Fuad Mammado'
Kulturologiya effektivli hayat va faalivvata aparan vol
şəhər”-in qorunması haqqında YUNESKO-nun qəran və Azərbaycan
Respublikası prezidentinin fərmanı mövcuddur. Bu sənədlərə əsasən,
Mədəniyyət Nazirliyinin nəzarəti ilə “İçəri Şəhər”-də zəruri tikinti
işləri aparılmalıdır. Əgər zəruri olarsa, bu işlər, qədim şəhərin
qprunması və konservasiyasını təmin edən, Azərbaycanın və bütün
bəşəriyyətin gələcək nəsilləri naminə
yalnız elmi əsaslı bərpa
çərçivəsində aparılmalıdır. Bu zaman, Azərbaycanın qədim mədəni
tarixinin rəmzi olan bu şəhərin unikal mikromühiti, etno-mədəni
özünəməxsusluğu, memarlıq harmoniyası qorunmalıdır. Almaniya,
Fransa, Böyük Britaniya, Yaponiya, İsveç, Norveç, İtaliya, Avstriya,
Yunanıstan, Rusiya, Çexiya, Estoniya bir çox başqa sivil dövlətlərin
analoji mədəniyyət abidələrinə münasibəti belə yanaşmaya nümunə
ola bilər. Azərbaycan xalqının ümummilli tarixi mədəni dəyərləri
düşünülməmiş qərar və şəxsi maraqlara qurban verilməməlidir. Əgər
biz vətəndaş cəmiyyəti və hüquqi dövlət qururuqsa, Azərbaycan
mədəniyyətinin tarixi abidələrinin dağılmasına imkan verilməməsi
üçün, Mədəniyyət Nazirliyinin iştirakı ilə ölkənin sosial-mədəni
inkişaf proseslərinin
ictimai-dövlət monitorinqinin təşkil edilməsi
zəruridir.
Bu, həm də milli ğzünüdərk, hüquqi mədəniyyəöt,
məsuliyyət mədəniyyəti, nəhayət, idarəetmə mədəniyyəti və ölkənin
mədəni siyasəti məsələsidir.
Müasir şəraitdə Azərbaycan üçün
iqtisadi mədəniyyət mühüm
əhəmiyyət kəsb etməyə başlayır. Azərbaycanın gələcəyi və onun
dünya miqyasında rəqabətə qabilliyi onun iqtisadi inkişafının
uğurlarından daha çox asılı olacaqdır. Ona görə də, bu gün
eneıjihəcmli, resurshəcmli, əməkhəcmli və ekoloji cəhətdən qəbul
edilməyən
istehsalatlar
yüksək,
ekoloji
cəhətdən
təmiz
texnologiyalara əsaslanan, yüksək keyfiyyətli, tələbyönümlü, dünya
bazarında rəqabətəqabil məhsulun
buraxılışını təmin edən,
yeni
effektiv istehsalatla əvəz edilməlidir. Azərbaycan iqtisadiyyatında
qərb ölkələrinin elmi-texniki baxımdan köhnəlmiş texnologiyalarının
istifadəsi aradan qaldırılmalıdır, belə ki, bu yanaşma
milli
iqtisadiyyatının dünya inkişafından xroniki olaraq geridə qalması
üçün şərait yaradır.
Mədəniyyətin
bütöv sosial institutu olan iqtisadiyyat, maddi
mədəniyyət kimi, ölkənin
rifahının və müdafiə qabiliyyətinin
350
Fuad Mşmmadnv
Kullurologiva effektivli haval va faalivvat» aparan vol
artmasının əsasıdır. Lakin unutmaq olmaz ki, iqtisadiyyatın inkişaf və
gücünün, onun rəqabətəqabilliyinin mənbəyi intellektual mədəniyyət
- elm va təhsildir.
İqtisadiyyat öz mənbəyini məhz intellektual
mədəniyyətdən götürür. Elmi ideyalar bilik vasitəsi ilə texnologiyalara
çevrilir, onların əsasında isə zəruri məhsulun istehsalı və buraxılışı
təmin edilir. Bu asılılığın dərk edilməsi üçün, mədəniyyətin əyani
modeli olan insanın özünün təhlilinə müraciət etmək kifayətdir.
İnsan ruh (ağıl və hisslər) və fiziki mövcudluğun təcəssümüdür.
Fiziki mövcudluq ruhla idarə olunur, əlsinə yox. İnsanın davranışı,
onun həyat tərzi, onun fəaliyyətinin məzmun və effektliyi onun ruhi
mədəniyyəti - bilik, etika, psixologiya, xarakteri ilə müəyyən olunur.
Analoji mexanizm cəmiyyətin “ikinci süni təbiət”-i adlandırılan ruhi
və maddi mədəniyyətinin bütöv sisteminə də aiddir. Ruhi mədəniyyət
insan, cəmiyyət və dövlətin həyat təminatı sisteminin ayrılmaz hissəsi
olan maddi mədəniyyətin, istehsalın formalaşdırılmasmın əsasıdır.
Maddi mədəniyyət, “ruhi istehsalın”, ilk növbədə elm, təhsil və
incəsənətin nəticələrinin ifadəsidir. Burdan belə çıxır ki. millətin
intellektual mədəniyyətinin səviyyəsi ictimai rifahın inkişafının və
dövlətin müdafiə qabiliyyətinin müəyvənedici şərtidir. İqtisadiyyatın
inkişafinda elmin fəal rolunun təminatı olmadan və effektli təhsil
sistemi yaradılmadan, investisiya və struktur siyasəti gözlənilən
nəticələri verə bilməz. Ən effektiv kapital qoyuluşu - mədəniyyətin
bayraqdan olan
elm və təhsil sahəsinə qoyulmuş sərmayədir.
İstehsalın iqtisadi effektivliyinin kulturoloji formuluna müraciət
zamanı bu daha aydın olur. Məlum olduğu kimi, iqtisadi istehsalın
effektivliyi keyfiyyətlə xərclərin nisbətinə bərabərdir. Nəticənin
böyüməsinə aparan, surətin artması və məxrəcin azalması, ilk
növbədə, elmin inkişafı, eləcə də insanların təhsil və mədəni
səviyyəsindən asılıdır. Deməli, rifahın yolu ruhi mədəniyyət və "ruhi
istehsaldan " keçir. Elm və təhsilin inkişafında effektiv nəticələr əldə
etmədən, davamlı sosial-iqtisadi inkişafa nail olmaq olmaz.
Azərbaycanda bu strateji vəzifənin
dərindən başa düşülməsi və
düzgün həll edilməsi üçün iqtisadi
baxımdan qabaqcıl inkişaf
təcrübəsinə malik dünya ölkələrinin kulturoloji cəhətdən öyrənilib,
yaradıcı tətbiq edilməsi mühüm əhəmiyyət kəsb etməyə başlayır.
“Məndən əvvəl çalışanların
çiyinlərinə qalxdığıma görə, mən
351
Fuad Mammadov
KuHurologiva cffektivli həyat va faalivvala aparan vol
onlardan uzağı gördüm”. İsaak Nyütona aid olan bu müdrik sözlər bu
gün Azərbaycan üçün aktualdır. Qərbi Avropa ölkələri, Avropa və
Yaponiyanın inkişafı təsdiq edir ki, effektiv təhsil sistemi və
fundamental elmin fəal inkişafının təmin olunduğu yerdə son nəticədə
əməyin ən yüksək məhsuldarlığı mümkündür. Bu isə, ölkənin dövlət
siyasətinin, respublikanın
sosial-iqtisadi tərəqqisinin təməli kimi,
intellektual
və
mənəvi
mədəniyyətin
prioritet
inkişafina
istiqamətlənməsi zəruriliyini təsdiq edir. Bu nəticə həm Adam Smitin
iqtisadi nəzəriyyəsi, həm YUNESKOnun fəaliyyəti, həm skandinav
ölkələrinin sosial-iqtisadi inkişaf təcrübəsi, həm də yaponiyanın
“iqtisadi möcüzə” fenomeni ilə təsdiq olunur. Norveç və İsveçin
yüksək sosial-iqtisadi inkişafının özülü onların ruhi mədəniyyət
səviyyəsinin yüksək olmasındadır. Bu dövlətlərin həyat standartları
təqribiliyi və elmyanılığı qəbul etmir. XX əsrin əvvəlində açılıb,
iqtisadi təhsilin dünya mərkəzlərindən birinə çevrilən
Stokholm
iqtisadi məktəbi - özəl institutunun nəticələri bunun təsdiqlərindən
biridir. Millətin rifahının inkişaf səbəblərini təhlil edən alimlər belə bir
nəticəyə gəlmişlər ki, ölkənin milli sərvətinin əsasını təşkil edən,
əhalinin bilik və bacarıq səviyyəsi, təhsil və elm
onun
çiçəklənməsində həlledici əhəmiyyət daşıyır. Şərq və Qərbin digər
demokratik ölkələrinin, eləcə də Norveç, Yapon sosial-iqtisadi
çiçəklənməsinin əsasını bu siyasət təşkil edir. Bu təcrübə göstərir ki,
Azərbaycanın milli iqtisadiyyatının tərəqqipərvər inkişafı dünya elm
fikrinin ən yeni nailiyətlərinə əsaslanan azərbaycan elmi, təhsili və
yüksək texnologiyalarının qabaqlayıcı inkişafı hesabına təmin edilə
bilər. Bu, həm iqtisadi istehsal, həm də həyat keyfiyyətinin davamlı
inkişafına nail olmaq üçün
ölkəyə zəruri valyuta axınını təmin
edəcəkdir. Milli iqtisadiyyatın
innovasiyalı fəallığı maraqların
tarazlığını
təmin edən, ölkədə akkreditə olunmuş transmilli
korporasiyaların fəaliyyətinin düzgün hüquqi və etik tənzimlənməsi
ilə uyğunlaşdırılaraq, qloballaşma şəraitində respublikanın dünya
iqtisadi mühitinə uğurlu inteqrasiyasını təmin edə bilər.
İqtisadi mədəniyyətin inkişafi ilə sıx bağlı olan aktual sosial-
mədəni
vəzifə ölkədə, həm ayrı-ayrı vətəndaşların optimal
tələbatlarının
formalaşdırılması yolu ilə, həm də təbii resursların
bütövlükdə cəmiyyət tərəfindən səmərəli istifadəsi hesabına, yüksək
352
Fuad Mammodov
Kulturologiva cffektivli həyat ta fəaliyyətə aparan vol
istehlak mədəniyyətinə nail olmağa yardım etməkdir. Bu məsələnin
həlli əhalinin ümumi mədəniyyətinin inkişaf səviyyəsi, eləcə də
dövlətin resursqoruyucu texnologiyalarının yaradılması və onlardan
effektiv istifadə etməkdən daha çox asılıdır. 1972-ci ildə Roma klubu
bəşəriyyətin rifahının təbii resurslann istehlak mədəniyyətindən
asılılığını elmi tədqiqatlar əsasında göstərməyə müvəffəq olmuşdur.
Qlobal problemlər sahəsində
təhlil-proqnoz fəaliyyətini davam
etdirən Klub, artıq 1997-ci ildə eyni vaxtda - resurslann azaldılıb,
ekoloji təhlükəsizliyə riayət etmək şərti ilə istehsalın artınlnmasının
yeni imkanlanm aşkar etmişdir. Məruzədə, resurslann eyni zamanda
50% qorunması ilə istehsalın effektivliyinin dörd dəfə artınlmasına
imkan verən, ekoloji baxımdan təmiz texnologiyalann “Dörd faktoru”
müəyyənləşdirilmişdir.
Bu məsələni ümumiləşdirərək, inamla demək olar ki, iqtisadiyyat
və davamlı sosial inkişaf, elm və texnologiya, dövlət və sosial
idarəetməsi, dövlətin daxili və xarici siyasəti - bütün bu həyati
əhəmiyyət daşıyan sahələr ölkədə ruhi mədəniyyətin inkişafinın
ümumi səviyyəsindən, ilk növbədə intellektual və mənəvi mədəniyyət
səviyyəsindən asılıdır. Bu, müasir sivilizasiyanın ruhi mədəniyyətinin
inkişafi üzrə məqsədyönlü fəaliyyətin əhəmiyyətini göstərən təcrübəsi
ilə də təsdiqlənir. Son zamanlar Bergen, Moskva, Sankt-Peterburq və
dünyanın digər şəhərlərində keçirilmiş kulturoloqların beynəlxalq
konfransının, eləcə də BMT-də millenium problemləri üzrə və
Moskva və Vaşinqtondakı liderlik və məsuliyyət mədəniyyəti üzrə
keçirilən konfrans materiallarına müraciət etmək kifayətdir. Ruhi
mədəniyyətin ictimai dəyəri “ruhi istehsal” həyat fəaliyyəti üçün zəruri
olan
bilik və texnologiyalar yaradır, şəxsiyyəti formalaşdırır və
peşəkar kadrlar yetişdirir, müxtəlif sosial qrup və sinifləri vahid
birliyə inteqrasiyaedir,
cəmiyyət və dövlətin strateji məqsəd və
inkişafinı proqnozlaşdırır.
Buna görə də
vətəndaş cəmiyyət
quruculuğu şəraitində yeni mədəni siyasət çərçivəsində dövlət
tərəfindən ruhi mədəniyyətin qabaqlayıcı inkişafının
prioritetləri
düzgün müəyyənləşdirilməli və “ruhi istehsal” texnologiyalarının
təkmilləşmə prosesi təmin edilməlidir.
İnsanın özünün, iqtisadiyyatın, sosial mühitin, cəmiyyət və
bütövlükdə dövlətin
inkişafi üçün
ruhi mədəniyyətin
aparıcı
353
Dostları ilə paylaş: |