Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə87/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   83   84   85   86   87   88   89   90   ...   104

Fuad  IVbmmadov
Kulturoloeiva effcktivli  havat va faaljyyata aparan vol
əhəmiyyətini  istehsalın  ictimai  üsulla  təhlili  zamanı  izləmək  çətin 
deyil,  ruhi  mədəniyyət 
ölkənin  istehsal  qüvvəsi  və  istehsal 
münasibətlərindən  yaranan  istehsal üsulları  ilə müəyyən olunur.  Ruhi 
mədəniyyət,  hakimiyyət  və  kapital  arasında  qarşılıqlı  əlaqəni  təhlil 
edən 
M.Kastels, 
İnformasiya 
dövrü. 
İqtisadiyyat, 
cəmiyyət, 
mədəniyyət”  adlı  monoqrafiyada  qeyd  edir  ki,  ruhi 
mədəniyyət 
hakimiyyətin  mənbəyidir,  hakimiyyət  isə,  öz  növbəsində 
kapital 
mənbəyidir.  Bu  qarşılıqlı  asılılıq  informasiya  dövrünün  yeni  sosial 
ierarxiyasının  əsasında  durur.  Belə  vəziyyətin  düzgünlüyünü  təsdiq 
edərək,  qeyd  etmək  lazımdır ki,  burada,  ən  qədim  dövrlərdən  indiyə 
qədər 
bəşəriyyətin  sosial-mədəni  inkişafının  obyektiv  tarixi 
qanunauyğunluqlarının  biri 
öz  əksini 
tapır. 
Bu  müddəanın 
düzgünlüyünü  təsdiqləyərək,  qeyd  etmək  lazımdır ki,  burada  qədim 
dövrlərdən  indiyə  qədər  bəşəriyyətin  sosial-mədəni  inkişafının 
obyektiv-tarixi  qanunauyğunluqları  əks 
olunur.  İnsan  qüvvəsinin 
mənbəyi, eneıjisi və yaradıcılığı olan ruhi mədəniyyət müxtəlif sosial- 
tarixi  şərait və dövrlərdə  dünyanın ən  tanınmış alim,  filosof və dövlət 
xadimlərinin,  o  cümlədən,  Azərbaycanın  görkəmli  mütəfəkkirlərinin 
mülahizələrində  müxtəlif  formalarda  əks  olunmuişdur.  Müasir  in­
sanın  inkişaf istiqamətini  və  imkanlarını  məhz  intellektual  və  mənəvi 
mədəniyyət, biliyin və sosial etikanın  səviyyəsi  müəyyən edir.
Buna 
görə 
də 
vətəndaş 
cəmiyyəti  quran 
Azərbaycan
Respublikasının  sosial-mədəni  siyasət  inkişafının  mərkəzi  vəzifəsi  -  
bilik  və  mənəviyyatlılığın  ahəngindən  ibarət 
yüksək  ruhi 
mədəniyyətin daşıyıcısı olan  yeni insan və vətəndaş formalaşdırılması 
olmalıdır.  Davamlı  insan  ,  sosial  və  dövlət  inkişafının  məqsədlərinə 
nail  olma  həm  peşəkarlıq  -   insanların  bilik  və  təcrübəsi,  həm  də 
yüksək  məsuliyyət  ,  alicənablıq  tələb  edir.  Mənəviyyatsızlıq 
mühitində  bilik,  bacarıq  və  mütəşəkkillik 
eqoizm  və  dağıdıcı
qüvvələrə  xidmət  edə  bilər.  Biliksiz  mənəviyyatlılıq  ümumi  ictimai 
və  insani  dəyərlər  baxımından  səhv  dərk  edilər  və  “kor”  olar.  Buna 
görə, 
vətəndaş  cəmiyyətində  harmonik  ictimai  münasibətlərin 
qurulmasının  zəruri  şərti  elmi  biliklərin  inkişafi  ilə  bərabər  legitim 
sosial  intizam  statusu  verilmiş  yüksək  insani,  vətəndaş və peşə etikası 
formalaşdırmaqdır.  Yüksək  insan  etikası  olmadan  ,  hətta  ən  yaxşı 
qanunlar  belə  işləməyəcəkdir. 
Əgər  dövlət  qanunlarına  əsaslanan
354
Fuad  Mammadnv
Kulturologjya effeklivli havat va faalivvata aparan vol
hüquq  bütün  sosial  normalar  üçün  məcburi  sistemdirsə,  əxlaq  -  
müəyyən  dövr  ərzində  cəmiyyət  tərəfindən  könüllü  qəbul  edilmiş 
davranış  forma  və prinsiplərinin məcmuudur.  Deməli,  əxlaq  qanunun 
icrasımn  əsas  motivasiyasıdır.  Əxlaq  hüquqdan  fərqli  olaraq, 
cəmiyyətin  ayrı-ayrı  təbəqələri  və  peşələri  üçün  müxtəlif ola  bilər. 
Əxlaqın  xarakteri  cəmiyyətin  inkişaf səviyyəsindən,  maddi  vəziyyəti, 
intellektual  və  mənəvi  inkişaf  səviyyəsi,  istehsal  münasibətlərinin 
xarakterindən  asılıdır. Etika məsələləriinsanm Xeyir və Şər arasındakı 
mənəvi  seçim  məsələləri  ilə  daha  çox 
bağlıdır.  Dəyişən  ideya  və 
maraqlar 
məkan  və  zaman  baxımından  subyektiv  xarakter  alaraq, 
insanın fəaliyyət və  məqsədlərinə təsir göstərir. Buna görə də  insanın 
mənəvi inkişafi  üçün  humanist tərbiyənin mühüm əhəmiyyəti var.
insan  mədəniyyətinin  inkişafı  uyğun  sosial-mədəni  mühitin 
mövcudluğundan  asılıdır.  Hətta  ən  sağlam  toxum  su  və  torpaq 
olmadan,  qaya  üzərində  bitə  bilməz.  Keçid  dövründə  belə  mühitin 
formalaşdırılması  Azərbaycan  üçün  ümummilli  strateji  əhəmiyyətə 
malik  mədəniyyət  haqqında  elm  -  kulturologiyanın 
qabaqlayıcı 
inkişafi  üçün  dövlət tərəfindən  zəruri  şəraitin  yaradılmasıdır.  Müasir 
dünyada  kulturologiya  insan,  cəmiyyət  və  dövlət,  pozitiv  həyat 
fəaliyyəti  texnologiyaları,  cəmiyyətin  tərəqqipərvər  modernləşdirmə 
metodları  haqqında  universal  biliklər  sistemi  kimi  ictimai-humanitar 
elmlər  silsiləsində  daha  çox  təsdiq  olunur.  O,  elmi-humanist  dünya 
görüşün,  davamlı  ictimai  və  insan  inkişafının,  dövlət  quruculuğu  və 
idarəetmənin 
mürəkkəb  problemlərinin  effektiv  həlli  yollarının 
tarixi-nəzəri  əsasına  çevrilməkdədir. 
Kulturologiya 
cəmiyyətin 
inkişafının  idarəedilməsinin 
effektiv  modelləri  və 
sosial-mədəni 
fəaliyyətin 
yeni  növlərinin 
layihələndirilməsinə,  Azərbaycan
Dövlətinin  tərəqqisini  təmin  edən  düzgün  siyasi  qərarların  qəbul 
edilməsinə 
yardım  edən,  zamanın  tələblərinə  uyğun, 
praktik
tövsiyələrin hazırlanmasına  imkan  verir.  Sistemli kulturoloji təhlil  və 
sahələrarası tədqiqatlar  imkan yaradır ki,  Azərbaycan mədəniyyətinin 
müasir  inkişaf  səviyyəsinə  dünya  sivilizasiyası  kontekstində  elmi 
qiymət  verilsin,  onun  sistem,  ayn-ayn  sahə  və  müəssisələrinin 
təkmilləşdirilməsi  üzrə 
praktik  vəzifələr 
müəyyənləşdirilsin. 
Kulturologiya  mədəniyyət  sahəsində  investisiya  siyasətini  düzgün 
formalaşdırmağa,  intellektual  potensialın  inkişafına  yardım  edən
355


Fuad  Mammadov
Kulturologiva effektivli haval v» faalivvata aparan vol
təhsil  və  maarifçilik  məsələlərinin  effektiv  həll  edilməsinə  stimul 
verir. 
Nəhayət, 
o, 
Azərbaycanın 
beynəlxalq 
nüfuzunun 
möhkəmlənməsinə  və  onun  sivil  dünya  birliyinə  inteqrasiyasına 
yardım  edən  effektli  mədəni  xarici  siyasətin  formalaşdınlmasında 
açar rolunu oynayır.
Dahi  Nizami  qeyd  edirdi  ki,  elmin  inkişaf  prosesi  kainat  qədər 
sonsuzdur.  Kulturologiya 
insanın  çoxcəhətli  həyat  fəaliyyəti 
haqqında 
sistemli  sahələrarası  elm  kimi,  bu  sonsuz  prosesdə  öz 
layiqli  yerini  tutaraq, 
inkişafının  yeni  üfüqlərini  fəth  edir.  Onun 
yüksək  elmi  statusunun 
ardıcıl  inkişafi 
sosial  həyatın  bir  çox 
sirlərinin  açılması,  insan  inkişafının  məntiqi-tarixi  qanunlarının 
aşkarlanması, 
Yeni  Dövrün  başlanması  ilə  güclü  impuls  almış 
dünyanın rasional  dərki  və  anlamından  ibarət  qeyri-adi  imkanlarının 
təzahürü  ilə baş  verir.  Bu  gün  kulturologiya,  uzunmüddətli  inkişafdan 
sonra,  sistem  xarakterli  mürəkkəb  problemlərin  həll  edilməsi  üçün 
universal elmi-nəzəri  və  metodoloji əsas  olmuşdur.  O,  imkan  verir 
ki, həll  edilməsi  üçün obyektiv şəraitin  yarandığı  yeni  tarixi  vəzifələr, 
sosial  həqiqətlər qabaqlanaraq,  formula  edilsin.  Kulturologiya,  dünya 
mədəniyyətinin  tarixi  inkişaf təcrübəsinin  təhlilinə  istinadən,  xalqın 
həyati  maraqlarını  əks  etdirən  dəyərlər  sistemini  formalaşdırır.  O, 
dövlət  quruculuğu  prioritetlərinin  yaradılmasında  düzgün  strateji 
məqsəd  və  vəzifələrin  müəyyənləşdirilməsi  üçün  şərait  yaradır.  Bu, 
dövlətin daxili  və xarici  siyasətinin  təkmilləşdirilməsi  üçün elmi  baza 
kimi,.kulturologiyanın strateji əhəmiyyətini şərtləndirir.
Müasir  elm  və  yüksək  texnologiyalar  insan,  cəmiyyət  və  təbiətin 
dəyişdirilməsi  üzrə  qeyri-məhdud  imkanlara  malikdir.  Lakin  bu 
perspektivlərin  neqativ  tərəfi  də  var.  Onlar  bəşəriyyətin  özünün 
mövcudluğu  üçün  böyük  təhlükələr  yarada  bilər.  Kulturologiya  bu 
mürəkkəb  intellektual-etik  problemin  həlli  üçün  ən  qiymətli  açardır. 
O,  təhlükəsiz  inkişafın  tələblərinə  və  ictimai maraqlara  cacvab  verən 
düzgün 
humanist 
siyasət 
və 
idarəetmə 
mədəniyyətinin 
formalaşdırılması  yolu  ilə  elm  və  əxlaqın  harmonizasiyasına  imkan 
yaradır.  Kulturoloji  təhlil  göstərir  ki, 
müasir  dünyanın  dialektik 
ziddiyyətlərinin  həlli  demokratiyanın  prinsip  və  dəyərləri,  yüksək 
ruhi  mədəniyyətin  tələbləri  əsasında 
xalqın  maraqlarından  çıxış 
edərək  həyata keçirilməlidir.  Bəşəriyyətin  məhvinə, zorakılıq və şərə
356
Fuad  Mammadov
Kulturologiya cffcktivli havat  va faaliyyala aparan yol
aparan 
mənəviyyatsız  sivillikdən, 
həyat  və  sülh  naminə 
yaradıcılıqdan  qəti  imtina  etmək  lazımdır.  Bunu  yalnız  iki  dayaq 
üstündə  :  elmi  bilik  və  humanist  etika üzərində  qurulan  yüksək  ruhi 
mədəniyyətin formalaşdırılması yolu ilə həyata keçirmək olar.
Kulturologiyanın  ölkəmiz  üçün  əməli  əhəmiyyəti  ondan  ibarətdir 
ki,  o,  Azərbaycanın  vətəndaş  cəmiyyətinə  keçidini  təmin  edən  bir 
çox  sosial  problemlərin həlli  üçün  şərait  yaradır.  Milli  mədəniyyətin 
dirçəldilməsi  və  modemləşdirilməsində  hökumətə  yardım  məqsədi 
ilə 
kulturoloji  proqram  və  layihələrin  hazırlanıb  reallaşdırılması, 
ölkənin sosial-mədəni inkişafı  ilə bağlı  qərarlar layihəsinin kulturoloji 
ekspertizası;  təhsil  və  maarifin  inkişafının 
yeni  kulturoloji 
modellərinin 
yaradılması; 
Azərbaycan 
mədəniyyətinin 
demokratikləşdirilmə  proseslərinin  ictimai  kulturoloji  monitarinqi 
Azərbaycanda 
vətəndaş  cəmiyyətinin  inkişafında  aktual  praktik 
əhəmiyyət  daşıyır.  Sülh 
mədəniyyətinin  inkişafı  və  insan 
münaqişələrinin  həllində,a  ailənin  möhkəmləndirilməsi  və  insanın 
sağlamlığının  qorunmasında, 
müxtəlif  dinlərin  əməkdaşlığı, 
uşaqların, 
gənclərin  və  qadınların 
inkişafı, 
əhaliyə  xidmət 
mədəniyyətinin 
yüksəldilməsi 
və  sahəsinin  genişləndirilməsi, 
əhalinin  sosial  cəhətdən  sıxılmış  təbəqəsi  və qocalann  müdafiəsində 
kulturologiyanın əməli əhəmiyyəti çox yüksəkdir.
Mədəni  kapitalın  düzgün  formalaşdırılması  üçün  ən  effektli  alət 
kulturoloji  texnologiyadır.  Mədəniyyətin  kapitalı  insani  və  sosial 
kapitaldır.  Mədəniyyətin  insani  kapitalı  olan  intellektual,  mənəvi 
əmək — başlıca sistemyaradıcı bənd olmaqla, insanın həyat fəaliyyətini 
təmin  edən  ruhi  və  maddi  dəyərlərin  yaradılmasının  mənbəyidir.  O, 
mədəniyyətin  sosial  kapitalının  -   elmi-təhsil,  tibbi,  bədii,  normativ- 
dəyər,  texnoloji,  iqtisadi,  maliyyə,  idarəetmə,  informativ  və  s. 
yaradılmasının  təməlidir.  Öz  növbəsində,  mədəniyyətin  sosial 
kapitalıailə, cəmiyyət və dövlət institutlarının köməyi ilə insan mədəni 
kapitalının  yenidən  hasil  edilməsinə  yardım  edir.  Mədəni  kapitalın 
formalaşdırılması,  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  daxili  və  xarici 
şərtlərin  təsiri  ilə  baş  verir.  Daxili  şərtlər  eyni  fakt  və  hadisələrin 
müxtəlif  insanlar  tərəfindən  qavramlmasmın  genetik  faktorları, 
psixologiya  və  xarakteri  ilə  müəyyənləşir.  Hər  bir  insanın  fərdi 
mədəniyyəti  onun 
psixologiya,  xarakter  və  fərdi  təcrübəsini  əks
357


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə