Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə86/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   82   83   84   85   86   87   88   89   ...   104

Fuad  Mammado'
Kulturologiya effektivli hayat  va faalivvata aparan vol
şəhər”-in  qorunması  haqqında  YUNESKO-nun  qəran  və  Azərbaycan 
Respublikası  prezidentinin  fərmanı  mövcuddur.  Bu  sənədlərə  əsasən, 
Mədəniyyət  Nazirliyinin  nəzarəti  ilə  “İçəri  Şəhər”-də  zəruri  tikinti 
işləri  aparılmalıdır.  Əgər  zəruri  olarsa,  bu  işlər,  qədim  şəhərin 
qprunması  və  konservasiyasını  təmin  edən,  Azərbaycanın  və  bütün 
bəşəriyyətin  gələcək  nəsilləri  naminə 
yalnız  elmi  əsaslı  bərpa 
çərçivəsində  aparılmalıdır.  Bu  zaman,  Azərbaycanın  qədim  mədəni 
tarixinin  rəmzi  olan  bu  şəhərin  unikal  mikromühiti,  etno-mədəni 
özünəməxsusluğu,  memarlıq  harmoniyası  qorunmalıdır.  Almaniya, 
Fransa,  Böyük  Britaniya,  Yaponiya,  İsveç,  Norveç,  İtaliya,  Avstriya, 
Yunanıstan,  Rusiya,  Çexiya,  Estoniya  bir çox  başqa sivil  dövlətlərin 
analoji  mədəniyyət  abidələrinə  münasibəti  belə  yanaşmaya  nümunə 
ola  bilər.  Azərbaycan  xalqının  ümummilli  tarixi  mədəni  dəyərləri 
düşünülməmiş qərar və  şəxsi  maraqlara  qurban  verilməməlidir.  Əgər 
biz  vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  qururuqsa,  Azərbaycan 
mədəniyyətinin  tarixi  abidələrinin  dağılmasına  imkan  verilməməsi 
üçün,  Mədəniyyət  Nazirliyinin  iştirakı  ilə  ölkənin  sosial-mədəni 
inkişaf  proseslərinin 
ictimai-dövlət  monitorinqinin  təşkil  edilməsi 
zəruridir. 
Bu,  həm  də  milli  ğzünüdərk,  hüquqi  mədəniyyəöt, 
məsuliyyət  mədəniyyəti,  nəhayət,  idarəetmə  mədəniyyəti  və  ölkənin 
mədəni siyasəti məsələsidir.
Müasir  şəraitdə  Azərbaycan  üçün 
iqtisadi  mədəniyyət  mühüm 
əhəmiyyət  kəsb  etməyə  başlayır.  Azərbaycanın  gələcəyi  və  onun 
dünya  miqyasında  rəqabətə  qabilliyi  onun  iqtisadi  inkişafının 
uğurlarından  daha  çox  asılı  olacaqdır.  Ona  görə  də,  bu  gün 
eneıjihəcmli,  resurshəcmli,  əməkhəcmli  və  ekoloji  cəhətdən  qəbul 
edilməyən 
istehsalatlar 
yüksək, 
ekoloji 
cəhətdən 
təmiz 
texnologiyalara  əsaslanan,  yüksək  keyfiyyətli,  tələbyönümlü,  dünya 
bazarında  rəqabətəqabil  məhsulun 
buraxılışını  təmin  edən, 
yeni 
effektiv  istehsalatla  əvəz  edilməlidir.  Azərbaycan  iqtisadiyyatında 
qərb  ölkələrinin  elmi-texniki  baxımdan  köhnəlmiş  texnologiyalarının 
istifadəsi  aradan  qaldırılmalıdır,  belə  ki,  bu  yanaşma 
milli 
iqtisadiyyatının  dünya  inkişafından  xroniki  olaraq  geridə  qalması 
üçün  şərait yaradır.
Mədəniyyətin 
bütöv  sosial  institutu  olan  iqtisadiyyat,  maddi 
mədəniyyət  kimi,  ölkənin 
rifahının  və  müdafiə  qabiliyyətinin
350
Fuad Mşmmadnv
Kullurologiva effektivli haval va faalivvat» aparan vol
artmasının əsasıdır.  Lakin unutmaq olmaz ki, iqtisadiyyatın  inkişaf və 
gücünün,  onun  rəqabətəqabilliyinin  mənbəyi  intellektual  mədəniyyət 
-   elm  va  təhsildir. 
İqtisadiyyat  öz  mənbəyini  məhz  intellektual 
mədəniyyətdən götürür.  Elmi ideyalar bilik vasitəsi ilə texnologiyalara 
çevrilir,  onların  əsasında  isə  zəruri  məhsulun  istehsalı  və  buraxılışı 
təmin  edilir.  Bu  asılılığın  dərk  edilməsi  üçün,  mədəniyyətin  əyani 
modeli  olan  insanın  özünün  təhlilinə  müraciət  etmək  kifayətdir. 
İnsan  ruh  (ağıl  və  hisslər)  və  fiziki  mövcudluğun  təcəssümüdür. 
Fiziki  mövcudluq  ruhla  idarə  olunur,  əlsinə  yox.  İnsanın  davranışı, 
onun  həyat tərzi,  onun  fəaliyyətinin  məzmun  və  effektliyi  onun  ruhi 
mədəniyyəti  -  bilik, etika,  psixologiya,  xarakteri  ilə müəyyən  olunur. 
Analoji  mexanizm  cəmiyyətin  “ikinci  süni  təbiət”-i  adlandırılan  ruhi 
və maddi mədəniyyətinin bütöv sisteminə də aiddir.  Ruhi  mədəniyyət 
insan, cəmiyyət və dövlətin həyat təminatı  sisteminin ayrılmaz hissəsi 
olan  maddi  mədəniyyətin,  istehsalın  formalaşdırılmasmın  əsasıdır. 
Maddi  mədəniyyət,  “ruhi  istehsalın”,  ilk  növbədə  elm,  təhsil  və 
incəsənətin  nəticələrinin  ifadəsidir.  Burdan  belə  çıxır  ki.  millətin 
intellektual  mədəniyyətinin  səviyyəsi  ictimai  rifahın  inkişafının  və 
dövlətin  müdafiə  qabiliyyətinin  müəyvənedici  şərtidir.  İqtisadiyyatın 
inkişafinda  elmin  fəal  rolunun  təminatı  olmadan  və  effektli  təhsil 
sistemi  yaradılmadan,  investisiya  və  struktur  siyasəti  gözlənilən 
nəticələri  verə  bilməz.  Ən  effektiv  kapital  qoyuluşu  -   mədəniyyətin 
bayraqdan  olan 
elm  və  təhsil  sahəsinə  qoyulmuş  sərmayədir. 
İstehsalın  iqtisadi  effektivliyinin  kulturoloji  formuluna  müraciət 
zamanı  bu  daha  aydın  olur.  Məlum  olduğu  kimi,  iqtisadi  istehsalın 
effektivliyi  keyfiyyətlə  xərclərin  nisbətinə  bərabərdir.  Nəticənin 
böyüməsinə  aparan,  surətin  artması  və  məxrəcin  azalması,  ilk 
növbədə,  elmin  inkişafı,  eləcə  də  insanların  təhsil  və  mədəni 
səviyyəsindən  asılıdır.  Deməli,  rifahın yolu  ruhi  mədəniyyət  və  "ruhi 
istehsaldan " keçir.  Elm  və  təhsilin  inkişafında  effektiv  nəticələr  əldə 
etmədən, davamlı sosial-iqtisadi  inkişafa nail olmaq olmaz.
Azərbaycanda  bu  strateji  vəzifənin 
dərindən  başa  düşülməsi  və 
düzgün  həll  edilməsi  üçün  iqtisadi 
baxımdan  qabaqcıl  inkişaf 
təcrübəsinə  malik  dünya  ölkələrinin  kulturoloji  cəhətdən  öyrənilib, 
yaradıcı  tətbiq  edilməsi  mühüm  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
“Məndən  əvvəl  çalışanların 
çiyinlərinə  qalxdığıma  görə,  mən
351


Fuad  Mammadov
KuHurologiva cffektivli  həyat va faalivvala aparan vol
onlardan uzağı  gördüm”.  İsaak Nyütona aid olan  bu müdrik sözlər  bu 
gün  Azərbaycan  üçün  aktualdır.  Qərbi  Avropa  ölkələri,  Avropa  və 
Yaponiyanın  inkişafı  təsdiq  edir  ki,  effektiv  təhsil  sistemi  və 
fundamental elmin  fəal inkişafının təmin olunduğu yerdə son nəticədə 
əməyin  ən  yüksək  məhsuldarlığı  mümkündür.  Bu  isə,  ölkənin  dövlət 
siyasətinin,  respublikanın 
sosial-iqtisadi  tərəqqisinin  təməli  kimi, 
intellektual 
və 
mənəvi 
mədəniyyətin 
prioritet 
inkişafina 
istiqamətlənməsi  zəruriliyini  təsdiq  edir.  Bu nəticə  həm  Adam  Smitin 
iqtisadi  nəzəriyyəsi,  həm  YUNESKOnun  fəaliyyəti,  həm  skandinav 
ölkələrinin  sosial-iqtisadi  inkişaf  təcrübəsi,  həm  də  yaponiyanın 
“iqtisadi  möcüzə”  fenomeni  ilə  təsdiq  olunur.  Norveç  və  İsveçin 
yüksək  sosial-iqtisadi  inkişafının  özülü  onların  ruhi  mədəniyyət 
səviyyəsinin  yüksək  olmasındadır.  Bu  dövlətlərin  həyat  standartları 
təqribiliyi  və  elmyanılığı  qəbul  etmir.  XX  əsrin  əvvəlində  açılıb, 
iqtisadi  təhsilin  dünya  mərkəzlərindən  birinə  çevrilən 
Stokholm 
iqtisadi  məktəbi  -   özəl  institutunun  nəticələri  bunun  təsdiqlərindən 
biridir.  Millətin rifahının inkişaf səbəblərini təhlil edən alimlər belə bir 
nəticəyə  gəlmişlər  ki,  ölkənin  milli  sərvətinin  əsasını  təşkil  edən, 
əhalinin  bilik  və  bacarıq  səviyyəsi,  təhsil  və  elm 
onun 
çiçəklənməsində  həlledici  əhəmiyyət  daşıyır.  Şərq  və  Qərbin  digər 
demokratik  ölkələrinin,  eləcə  də  Norveç,  Yapon  sosial-iqtisadi 
çiçəklənməsinin  əsasını  bu  siyasət  təşkil  edir.  Bu  təcrübə  göstərir ki, 
Azərbaycanın  milli  iqtisadiyyatının  tərəqqipərvər  inkişafı  dünya  elm 
fikrinin  ən  yeni  nailiyətlərinə  əsaslanan  azərbaycan  elmi,  təhsili  və 
yüksək  texnologiyalarının  qabaqlayıcı  inkişafı  hesabına  təmin  edilə 
bilər.  Bu,  həm  iqtisadi  istehsal,  həm  də  həyat  keyfiyyətinin  davamlı 
inkişafına  nail  olmaq  üçün 
ölkəyə  zəruri  valyuta  axınını  təmin 
edəcəkdir.  Milli  iqtisadiyyatın 
innovasiyalı  fəallığı  maraqların 
tarazlığını 
təmin  edən,  ölkədə  akkreditə  olunmuş  transmilli 
korporasiyaların  fəaliyyətinin  düzgün  hüquqi  və etik  tənzimlənməsi 
ilə  uyğunlaşdırılaraq,  qloballaşma  şəraitində  respublikanın  dünya 
iqtisadi mühitinə uğurlu inteqrasiyasını təmin edə bilər.
İqtisadi  mədəniyyətin  inkişafi  ilə  sıx  bağlı  olan  aktual  sosial- 
mədəni 
vəzifə  ölkədə,  həm  ayrı-ayrı  vətəndaşların  optimal
tələbatlarının 
formalaşdırılması  yolu  ilə,  həm  də  təbii  resursların 
bütövlükdə  cəmiyyət  tərəfindən  səmərəli  istifadəsi  hesabına,  yüksək
352
Fuad  Mammodov
Kulturologiva cffektivli həyat ta fəaliyyətə aparan  vol
istehlak  mədəniyyətinə  nail  olmağa  yardım  etməkdir.  Bu  məsələnin 
həlli  əhalinin  ümumi  mədəniyyətinin  inkişaf  səviyyəsi,  eləcə  də 
dövlətin  resursqoruyucu  texnologiyalarının yaradılması  və  onlardan 
effektiv istifadə  etməkdən  daha  çox  asılıdır.  1972-ci  ildə  Roma  klubu 
bəşəriyyətin  rifahının  təbii  resurslann  istehlak  mədəniyyətindən 
asılılığını  elmi  tədqiqatlar  əsasında  göstərməyə  müvəffəq  olmuşdur. 
Qlobal  problemlər  sahəsində 
təhlil-proqnoz  fəaliyyətini  davam 
etdirən  Klub,  artıq  1997-ci  ildə  eyni  vaxtda  -  resurslann  azaldılıb, 
ekoloji  təhlükəsizliyə  riayət  etmək  şərti  ilə  istehsalın  artınlnmasının 
yeni  imkanlanm  aşkar etmişdir.  Məruzədə,  resurslann  eyni  zamanda 
50%  qorunması  ilə  istehsalın  effektivliyinin  dörd  dəfə  artınlmasına 
imkan verən, ekoloji baxımdan təmiz texnologiyalann “Dörd faktoru” 
müəyyənləşdirilmişdir.
Bu  məsələni  ümumiləşdirərək,  inamla  demək  olar  ki,  iqtisadiyyat 
və  davamlı  sosial  inkişaf,  elm  və  texnologiya,  dövlət  və  sosial 
idarəetməsi,  dövlətin  daxili  və  xarici  siyasəti  -   bütün  bu  həyati 
əhəmiyyət  daşıyan  sahələr  ölkədə  ruhi  mədəniyyətin  inkişafinın 
ümumi  səviyyəsindən, ilk növbədə intellektual  və mənəvi  mədəniyyət 
səviyyəsindən asılıdır.  Bu,  müasir sivilizasiyanın ruhi mədəniyyətinin 
inkişafi  üzrə məqsədyönlü  fəaliyyətin əhəmiyyətini  göstərən təcrübəsi 
ilə də  təsdiqlənir.  Son zamanlar Bergen,  Moskva,  Sankt-Peterburq  və 
dünyanın  digər  şəhərlərində  keçirilmiş  kulturoloqların  beynəlxalq 
konfransının,  eləcə  də  BMT-də  millenium  problemləri  üzrə  və 
Moskva  və  Vaşinqtondakı  liderlik  və  məsuliyyət  mədəniyyəti  üzrə 
keçirilən  konfrans  materiallarına  müraciət  etmək  kifayətdir.  Ruhi 
mədəniyyətin ictimai dəyəri “ruhi istehsal” həyat fəaliyyəti üçün zəruri 
olan 
bilik  və  texnologiyalar  yaradır,  şəxsiyyəti  formalaşdırır  və 
peşəkar  kadrlar  yetişdirir,  müxtəlif  sosial  qrup  və  sinifləri  vahid 
birliyə  inteqrasiyaedir, 
cəmiyyət  və  dövlətin  strateji  məqsəd  və 
inkişafinı  proqnozlaşdırır. 
Buna  görə  də 
vətəndaş  cəmiyyət 
quruculuğu  şəraitində  yeni  mədəni  siyasət  çərçivəsində  dövlət 
tərəfindən  ruhi  mədəniyyətin  qabaqlayıcı  inkişafının 
prioritetləri 
düzgün  müəyyənləşdirilməli  və  “ruhi  istehsal”  texnologiyalarının 
təkmilləşmə prosesi  təmin edilməlidir.
İnsanın  özünün,  iqtisadiyyatın,  sosial  mühitin,  cəmiyyət  və 
bütövlükdə  dövlətin 
inkişafi  üçün 
ruhi  mədəniyyətin 
aparıcı
353


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə