Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə84/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   80   81   82   83   84   85   86   87   ...   104

Ewd 
Мишдика
Kulturologiva effektivli havat  va faalivval» aparan vol
çərçivəsində 
Şərq  və  Qərb  mədəniyyətinin  harmonizasiyasma 
istiqamətlənmiş məhsuldar dialoqundan çox asılıdır.  Belə bir dialoqun 
əsas  prinsipi 
humanist  mədəniyyətin  insan  dəyərlərinin  prioriteti  -  
insanların ümumi maraqlarını ifadə edən həyati, sülh, inkişaf və səadət 
dəyərləri olmalıdır.
Bu  gün  müasir  Azərbaycan  xalqı  və  ziyalılar  insanın  həyat 
fəaliyyətinin  universal  əsası  və  hərəkətverici  qüvvəsi 
olan  ruhi 
mədəniyyətə  fundamental  əhəmiyyət  verən  bu yanaşmadan  çıxış  edir. 
Respublikada  sülh  mədəniyyəti  və  əməkdaşlıq,  qarşılıqlı  anlaşma, 
dialektik  dəyişən  dünyada  davamlı  inkişaf  naminə  mədəniyyətlərin 
dialoq  və  harmonizasiyasının  təsdiqinə  mühüm  əhəmiyyət  verilir. 
Digər  sivil  xalqlar kimi,  biz bu  seçimə  sadiq  qalaraq,  bəşəriyyətin  bu 
tarixi  missiyasımn  həyata  keçirilməsinə  öz  töhvələrimizi  vermək 
əzmindəyik.  Biz  demokratik  mədəniyyətinn  prinsip  və  dəyərlərindən 
şıxış edərək,  sülh və davamlı  inkişaf naminə bütün ölkələrlə mədəni, 
iqtisadi  və  siyasi  əməkdaşlığı  genişləndirmək  və  möhkəmləndirməyə 
can atırıq. Tərəqqipərvər  mədəniyyətə və mədəni yeniliklərə həssaslıq 
bizə  gələcəyin pozitiv obrazını  düzgün görməyimizə,  qloballaşma  və 
müasir  sivilizasiyanın 
informasiyalı  cəmiyyətə  doğru  hərəkəti 
şəraitində  düzgün milli təfəkkür və davranışımıza  ümid yaradır.
Yeni  yüzillikdə  azərbaycan mədəniyyətinin  inkişaf perspektivləri, 
qloballaşmanın  obyektiv  tələblərinə  cavab  verən  modernləşmə  və 
innovativ  demokratik  islahat  problemlərinə  kulturoloji  yanaşma  ilə 
daha çox bağlıdır. Bu, həm  azərbaycan cəmiyyəti tərəfindən  öz milli- 
mədəni  xüsusiyyətlərinin  saxlanmasını,  həm  də,  həyat  fəaliyyətinin 
tərəqqipərvər fəlsəfə və texnologiyaları olan demokratik mədəniyyətin 
tarixi  üstünlüklərini  göstərən  müasir  demokratik  dünyaya  davamlı 
harmonik inteqrasiyasım nəzərdə tutur.
Известия  Российской  Академии  педагогических  и  социальных 
наук,  т.10,  с.337-342.  Москва,  2006.
342
Kuad  Mammadov
Kulturologiva effektivli havat vo faalivvota aparan vol
AZƏRBAYCAN  RESPUBLİKASINDA  RUHİ 
MƏDƏNİYYƏTİN  İNKİŞAF  TEXNOLOGİYALARI,
PROBLEM  VƏ  PRİORİTETLƏRİ  HAQQINDA
Azərbaycan hökuməti mədəniyyətin inkişafına məlum diqqət ayırır. 
12  noyabr  1995-ci  ildə  ümumxalq  referendumu  vasitəsi  ilə  qəbul 
olunmuş  Azərbaycan  Respublikasının  Konstitusiyasında  qeyd  edilir:
“  Azərbaycan  dövləti  mədəniyyət,  təhsil,  səhiyyə,  elm,  incəsənətin 
inkişafına  yardım  göstərir,  təbiət,  tarix,  xalqın  ruhi  və  maddi  irsini 
qoruyur...  Hər  kəs  mədəni  həyatda 
iştirak,  mədəni  müəssisə  və 
mədəni  dəyərlərdən  istifadə  hüququna  malikdir...  Hər  kəs  yaradıcılıq 
azadlığına  malikdir.  Dövlət 
ədəbi-bədii,  elmi-texniki  və  digər 
yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
Uzunmüddətli  inkişaf  nəticəsində  Azərbaycanda  ruhi  mədəniyyət 
sisteminin  təhsil,  elm  və  incəsənət,  hüquqi,  idarəetmə,  informasiya, 
beynəlxalq  və  digər 
sosial  institutlannın 
şaxələnmiş  şəbəkəsi 
yaradılmışdır.  2000-ci  ildə  respublikada 22  teatr, 4406  kitabxana,  13 
konsert zalı,  133 dövlət muzeyi,  26 bədii qalereya, 70 mədəniyyət və 
istirahət  parkı,  3022  klub,  mədəniyyət  evi  və  saray,  eləcə  də  onlarla 
elmi  müəssisə  və 
ali  təhsil  müəssisələri  fəaliyyət  göstərirdi. 
Poliqrafiya  müəssisələri  və  kitab  ticarəti,  eləcə  də 
xalq  sənəti 
məhsulları  ticarəti,  rəssamlıq  və  bədii  dizayn,  əntiq  mallar  ticarəti 
genişlənir.  Muzey,  kitabxana  və  bərpa  işində  yeni  texnologiyalara 
tədrici  keçid  həyata  keçirilir.  Avropa  Şurası  Mədəniyyət  komitəsi  və 
YUNESKO  ilə  əməkdaşlıq  edilir.  2000-ci  ildə  Mədəniyyət 
Nazirliyində  mədəni  siyasət  şöbəsinin  yaradılması  tərəqqipərvər 
hadisə  oldu.  Azərbaycan  Mədəniyyət  Nazirliyinin  təşəbbüsü  ilə 
TÜRKSOY  Beynəlxalq  mədəniyyət  təşkilatı  yaradılıb,  fəaliyyət 
göstərir.  MDB  ölkələrində  yeni  mədəni  mərkəzlər  yaradılır  və 
buradakı  mövcud  azərbaycan  diasporalan  ilə  mədəni  əlaqələr  inkişaf 
edir.  İncəsənət  sahəsinin  sosial  müdafiəsi  məqsədi  ilə  Azərbaycan 
Respublikası  Prezidentinin  bir  sıra  sərəncamları  ilə  yanaşı,  1997- 
1998-ci  illərdə  incəsənət  xadimləri  və  onların  kollektivlərinə,  gənc 
istedadlara  və  təqaüdçülərə  xüsusi  təqaüd  və  pensiyalann  verilməsi 
qərara  alınmış,  dövlət  mükafatlarının  yeni  sistemi  tətbiq  edilmişdir. 
Təhsil,  hüquqi  və  sosial  sistemlər,  idarəetmə,  iqtisadiyyat,  səhiyyə  və
343


Kuad  Mammodov
Kulturologiva effekti>li havat  va fjalivvota aparan vol
maddi,  eləcə  də  ruhi  mədəniyyətin  digər  sahələrində  islahatlar 
keçirilir.  1999-cu  ildə  Azərbaycan  Respublikası  Prezidenti  yanında 
Dövlət  İdarəetmə  Akademiyasının 
yaradılması  Azərbaycanda 
idarəetmənin,  eləcə  də  siyasi  və  iqtisadi  mədəniyyətin  inkişafı  üçün 
mühüm  əhəmiyyət  daşımışdır.  Müasir  Azərbaycanın  intellektual 
mədəniyyəti  inkişafinm  ən  böyük  nailiyyəti  2001 -ci  ildə  bir  qrup 
istedadlı  azərbaycan  alimlərinin  Milli  Elmlər  Akademiyasının  həqiqi 
üzvü və müxbir üzvü seçilməsi oldu.
Dövlətin  müasir  mədəni  siyasətində  ən  mühüm  yeri  azərbaycan 
xalqının  mədəni  irsinin  qorunması  və  yayılması  ilə  bağlı  fəaliyyət 
tutur.  Azərbaycanda  və  Gürcüstanda  azərbaycan  mədəniyyətinin 
görkəmli  xadimlərindən  -   Üzeyir  Hacıbəyov,  Səməd  Vurğun,  Cəfər 
Cabbarlı,  Nəriman  Nərimanov,  Bül-bül,  Cəlil  Məmmədquluzadə, 
Niyazi,  Hüseyn  Cavid,  Mirzə  Fətəli  Axundovun  ev  -muzeyləri  təşkil 
edilmiş  və  fəaliyyət  göstərir.Son  zamanlar  keçirilmiş  beynəlxalq 
əhəmiyyətli  tədbirlər  içərisində  görkəmli  azərbaycan  mütəfəkkir  və 
şairi  Məhəmməd  Füzulinin  500  illik  yubileyinin  Fransa,  Türkiyə, 
Rusiya,  İrak  və  İranda  keçirilməsi  oldu.  Görkəmli  azərbaycan 
bəstəkarı  Qara Qarayevin, dünya şöhrətli müğənnilər Bül-bül və Rəşid 
Behbudovun 
yubileylərinə  həsr  olunmuş  və  müxtəlif  ölkələrdə 
keçirilən  bayram  tədbirləri  milli mədəniyyət tarixinə parlaq səhifələr 
yazdı.  Azərbaycan  milli  eposu  olan  Dədə  Qorqudun  1300  illik 
yubileyinin  YUNESKO-nun  rəhbərliyi  altında  keçirilməsi  möhtəşəm 
hadisə  oldu.  Fiziki  mədəniyyət,  idman  və  turizmin  inkişafi  üzrə 
Bakıda  və  Azərbaycan  regionlarında  olimpiya  komplekslərinin 
yaradılması, 
gənclər  üçün  yeni  mərkəzlərin  tikintisi  və  mədəni 
abidələrin bərpası sahəsində  fəal tədbirlər həyata keçirilir.
Keçmiş  on  il  ərzində 
mədəniyyətin  inkişafının  hüquqi 
tənzimlənməsinin  qanunverici 
bazasının 
yaradılması 
üzrə 
əhəmiyyətli  işlər görülmüşdür.  O,  1991-1999-cu illərdə  qəbul  edilmiş 
19  qanunun  fəaliyyəti  ilə  təmin  edilir.  1998-ci  ildə  Azərbaycan 
Respublikasının  mədəniyyəti  haqqında  Qanun  qəbul  olunmuşdur. 
Mədəniyyət  haqqında  yeni  Qanunda  pozitivlik  ondan  ibarətdir ki,  o, 
Avropa  Şurasının,  insanın  azadlıq  və  hərtərəfli  inkişafım  təmin  edən 
demokratik  mədəniyyətini  -  mədəni  rəngarənglik,  yaradıcı  fəaliyyətə 
həvəsləndirmə 
və 
mədəni 
həyatda 
iştirak 
prioritetlərinə
344
Fuad Matnmadot
Kulturologiva cffektivll h.ıvat и  faalivvata aparan yol
istiqamətlənməni  yüksək  dəyər  kimi  nəzərdən  keçirən 
humanist 
prinsiplərini  əks  etdirir.  Bu  və  digər  illərdə  mədəniyyət  idarələrinin 
fiınksionallığı  və  yaradıcı  fəaliyyətini  tənzimləyən,  eləcə  də  milli 
mədəniyyətin  demokratikləşdirilməsinə  yardım  edən,  ölkədə  hüquqi, 
informativ,  idarəetmə  mədəniyyətinin  inkişafını  təmin  edən  bir  sıra 
qanunlar qəbul  olunmuşdur.  Onlann  arasında  -  mədəniyyət  və  tarixi 
abidələrin 
qorunması, 
kitabxana,  muzey,  dövlət  qulluğu, 
informasiya haqqında, informatlaşdırma və informasiyanın qorunması, 
müəllif hüququ,  kütləvi  informasiya  vasitələri,  memarlıq  fəaliyyəti, 
kinemotoqrafıya,  turizm  və  digər  qanunlan  nümunə  gətirmək  olar. 
Bu  qanunların  fəaliyyəti  nəticəsində  demokratik  mədəniyyətin 
formalaşdırılması  ilə  əlaqədar  müəyyən  pozitiv  dəyişikliklər  hiss 
olunur.  Ölkədə  senzura  ləğv  edilmiş,  kütlələrin  akkulturasiya  və 
maarifləndirilməsinin 
mühüm 
vasitəsi 
olan 
MEDİA-nm 
demokratikləşdirilməsi  baş  verir.  Mədəniyyət  haqqında  qanun 
mədəniyyət 
müəssisələrinin 
dövlət 
və 
yerli 
büdcədən 
maliyyələşdirilmə  imkanını,  eləcə  də  mülkiyyət  formasından  asılı 
olmayaraq,  özünümaliyyələşdirməni 
nəzərdə  tutur.  Mədəniyyətin 
demokratikləşdirilməsi  və  azad  inkişafına  vergi  qqanunvericiliyi  də. 
müəyyən  dərəcədə,  yardım  edir.  Mədəniyyətin  inkişafının  əlavə 
maliyyələşdirmə  mənbəyinin  yaradılması  məqsədi  ilə,  dövlət,  qeyri- 
hökumət  strukturları  və  mülki  şəxslər  tərəfindən  milli  mədəniyyət 
fondlarının  yaradılması  nəzərdə  tutulmuşdur.  1992-ci  ildən  etibarən, 
mədəniyyət  sahəsində  ictimai-şəxsi  əməkdaşlığın  inkişafının  hüquqi 
stimullaşdınlması  üçün  şəxsi  kapitalın  cəlb  edilməsi  yolu  ilə  şəraitin 
yaradılması 
mümkün  olmuşdur.  Mədəniyyətin  ticarəti  ilə  bağlı 
demokratikləşdirmə,  “mədəni  sənaye”  sahəsində,  ilk  növbədə.  -  kitab 
nəşri,  televiziya,  radioveriliş  idarəsi  şəbəkəsi,  dövri  mətbuat,  lazer 
disklərinin  və  audiokassetlərin 
istehsalında  müşahidə  olunur. 
Mədəniyyətin  demokratikləşdirilmə  göstəricilərindən  biri  də  odur  ki, 
ölkədə  dövlət  dili  olan  azərbaycan  dilindən  başqa,  ingilis,  gürcü, 
ləzgi,  talış,  kürd  və  digər  dillər  istifadə  olunub,  inkişaf  etdirilir. 
2000-ci  ildə  Bakıda 
Bakı  Slavyan  İnstitutu  yaradılmışdır. 
Azərbaycanın  paytaxtında 
bir  çox  avıopa  və  şərq  dillərinin 
öyrənilməsi  təşkil  olunmuş  kurslar  fəaliyyət  göstərir.  Azərbaycanda
345


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə