Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə89/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   85   86   87   88   89   90   91   92   ...   104

Kuad  Mammjdo’
l^u|turgiya.effektivlj h?yal to foaliyvatj аватар yçl
onlann 
ciddi 
ümumi  və  xüsusi  kulturoloji 
hazırlığının  həyata 
keçirilməsini  tələb edir.
Əfsuslar olsun ki,  respublikada hələ də  dövlətin  kulturoloji elm  və 
təhsilinin  Azərbaycan  ictimaiyyətinin  sosial-iqtisadi  inkişafındakı 
rolunun  qiymətləndirilməməsi  halları  mövcuddur  və  bu,  milli 
mədəniyyətin  effektiv  inkişafında  öz  əksini  tapmaya  bilməz.  Bu 
istiqamətdə  Azərbaycanda  kulturologiyanın 
təşəbbüsçüsü  olan 
“Simürğ”  Mədəniyyət  assosiasiyasının  çoxsaylı  cəhdləri  hələ  də 
istənilən  nəticəni  vermir.-İndiyə  qədər  respublikada,  həm  müxtəlif 
istiqamət  və  səviyyəli  mütəxəssislərin 
peşəkar  hazırlığı,  həm  də 
xalqın  ümumi  mədəni  səviyyəsinin 
yüksəldilməsi  üçün 
həyati 
əhəmiyyət  daşıyan 
kulturoloji  təhsil  və  maarifin  bütöv  sistemi 
yaradılmamışdır.  Bu  baxımdan  yalnız,  kulturoloq  mütəxəssislərin 
xüsusi  hazırlığını  həyata  keçirən, 
Azərbaycan  Mədəniyyət  və 
İncəsənət Universiteti xüsusiyyət təşkil edir.
Ölkənin 
inkişafında 
kulturologiyanın 
strateji 
rolunun 
qiymətləndirilməməsinin  əsas  səbəblərindən biri  odur ki,  cəmiyyətdə 
mədəniyyət anlamı hələ də ikinci - “üstqurum”hadisəsi, başlıca olaraq, 
incəsənət,  etika  və  mədəni  irs  kimi  məhdud  çərçivədə  başa  düşülür. 
Bütöv  sosial  sistem  olan  mədəniyyətin 
düzgün  elmi  anlamının 
olmaması, 
sosial-mədəni 
siyasətin 
prioritetlərinin 
düzgün 
seçilməsində, 
effektiv  mədəni 
islahatm 
hazırlanması  və 
keçirilməsində  çətinliklər  yaradır.  Buna  görə  də  dövlət  tərəfindən 
respublikanın  sovet  dövründən  qalmış  mədəni  sisteminin  kökündən 
dəyişdirilməsi 
hələ  də  həyata  keçirilməmişdir.  Azərbaycan 
kulturoloqlarının  elmi  nailiyyətlərinin  beynəlxalq  nüfuz  qazanmasına 
baxmayaraq,  onlar  Azərbaycanın  özündə  hələ  də  istifadə  olunmurlar. 
TəhsilNazirliyinin  təsdiq  etdiyi  tədris  proqramlarında  ali  məktəblər 
üçün  kulturologiya  fənni  qeyri-peşəkarcasına  “mədəniyyətşünaslıq” 
kimi  müəyyənləşdirilmişdir.  2002-ci  ildə  Nazirlik  tərəfindən 
bu 
mühüm  elmi  fənnin 
ölkənin  ali  məktəblərində 
144  saatdan  az 
olmayan  həcmdə 
öyrənilməsini  nəzərdə  tutan 
“Kulturologiya” 
monoqrafiyası 
tədris  vəsaiti  kimi  təsdiq  edilmişdir.  Lakin  indiyə 
qədər  təcrübədə  Nazirliyin  18  saatlıq  həcmi  nəzərdə  tutan  sərəncamı 
tətbiq  olunur,  orta  məktəblərdə  isə,  kulturologiyanın  bir hissəsi  olan 
mədəniyyətşünaslıq 
tamamilə  tədris  olunmur.  1996-cı  ildə 
Bakı 
Sosial  İdarəetmə  və  Politologiya  ,  eləcə  də  N.Tusi  adına  Pedaqoji
362
Fuad  Mamırıxlov
Kulturologiya effektivli havat  v» faalivvata aparan vol
Universitetdə kulturologiya kafedralan bağlanmışdı.  Kulturologiyaya 
belə münasibəti izah etmək çətin olduğu qədər, ona haqq qazandırmaq 
da  mümkün  deyil.  2001-ci  ildə  Bakıda  keçirilən  mədəni  siyasət 
problemləri  üzrə 
Beynəlxalq  kulturoloji  konfransın  tövsiyələrinə 
baxmayaraq,  hələ  indiyə  qədər  ölkədə  mədəniyyət  üzrə  Milli  Şura 
yaradılmamışdır,  nə  akademik  institut,  nə  də  kulturoloji  tədqiqatlar 
mərkəzi  var.  Hələ  də  kulturologiya  sahəsində  dissertasiya  müdafiəsi 
üzrə  xüsusi  şuralar  təşkil  edilməmiş,  1995-ci  ildə  azərbaycan 
ziyalılarının  və  BMT-nin  Azərbaycandakı  nümayəndəliyinin  yardımı 
ilə  təsis  edilmiş 
Beynəlxalq  dünya  mədəniyyəti  universitetinin 
fəaliyyəti  üçün  şərait  yaradılmamışdır.  Lakin  nikbinliyi  itirmədən 
ümid  etmək  olar ki,  mədəniyyətin,  onun  tarixi  missiyasının,  eləcə  də 
dövlətin  inkişafında  kulturologiyanın 
yaradıcı  rolunun  düzgün 
anlamı,  gec  və  ya  tez,  baş  verməlidir.  Bu,  nə  qədər  tez  baş  verərsə, 
kulturologiyaya  hərtərəfli  dövlət  yardımı  nə  qədər  tez  baş  verərsə, 
ölkəmiz üçün bir o qədər yaxşı olacaqdır.
Qeyd  olunmuş  kəsrlər  nəticəsində 
təşkilat  və  idarəetmə 
mədəniyyətinin  inkişafı,  məsuliyyət  mədəniyyəti,  həyattəminat 
mədəniyyəti,  intellektual,  mənəvi,  siyasi,  tibbi,  ekoloji  və  mənəvi 
mədəniyyətin  xüsusi  diqqət  tələb  edən  digər  sahələri  sosial-mədəni 
siyasətin  diqqətindən  kənarda  qalmışdır.  Buna  baxmayaraq,  milli 
mədəniyyətin  inkişafinın  bu  strateji  sahələri 
vətəndaş  cəmiyyəti 
mədəniyyətinin 
formalaşdırılması, 
istehsal 
və 
idarəetmənin 
effektivliyinin 
yüksəldilməsi, 
davamlı 
inkişaf, 
yoxsulluğun 
azaldırlması  və Azərbaycanda həyat keyfiyyətinin yüksəldilməsi  üçün 
həlledici  əhəmiyyət  daşıyır.  Bunu  əldə  rəhbər tutaraq,  ölkənin  bütün 
ali  məktəblərində 
kafedralarının  açılması  vacibdir,  eləcə  də. 
Azərbaycanın  bütün  məktəbləri  və  məktəbəqədər  müəssisələrində 
xüsusi  mədəniyyətşünaslıq 
kabinələrinin  yaradılması  zəruridir. 
Azərbaycanın  bütün  ali  məktəblərdə  kulturologiya,  orta  məktəb  və 
məktəbəqədər 
müəssisələrdə 
isə 
mədəniyyətşünaslığın 
tədrisi 
interaktiv  xarakter  daşımalı,  sistemli,  yaradıcı  və  maraqlı  olmalıdır. 
Bu  zaman  kitab,  sənəd,  işgüzar  oyunlar,  müsabiqələr,  dövlət  və 
ictimai  xadimlərlə  görüş,  olimpiada,  diskussiya,  debat 
və  digər 
formalardan  istifadə  edilməlidir.  Məktəb  işi  təlim  mühitinin 
demokratikləşməsinə  yardım  etməli,  sinifdənxaric  iş  formalan  ilə  -
363


Fuad  YUmmadot
Kulturologiya effektivli hayat va Ы ПууЛэ aparan vol
maraqlar  üzrə  klublar,  dəyirmi  masalar,  diskussiya  klubları  və  s  ilə 
tamamlanmalıdır.  Evdə  təhsil  və  müstəqil  hazırlığın  da  əhəmiiyyəti 
böyükdür.
Sosial  hadisə  olan 
müasir  dünya  mədəniyyətinin  miqyas  və 
çoxcəhətliliyi 
bəşəriyyətin 
sosial-mədəni 
inkişafı 
haqqında 
sistemləşdirilmiş  elmi  biliklərin  ötürülməsinin  yeni  forması  olan  ali 
kulturoloji  təhsil'm  xüsusi  rolunu  şərtləndirir.  Azərbaycanın  ali 
məktəblərindəki  Kulturoloji  təhsil 
azərbaycan  mədəni  dəyərlərinin 
nəsildən-nəslə  qorunub  yenidən  hasil  edilməsi  nəinki  yardım  etməli, 
eləcə  də  onun  modernləşdirilməsi  tələbatlarını  ödəməlidir.  Bu 
məqsədlə,o,  başqa  xalq  və  dövlətlərin 
sosial-mədəni  inkişaf 
təcrübəsinin  tarixi  təcrübəsi,  onların  ənənə,  həyat  fəaliyyəti 
texnologiyaları,  başlıca  nailiyyətləri,  mədəni  innovasiyalanvə  inkişaf 
perspektivləri  haqda  bilikləri  cəmiyyətə  ötürmək  funksiyasını  terinə 
yetirməlidir. 
Demokratik 
ölkələrin 
təcrübəsinə 
istinadən, 
Azərbaycanın  ali  məktəblərində  cəmiyyətin  sosial  inkişafının  ən 
müxtəlif  vəzifələrini  yerinə  yetirməyə  qabil,  dövlət  quruculuğu  və 
idarəçiliyi  üzrə  ümumi  mədəniyyəti  kifayət  qədər  yüksək  səviyyəli 
yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlığını  həyata  keçirmək  vacibdir. 
Kulturoloji  təhsil  kulturoloji  mütəxəssislərin  yüksək  erudisiyasını, 
dövlətin  və bütövlükdə cəmiyyətin, öz  təşkilatının maraq və missiyası 
kontekstində  öz  fəaliyyətinin  nəticə  və  perspektivlərini  obyektiv 
qiymətləndirmək qabiliyyətini təmin etməlidir.
Bununla  belə,  bu  gün  Azərbaycanda  kulturoloqların 
təhsil  və 
tərbiyə,  incəsənət,  elm,  idarəetmə,  informasiya  və  mətbuat,  milli 
təhlükəsizlik,  xarici  siyasət  (beynəlxalq  münasibətlər),  eləcə də  qeyri- 
hökumət  təşkilatlan  şəbəkəsi,  bələdiyyələr  və  mədəniyyətin  digər 
digər  sosial  institutlan  və 
sistem  üzrə  xüsusi  hazırlığı 
böyük 
əhəmiyyət  qazanmağa  başlayır.  Müasir  kulturoloq  yüksək  ümumi  və 
peşə  biliklərinə,  innovasiyalı  təfəkkür,  düzgün  idarəetmə  qərarlan 
çıxarma  qabiliyyətinə,insanlarla  işlərkən  mütəhərrikliyə, 
sərt 
xarakterə  malik  olmalıdır.  O,  öz  praktik  fəaliyyətində  bəşəriyyətin 
tarix  boyu  yaratdığı  həyat  texnologiyalan  və  nailiyyətləri  üzrə  bütün 
biliklərə istinad etməlidir.  Kulturoloji  hazırlıq  tərəqqipərvər ölkələrin, 
ən əvvəl demokratik dövlətlərdə, dövlət və sosial idarəetmə,  idarəetmə 
mədəniyyətinin 
dünya 
təcrübəsi 
sahəsində 
elmi-praktik
364
Fujid Məmmədov
Kulturologiva effeklitli havat va faalivval» aparan  vol
nailiyyətlərinin 
öyrənilməsi  və  yaradıcı  istifadəsi  üçün  xüsusi 
əhəmiyyətə 
malikdir. 
O, 
idarəetmənin 
mürəkkəb 
sistemli 
məsələlərinin  düzgün həll edilməsi, dövlət və sosial idarəetmə sistemi 
inkişafını  və  effektivliyinin  yüksəldilməsini  təmin  edən  yeni 
texnologiyaların hazırlanması üçün qeyri-məhdud imkanlar açır.
Tədqiqatçı-kulturoloqlar,  müəllim  və  menecerlər 
qarşısında 
ümumi  məsələlərlə  birgə,  xüsusi  vəzifələr  də  durur. 
Belə  ki, 
tədqiqatçı-kulturoloq 
müasir  informasiya  texnologiyalan  və 
beynəlxalq  informasiya  banklanndan  istifadə  etməklə, 
zamanın 
tələblərinə  cavab  verən  milli  mədəniyyətin  inkişafının  idarəetmə 
metodlanna və  tərəqqipərvər  həyat texnologiyalanna əsaslanan  yeni 
növ 
sosial-mədəni 
fəaliyyət 
və 
mədəni 
təşkilatlann 
modelləşdirilməsini  həyata  keçirmək  qabiliyyətinə  malik  olmalıdır. 
Bu  məsələnin  həlli  azərbaycan  və  digər  xalqlann  mədəni  irs,  ənənə, 
inkişaf  təcrübəsi  və  ənənələrinin  peşəkar  tədqiqini,  mədəniyyətlərin 
müqayisəli  təhlilini  keçirmək,  respublikada  davamlı  sosial-mədəni 
inkişafa  yardım  edən,  dünya  mədəniyyətinin  inkişaf tendensiyalannı 
ekstrapolyasiya  etmək  bacanğını  nəzərdə  tutur.  Dünya  mədəniyyəti 
kontekstində 
Azərbaycan 
mədəniyyətinin 
inkişaf 
vəziyyəti,mədəniyyət  sahəsində  qanunverici  və  nəzarətçi  siyasət, 
mədəniyyət 
abidələrinin 
mühafizə 
vəziyyəti, 
mədəniyyət 
müəssisələrinin  innovasiyalı  fəaliyyəti,  mədəni 
yeniliklərin  tətbiq 
vəziyyəti,  mədəniyyətin 
dəyişilməsi  prosesi,  mədəni  mübadilə, 
əməkdaşlıq  və  s.  tədqiqat  obyekti  olmalıdır.  Tədqiqatçı  kulturoloqun 
inkişafı və peşəkar kimi  formalaşması üçün  milli və xarici ölkə  elmi- 
tədqiqat  fəaliyyəti  təcrübəsinin,  eləcə  də,  tədqiqatların  təşkili 
təcrübəsi,  konfrans,  seminar,  treninq,  kulturologiya  üzrə  məcmuə  və 
əsərlərin nəşrinin  mühüm əhəmiyyəti vardır.
Müəllim-kulturoloq 
dünya  və  milli  mədəniyyət  tarixi  və 
nəzəriyyəsini  beynəlxalq  təhsil  standartlarına  uyğun  novasiyalı 
metodların  tətbiqi  ilə  tədris  etməklə  respublikada  kulturoloji  təhsilin 
yüksək keyfiyyətini təmin etməlidir. Tədris  dünya kulıturologiyasının 
ən 
yeni 
nailiyyətləri 
əsasında 
proqressiv 
kompüter 
texnologiyalarından  istifadə  etməklə,  yüksək  ixtisaslı  mütəxəssislərin 
-   dövlət  idarəçiliyinin  müxtəlif  sahələrində  çalışan  alim,  incəsənət 
xadimləri, 
mütəxəssislərin 
cəlb 
edilməsi 
ilə 
keçirilməlidir.
365


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə