Ewd
Мишдика
Kulturologiva effektivli havat va faalivval» aparan vol
çərçivəsində
Şərq və Qərb mədəniyyətinin harmonizasiyasma
istiqamətlənmiş məhsuldar dialoqundan çox asılıdır. Belə bir dialoqun
əsas prinsipi
humanist mədəniyyətin insan dəyərlərinin prioriteti -
insanların ümumi maraqlarını ifadə edən həyati, sülh, inkişaf və səadət
dəyərləri olmalıdır.
Bu gün müasir Azərbaycan xalqı və ziyalılar insanın həyat
fəaliyyətinin universal əsası və hərəkətverici qüvvəsi
olan ruhi
mədəniyyətə fundamental əhəmiyyət verən bu yanaşmadan çıxış edir.
Respublikada sülh mədəniyyəti və əməkdaşlıq, qarşılıqlı anlaşma,
dialektik dəyişən dünyada davamlı inkişaf naminə mədəniyyətlərin
dialoq və harmonizasiyasının təsdiqinə mühüm əhəmiyyət verilir.
Digər sivil xalqlar kimi, biz bu seçimə sadiq qalaraq, bəşəriyyətin bu
tarixi missiyasımn həyata keçirilməsinə öz töhvələrimizi vermək
əzmindəyik. Biz demokratik mədəniyyətinn prinsip və dəyərlərindən
şıxış edərək, sülh və davamlı inkişaf naminə bütün ölkələrlə mədəni,
iqtisadi və siyasi əməkdaşlığı genişləndirmək və möhkəmləndirməyə
can atırıq. Tərəqqipərvər mədəniyyətə və mədəni yeniliklərə həssaslıq
bizə gələcəyin pozitiv obrazını düzgün görməyimizə, qloballaşma və
müasir sivilizasiyanın
informasiyalı cəmiyyətə doğru hərəkəti
şəraitində düzgün milli təfəkkür və davranışımıza ümid yaradır.
Yeni yüzillikdə azərbaycan mədəniyyətinin inkişaf perspektivləri,
qloballaşmanın obyektiv tələblərinə cavab verən modernləşmə və
innovativ demokratik islahat problemlərinə kulturoloji yanaşma ilə
daha çox bağlıdır. Bu, həm azərbaycan cəmiyyəti tərəfindən öz milli-
mədəni xüsusiyyətlərinin saxlanmasını, həm də, həyat fəaliyyətinin
tərəqqipərvər fəlsəfə və texnologiyaları olan demokratik mədəniyyətin
tarixi üstünlüklərini göstərən müasir demokratik dünyaya davamlı
harmonik inteqrasiyasım nəzərdə tutur.
Известия Российской Академии педагогических и социальных
наук, т.10, с.337-342. Москва, 2006.
342
Kuad Mammadov
Kulturologiva effektivli havat vo faalivvota aparan vol
AZƏRBAYCAN RESPUBLİKASINDA RUHİ
MƏDƏNİYYƏTİN İNKİŞAF TEXNOLOGİYALARI,
PROBLEM VƏ PRİORİTETLƏRİ HAQQINDA
Azərbaycan hökuməti mədəniyyətin inkişafına məlum diqqət ayırır.
12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsi ilə qəbul
olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir:
“ Azərbaycan dövləti mədəniyyət, təhsil, səhiyyə, elm, incəsənətin
inkişafına yardım göstərir, təbiət, tarix, xalqın ruhi və maddi irsini
qoruyur... Hər kəs mədəni həyatda
iştirak, mədəni müəssisə və
mədəni dəyərlərdən istifadə hüququna malikdir... Hər kəs yaradıcılıq
azadlığına malikdir. Dövlət
ədəbi-bədii, elmi-texniki və digər
yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
Uzunmüddətli inkişaf nəticəsində Azərbaycanda ruhi mədəniyyət
sisteminin təhsil, elm və incəsənət, hüquqi, idarəetmə, informasiya,
beynəlxalq və digər
sosial institutlannın
şaxələnmiş şəbəkəsi
yaradılmışdır. 2000-ci ildə respublikada 22 teatr, 4406 kitabxana, 13
konsert zalı, 133 dövlət muzeyi, 26 bədii qalereya, 70 mədəniyyət və
istirahət parkı, 3022 klub, mədəniyyət evi və saray, eləcə də onlarla
elmi müəssisə və
ali təhsil müəssisələri fəaliyyət göstərirdi.
Poliqrafiya müəssisələri və kitab ticarəti, eləcə də
xalq sənəti
məhsulları ticarəti, rəssamlıq və bədii dizayn, əntiq mallar ticarəti
genişlənir. Muzey, kitabxana və bərpa işində yeni texnologiyalara
tədrici keçid həyata keçirilir. Avropa Şurası Mədəniyyət komitəsi və
YUNESKO ilə əməkdaşlıq edilir. 2000-ci ildə Mədəniyyət
Nazirliyində mədəni siyasət şöbəsinin yaradılması tərəqqipərvər
hadisə oldu. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə
TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatı yaradılıb, fəaliyyət
göstərir. MDB ölkələrində yeni mədəni mərkəzlər yaradılır və
buradakı mövcud azərbaycan diasporalan ilə mədəni əlaqələr inkişaf
edir. İncəsənət sahəsinin sosial müdafiəsi məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin bir sıra sərəncamları ilə yanaşı, 1997-
1998-ci illərdə incəsənət xadimləri və onların kollektivlərinə, gənc
istedadlara və təqaüdçülərə xüsusi təqaüd və pensiyalann verilməsi
qərara alınmış, dövlət mükafatlarının yeni sistemi tətbiq edilmişdir.
Təhsil, hüquqi və sosial sistemlər, idarəetmə, iqtisadiyyat, səhiyyə və
343
Kuad Mammodov
Kulturologiva effekti>li havat va fjalivvota aparan vol
maddi, eləcə də ruhi mədəniyyətin digər sahələrində islahatlar
keçirilir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəetmə Akademiyasının
yaradılması Azərbaycanda
idarəetmənin, eləcə də siyasi və iqtisadi mədəniyyətin inkişafı üçün
mühüm əhəmiyyət daşımışdır. Müasir Azərbaycanın intellektual
mədəniyyəti inkişafinm ən böyük nailiyyəti 2001 -ci ildə bir qrup
istedadlı azərbaycan alimlərinin Milli Elmlər Akademiyasının həqiqi
üzvü və müxbir üzvü seçilməsi oldu.
Dövlətin müasir mədəni siyasətində ən mühüm yeri azərbaycan
xalqının mədəni irsinin qorunması və yayılması ilə bağlı fəaliyyət
tutur. Azərbaycanda və Gürcüstanda azərbaycan mədəniyyətinin
görkəmli xadimlərindən - Üzeyir Hacıbəyov, Səməd Vurğun, Cəfər
Cabbarlı, Nəriman Nərimanov, Bül-bül, Cəlil Məmmədquluzadə,
Niyazi, Hüseyn Cavid, Mirzə Fətəli Axundovun ev -muzeyləri təşkil
edilmiş və fəaliyyət göstərir.Son zamanlar keçirilmiş beynəlxalq
əhəmiyyətli tədbirlər içərisində görkəmli azərbaycan mütəfəkkir və
şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin Fransa, Türkiyə,
Rusiya, İrak və İranda keçirilməsi oldu. Görkəmli azərbaycan
bəstəkarı Qara Qarayevin, dünya şöhrətli müğənnilər Bül-bül və Rəşid
Behbudovun
yubileylərinə həsr olunmuş və müxtəlif ölkələrdə
keçirilən bayram tədbirləri milli mədəniyyət tarixinə parlaq səhifələr
yazdı. Azərbaycan milli eposu olan Dədə Qorqudun 1300 illik
yubileyinin YUNESKO-nun rəhbərliyi altında keçirilməsi möhtəşəm
hadisə oldu. Fiziki mədəniyyət, idman və turizmin inkişafi üzrə
Bakıda və Azərbaycan regionlarında olimpiya komplekslərinin
yaradılması,
gənclər üçün yeni mərkəzlərin tikintisi və mədəni
abidələrin bərpası sahəsində fəal tədbirlər həyata keçirilir.
Keçmiş on il ərzində
mədəniyyətin inkişafının hüquqi
tənzimlənməsinin qanunverici
bazasının
yaradılması
üzrə
əhəmiyyətli işlər görülmüşdür. O, 1991-1999-cu illərdə qəbul edilmiş
19 qanunun fəaliyyəti ilə təmin edilir. 1998-ci ildə Azərbaycan
Respublikasının mədəniyyəti haqqında Qanun qəbul olunmuşdur.
Mədəniyyət haqqında yeni Qanunda pozitivlik ondan ibarətdir ki, o,
Avropa Şurasının, insanın azadlıq və hərtərəfli inkişafım təmin edən
demokratik mədəniyyətini - mədəni rəngarənglik, yaradıcı fəaliyyətə
həvəsləndirmə
və
mədəni
həyatda
iştirak
prioritetlərinə
344
Fuad Matnmadot
Kulturologiva cffektivll h.ıvat и faalivvata aparan yol
istiqamətlənməni yüksək dəyər kimi nəzərdən keçirən
humanist
prinsiplərini əks etdirir. Bu və digər illərdə mədəniyyət idarələrinin
fiınksionallığı və yaradıcı fəaliyyətini tənzimləyən, eləcə də milli
mədəniyyətin demokratikləşdirilməsinə yardım edən, ölkədə hüquqi,
informativ, idarəetmə mədəniyyətinin inkişafını təmin edən bir sıra
qanunlar qəbul olunmuşdur. Onlann arasında - mədəniyyət və tarixi
abidələrin
qorunması,
kitabxana, muzey, dövlət qulluğu,
informasiya haqqında, informatlaşdırma və informasiyanın qorunması,
müəllif hüququ, kütləvi informasiya vasitələri, memarlıq fəaliyyəti,
kinemotoqrafıya, turizm və digər qanunlan nümunə gətirmək olar.
Bu qanunların fəaliyyəti nəticəsində demokratik mədəniyyətin
formalaşdırılması ilə əlaqədar müəyyən pozitiv dəyişikliklər hiss
olunur. Ölkədə senzura ləğv edilmiş, kütlələrin akkulturasiya və
maarifləndirilməsinin
mühüm
vasitəsi
olan
MEDİA-nm
demokratikləşdirilməsi baş verir. Mədəniyyət haqqında qanun
mədəniyyət
müəssisələrinin
dövlət
və
yerli
büdcədən
maliyyələşdirilmə imkanını, eləcə də mülkiyyət formasından asılı
olmayaraq, özünümaliyyələşdirməni
nəzərdə tutur. Mədəniyyətin
demokratikləşdirilməsi və azad inkişafına vergi qqanunvericiliyi də.
müəyyən dərəcədə, yardım edir. Mədəniyyətin inkişafının əlavə
maliyyələşdirmə mənbəyinin yaradılması məqsədi ilə, dövlət, qeyri-
hökumət strukturları və mülki şəxslər tərəfindən milli mədəniyyət
fondlarının yaradılması nəzərdə tutulmuşdur. 1992-ci ildən etibarən,
mədəniyyət sahəsində ictimai-şəxsi əməkdaşlığın inkişafının hüquqi
stimullaşdınlması üçün şəxsi kapitalın cəlb edilməsi yolu ilə şəraitin
yaradılması
mümkün olmuşdur. Mədəniyyətin ticarəti ilə bağlı
demokratikləşdirmə, “mədəni sənaye” sahəsində, ilk növbədə. - kitab
nəşri, televiziya, radioveriliş idarəsi şəbəkəsi, dövri mətbuat, lazer
disklərinin və audiokassetlərin
istehsalında müşahidə olunur.
Mədəniyyətin demokratikləşdirilmə göstəricilərindən biri də odur ki,
ölkədə dövlət dili olan azərbaycan dilindən başqa, ingilis, gürcü,
ləzgi, talış, kürd və digər dillər istifadə olunub, inkişaf etdirilir.
2000-ci ildə Bakıda
Bakı Slavyan İnstitutu yaradılmışdır.
Azərbaycanın paytaxtında
bir çox avıopa və şərq dillərinin
öyrənilməsi təşkil olunmuş kurslar fəaliyyət göstərir. Azərbaycanda
345
Dostları ilə paylaş: |