Ku»d Mammodo»
KuUurologiva effcktivli həyal v» faalivvotj aparaırvol
Yeni Dövrdə azərbaycan maarifçilərindən - A.Bakıxanov, Mirzə
Şəfi Vazeh, Mirzə Kazım Bəy, M.F.Axundov, Həsənbəy Zərdabi və
digərləri azərbaycan xalqının tərəqqipərvər nailiyyətləri ilə avropa və
rusiya mədəni dəyərlərinin
sintezi yolu ilə mədəni islahatlar
keçirməyə can atırdılar. Onlar azadlıq, tərəqqi, səadətə gedən düzgün
yol axtarışında
azərbaycan xalqına yardım edərək,
feodal
mədəniyyətdən demokratik mədəniyyətə inqilabi
keçidə yardım
edirdilər. Əgər XII-XV1 əsrlərdə
Azərbaycanda
maarifçiliyin
əsasını qoyan
mədəni İntibah
müşahidə olunurdusa, XIX əsrdə
burada mədəni inqilab baş verdi. Çoxəsrlik antik, orta əsr asiya və
avropa - zərdüşt-midiya, ellinistik, alban-xristian, islam və türk
mədəniyyətləri Yeni Dövrün
qərbi-avropa
və rus mədəniyyəti
novasiyalan ilə zənginləşərək, özünəməxsus azərbaycan mədəniyyəti
yaradıldı. Ənənəvi feodal azərbaycan mədəniyyəti novasiyalı inkişaf
pilləsinə qədəm qoydu. Avropa İntibahı, elmi, iqtisadi və sosial
inqilablar ruhu, Avropa universitet təhsilinin çoxəsrlik ənənələri
azərbaycan mədəniyyətinin inkişafina tərəqqipərvər təsir göstərərək,
onun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına yardım
etdi. Azərbaycanda kitab nəşri yarandı, dövri mətbuat inkişaf etməyə
başladı, xalqın maariflənməsinin pozitiv prosesi başladı.
XIX və XX əsrlərdə azərbaycan ruhi mədəniyyətinin inkişafının
demokratik mahiyyət daşıması onun səciyyəvi cəhəti idi. Bu, özünü
həm milli şüurun formalaşmasında, həm
milli maarifçiliyin və
mədəni-maarif cəmiyyətlərinin, ədəbiyyat və milli incəsənətin - teatr,
musiqi, təsviri incəsənətin təşəkkülündə öz əksini tapırdı. XIX əsrin
sonunda Azərbaycanda demokratik mətbuat, milli teatr, xalq təhsili
və maarifin yeni forması yarandı, milli dramaturgiya və jurnalistikanın
əsası qoyuldu, azərbaycan xalqının yaradıcı qüvvəsinin azad
edilməsinə yardımçı olan mühəndis işinin, ictimai, texniki və təbiət
elmlərinin öyrənilməsi, onun sosial-mədəni potensialının artması
sahəsində müəyyən addımlar atılmışdı. Azərbaycan müsəlman
Şərqində tərəqqipərvər demokratik ideyaların fəal genişləndiyi sosial-
mədəni tərəqqinin dayağına çevrildi.
Keçmiş yüzilliklərin
mədəni nailiyyətlərinə istinad edən
azərbaycan xalqı, XX əsrdə də öz inkişafında müəyyən uğur qazandı.
1918-ci ildə Azərbaycanda ilk dəfə olaraq, parlamentarizm prinsipləri
338
Fuad Moromadot
KuUurologiya cffcHivli havat ta foalivvaı»
aparan yol
və ilk Demokratik Respublika təsdiq olundu. Azərbaycan Demokratik
Respublikasının
yaradılması
ənənəvi azərbaycan mədəniyyəti
novasiyalı inkişafının
yeni mərhələsinin təməlini qoydu. Siyasi
tarixin bütün çətinliklərinə baxmayaraq, XX əsrdə azərbaycan
mədəniyyətinin nailiyyətləri Azərbaycan milli mədəniyyətinin fəxri
olan görkəmli alim, filosof, yazıçı, şair, ictimai xadim, rəssam,
heykəltaraş, bəstəkarlar və ifaçılar tərəfindən zənginləşdirilib, artırıldı.
Onların arasında - M.Ə.Sabir, C.Məmmədquluzadə, Əhməd Ağa
oğlu, Ə.Hüseynzadə,
Ə.Cavad,
M.Rəsulzadə,
Ə.Topçubaşov,
F.Xoyski,
N.Nərimanov,
C.Cabbarlı,
H.Cavid,
Ü.Hacıbəyov,
M.Mirqasımov, Y.Məmmədəliyev, M.Useynov, M.Maqomayev,
Q.Qarayev,
F.əmirov,
T.Quliyev,
Niyazi.
A.Məlikov,
C.Qaryağdıoğlu,
R.Behbudov,
S.Bəhlulzadə,
M.Abdullayev.
T.Salahov, F.Əbdülrəhmanov, T.Nərimanbəyov və
xalqın sosial
mədəniyyətinə layiqli töhfələr vermiş bir çoxları var.
Bu gün müstəqil Azərbaycan Respublikasının xalqı gələcəyə
inamla baxır. Bu inam azərbaycanda insani və milli inkişafin, rifahın
və sülhün universal əsası olan yüksək ruhi mədəniyyətin inkişafina
verilən əhəmiyyətlə bağlıdır. Azərbaycan xalqının mədəni irsinin
qorunması və təbliğ olunması, eləcə də milli mədəniyyətin
modernləşdirilməsi və demokratikləşdirilməsi, beynəlxalq sosial-
mədəni
və iqtisadi əməkdaşlığın inkişafi ilə
əlaqədar fəaliyyət
Azərbaycanın
mədəni
siyasətində
mühüm
yer
tutur.
Bu
modernləşdirmənin əsasını hələ XX əsrdə Fransada və digər avropa
ölkələrində, eləcə də Rusiyada təhsil almış Azərbaycan tərəqqipərvər
ziyalılarından Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Məmmədəmin
Rəsulzadə və bir çox başqalan qoymuşdular. Bu maarifçilərin yaradıcı
təfəkkürü və qurucu fəaliyyəti azərbaycan milli mədəniyyətini qərbi
avropa mədəniyyətinin tərəqqipərvər nailiyyətləri və təcrübəsinin
yaradıcı istifadəsi əsasında modernləşdirilməsi ideyalarının praktik
olaraq həyata keçirilməsi işinə xidmət edirdi. Bu ənənələr demokratik
cəmiyyət və hüquqi dövlət quran müstəqil Azərbaycan Respublikası
- “üçüncü respublika” şəraitində də uğurla davam və inkişaf etdirilir.
Həyat fəaliyyətinin tərəqqipərvər sosial texnologiyalarına keçidi
nəzərdə tutan müasir azərbaycan cəmiyyəti postsovet mədəniyyətinin
davamlı olaraq demokratik mədəniyyətə transformasiyası ilə
339