AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə140/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   136   137   138   139   140   141   142   143   144

 

 

427 



Tərəvəz 

və 


bostan 

məhsull


arı 

Min ton 


1134,

7,3 



0,6 

4,



0,4 

1024  90,

Şəkər 


Min ton 

81,2 




81,1 


100 

Bitki 


yağları 

Min ton 


29,4 



4,

15,



19,8 


67,

Meyvə 



və üzüm 

Min ton 


652 

29,


4,5 


52

,1 


7,9

476,



73,


Torpağın  özəlləşdirilməsi  həyata  keçirilmişdir.  Dövlət  Statistika 

Komitəsinin  məlumatlarına  görə  35  minə  yaxın  fermer  təsərrüfatları 

yaradılıb.  Lakin onların  işi qənaətbəxş təşkil olunmadığından istənilən 

nəticələr ləng əldə olunur. Aqrar-sənaye komplekslərini canlandırmaq,  

əhalinin  sosial-iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq,  onların  ərzaq 

məhsullarına  olan  tələbatlarını  ödəmək,  daxili  bazarı  vətən  məhsulları 

ilə zənginləşdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək bir çox 

cəhətdən  Azərbaycanda  həyata  keçirilən  aqrar  islahatların  nəticələrinə 

diqqəti  artırmaqdan  asılıdır.  Sadə  şəkildə  desək,  kəndliyə  torpaq 

vermişiksə, indi də ona torpağı becərmək və əldə etdiyi kənd təsərrüfatı 

məhsulunu  satmaq  üçün  münasib  şəraiti  verməliyik.  Doğrudur,  kəndli 

(fermer)  təsərrüfatlarının  inkişaf  etdirilməsi,  onun  hüquqi  bazasının 

yaradılması  üzrə  bir  neçə  “Azərbaycan  Respublikasında  dövlət 

mülkiyyətinin  özəlləşdirilməsi”,  “Müəssisələr  haqqında”,  “Aqrar 

islahatların  əsasları”,  “Torpaq  islahatı  haqqında”,  “Torpağın  icarəyə 

verilməsi”,  “Kəndli  (fermer)  təsərrüfatları  haqqında”,  “Torpaq  vergisi 

haqqında” və s. bu kimi Azərbaycan Respublikasının  qanunları qəbul 

edilmişdir. Lakin yaradılan özəl strukturlar və fərdi kəndli təsərrüfatları 

məhsuldar  fəaliyyət  göstərə  bilmirlər.  Azərbaycan    Respublikasında 

formalaşmış  təbii-iqtisadi  şəraiti  nəzərə  almaq  yolu  hansı  təsərrüfat 

formalarının  daha  səmərəli  olmasını  aydınlaşdırmaq  lazımdır. Son  4-5 

ilin  təcrübəsi  sübut  etmişdir  ki,  respublikamızda  əmək  resursları  tələb 



 

 

428 



edən təsərrüfatçılıq formalarının yaradılması müsbət nəticələr verə bilər. 

Emal müəssisələri yaratmaq yolu ilə kənd təsərrüfatı məhsullarını ixrac 

edilə  bilən  əmtəə  şəklinə  salmaqla  xarici  iqtisadi  əlaqələri 

genişləndirmək olar. 

Dünya  üzrə  təcrübənin  öyrənilməsi  göstərdi  ki,  heyvandarlıq 

bölməsində  ət  və  ət  məhsulları,  süd  və  süd  məhsulları  istehsalı  ilə 

əlaqədar  olan  fermer  təsərrüfatları  səmərəli  fəaliyyət  göstərə  bilirlər. 

Heyvandarlıqda bilavasitə diri heyvan (qoyun, keçi, inək, camış, donuz 

və s.) yetişdirilməsi ilə məşğul olan fermerlərin də yaranması sərfəlidir. 

Bitkiçilikdə  fermer  təsərrüfatları  kartof,  dənli  bitkilər,  tütün,  üzüm, 

meyvə-tərəvəz  becərdilməsi  sahəsində  daha  səmərəli  olur. 

Azərbaycanın  təbii  şəraiti  bu  bitgilərin  bir  neçəsi  üzrə  ildə  iki  dəfə 

məhsul əldə etmək imkanı yaradır. Bu imkanları ortaya çıxarıb onlardan 

istifadə etmək üçün dövlət münasib iqtisadi mühüt yaratmaq sahəsində 

cürətli  addımlar  atmışdır.  Fermer  təsərrüfatlarına  güzəştli  kreditlərin 

verilməsi  haqqında  Respublika  hökumətinin  çıxartdığı  qərarlar  bu 

cəhətdən yaxşı təsir bağışlayır və yaxın 2-3 ildə öz bəhrəsini verməlidir. 

Lakin  əsas  iş  vergi,  güzəşt,  konkret  məhsul  istehsalının 

stimullaşdırılması,  faiz  stavkaları,  dövlət  investisiyası,  sağlam  pul 

dövriyyəsi,  daxili  bazarın  qorunması,  fermerin  əldə  etdiyi  məhsula 

hörmət  edilməsi  və  onun  qiyməti  məsələsi,  rəqabət,  bazar  qanunları 

təsirləri  altında  müflisləşməsinə  yol  verilməməsi  sahələrində  gərgin  iş 

aparılmalıdır. Elə şərait yaradılmalıdır ki, fermerlər və yaxud da onların 

bir


ləşmiş  qrupları  xarici  bazarlara  bilavasitə  çıxa  bilsinlər.  Fermerləri 

dövlət  orqanlarının  təzyiqlərindən  xilas  etmək  vaxtı  çatmışdır.  Elə  bir 

təsərrüfat  mexanizmi  formalaşdırmaq  lazımdır  ki,  fermer  və  kənd 

təsərrüfatı  müəssisələrinin  fəaliyyəti  dövlətin  iqtisadi  fəaliyyəti  ilə  və 

əksinə  uyğunlaşsın  və  blokirovkalaşdırılsın.  Fermer  üçün  xeyirli olan 

fəaliyyət  dövlət  üçün  də  xeyirli  olmalıdır.  Dövlət  fermerləri  və  kənd 

təsərrüfatı  müəssisələrini  iqtisadi  rıçaqlarla  idarə  etməyə    üstünlük 

verməli və onların işinə güc orqanları, nəzarət-yoxlama orqanları qarış-

ma

malıdır.  Kənd  təsərrüfatı  strukturlarına  təzyiq  onların  vergidən 




 

 

429 



yayınmaq  halları  baş  verdikdə  üzürlü  hesab  olunmalıdır.  Bu  sahədə 

2002-


ci  ilin  sonunda  Azərbaycan  Respublikası  Prezidenti  möhtərəm 

H.Ə.Əliyevin məlum sərəncamlarının əhəmiyyəti böyükdür. 

Fermer  təsərrüfatları  formalaşdırmaq,  onlara  məqsədyönlü  və 

səmərəli təsir göstərmək yolu ilə kənd təsərrüfatı məhsulları üzrə bolluq 

yaratmaq  təcrübəsi  ABŞ-da  daha  qabarıq  şəkildə  özünü  göstərmişdir. 

Oxucuların  nəzərinə  ancaq  bir  cəhəti  çatdırmaq  istəyirik:  dövlətin 

fermerlərə subsidiya verməsi məsələsini. Fermerlərin subsidiyalaşdırıl-

ma

sına  ciddi  fikir  verən  Amerika  hökuməti  onlara  bir  neçə  növdə 



subsidiyalar  təklif  edir.  Məsələn,  kompensasiya  ödəmələri  məqsədli 

qiymətlərlə bazar qiymətləri arasında yaranmış fərqlər meydana gələndə 

verilir.  Subsidiyanın  məbləği  də  məhsul  vahidi  üçün  yaranan  qiymət 

fərqi ilə həmin vahidlə hesablanan məhsulun həcminin hasili kimi təyin 

olunur.  Subsidiyanın  digər  növləri  fermerlərin  məhsuldar  işləmələrinə 

xidmət  göstərir.  Əgər  fermer  əkin  sahələrinin  azaldılmasına  yönələn 

təşəbbüslə çıxış edirsə və bu şəraitdə məhsulun həcminin azaldılmasına 

yol  vermirsə  və  deməli,  təsərrüfatın  intensiv  inkişafına  nail  olursa, 

dövlət  ona  kömək  göstərir.  İntensivləşdirmə  tədbirlərinə  tələb  olunan 

əlavə vəsaitin hamısı və yaxud da müəyyən hissəsi dövlətin subsidiyası 

nəticəsində  ödənilir.  Əslində  bu  halı  dövlətin  intensivləşdirmənin 

maliyyələşdirməsi kimi qiymətləndirmək olar. Fermer su təsərrüfatı və 

torpaq  meliorasiya  işləri  gördükdə  də  dövlət  fermerə  maliyyə  köməyi 

göstərir.  Bu  da  subsidiyanın  bir  növüdür.  Bunlardan  başqa,    Amerika 

fermeri  bilir  ki,  heç  bir  maneə  olmadan  təbii  fəlakət  baş  verdikdə, 

özündən  asılı  olmayan  digər  amillərin  təsiri  altında  rentabellik  aşağı 

düşəndə  və  bu  xarakterli  hadisələr  baş  verdikdə  o  dövlətdən  heç  bir 

maneə olmadan maliyyə köməyi alacaqdır. Maliyyə köməyi isə birbaşa 

və  güzəştli  kreditlər  şəkildə  ola  bilər.  Bu  cür  köməklər  iqtisadiyyatda 

gizli  subsidiyalar  adlanır.  Bütün  bu  subsidiyaların  sonda  yeganə  bir 

məqsədi  var:  dövlət  əlindən  gələni  edir  ki,  fermer  məhsul  istehsal 

etməklə  məşğul  olsun,  daxili  tələbatları  ödəməyə  və  xaricə  məhsul 

göndərməyə  qadir  olsun,  mənfəətlə  işləsin  və  dövlət  büdcəsinə  vəsait 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə