Fuad Mammadov
Kulturologiva cffcklivli hovat va faalivvata aparan vol
nəzəriyyəsi və tarixi, şəxsiyyətin harmonik inkişafına yardım etmək
və müxtəlif xalqların mədəni dəyərlər sisteminin yaxınlaşdınlması
üçün,
dünyanın bütün orta və ali məktəblərində interaktiv təhsilin
ayrılmaz tərkib hissəsi olmalıdır.
Bizə
elə gəlir ki, kulturoloji təhlilə əsaslanan bu mülahizələr
YUNESKOmun üzv ölkələrində sistemli və interaktiv kulturoloji
təhsilin inkişafına istiqamətlənən, YUNESKO-da
xüsusi
qəbul
edilmiş
deklarasiya
vasitəsi
ilə
kulturoloji
təhsilin
məqsədəmüvafiqliyini təsdiq edir.
•
Elm və Cəmiyyət. Elmi məqalələr toplusu, Bakı, 2004, s. 277-285.
DÜNYA SİVİLİZASİYASI KONTEKSTİNDƏ
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
( "Müasir Azərbycan : dil, ədəbiyyat və cəmiyyət" Paris, 27-28 may
2004-cü il)
Çoxminillik təkamül ərzində ruhi mədəniyyət sosial inkişafın
universal əsası və bəşəriyyətin mənəvi və intellektual tərəqqisinin
kompleks gücünə çevrilmişdir.
O, informasiyalı və etik
qlobal
birliyin
formalaşma səviyyəsi , sürətinə, istehsal və istehlakına,
xalqların tarixi məsuliyyətinə, siyasət, idarəetmə, sülh
mədəniyyəti və
beynəlxalq münasibətlərinə
böyük təsir göstərmişdir.
Mədəni
mübadilə və qarşılıqlı zənginləşmə xalqların sosial-mədəni inkişaf
təcrübəsinin,
dünya mədəniyyəti tarixi qanunauyğunluqları üzrə
biliklərin öyrənilib, yaradıcı istifadə edilməsi qloballaşma şəraitində
transnasional nəzəri və praktik əhəmiyyət kəsb etməyə başlayır.
Azərbaycan - dünya sivilizasiyasının ən qədim mərkəzlərindən
biridir. Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı
həyat
fəaliyyətinin
minillik
dərinliklərinə,
ilkin
sivilizasiya
epoxasından qabaqkı arxaik dövrə gedən zəngin ruhi və maddi
mədəniyyət yaratmışdır. Dünya mədəniyyətinin, müəyyən zaman
daxilində
mədəniyyətlərin yaranması və bir-birini əvəz etməsi
qanunauyğunluqlarına əsasən, sivilizasiyanın
əsasını qoyan ilk
dövlətlərdən başlayaraq azərbaycan mədəniyyətinin inkişafinı üç
dövrə və ya pilləyə ayırmaq olar.
336
Fuad Məmmədov
Kulturologiva effektivli haval va faalivvata aparan yol
Birinci - b.e.ə. XI əsrdən b.e. III əsrə qədər Manna, Midiya,
Atropatena və Albaniya antik dövlətlər çərçivəsi daxilində mədəni
inkişaf dövrü.
İkinci - III-X1 əsrlərdə əvvəl İranın Sasani, sonra isə,
Ərəb Xəlifəliyi
və Səlcuq imperiyası daxilində
feodal
mədəniyyətinin formalaşması ilə əlaqədardır. Bu,
antik zərdüşt-
midiya və ellin quldarlıq mədəniyyətindən monoteist xristian və
islam feodal mədəniyyətinə keçid dövrüdür.
Üçüncü - XII-XVI əsrləri
əhatə edən Azərbaycan İntibahı adını almış, yeni feodal azərbaycan
mədəniyyətinin təsdiqi və çiçəklənməsi dövrüdür.
Dördüncü -
XVIII əsrdə başlanan feodal dövrdən
Yeni Dövr innovasiyalı
azərbaycan mədəniyyhətinə tədrici keçidlə şərtlənir.
Beşinci - XX
əsrin 1918-1920- ci illərində “birinci respublika “adlanan,
Azərbaycan
Demokratik Respublikasında
demokratik siyasi
mədəniyyətin təşəkkülü və inkiişafi dövrü.
Altıncı - XX əsrin 1920-
1990- cı illərini əhatə edən, tarixdə “ikinci respublika” adlanan,
azərbaycan mədəniyyətinin
totalitar sovet dövrü.
Yeddinci -
“üçüncü respublika” adlanan, müasir azərbaycan mədəniyyətinin
demokratikləşdirilmə və modemləşdirilməsinə keçid dövrü. Bu dövr
1991- ci ildə
müstəqil Azərbaycan Respublikasının
dünyəvi
demokratik cəmiyyət və hüquqi dövlət elan edilməsi ilə başlayır.
Beləliklə, azərbaycan xalqının sosial mədəniyyəti çoxəsrlik tarixə
malikdir. Onda, hələ qədim dövrlərdən, demokratik mədəniyyətin
elementləri, təbiət və cəmiyyətin dəyişdirilməsinə, insanın özünü
təkmilləşdirməsinə
istiqamətlənmə təzahür olunur. Tərəqqipərvər
təfəkkür və azərbaycan mədəniyyətinin tərəqqipərvər tendensiyaları
zərdüştlük, məzdəkilik, hürufilik, azərbaycan İntibahı və Maarifində
müxtəlif forma və səviyyələrdə əks olunurdu.
Orta
əsrlərdə azərbaycan xalqının
ruhi mədəniyyətinin
humanistləşdirilməsi və
tərəqqipərvər inkişafı Nizami Gəncəvi,
Bəhmənyar əl-Azərbaycani, Xaqani Şirvani, Əbül Həsən Şirvani,
Səfıəddin Urməvi, Əcəmi Naxçıvani, Qətran Təbrizi, Mahmud
Şəbüstəri. Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və
digər alim, mütəfəkkir və şairlərin adı ilə bağlıdır. Onlardan bəziləri
nəinki vətəndə, eləcə də dünya mədəniyyəti tarixində şərəfli yer
tutmuşlar.
337