430
köçürə bilsin. Təcrübədə belə hallar da olur: yaradılmış mühit fermerə
imkan v
erir ki, o, həddindən çox məhsul istehsal edir. Bu hal da
hökumətin nəzərindən qaçmır. Hər il ABŞ hökuməti fermerlərdən
məhsul almağı nəzərdə tutan proqramlar tərtib edir. Bu proqramlar üç
məsələnin həll edilməsini nəzərdə tutur. Birincisi, fermer
təsərrüfatlarının istehsal etdiyi artıq məhsulu onlar üçün minimum gəlir
əldə etməyə imkan verən qiymətlə almağı, ikincisi, fermerin artıq qalan
məhsulunu sərfəli ödəmə haqqı almaq şərti ilə dövlət anbarlarında
saxlamağı və üçüncüsü, artıq məhsulun ixrac olunmasında fermerlərə
kömək göstərilməsini. Dövlətin köməyi ilə tərtib edilən bu cür
proqramların sosial əhəmiyyəti bütün cəmiyyət üçün daha güclü olur:
əgər bazarda konkret bir məhsulun qiyməti qalxırsa dövlət özünün
anbarlarında saxladığı məhsulu bazara çıxarır və qiymətlərin qalxması
qarşısını alır. Bununla dövlət digər sahibkarların səmərəli işləməsi üçün
əhalinin isə həyat tərzinin yaxşılaşması üçün şərait yaratmış olur. Bu cür
elmi əsası olan yanaşmalardan Azərbaycan Respublikasında fermer
təsərrüfatlarının inkişaf etdirilməsində geniş istifadə olunmalıdır. Lakin
bu gün real vəziyyət belədir ki, Azərbaycan fermeri öz inkişafının
başlanğıc mərhələsindədir. Nəticədə Respublika hökuməti əsas kənd
təsərrüfatı məhsulları üzrə idxalı azalda bilmir. Cədvəl 66-da bu haqda
Dövlət Statistika Komitəsinin məlumatları verilmişdir. 2000-ci ildə
Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı məhsulları üzrə
idxalın həcmi və xüsusi çəkisi çox yüksək olmuşdur. Ümumiyyətlə
götürdükdə Azərbaycan 2000-ci ildə sosial-iqtisadi tələbatlarını ödəmək
üçün 33 min ton ət və ət məhsulları, 780,8 min ton taxıl və taxıl
məhsulları, 144,4 min ton süd və süd məhsulları, 81,4 min ədəd
yumurta, 49,4 min ton kartof, 81 min ton şəkər, 13,3 min ton tərəvəz və
bostan məhsulları, 13,5 min ton bitki yağları, 11,4 min ton meyvə və
üzüm idxal etmişdir. Göründüyü kimi bu məhsulların hamısı
respublikanın kənd təsərrüfatında istehsal oluna bilər və müəyyən
səviyyə və keyfiyyətə qədər yüksəldirilərsə hətta ixrac oluna bilər.
431
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının
kəmiyyət və keyfiyyətcə cəmiyyətin tələbatlarına uyğun yüksəldilməsi
bir sıra tədbirlər işləyib həyata keçirməyi tələb edir. Belə tədbirlərin
müəyyən hissəsi son 4-5 ildə artıq həyata keçirilmişdir. Biz burada aqrar
isl
ahat sahəsində həyata keçirilən tədbirləri və ilk növbədə torpağın
özəlləşdirilməsini nəzərdə tuturuq. Bazar münasibətlərinə keçid və bu
əsasda iqtisadiyyatı möhkəmləndirmək isə mütəxəssislərin və ölkəni
idarəedənlərin qarşısında daha ciddi məsələlər qoyur. İlk növbədə tələb
olunur ki, ölkədə siyasi sabitliklə yanaşı iqtisadi və sosial sabitlik də
davam etsin. Yaddan çıxarmaq olmaz ki, həm siyasi və həm də iqtisadi
və sosial sabitliyin mühüm amili ölkənin aqrar bölməsidir. Buna görə də
kənd təsərrüfatının inkişaf etdirilməsi müasir Azərbaycan üçün bu gün
də mühüm strateji məsələ olaraq qalmaqdadır. Aparılan aqrar
islahatların komplekslilik səviyyəsi yüksəldilməlidir. Dünya miqyasında
bu sahədə təcrübənin öyrənilməsi təsdiq edir ki, aqrar islahatlar olduqca
mürəkkəb bir prosesdir və ümumi şəkildə iqtisadiyyatın digər sahələri
və dövlət strukturları ilə aqrar bölmə arasında hüquqi, iqtisadi, sosial
münasibətlərin köklü surətdə və elmi əsaslar üzərində yenidən
qurulmasını özündə cəmləşdirir. Həll olası məsələlərdən ən mühümü
aqrar-
sənaye komplekslərinin bərpa edilməsi və fəaliyyətinin
yaxşılaşdırılmasıdır. Bu silsilədən olan məsələlərə özəl emal müəssisə-
lərinin və istehsal infrastrukturunun yaradılması da daxildir.
Cədvəl 66
2000-
ci ildə Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı
məhsulları üzrə ehtiyatlar və mənbələri
Məhsulun
adı
Ölçmə
vahidi
Ehti-
yatla
r
O cümlədən, mənbələr üzrə
idxal
İl ərzində
öl
kədə
ilin əv
vəlinə
432
(cəm
i)
həc
mi
xüs.
çə-
kisi
istehsal
olunmuş
du
olan
qalıq
Taxıl və taxıl
məhsulları
Min
ton
2445
,0
780,
8
31,9
1508,9
155,3
Ət
və
ət
məhsulları
Min
ton
148,
3
33,0 22,3
108,7
6,6
Süd və süd
məhsulları
Min
ton
1195
,0
144,
4
12,1
1031,1
19,5
Yumurta
Min
ton
626,
9
81,4 12,9
542,6
2,7
Balıq
Min
ton
22,0
2,8
12,7
19,1
0,1
Kartof
Min
ton
770,
1
49,4 64,1
469,0
251,7
Tərəvəz və bos-
tan məhsulları
Min
ton
1134
,5
13,3 1,2
1041,8
79,4
Şəkər
Min
ton
81,2
81,0 100,
0
-
0,2
Bitki yağları
Min
ton
29,4
13,5 45,9
11,1
4,8
Meyvə və üzüm Min
ton
652
11,4 1,7
553,9
87
§ 5. Respublika iqtisadiyyatının bəzi inkişaf prespektivləri
Azərbaycanın gələcəkdə daha sürətlə inkişaf etməsi üçün çox
yaxşı imkanı vardır. İnsan və təbii resursları nisbətən yaxşı şəraitdə
yerləşib. Ölkənin yaxşı savadlanmış işçi qüvvəsi formalaşır. Kənd
təsərrüfatı istər istehsal və istərsə də əhalinin məşğulluq səviyyəsini