AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə141/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   136   137   138   139   140   141   142   143   144

 

 

430 



köçürə bilsin. Təcrübədə belə hallar da olur: yaradılmış mühit fermerə 

imkan v


erir  ki,  o,  həddindən  çox  məhsul  istehsal  edir.  Bu  hal  da 

hökumətin  nəzərindən  qaçmır.  Hər  il  ABŞ  hökuməti  fermerlərdən 

məhsul almağı nəzərdə tutan proqramlar tərtib edir. Bu proqramlar üç 

məsələnin  həll  edilməsini  nəzərdə  tutur.  Birincisi,  fermer 

təsərrüfatlarının istehsal etdiyi artıq məhsulu onlar üçün minimum gəlir 

əldə etməyə imkan verən qiymətlə almağı, ikincisi,  fermerin artıq qalan 

məhsulunu  sərfəli  ödəmə  haqqı  almaq  şərti  ilə  dövlət  anbarlarında 

saxlamağı  və  üçüncüsü,  artıq  məhsulun  ixrac  olunmasında  fermerlərə 

kömək  göstərilməsini.  Dövlətin  köməyi  ilə  tərtib  edilən  bu  cür 

proqramların  sosial  əhəmiyyəti  bütün  cəmiyyət  üçün  daha  güclü  olur: 

əgər  bazarda  konkret  bir  məhsulun  qiyməti  qalxırsa  dövlət  özünün 

anbarlarında saxladığı məhsulu bazara çıxarır və qiymətlərin qalxması 

qarşısını alır. Bununla dövlət digər sahibkarların səmərəli işləməsi üçün 

əhalinin isə həyat tərzinin yaxşılaşması üçün şərait yaratmış olur. Bu cür 

elmi  əsası  olan  yanaşmalardan  Azərbaycan  Respublikasında  fermer 

təsərrüfatlarının inkişaf etdirilməsində geniş istifadə olunmalıdır. Lakin 

bu  gün  real  vəziyyət  belədir  ki,  Azərbaycan  fermeri  öz  inkişafının 

başlanğıc  mərhələsindədir.  Nəticədə  Respublika  hökuməti  əsas  kənd 

təsərrüfatı məhsulları üzrə idxalı azalda bilmir. Cədvəl 66-da bu haqda 

Dövlət  Statistika  Komitəsinin  məlumatları  verilmişdir.  2000-ci  ildə 

Azərbaycan  Respublikasında  əsas  kənd  təsərrüfatı  məhsulları  üzrə 

idxalın  həcmi  və  xüsusi    çəkisi  çox  yüksək  olmuşdur.  Ümumiyyətlə 

götürdükdə Azərbaycan 2000-ci ildə sosial-iqtisadi tələbatlarını ödəmək 

üçün  33  min  ton  ət  və  ət  məhsulları,  780,8  min  ton  taxıl  və  taxıl 

məhsulları,  144,4  min  ton  süd  və  süd  məhsulları,  81,4  min  ədəd 

yumurta, 49,4 min ton kartof, 81 min ton şəkər, 13,3 min ton tərəvəz və 

bostan  məhsulları,  13,5  min  ton  bitki  yağları,  11,4  min  ton  meyvə  və 

üzüm  idxal  etmişdir.  Göründüyü  kimi  bu  məhsulların  hamısı 

respublikanın  kənd  təsərrüfatında  istehsal  oluna  bilər  və  müəyyən 

səviyyə və keyfiyyətə qədər yüksəldirilərsə hətta ixrac oluna bilər. 




 

 

431 



Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  məhsullarının 

kəmiyyət və keyfiyyətcə cəmiyyətin tələbatlarına uyğun  yüksəldilməsi 

bir  sıra  tədbirlər  işləyib  həyata  keçirməyi  tələb  edir.  Belə  tədbirlərin 

müəyyən hissəsi son 4-5 ildə artıq həyata keçirilmişdir. Biz burada aqrar 

isl

ahat  sahəsində  həyata  keçirilən  tədbirləri  və  ilk  növbədə  torpağın 



özəlləşdirilməsini nəzərdə tuturuq. Bazar münasibətlərinə keçid və  bu 

əsasda  iqtisadiyyatı  möhkəmləndirmək  isə  mütəxəssislərin  və  ölkəni 

idarəedənlərin qarşısında daha ciddi məsələlər qoyur. İlk növbədə tələb 

olunur  ki,  ölkədə  siyasi  sabitliklə  yanaşı  iqtisadi  və  sosial  sabitlik  də 

davam etsin. Yaddan çıxarmaq olmaz ki,  həm siyasi və həm də iqtisadi 

və sosial sabitliyin mühüm amili ölkənin aqrar bölməsidir. Buna görə də 

kənd təsərrüfatının inkişaf etdirilməsi müasir Azərbaycan üçün bu gün 

də  mühüm  strateji  məsələ  olaraq  qalmaqdadır.  Aparılan  aqrar 

islahatların komplekslilik səviyyəsi yüksəldilməlidir. Dünya miqyasında 

bu sahədə təcrübənin öyrənilməsi təsdiq edir ki, aqrar islahatlar olduqca 

mürəkkəb bir prosesdir  və ümumi şəkildə iqtisadiyyatın digər sahələri 

və  dövlət  strukturları  ilə  aqrar  bölmə  arasında  hüquqi,  iqtisadi,  sosial 

münasibətlərin  köklü  surətdə  və  elmi  əsaslar  üzərində  yenidən 

qurulmasını  özündə  cəmləşdirir.  Həll  olası  məsələlərdən  ən  mühümü 

aqrar-

sənaye  komplekslərinin  bərpa  edilməsi  və    fəaliyyətinin 



yaxşılaşdırılmasıdır. Bu silsilədən olan məsələlərə özəl emal müəssisə-

lərinin və istehsal infrastrukturunun yaradılması da daxildir. 

 

Cədvəl 66 

 

2000-

ci ildə Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı 

məhsulları üzrə ehtiyatlar və  mənbələri  

 

Məhsulun 

adı 

Ölçmə 


vahidi 

Ehti-


yatla

O cümlədən, mənbələr üzrə 



idxal 

İl ərzində 

öl

kədə 


ilin əv 

vəlinə  



 

 

432 



(cəm

i) 


həc

mi 


xüs. 

çə-


kisi 

istehsal 

olunmuş

du 


olan 

qalıq 


Taxıl  və  taxıl 

məhsulları 

Min 

ton 


2445

,0 


780,

31,9 



1508,9 

155,3 


Ət 

və 


ət 

məhsulları 

Min 

ton 


148,

33,0  22,3 



108,7 

6,6 


Süd  və  süd 

məhsulları 

Min 

ton 


1195

,0 


144,

12,1 



1031,1 

19,5 


Yumurta 

Min 


ton 

626,


81,4  12,9 

542,6 

2,7 


Balıq 

Min 


ton 

22,0 


2,8 

12,7 


19,1 

0,1 


Kartof 

Min 


ton 

770,


49,4  64,1 

469,0 

251,7 


Tərəvəz və bos-

tan məhsulları 

Min 

ton 


1134

,5 


13,3  1,2 

1041,8 


79,4 

Şəkər 


Min 

ton 


81,2 

81,0  100,



0,2 



Bitki yağları 

Min 


ton 

29,4 


13,5  45,9 

11,1 


4,8 

Meyvə və üzüm  Min 

ton 

652 


11,4  1,7 

553,9 


87 

 

 

§ 5. Respublika iqtisadiyyatının bəzi inkişaf prespektivləri 

 

Azərbaycanın  gələcəkdə  daha  sürətlə  inkişaf  etməsi  üçün  çox 



yaxşı  imkanı  vardır.  İnsan  və  təbii  resursları  nisbətən  yaxşı  şəraitdə 

yerləşib.  Ölkənin  yaxşı  savadlanmış  işçi  qüvvəsi  formalaşır.  Kənd 

təsərrüfatı  istər  istehsal  və  istərsə  də  əhalinin  məşğulluq  səviyyəsini 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə