Kuad Mommadm
Kulturologiya effektivli haval va faalivvota aparan vol
insanın yüksək ruhi mədəniyyət anlamından söhbət gedir. Bundan
çıxış edərək , bu gün , ümumi kulturologiya ilə birgə, kulturoloji
idrakın metodologiyası, siyasi kulturologiya, hüquq kulturologiyası,
din kulturologiyası, idarəetmə kulturologiyası, vətəndaş cəmiyyəti
kulturologiyası, iqtisadi kulturologiya, kulturoloji sinergetika və s.
sahələrdə ciddi tədqiqatlar aparmaq vacibdir. Kulturoloji təhsil və
mədəniyyətin inkişafının idarəedilməsində yüksək nəticələrin əldə
edilməsi
üçün
Azərbaycanda
kulturoloji
tədqiqatların
fəal
genişləndirilməsi təmin edilməlidir. Kulturoloji sahədə dissertasiya
tədqiqatları, monoqrafiya və tədris vəsaitlərinin nəşri,
dövlət və
ictimai fəaliyyətin müxtəlif istiqamətlən üzrə tədqiqatçı, menecer və
müəllimlərin hazırlığını genişləndirmək vacibdir. Bu, uğura aparan ən
düzgün yoldur.
İnsan mədəniyyəti inkişafının bütün çoxcəhətlilikləri alim və
müəllimlərin, siyasətçi və idarəçilərin, ictimai xadim və sahibkarlann,
diplomat və jurnalistlərin,
geniş profilli mütəxəssis və gənclərin
diqqət mərkəzinə çevrilməlidir. Lakin Azərbaycanda kulturoloji elm
və təhsilin qabaqlayıcı inkişafını təmin edən şərtlər yeni mədəni
siyasətin köməti ilə təmin edilməlidir. Yeni mədəni siyasət yeni
kulturoloji biliklərin stabil istehsalını, elmin yeni nailiyyətlərinin
mədəniyyətin inkişafının idarəedilməsi sisteminə, tədris prosesinə,
eləcə də cəmiyyətin sosial-mədəni həyatına effektiv translyasiyasınm
təmin edilməsi məqsədini daşıyır. O, azərbaycan cəmiyyətinin
zamanın tələblərinə uyğun
stabil inkişafı üşün zəruir olan kadr
infrastrukturunun formalaşdınlmasına yardım etməli, Azərbaycanın
daha yaxşı gələcəyi naminə kulturoloji elm, təhsil və praktikanın
inteqrasiya katalizatoruna çevrilməlidir.
İdeoloji baxımdan mədəni siyasətin əsas vəzifəsi ölkənin müxtəlif
mədəniyyətlərinin
vahid
ümummilli
mədəniyyətə
düzgün
inteqrasiyasındadır. Burada söhbət аул-аул etnoslann özünəməxsus
mədəniyyətlərinin assimilyasiyasından yox, onlann millətin vahid
sosial etikası çərçivəsində dövlətin strateji maraqlannda ifadə olunan
davranış qaydalan,
qarşılıqlı münasibət və əməkdaşlıq, ümumi
maraqlann konsensusu əsasında inteqrasiyasından gedir.
Azərbaycanın dövlət siyasətinin ən mühüm məsələsi, hər şeydən
əvvəl, ictimai rifahın inkişafını təmin edən intellektual mədəniyyət -
370
Kuad Mammadov
Kulturologiya effektivli havat va faalivvala aparan vol
elm və təhsil sahəsində çalışan ziyalıların effektiv yaradıcı fəaliyyəti
üçün əlverişli şəraitin yaradılmasıdır. Bu, sivil dövlətlərin sənaye-dən
informasiyalı cəmiyyətə keçidlə səciyyələnən, həm ölkəmizin, həm də
dünya mədəniyyətinin müasir inkişaf mərhələsinin obyektiv ələbatlan
ilə şərtlənir. Ziyalılar, ilk növbədə, millətin strateji genofondu
adlandınlan intellektual elit
mədəni kapitalın nüvəsidir. Dünya
praktikası göstərir ki, bu genofondu qiymətləndirməyən, daha dəqiq
desək, ona laqeydlik göstərən dövlətlər müasir dünya sivilizasiyasının
sürətli inkişaf axınından kənarda qalmaq təhlükəsi ilə üzləşə bilər.
Dövlət öz intellektual potensialına xüsusi qayğı göstərməli, onun
qorunması, inkişafı və yenidən hasil edilməsi üçün əlverişli şərait
yaratmalı, avropa standartlanna istiqamətlənmiş xüsusi sosial təminat
proqramlan həyata keçirməlidir. Dövlətin təhlükəsiz inkişafının
proqnozlaşdınlması və düzgün texnologiyalann hazırlanması məqsədi
ilə ekspert-kulturoloqlar, “bilik menecerləri”
strateji cəhətdən
əhəmiyyətli informasiyalara malik olmalıdırlar.
Respublikada
ruhi mədəniyyətin inkişafi üçün
xüsusi kadr
hazırlığı probleminin həllinə yardım məqsədi ilə “Simürğ”
Azərbaycan Mədəniyyət Assosiasiyası Bakı Kulturologiya Məktəbinin
yaradılmasını planlaşdınr. Dövlətin yardımı ilə
bu cür xüsusi
məktəbin yaradılması, sivilizasiyalı ölkələrin təcrübəsinə uyğun
olaraq, bəşəriyyətin, bu və ya digər dərəcədə, dəyərli biliklərinin
seçimini həyata keçirmək və onlann təcrübədə tətbiqinə yardım edən
“bilik menecerləri”-nin kulturoloji hazırlığını keçirmək məqsədini
daşıyır.
Bu məktəbdə xalqın ümumi mədəni səviyyəsinin
yüksəldilməsinə istiqamətlənən, əhalinin maarifləndirilməsi üzrə
xüsusi kulturoloji proqramın həyata keçirilməsi
nəzərdə tutulur.
Burada uşaq və gənclərin ümumi və xüsusi hazırlığı ilə bərabər,
ölkənin qeyri-hökumət təşkilatlan, bələdiyyə və biznes strukturlanmn
yeni tarixi şəraitdə effektiv fəaliyyəti üçün zəruri olan liderlərin
kulturoloji hazırlığı da planlaşdınlır. Məktəbin yaradılması, həm də,
Azərbaycan Respublikasının inkişaf maraqlanna cavab verən, bütün
səviyyələrdə düzgün siyasi qərarlann hazırlanması məqsədi daşıyan
sistemli
kulturoloji
qərarlann
həyata
keçirilməsinə
imkanyaradacaqdır.
371
Kuad Mammado*
Kullurolnglva effektivli haval
уэ
faalivyata aparan yol
Beləliklə, ölkədə mədəniyyət sahəsində müasir azərbaycan
cəmiyyəti və dövlətinin həyati tələbatların acavab verən qətiyyətli
islahatların keçirilməsi üçün
zəruri şəraitin yarandığı artıq göz
qabağındadır. Tərəfimizdən aparılan, bir sıra demokratik ölkələrin
tarixi təcrübəsinin
komparativ klulturoloji təhlili
qətiyyətlə
söyləməyə imkan verir ki,
müasir mərhələdə Azərbaycanın
tərəqqipəri’ər inkişafının əsasını üç prinsip təşkil edir : intellektual və
mənəvi mədəniyyətin prioriteti.
sağlam milli ideya və milli
mədəniyyətin demokratikləşdirilməsi.
Bu faktorlar
dünyanın
tərəqqipərvər dövlətlərinin tarixi nailiyyətlərinin əsasını təşkil edir.
XIX-XX əsrin əvvəllərində
yaşamış Abbasqulu Ağa Bakıxanov,
Mirzə Kazımbəy,
Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov,
Həsənbəy Zərdabi, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Məmməd
Əmin Rəsulzadə Üzeyir Hacıbəyov və digər Azərbaycan modemist-
maarifçilərinin tərəqqipərvər ideyaları və praktik fəaliyyətinə istinad
edən milli tarixi təcrübə də bu tezisin doğruluğunu sübut edir. Bu
qanunauyğunluq söyləməyə imkan verir ki, azərbaycan cəmiyyətinin
inkişafında tərəqqipərvər dəyişikliklərin yüksək dinamikasının əldə
edilməsinə
istiqamətlənmiş
məhz
bu prioritetlər Azərbaycan
Respublikasının
düzgün sosial-mədəni siyasətinin əsasını təşkil
etməlidir.
Azərbaycan mədəniyyətinin inkişafının
aşkar edilmiş bu
problemlərinin həll edilməsi imkanlarının dövləti əhəmiyyətinin dərk
edilməsi kulturologiyanın elm və tədris fənni kimi Azərbaycanda
tezliklə institutlaşdınlmasını
tələb edir. İnsanın
həyat fəaliyyəti
haqqında elm olan kulturologiya Azərbaycanda dövlət tərəfindən daha
artıq şərait yaradılmaq statusu qazanmalıdır. Kulturologiyanın elm və
tədris fənni kimi institutlaşdınlması, qloballaşma şəraitində dövlətin
davamlı və rəqabətəqabil inkişafında, onun
avropa və dünya
sivilizasiya birliyinə gələcək inteqrasiyasında respublika ziyalılarının
qüvvələrinin birləşdirilməsi və onların xidmətlərinin artırılmasına
yardım edəcəkdir.
Azərbaycan ziyalıları azərbaycan xalqı, cəmiyyəti və dövlətinin
mədəniyyəti üçün daha uğurlu
gələcəyin yaradılması və həyatın
yaxşılaşdırılması yollarının axtanşındakı tarixi məsuliyyəti dərk
etməlidir. Ölkənin tezliklə sənaye və informasiyalı cəmiyyətə keçidini
372
t u ad Mammado»
Kullurologiva effeklivli haval v.ı faalivyala aparan vol
təmin edən, milli mədəniyyətdə tərəqqipəri’ər sosial dəyişikliklərin
əldə edilməsi uğrundakı mübarizənin önündə durmalı olan ciddi
kulturoloqlar məktəbinin yaradılması vaxtı çatmışdır.
Kulturologiyanın inkişafına dövlət yardımı
azərbaycanda
demokratiyanın siyasi mədəniyyətinin yaradılması, hüquqi, iqtisadi,
informasiyalı, məişət, tibbi, ekoloji mədəniyyətin, istehlak və bölgü
münasibətləri mədəniyyətinin, eləcə də
azərbaycan diasporunun
inkişafi və onun mədəniyyətinin
yaşadığı ölkə mədəniyyəti ilə
harmonizasiyası üçün yeni imkanlar açacaqdır.
Sadalanan və bir çox başqa problemlərin həllini “Azərbaycanda
mədəniyyətin inkişafinın milli onilliyi” dövlət proqramı çərçivəsində
həyata keçirmək olardı. Qanunvericilik baxımından,
Azərbaycan
Respublikasının Təhsil Qanununa məktəb və bütün səviyyələrdə,
ümumi və xüsusi kulturoloji təhsilin
inkişafına hüquqi şərait və
prioritetləri təmin edən
bölmənin daxil edilməsi, eləcə də
kulturologiyanın Azərbaycanda
elm və tədris fənni kimi
institutlaşdınlması haqqında qanunun qəbul edilməsi məqsədəuyğun
hesab edilə bilərdi.
•
Mədəniyyət dünyası. Bakı. Bur. VII, 2003, s. 77-98
AZƏRBAYCAN
MƏDƏNİYYƏTİNİN
MODERNLƏŞDİRİLMƏSİNİN AKTUAL PROBLEMLƏRİ
HAQQINDA
Müasir dünya sivilizasiyası mədəniyyətdə yaradıcı və destruktiv
proseslərin, mədəniyyət və sivilizasiyanın qarşılıqlı təsiri, mədəniyyət
və antimədəniyyətin mübarizəsi ilə
şərtlənən,
məzmun-dəvər
dəyişiklikləri ilə səciyyələnir. Müasir həyatın dialektikası özündə
mədəniyyətin klassik, ənənəvi, milli, ümumbəşəri, intellektual, bədii,
siyasi, mənəvi, dini və digər dəyərlərini əxz etmiş fəaliyyətinin yeni
sintetik forma və üsullarının yaranması ilə müşayiət olunan, inkişafin
təbii ziddiyyətlərinin yaranması və onların həll edilməsi ilə bağlıdır.
Müasir informasiya texnologiyaları ilə stimullaşdınlan bu prosesdə
təhsil, elm, texnoloji inkişaf, həyat tərzi, əxlaq, incəsənət, dəyişən
dünyagörüş, mentalitet, təfəkkür, planetin milyonlarla insanının
373
Dostları ilə paylaş: |