AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə134/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   130   131   132   133   134   135   136   137   ...   144

 

 

406 



resurslardan  istifadə  edib  öz  tələbatlarını  ödəmək  arzusu  ilə  konkret 

əraziyə  gəlib  burada  məskunlaşan  ilk  insanlar  sonradan  ərazi  inkişaf 

etdikcə  çoxalır.  Ərazi  əhalisinin  artması  digər  rayonlardan  bura 

gəlmələr hesabına da baş verir. Lakin iqtisadi baxımdan əsas məsələ bu 

deyil.    Söhbət  ərazidə  məskunlaşan  əhalinin  iqtisadiyyatın  hansı 

sferasında,  hansı  iqtisadi  fəaliyyətlə  məşğul  olmasından  getməlidir. 

Məsələn, şəhərlərin salınmasında ilkin şərt ərazinin təbii resurslarından 

səmərəli  istifadə  edilməsi  olsa  da  sonradan    əhalinin  sayı  artdıqca 

xidmət sahələrinin üstün inkişaf etdirilməsi  zərurəti ortaya çıxır. Buna 

görə də hər bir ərazi vahidində fəaliyyət göstərən iqtisadiyyatı iki qrupa 

bölüb  hər  qrupu  ayrıca  öyrənmək  lazımdır.  Birinci  qrupa  istehsal 

sahələri daxildir. Burada söhbət iqtisadiyyatın elə sahələrindən gedir ki, 

bu  sahələrdə  ərazinin  təbii  resurslarından  istifadə  etməklə  cəmiyyətin 

tələbatlarını  ödəyə  bilən  və  yaxud  da  region  üçün  əlavə  mənfəət 

qazanmaq  məqsədilə  qonşu  regionlara,  yaxud  da  lap  xarici  ölkələrə 

ixrac  oluna  bilən  hər  hansı  bir  məhsulun  istehsalı  ilə  məşğul  olan 

sahələrdən  gedir.  Bu  sahələr  elmdə  ərazini  formalaşdıran  sahələr 

adlanır.  Lakin  ərazidə  istehsal  sahələrindən  başqa  müxtəlif  məişət  və 

xidmət sahələri və infrastruktur (nəqliyyat, təmir, təchizat və s.) sahələr 

də fəaliyyət  göstərirlər.  İnfrastruktur sahələr də  iki qrupa - istehsal  və 

sosial infrastruktur bölmələrinə ayrılır. Lakin buna baxmayaraq bunların 

hər  ikisi  regionda  formalaşmış  və  fəaliyyət  göstərən  iqtisadiyyata 

xidmət  göstərir.  Bu  sahələrə  elmdə  əraziyə  xidmət  göstərən  sahələr 

deyilir. 

İqtisadiyyat və onun səmərəliliyi baxımdan insanların məskunlaş-

dıqları  ərazidə  (kənd,  qəsəbə,  şəhər,  rayon)  istehsal  və  xidmət  sahə-

lərinin  nisbəti  məsələsi  böyük  əhəmiyyət  kəsb  edən  məsələdir.  Bu 

sahələr arasında nisbət optimal olmalıdır. Optimallıq isə istehsal sahələ-

ri

nin  mövcudluğu,  onların  intensiv  fəaliyyət  göstərməsi,  rentabelli 



işləməsi  ilə  bilavasitə  şərtlənməlidir.  Məsələyə  bu  xür  yanaşmağın 

səbəbləri  vardır.  İlk  obyektiv  səbəb  ondan  ibarətdir  ki,  əgər  nə  vaxtsa 

insanların  məskunlaşdığı  ərazi  dövlət  və  yerli  hakimiyyət  orqanları 



 

 

407 



tərəfindən  elmi  cəhətdən  idarə  olunmursa,  onda  ərazi  vahidində 

məskunlaşmış  əhalinin  istehsal  sahələrində  çalışan  hissəsi  (xüsusi 

çəkisi)  getdikcə  azalır  və  əksinə,  xidmət  sahələrində  çalışanların  sayı 

çoxalır.  Belə  mənfi  prosesin  baş  verməsinin  müxtəlif  səbəbləri  vardır. 

Onların içərisində sənaye istehsalının ərazi üzrə düzgün təşkili məsələsi 

həlledici  amil  ola  bilər.  Belə  fikir  söyləməyin  obyektiv  əsası  vardır. 

Məsələ  burasındadır  ki,  ərazi  vahidləri    meydana  gələndə  və  ondan 

sonrakı  ilk  dövrlərdə  onlarda  formalaşn  əraziəmələgətirmə  və  əraziyə 

xidmət  sferaları  arasında  nisbət  bir  qayda  olaraq  istehsal  sferasının 

üstünlüyü ilə səciyyələnir. Sonradan prosesin düzgün idarə edilməməsi 

nəticəsində tarazlıq pozulur və səmərəlilik azalır. Bu prosesə mənfi təsir 

göstərən  amillərdən  başlıcası  sənayenin  ölkə  ərazisində  düzgün 

yerləşdirilməməsidir.  Məsələn,  fəaliyyət  göstərən  ərazi  vahidinin 

yanında və yaxud da ondan uzaqda iri bir sənaye müəssisəsi tikildikdə, 

konkret ərazinin özündə sənaye müəssisələri tam gücü ilə və yaxud da 

heç  işləmədikdə,  bir  ərazi  vahidi  digərinə  nisbətən  sürətlə  inkişaf 

e

tdikdə,  urbanizasiya  prosesləri  gücləndikdə  və  qabağı  alınmadıqda 



əhalinin bir rayondan digərinə miqrasiyası prosesi güclənir. Bir müddət 

keçdikdən  sonra  isə  ölkə  ərazisinin  bir  tərəfində  iqtisadi  fəaliyyət 

zəifləyir,  digərində  güclənir  və  yaxud  da  indiki  dövr  kimi,  hər  yerdə 

istehsal prosesi zəifləyir. Belə olan halda  əhali arasında işsizlik yayılır 

və əhali axını nisbətən iş yeri olan ərazilərə tərəf istiqamət götürür. Bu 

cür hal əhalinin gəldiyi rayonlarda da vəziyyəti gərginləşdirir. Gələnlə-

rin ç

oxu iş tapa bilmədiklərindən şəhərdə qeyri-istehsal sahələrində fəa-



liyyət göstərməyə və yaxud da  xırda alverlə məşğul olmağa başlayırlar. 

Konkret  bir  şəxsin  iş  tapıb-tapmamasından  asılı  omayaraq  əhalinin 

gəldiyi ərazi vahidində məskunlaşmaların sayı artır və həmin  ərazinin 

istehsal  və  xidmət  sferaları  arasında  nisbət  əraziyə  xidmət  sahələrinin 

xeyrinə, bütövlükdə isə iqtisadiyyatın ziyanına dəyişir.  

İqtisadi  cəhətdən  fəal  əhalinin  çox  hissəsi  Bakı  və  Abşeron 

yarımadasına cəmlənmişdir. Onların da çoxu işlə təmin edilməmişdir və 

hərə bir cür dolanır, xırda alverlə məşğul olurlar. Bazarlar da, küçələr 




 

 

408 



də, meydançalar da, yarmarkalar da adamla doludur. Onlar bir-birilərinə 

xidmət  göstərməklə  məş-ğul  olurlar.  Şəhər  əmələgətirən  sahələrin 

sümük və əzələləri olan sənaye müəssisələrinin çoxu isə ya işləmir, ya 

da layihə güclərindən çox aşağı rejimdə fəaliyyət göstərirlər. Bakıda və 

onun  ətrafında  əhalinin  sıxlığı  artıb,  şəhər  əhalisinin  sayına  görə 

ekstensiv  olaraq  böyüyüb,  nəqliyyat  xidməti  gərginləşib,  avtobus 

marşrutlarının  sayı  iləbil  artır  və  yenə  də  azlıq  edir.    İndi    hər  gün 

şəhərdaxili  sərnişin  daşıması  prosesini  digər  nəqliyyat  növlərindən 

başqa  2650  avtobusun  həyata  keçirməsini  göstərmək  kifayətdir. 

Müqayisə  üçün  qeyd  edək  ki,  1985-90-cı  illərdə  Bakıda  avtobus 

marşrutlarının  sayı  iki  və  üç  rəqəmli  ədədlərlə  göstərilirdi.  Şəhərdə 

avtobus və digər minik maşınlarının artmasının səbəblərindən başlıcası 

respublikanın  digər  bölgələrində  iş  yerlərinin  olmaması  üzündən 

əhalinin  Bakıya  kütləvi  axınıdır.  Belə  bir  şərait  Bakı  kimi  bir  şəhəri 

zərərlə  işləmək  təhlükəsi  qarşısında  qoyub.  Təxmini  hesablamalar 

göstərir  ki,  Bakıda  məskunlaşmış  iqtisadi  fəal  əhalinin  çox  hissəsi 

xidmət  sahəsində  fəaliyyət  göstərirlər,  yaxud  da  küçə  alveri  iə 

məşğuldurlar. 

Sənayenin  ərazi  üzrə  təşkilinin  təkmilləşdirilməsi  bir  sıra 

istiqamətlərdə  aparılmalıdır.  Təkmilləşdirmə  əhatə  dairəsinə  görə 

fərqləndirilməli və konkret məsələyə həsr edilmiş məqsədli proqramlar 

işlənib hazırlanmalıdır. Əhatə miqyasına görə sənayenin ərazi təşkilinin 

təkmilləşdirilməsi iri şəhərlər miqyasında, rayonlar miqyasında, iqtisadi 

zonalar miqyasında və bütövlükdə respublika miqyasında aparılmalıdır. 

Əhatə dairəsinə görə təkmilləşdirmədə qarşıya qoyulan məqsəd müxtəlif 

ola  bilər.  Məsələn,  iri  şəhərlər  miqyasında  təkmilləşdirmə  sosial, 

iqtisadi  və  sosial-iqtisad  yönlü  ola  bilər.  Əgər  sənayenin  şəhər 

miqyasında ərazi cəhətdən təkmilləşdirilməsi sosial yönümlüdürsə onda 

müəssisələrin  yerləşdirilməsi  əhalinin  sıx  yaşadığı  məntəqələrə  yaxın 

yerdə,  güclü  ekoloji  çirklənmə  yaratmayan  yeni,  lakin  çox  da  böyük 

olmayan,  qabaqcıl  texniki  və  texnoloji  nailiyyətlərə  əsaslanan 

müəssisələr yaradılmalıdır. Bu imkan verər ki, əhalinin daha çox hissəsi 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə