Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə88/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   84   85   86   87   88   89   90   91   ...   104

Fuad M^mmadot
Kulturologiva effektiv» bayat va faalivYaıa aparan vol
etdirir.  İnsanın  davranışında  təzahür 
olunan  xarakteri  fərdi 
mədəniyyətin  mühüm  indikatorudur.  Xarakter  onun  fərdi  eneıji 
formasını,  psixologiyası  və  həyat  fəaliyyətinin  məntiqini  təmsil  edir. 
Bu  forma  insanın  düşüncə  mədəniyyəti,  hiss  və  davranışında  əks 
olunur.  İnsanın  mədəniyyəti  və  taleyini  müəyyən  edən  xarakterin 
formalaşmasında 
psixologiyanın 
əhəmiyyəti 
böyükdür. 
Lakin 
psixologiya  çox  halda  insanın  güenetikası  ilə  də  şərtlənir.  Buna  görə 
də  tərbiyə 
prosesində  insan  xarakterinin  genetik  xüsusiyyətlərini 
nəzərə  almaq  zəruridir.  Bu  baxımdan,  insanın  və  insan  cəmiyyəti 
xarakterinin  genetik  xüsusiyyətlərinin  öyrənilməsi  üçün  etologiya 
(heyvanların davranışı  haqqında elm) üzrə toplanmış  müşahidələrdən 
istifadə  edən  bioloq  alimlərdən  -   K.Lorensin,  N.Tinberqin,  K.fon 
Frişin elmi tədqiqatlarının 
nəticələri 
maraqlıdır. 
Onların 
irəli 
sürdükləri  “İnsan  mədəniyyətinin  instiktiv  əsası”  nəzəriyyəsi 
heyvanların  sabit davranışlarında əks olunan həyat instinktlərini  insan 
təbiətinin  təbii  mənbələri  ilə  eyniləşdirir.  Burada  yaşayış  yerinin 
tikilişi, 
“izdivac  rəqsləri”,  nəslartırma  qayğıları,  səs  və  vizual 
siqnallarıb ötürülməsi, kollektiv “məişət” və s.  nəzərdə tutulur.
İnsanın  ruhi  mədəniyyətinin  formalaşdın İmasının  zahiri  şərtləri 
cəmiyyətin  sosial-mədəni  mühiti,  onlann  təhsil  və  tərbiyəsinin 
məzmun  və  keyfiyyəti,  ictimai  münasibətləri,  ölkədə  iqtisadi,  sosial, 
ekoloji  və  siyasi  situasiya  ilə  müəyyənləşir.  İrsi  keyfiyyətlər  və 
psixologiya  ilə bərabər xarakter, həm  də,  insanın ətraf mühit şəraitinə 
uyğunlaşması  nəticəsində  yaranan  təhsil,  tərbiyə,  təcrübə  və  həyat 
tərzindən də asılıdır.  Ayn-ayn  fərdlərin bir yerdə  götürülmüş mədəni 
eyniliyi,  sosial  qrup,  millət  və  ya  cəmiyyəti  səciyyələndirən  sosial 
mədəniyyəti  təmsil  edir.  Etnik,  milli,  dini,  siyasi  və  digər
mədəniyyətlər  bunlardandır.  İnsan  mədəniyyətindəki  fərqlər  çox 
zaman,  müxtəlif insanlarda və  xalqlarda  özünəməxsus  tərzdə  təzahür 
olunan, mədəniyyətə həssaslıq dərəcəsi ilə şərtlənir.
Bu  gün  kulturologiya  dövlət  iqtisadi  proqram  və  layihələrinin 
həyata  keçirilməsinin  effektiv  elmi  aləti  kimi  də  vacib  və  zəruridir. 
Belə  ki,  kiçik  və  orta  sahibkarlığın  inkişafı,  eləcə  də  yoxsulluğun 
azaldırlması  və  iqtisadi  inkişafla  əlaqədar  layihələr  əhalinin 
yenidənhazırlanması,  təlimlənməsi  və  maariflənməsi 
üzrə  xüsusi 
kulturoloji  proqramların  hazırlanıb  reallaşdınlmasını  tələb  dir.  Bu 
proqram  və  layihələr  ümumi  mədəni  səviyyənin,  istehsal  və  istehlak
358
Fuad  Mammadov
Kullurnlogiva cffeklivli hovat va faalivvaıa aparan vol
mədəniyyəti, hüquqi və idarəetmə mədəniyyəti,  resurslardan səmərəli 
istifadəni  stimullaşdınlması  və  regionlarda  effektiv  istehsalın 
yüksəldilməsinə  imkan  verəcəkdir.  Əhalinin  təlimləndirilməsinin 
interaktiv 
kulturoloji 
proqramları, 
diskussiya 
və 
debatlar 
Azərbaycanın  sosial  infrastrukturu  və  vətəndaş  cəmiyyətinin 
inkişafina yardım, ictimai rifahın  yüksəlişi,  ölkədə demokratik dövlət 
mədəniyyətinin  inkişafı  və  möhkəmləndirilməsinə  xidmət  edir.  Bu 
fəaliyyət  fərdi  mülkiyyət,  vətəndaşların  özünüidarəsi,  yeni  iş 
yerlərinin açılması, respublikanın regionlarında  müasir  sosial-iqtisadi 
infrastrukturun  inkişafı  üçün 
yeni  imkanlarının  axtarışının 
məhsuldarlığına  yardım  edə  bilər.  Kulturoloji  treninqlər  region 
əhalisinin  sosial-iqtisadi  inkişaf  üzrə  maraq  və  tələbatlarının 
müəyyənləşdirilməsinə  və  onlann  demokratik  ölkələrin  beynəlxalq 
siyasəti, ölkənin milli  maraqlanna cavab verən ictimai  işlərə fəal  cəlb 
edilməsinə  yardım  edəcəkdir.  Bu  ölkədə  struktur  islahatlann 
genişləndirilməsinə  və  dərinləşdirilməsinə,  sosial  ədalətin  səviyyəsi 
yüksəldilməsinə,  korrupsiyanın  səviyyəsinin  azaldılmasına,  sosial- 
iqtisadi  və  siyasi  stabilliyin  möhkəmləndirilməsinə  imkan  verəcəkdir. 
Sərmayə,  vergi,gömrük,  maliyyə-kredit  siyasəti  ilə  birgə  bu  fəaliyyət 
respublika  əhalisinin  (eləcə  də  qaçqın  və  məcburi  köçkün)  həyat 
səviyyəsi  və  onun  keyfiyyətinin  yüksəlməsinə,  vətəndaşların 
dövlətdən  asılılığının  azalmasına  və  onlarda  liberalizm  və  iqtisadi 
azadlıq 
prinsiplərinə  əsaslanan  demokratiyanın  real  imkan  və 
üstünlüklərinə  inam  hissinin  möhkəmlənməsinə  imkan  verəcəkdir. 
Azərbaycan  regionlarında  yeni  kulturoloji  texnologiyaların  tətbiqi, 
bəşəriyyətin  sosial-mədəni  təcrübəsi  haqqında  universal  biliklərin 
ötürülməsi  və  praktik  istifadəsi 
ölkənin  tərəqqisi  üçün  böyük 
perspektivlər açacaqdır.
Sosial-mədəni  inkişafı,  millətin  mənəvi  sağlamlığına  nail  olmaq, 
ölkə vətəndaşlarının  maddi rifahı və təhlükəsiz inkişafında  idarəetmə 
mədəniyyətinin 
inkişaf  etdirilməsi  və  onun  təkmilləşdirilməsinin 
aparıcı  əhəmiyyətə  malikdir.  İdarəetmə  mədəniyyətinin  aşağı 
səviyyəsi  nəinki  effekti  olmayan  inkişafa,  həm  də  özündə  siyasi, 
iqtisadi  və  mənəvi  böhran,  humanitar  və  ekoloji  fəlakət  təhlükəsi 
ehtiva  edir.  Yüksək  idarəetmə  mədəniyyəti  rəhbərdə  tarix,  dünya 
mədəniyyəti  nəzəriyyəsi,  eləcə  də  tarix,  iqtisadiyyat,  fəlsəfə,  məntiq, 
psixologiya,  sosiologiya,  antropologiya,  etnoqrafiya,  dinşünaslıq  və
359


Kuad 
Mammadov
KqUurologiya effekljvli  havat va faaliwata aparan vol
digər  elm  sahələrinin  nəzəriyyəsi  sahəsində  ciddi  biliklərin 
mövcudluğunu  tələb  edir.  Bu  zaman  idarəçi  güclü  məntiq,  incə 
psixologiya  və  yüksək  etikaya,  fərdi  insan  mədəniyyəti  haqqında 
biliklərə  malik  olmalıdır.  Bütün  bunların  peşəkarlıq  vərdişləri  və 
rəhbərin  praktik  təcrübəsi  ilə  ahəngi  düzgün  siyasi,  iqtisadi  və  sosial 
qərarların qəbul edilməsini təmin edir.
İdarəetmə  mədəniyyətinin  effektivliyi  bütün  səviyyələrdə  müəyyən 
dərəcədə  rəhbərin  mədəniyyətindən  asılıdır.  Siyasətçi  və  menecerlər 
rəhbərlik  qabiliyyətinə  malik  olaraq,  insanları  istiqamətləndirməyi  və 
öz  arxası  ilə  aparmağı  bacarmalıdır.  Bu,  xüsusi  təbii  istedad  olan 
düzgün  planlaşdırma  bacarığıdır.  İşə  münasibətini  şəxsi  nümunə  ilə 
nümayiş  etdirərək,  yüksək  peşəkarlıq  nümayiş  etdirən  rəhbər 
tələbkarlıq  və  nəzarəti 
öz  kollektiv  üzvlərinə  hörmət,  inam, 
humanistlik  və  qayğı  ilə  uyğunlaşdırmalıdır.  Belə  münasibət  rəhbərin 
yüksək nüfuz qazanmasına  yardım edir, təşkilatın əməkdaşlarında ona 
cavab məhəbbəti, səmimiyyət, təşəbbüskarlıq və vətənpərvərlik hissini 
stimullaşdırır. 
Vətəndaş  cəmiyyətində  idarəetmə  mədəniyyəti 
sosiumlararası  və  qruplararası 
razılığın  əldə  edilməsinə  yardım 
etməlidir.  Belə  idarəetmənin  başlıca  vasitələri  informativ-  maarifçi 
texnologiyalardır.  Bu,  kütləvi  informasiya  vasitələrinin  yardımı  ilə 
həyata  keçirilən  maarifçilik  proqramlarıdır. 
Qarşılıqlı  anlaşma  və 
razılığın  əldə  edilməsinin  ən  effektiv  vasitələrindən  biri 
debat, 
tərəflərin  qarşılıqlı  anlaşması  üçün  birbaşa  dialoqlar  metodlarının 
istifadəsi  ilə  tele,  -  radio  verilişlərinin  təşkilidir.  Belə  yanaşma 
vətəndaş  cəmiyyəti  üçün  dağıdıcı  epidemik  effektə malik  “qara  PR”- 
la  bağlı  şəxsi  konflikt,  rəqabət,  həsəd  və  uğurlu  inkişafa  mənfi  təsir 
göstərən  digər  neqativ  hadisələrin  aradan  qaldırılmasına  imkan  verir. 
Rəhbər  öz  məntiqi-psixoloji  yanaşmasında,  hər bir insanın  can  atdığı, 
səadət  anlamını  rəhbər  tutmalıdır.  Gənclərlə  aparılan  interaktiv 
məşğələlər  göstərir  ki,  müasir  insanların  əksəriyyətinin  səadət
haqqında  anlayışı  -   məhəbbət;  insanın  və  onun  yaxınlarının 
sağlamlığı;  maddi  rifah;  ailə,  kollektiv  və  cəmiyyətdə  hörmət, 
məhəbbət,  anlam 
qazanaraq,  həyatda  layiqli  yer  tutmaq  imkanı; 
insanlar  naminə  yaratmaq  imkanı,  başqaları  üçün  yaşamaq  bacarığı; 
insanın  maraq  və həyati  tələbatlarının  ödənilməsi,  başqalarından  asılı 
olmadan  sərbəst,  lakin 
öz  söz  və  əməllərinə  görə  məsuliyyət
mədəniyyəti  daxilində,  cəmiyyətin  etik  mədəniyyəti  ilə  həmahəng
360
Kuad  Məmmədov
Kulturologiva effcktivli havat 
уэ
 foalivvota aparan vol
yaşamaq 
imkanı; 
məqsəd 
və 
arzularına 
nail 
olmaq, 
özünütəkmilləşdirmək  imkanından  ibarət  hiss  və  təsəvvürlərin 
məcmuudur.
Müasir 
dövlətlərdə 
yüksək 
idarəetmə 
mədəniyyətinin 
formalaşdırılması  kulturoloji yanaşma  üzərində  qurulmalıdır.  Dövlət 
quruculuğu  proseslərini  düzgün  görüb  uğurla  idarə  o,  etmək  üçün 
kulturoloji  yanaşmanın  böyük  elmi  və  praktik  əhəmiyyəti  vardır. 
Bununla  belə,  o,  dövlət  və  sosial  idarəetmə  sisteminin  özünün 
təkmilləşdirilməsi  üçün  olduqca  zəruridir,  çünki,  ölkənin  maddi- 
maliyyə,  təbii-coğrafi  və  insan  resurslarının  effektiv  istifadəsi  ondan 
asılıdır.  O,  idarəetmə  proseslərinin  yüksək  humanist  etika,  insan 
həmrəyliyi, 
vətəndaşların 
maraq 
və 
mədəniyyətlərinin 
harmonizasiyası  əsasında  planlaşdırma  və  nəzarətini  təmin  edən 
düzgün  siyasi  menecmentin  formalaşdınlmasma  imkan  verir. 
Kulturoloji  yanaşma  mədəni  proseslərin  ümumi  dinamikasının  sosial, 
elmi,  etik,  estetik, siyasi,  iqtisadi, ekoloji, psixoloji, antropoloji,  dini 
və uğurlu sosial -  mədəni siyasətin yaradılması üçün digər aspektlərdə 
də öyrənilməsinə  imkan verir.
Beləliklə,  kulturologiva,  inkişaf  prosesində  yaranan 
dialektik 
ziddiyyətlərin  ətraf mühitin  tələbi  və  təşkilatın  daxili  ehtiyaclarına 
uyğun  həll  edilməsinə  düzgün  yanaşmanın  yaradılması,  təşkil  və 
idarəetmə  üsullarının  innovativ  dəyişdirilməsi  üçün  geniş  imkanlar 
açır.  Məlum olduğu kimi, “rəssam şah əsərləri  təqlid edə-edə yaranır”. 
Lakin,  bu,  onun  təşəkkülünün 
birinci  mərhələsidir.  Əsas  odur  ki, 
toplanmış  bilik  və  təcrübə  əsasında  yeni,  daha  kamil  əsər  yaradasan. 
Bu  qanunauyğunluq  idarəetmə mədəniyyəti üçün  də ədalətlidir.  İnsan, 
cəmiyyət  və  dövlətin  rifahı  naminə  özündə  insan  təfəkkürünün  ən 
yüksək  nailiyyətlərini  təcəssüm  etdirən 
yeni,  daha  kamil  effektiv 
idarəetmə  modellərini  yaratmaq  vacib  və  zəruridir.  İdarəetmə 
mədəniyyətinin təkmilləşdirilməsi  məqsədi  ilə  təşkil  fəaliyyətinin beş 
əsas  sahəsi  daimi  kulturoloji  təhlillə  əhatə  olunmalıdır  -   strategiya, 
texnologiya,  psixologiya,  sosiologiya  və  dizayn.  Bununla  belə, 
effektiv  inkişafa nail  olmaq  üçün  imkanlardan  düzgün  istifadə  etmək 
və  hakimiyyət  mədəniyyəti,  rol  mədəniyyəti,  vəzifə  mədəniyyəti  və 
şəxsiyyət  mədəniyyəti  kimi 
təşkilat  mədəniyyəti  formalarının 
harmoniyasına nail olmaq  lazımdır.  Bütün bunlar məmurlann  dövlət- 
inzibati  idarəetmə  sahəsində 
xüsusi  nəzəri  hazırlığı  ilə  bərabər.
361


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə