  məsələləri  üzrə  qərar  qəbul 
olunması üçün  elmi əsaslı tövsiyələrin hazırlanması.
Bizə  elə  gəlir  ki, 
qlobal  vətəndaş  cəmiyyəti 
mədəniyyətinin formalaşdırılıb, inkişaf etdirilməsinin strateji prosesini 
təmin  edən  mütəxəssislərin  -  tədqiqatçı,  müəllim  və  menecerlərin 
hazırlığı 
üçün 
Beynəlxalq 
dünya 
mədəniyyəti  institutunun 
yaradılması  məqsədəmüvafiqdir.
Yüksək ruhi mədəniyyət inkişafi və  etik qlobal  vətəndaş cəmiyyəti 
qurulmasının  ən  effektiv  vasitəsi  kulturologiyadır. 
Uayt,  Yaspers, 
Toynbi,  Şpenqler,  Dildey,  Hesse,  Sorokina,  Husserl,  Parsons,  saburo, 
markuze  və  bir çox  digər məşhur  alimlərin  əsərlərinin  təhlili  göstərir 
ki,  kulturologiya  müasir dünyanın  bir çox  aktual  problemlərinin  həlli 
üçün  qiymətli  elmi-nəzəri  əsasdır.  Öz  universal  imkanlarına  görə,  o, 
insan,  cəmiyyət  və  ümumilikdə  bəşəriyyətin  sosial  terapiya  vasitəsi 
olur.  Kulturologiya  insan,  dövlət və  cəmiyyətin  inkişaf proseslərinin 
obyektiv tənqidi  təhlilini  həyata keçirmək,  böhrandan  optimal  çıxış, 
davamlı  inkişaf  və  tərəqqiyə  nail  olmaq 
yollarını  təmin  edən 
texnologiyaların  yaradılmasına  imkanverir.  Təhsilsiz  adam  azad  ola 
bilməz.  Dünya  mədəniyyətinin 
zəngin  tarixi  və  nəzəriyyəsinin 
öyrənilib  mənimsənilməsinə  yönəlmiş  kulturoloji  təhsil,  eləcə  də 
maarif  ayn-ayn  insanların,  xalqların  həyat texnologiyaları, həmçinin
316
Fuad  Vl-ımmadov.
Kulturologiya cffeklivli havat va faalivvat» aparan  yol
fəlsəfəsinin  dərk  edilməsinə,  insanın  köhnə  düşüncə  və  həyat 
tərzindən,  milli 
gerilik  və  qul  psixologiyasından  azad  olmasına 
kömək  edir.  Kulturoloji  biliklər 
xalq  kütlələrinin,  azad  inkişaf 
tələblərinə  zidd  olan,  fatalistik  ideyalanndan  imtina 
etmələrinə, 
səmərəli  olmayan  milli  ənənələrin  fəal  olaraq  islah  edilməsi  üçün 
geniş  imkanlar  açır.  Onlar  müasir  insanın  şüur,  hiss  və  davranışı 
üzərində,  demokratiya  maraqlarına  zidd,  eqoistcəsinə  hökm  etməsi 
üçün  ictimai  şüurla 
siyasi  manipulyasiyaya  qarşı 
immunitetin 
formalaşmasına  kömək  edir.  Kulturologiya 
bəşəriyyətin  mədəni 
nailiyyətləri  və  tərəqqipərvər  təcrübəsini  daha  yaxşı  mənimsəməyə, 
şəxsiyyətin mədəniyyətinin  psixologiya, xarakter, dini əqidə və maraq 
kimi 
komponentlərinin  mahiyyət  və  xüsusiyyətlərini  anlamağa, 
insanların  mədəni  inkişafına  geniş  imkanlar  yaradır.  Geridəqalma, 
tənəzzül  və  reqres  əlaməti  daşıyan  hər  bir milli  mədəniyyətin  sosial- 
mədəni  terapiyası  kəmiyyət,  keyfiyyət,  məkan,  zaman,  struktur  və 
müqayisə  metodlarının  məcmuu  daxil  olmaqla,  sistemli  kulturoloji 
təhlil  əsasında  aparılarsa, daha  effektiv  ola bilər.  Dialektika,  tarixilik 
və məntiqə, eləcə də induktiv və deduktiv yanaşmaya əsaslanan, təhlil 
milli  mədəniyyətin  səhv  və  kəsrlərini  daha  yaxşı  görməyə,  onlann 
aradan  qaldırılmasının  ən  optimal  yol  və  texnologiyalarının 
seçilməsinə  imkan  yaradır. 
Kulturologiyanm  beynəlxalq  dəyəri
ondadır  ki,  o,  müasir  bəşəriyyətin 
maraq  və  mədəniyyətlərinin 
harmonizasiyasına  əsaslanan,  uğurlu  qlobal  idarəetmənin 
zəruri 
əsasına çevrilir.
Fikrimizcə, bəşəriyyətin 
ruhi 
mədəniyytətinin 
inkişaf
mexanizmlərinin düzgün  anlanılıb,  tənzimlənməsi  kulturoloji
sinergetika  sahəsində  tədqiqatlann  inkişafından  asılı  olacaqdır.  Ruhi 
mədəniyyətin  özünütəşkil  problemlərinin  təhlilinin  elmi  aktuallığı 
mədəni  inkişafin  qeyri-bərabərlik  fenomeni  ilə  şərtlənir.  Cansız 
təbiətdən  fərqli  olaraq,  cəmiyyətin  ruhi  mədəniyyətinin  özünütəşkili 
vətəndaşların həyat tərzi, ənənə və novasiyalan, dini əqidələri, hüquqi 
institutlar,  dövlət və sosial idarəetmə sistemləri  ilə əlaqədardır.  Lakin, 
o, dövlətin siyasi sistemi, onun rəsmi ideologiya və mədəni siyasətinin 
təsiri  altında  baş  verir.  Ykulturoloji  sinergetika  yeni  informasiya 
texnologiyaları, 
hesablama 
eksperimentləri 
və 
riyazi
modelləşdirmədən 
fəal  istifadə  edərək, 
müasir  dünya
317


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə