AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə136/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   132   133   134   135   136   137   138   139   ...   144

 

 

413 



olaraq  zəifləyir.  Sənayenin  inkişaf  etdiyi  Bakı  şəhərinin  mərkəzdən 

asılılığı  heç  yoxdur.  Sənayenin  nisbətən  inkişaf  etdiyi  Sumqayıtda  bu 

asılılığın səviyyəsi 46,4%, Gəncədə - 51,8%, Mingəçevirdə 66,8% təşkil 

edir.  Əksinə  səna-yenin  çox  zəif  və  yaxud  da  yox  dərəcəsində  inkişaf 

etdiyi  Qəbələnin  mərkəzdən  asılılığı  90,7,  Daşkəsənin  -  90,2, 

Yardımlının 0 93,5, Xaçmazın - 80,6, Qazaxın - 86,7% və s. təşkil edir. 

Beləliklə,  respublikamıza vahid bir orqanizm kimi baxmaq tələb 

olunur. Bu da özü-

özlüyündə  ayrı-ayrı  ərazi  vahidlərində  baş  verən 

proseslərə  üç  tərəfdən  yanaşmağı  qarşıya  qoyur.  Birincisi,  proseslərin 

obyektivliyi  nəzərə  alınmalıdır.  İkincisi,  proseslərin  qarşılıqlı  əlaqəli 

olması  və  onların  qarşılıqlı  şərtlənməsi  qəbul  olunmalıdır.  Üçüncüsü, 

proseslərin tarixi inkişaf  prosesinin davamlı olması dərk edilməlidir. Bu 

üç  tərəfli  yanaşma  iqtisadi  rayonların  kompleks  inkişafına  səbəb  ola 

bilər,  rayonlarda  özünütəminetmə  prosesini  gücləndirər  və  nəticədə 

dövlət büdcəsinə daxilolmalar çoxalar, büdcə xərcləri isə azalar. Lakin 

burada  əsas  məsələ  rayon  və  şəhər  rəhbərliklərinin  ələbaxımlılıq 

psixologiyasını  dağıtmaq  olmalıdır.  Rayonlarda  istehsalı  inkişaf 

etdirmək  yolu  ilə  sənayenin  ərazi  strukturunun  təkmilləşdirilməsi 

dünyada gedən qloballaşdırma və respublikamızda gedən sabitləşmə və 

inkişaf prosesləri ilə həmahəng baş verməlidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



§ 4. AZƏRBAYCAN RESPUBLİKASININ  KƏND 

TƏSƏRRÜFATI 


 

 

414 



 

 

Bir  ölkə  daxilində  baş  verən  bütün  sosial-iqtisadi, siyasi, sosial-



psixoloji proseslərin əsasını istehsal təşkil edir. İstehsalın zirvəsində isə 

ərzaq  məsələlərinin  həlli  durur.  Əslində  ölkənin  təsərrüfat  sistemi 

fəaliyyətinin  mühüm,  ayrılmaz  hissəsini  ərzaq,  onun  istehsalı, 

bölünməsi,  mübadiləsi  və  istehlakı  təşkil  edir.  Ərzaq  problemi  ölkə 

təsərrüfatı  fəaliyyətinin  həm  subyekti  və  həm  də  obyekti  olan  

insanların,  işçi  qüvvəsinin  həyat  fəaliyyəti  ilə  bilavasitə  bağlı  olan 

problemdir.  Dövlət  səviyyəsində  problemin  bu  şəkildə  qoyulması  və 

həll edilməsi çox vacib məsələdir. Məsələyə bu səpgidən   yanaşdıqda, 

dövləti  idarə  edənlər  istər-istəməz  ərzaq  əldə  etmək  haqqında 

fikirləşməli olurlar və mənbələr axtarırlar. Təcrübə göstərir ki, ərzağın 

əldə  edilməsinin  əsas  mənbəyi  kənd  təsərrüfatıdır.  Ola  bilər  hər  hansı 

bir  dövlət  ərzağı  digər  dövlətlərdən  idxal  etsin.  Lakin  burada  söhbət 

ölkə tələbatının hər hansı bir seqmentinin ödənilməsindən gedə bilər və 

ikincisi,  digər  ölkədən  gətirilən  ərzaq  məhsullarının  da    əsasını  o 

ölkələrin kənd təsərrüfatı təşkil edir. Deməli, söhbət burada beynəlxalq 

ixtisaslaşmadan  gedə  bilər  ki,  bunun  nəticəsində  də  bir  ölkə  digər 

ölkəyə ərzaq məhsulu ixrac edir.  

Kənd təsərrüfatı ölkə əhalisini ərzaqla təmin etməkdə, məşğulluq 

məsələlərini həll etməkdə, xarici iqtisadi əlaqələri və xüsusən də xarici 

ticarəti inkişaf etdirməkdə müstəsna rol oynayır. Əyanilik üçün cədvəl 

57-

nin məlumatlarını oxucunun nəzərinə çatdırırıq. 



 

 

 

 

Cədvəl 57 

 

İl ərzində adambaşına qida məhsullarının istehlakı (kiloqram) 



 


 

 

415 



 

Azərb

aycan 

Qaz

a- 

xısta



Rusi

ya 

Ya

po- 

niy



Gürcü

stan 

A

BŞ 

Alma

niya 

İtal

iya 

 

2000 



1998  1999  199

1997 



19

97 


1998 

199


Ət  və  ət 

məhsulları 

22 


45 

41 


45 

18 


11

88 



80 

Süd 


və 

süd 


məhsul. 

154 


206 

215 


93 

218 


30

442 



280 

Yumurta  

112 

79 


222 

320 


108 

23



226 

220 


Balıq  və 

balıq məh. 

2,7 

3,6 


9,9 

60,


1,4 


10,

15,1 



17,

Şəkər  



16,8 

20 


35 

19,


30 



34 

26.


Bitki yağı 

3,1 

6,8 


9,3 

14,


11,2 


24,

18,3 



254 

Kartof  


47 

60 


117 

102 


45 

57 


77 

39 


Çörək 

məmulatla

rı 

155 


137 

89 


112 

154 


11

78 



126 

Meyvə  və 

giləmeyvə 

61 


70 

105 


60 

60 


10

136 



174 

Tərəvəz 


və  bostan 

məhsulları 

129 

70 


83 

123 


93 

11



90 

214 


 

Hər  bir  insan  ildə  çoxlu  miqdarda  qida  məhsulları  qəbul  etməli 

olur.  Məlumatlardan görünür ki, 2000-ci  ildə  Azərbaycan 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə