AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə142/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   136   137   138   139   140   141   142   143   144

 

 

433 



yüksəltmək  baxımından  iqtisadiyyatın  mühüm  sektoru  kimi 

qalmaqdadır. Bu sahənin daxili imkanlarından hələlik lazımi səviyyədə 

istifadə  edilmir.  Təbii  şərait,  tələb  olunan  torpaq  sahələrinin  olması 

imkan  verir  ki,  kənd  təsərrüfatı  xammalı    bazasında  müxtəlif  sənaye 

məhsulları  istehsal  edilsin  və  həm  daxili,  həm  də  xarici  bazara 

çıxarılsın.  Məhsulların  diversifikasiyası  imkanları  da  böyükdür. 

Məsələyə  yaradıcılıqla  yanaşılarsa  üzümdən,  pomidordan,  kartofdan, 

alma və armuddan, ətdən, süddən, qozdan-fındıqdan, texniki bitkilərdən 

və  s.  kənd  təsərrüfatı  məhsullarından  müxtəlif  orijinal  məhsullar 

hazırlayıb daxili və dünya bazarına çıxmaq olar. Ən önəmlisi budur ki, 

əhali üçün yeni iş yerləri yaradılar, dövlətin büdcəsinə isə çoxlu əlavə 

vəsait daxil olar.  

Azərbaycan Respublikasının təbii resursları və xüsusən xam neft 

və  qaz  resursları  vardır.  Mütəxəssislərin  fikrincə,  ölkədə  neft  və  qaz 

ehtiyatları  çoxdur  və  təxminən  90-100  ilə  çatar.  XXI  əsrdə 

Azərbaycanın  dünyada  neftlə  zəngin  olan  15  ölkəsi  sırasına  daxil 

olacağını söyləyənlərin sayı artır. Baxmayaraq ki, 1990- cı illərdə neft 

hasilatı azaldı, orta və uzaq perspektivdə onun çox sürətlə artacağı, 15-

20  il  ərzində  hasilatın  35-40 milyon  ton  təşkil  edəcəyi  gözlənilir. 

İqtisadi geriliyin 1996-cı ildə dayandırıldığını (əsasən neftin hesabına) 

nəzər      salıb,  Beynəlxalq  Bankın  hesablamalarına  görə  2003-  cü  ildə 

respublikanın Ümumi Daxili Məhsulu 20 % arta bilər. Lakin istehlakın 

həcmi  çox  yavaş  sürətlə  artacaq.  Bunun  iki  səbəbini  göstərmək  olar: 

investisiya  normasının  yüksək  olmasını  və  alınan  kreditlərə  görə 

faizlərin ödənilməsini. 

Buna  baxmayaraq  əhalinin  hər  nəfərinə  düşən  istehlakın 

miqdarının 2003-cü ildə 1996-cı ilə görə 40-45 faiz artacağı gözlənilir. 

Lakin  tədiyə  balansının  yumşaldılması  və  büdcə  məhdudiyyətlərinin 

azaldılması  baxımından  neft  kontraktlarından  gözlənilən  xeyir  özünü 

2004-2005-

ci illərə qədər tam    göstərə bilməyəcək. Təxminən 2005- ci 

ildə  neft  hasilatı  istehsalının  nəzərdə  tutulan  sosial-iqtisadi  səmərəsi 

hərtərəfli  özünü  göstərə  biləcək.  İqtisadiyyatın  ciddi  struktur 



 

 

434 



dəyişikliklərə  məruz  qalacağı  dövrdə  isə  Azərbaycanda  resurs 

çatışmazlığı həmişə hiss oluna bilər. Müasir dövrdə və yaranmış sosial-

iqtisadi  şəraitdə  ölkənin  neft  imkanlarını  şişirtmək,  onu  bütün 

problemlərinin həlli vasitəsi kimi qiymətləndirmək iqtisadi inkişaf üçün 

çox qorxuludur. Dünya ölkələrinin təcrübəsi sübut etmişdir ki, nefti və 

ya digər təbii resursu xammal şəklində ixrac edən ölkələrin əksəriyyəti 

sonda  gözlənilən  nəticəni  əldə  edə  bilmirlər.  Məsələ  burasındadır  ki, 

neftin  ixracı  nəticəsində  ölkəyə  daxil  olan  xarici  valyutanın  özu  ciddi 

iqtisadi  və  sosial  problemlərin  meydana  çıxması  mənbəyinə  çevrilə 

bilir. Bu o zaman baş verir ki, nə vaxt ölkə neftdən əldə etdiyi mənfəəti 

xaricdən alınan real resurslara çevirir. Və sonra onlardan investisiya və 

istehlak üçün istifadə edir. Birbaşa istehlaka gedən xaricdən gətirilmiş 

çox  işlənən  ərzaq  və  sənaye  məhsulları  aydın  məsələdir  ki,  ən  yaxşı 

halda cari 

tələbatı ödəyir və iqtisadiyyatın gələcəkdə inkişaf etdirilməsi 

üçün  heç  bir  zəmin  hazırlamır.  İnvestisiya  üçün  ayrılan  vəsait  bundan 

fərqli olaraq daha səmərəli görünür. Lakin  sonda bu istənilən nəticəni 

vermir.  Ona  görə  ki,  investisiyadan  istifadə  edib,  istifadəyə  verilən 

müəssisələrin  məhsulları  əksər  halda  istər  daxili,  istərsə  də  xarici 

bazarlardakı çox qızğın rəqabətə davam gətirə bilmirlər. Başlıca səbəb 

yenə də odur ki, xam neftin satışından əldə edilən vəsait hesabına daxili 

bazar müxtəlif çeşidli, yaxşı keyfiyyətli və hətta ucuz ərzaq və sənaye 

malları ilə doldurula bilər. Buna görə də çalışmaq lazımdır ki, dünyanın 

bir  neçə  xam  neft  ixrac  edən  ölkələrində  baş  verən  xoşagəlməz  hallar 

Azərbaycanda da baş verməsin. Bu xoşagəlməz halın mahiyyəti ondadır 

ki, neftdən daxil olan mənfəətin ilbəil artması ölkələrin sənaye və kənd 

təsərrüfatı  bölmələrində  istehsalın  geriliyinə  və  ən  yaxşı  halda  isə 

stoqnasiya 

vəziyyətinə düşməsinə gətirib çıxarır. Belə hal isə bir qayda 

olaraq  ölkədə  sosial  və  iqtisadi  gərginliklərin  meydana  çıxması  üçün 

yeni mənbə yaratmış olur. Hesab edirik ki, belə hallar Azərbaycanda baş 

verməyəcək.  Bu  sahədə  elmtutumlu  məqsədli  proqramlar  işlənib 

hazırlanmalıdır. 



 

 

435 



Bəs  nə  etmək  lazımdır  ki,  neftdən  əldə  edilən  mənfəət  (neft 

dolları) hətta uzunmüddətli perspektivdə cəmiyyətə xeyir gətirsin? 

Bunun  üçün  ilk  növbədə  iqtisadiyyatın  qeyri-neft  bölmələrində 

prioritet sahələr təyin edilməli və onların inkişaf etdirilməsini nəzərdə 

tutan  məqsədli  proqramlar  tərtib  edilməlidir.  Əsas  güc  mərkəzi  kimi 

fikir yüngül və yeyinti sənaye müəssisələri üçün elmi-texniki tərəqqinin 

son  nailiyyətlərini  özündə  əks  etdirən  texnika  və  texnologiyaların 

alınmasına  verilməlidir.  Burada  maliyyə  mənbəyi  kimi  neftdən  alınan 

gəlirdən istifadə edilməsi istənilən nəticələr verə bilər. Sənayenin digər 

sahələrini  də  məsələn,metallurgiyanı,  maşınqayırmanı,  kimya  sahəsini 

və s. bu yolla dirçəltmək və onları yeni texnika və texnologiya ilə təsis 

etmək  lazımdır.  Yəni  çalışmaq  lazımdır  ki,  neft  mənfəəti  istehlak 

səmərəsi  verən  maliyyə  mənbəyindən  istehsal  səmərəsi  verən  maliyyə 

mənbəyinə  çevrilsin.  Bu  yolla  əldə  edilən  istehsal  sahələri  cəmiyyətin 

üzvlərini iş yerləri ilə təmin edər, büdcəyə samballı vəsait gətirər, tikilən 

müəssisələr  isə  neft  dollarından  gələcək  nəsillərə  yadigar  kimi qalar. 

Neftdən alınan gəlirin səmərəliliyini neft bölməsinin özündə də artırmaq 

olar. Bunun üçün:     

Birincisi,  neft  emalı  zavodlarından  tam  istifadə  etmək  lazımdır. 

Məlumdur ki, hələ keçmiş SSRİ  dövründə respublikamızda 20 milyon 

ton neftdən də çox xam neft emal edə bilən zavodlar tikilmişdi. Bu gün 

onların gücündən az istifadə edilir. Bir səbəb də emal etmək üçün xam 

neftin  olmamasıdır.  Digər  səbəb  də  var.  Texnoloji  avadanlıqların 

modernləşdirilməsi və  yaxud da  yeniləşməsi zərurəti ortaya çıxıb. Hər 

iki  halda  tələb  olunan  vəsaiti  neft  dolları  hesabına  əldə  etmək  olar. 

Məsələ  bu  şəkildə  həll  edilərsə,  biz  eyni  zamanda  xarici  investorların 

diqqətini  iqtisadiyyatın  qeyri-neft  və  neft  emalı  sahələrinə  cəlb  etmiş 

olarıq.  Bu  yolla  minlərlə  iş  yerləri  yaranar  və  ölkənin  iqtisadiyyatı 

güclənmiş olar. Həm dövlət və həm də əhali istehsaldan varlanar. 

İkincisi  isə  respublikanın  öz  gücü  ilə  çıxardığı  neftin  həcmini 

artırmaq lazımdır. 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə