AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə143/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   136   137   138   139   140   141   142   143   144

 

 

436 



Neft  alınan  gəlirdən  istifadə  edilməsinə  yaradıcı  münasibət 

bəslənilməsinin  zəruriliyi  Birləşmiş  Millətlər  Təşkilati  və  Beynəlxalq 

Bankın təşkil etdikləri tədqiqatların nəticələri də sübut etmişdir. 1970-

1989- 


cu illəri əhatə edən tədqiqat işi ümumilikdə 97 ölkəni əhatə etmiş 

və aydın olmuşdur ki, təbii resurslar ixrac edən ölkələrin sosial-iqtisadi 

inkişafı,  belə  resursları  olmayan  ölkələrlə  müqayisədə  daha  zəif 

olmuşdur.  Xam  neft  ixracından  əldə  olunan  mənfəətin  xərclənməsi 

məsələsinin aktuallığını bir cəhət də artırır. Bu da ABŞ dolları ilə milli 

valyutanın (manatın) məzənnəsidir. Məsələ burasındadır ki, xam neftin 

ixracının ilbəil artması ilə paralel olaraq  xarici valyutanın ölkəyə axını 

da  güclənir.  Bunun  nəticəsində  milli  valyutanın  (manatın)  real 

məzənnəsi  də  istər-istəməz  aşağı  düşür  (müxtəlif  illərdə  söhbət  ancaq 

aşağı  düşmənin  səviyyəsindən  gedə  bilər).  Manatın  real  dəyişilmə 

məzənnəsinin  aşağı  olması  o  deməkdir  ki,  dolların  manatla  qiyməti 

malların ümumi qiymətinə nisbətən az qalxar, ya heç qalxmır, ya da ki, 

hətta aşağı düşər. Nəticədə müəyyən məbləğdə dollar əldə etmək üçün 

nisbətən daha az miqdarda manat tələb olunur. Düzdür, ilk baxışda bu 

yaxşı təsir bağışlayır.  Lakin məsələyə dərindən  yanaşdıqda  görərik ki, 

bu  hal  milli  məhsulların  həm  daxili,  həm  də  xarici  bazarlarda  rəqabət 

dözümlülüyünə güclü mənfi təsir edir. Ona görə manatın məzənnəsinin 

süni  yolla  aşağı  səviy-yədə  saxlanılması  idxal  mallarının  milli  pulla 

qiymətini  aşağı  salacaq.  İstehlakçılar  da  daha  ucuz  qiymətli  əmtəələri 

almağa  başlayacaqlar.  İtirən  isə  ölkə  sahibkarları  olacaq.  Xarici 

firmalara  nisbətən  çətin  şəraitdə  fəaliyyət  göstərən  yerli  kiçik  və  orta 

sahibkarların vəziyyəti öz məhsullarını çətinliklə satdıqlarına (və yaxud 

heç  sata  bilmədiklərinə)  görə  bir  az  da  çətinləşəcəkdir.  Çünki  onlar 

istehsal etdikləri məhsulları maya dəyərindən aşağı sata bilməzlər. Belə 

hal  ixracın  da  həcmini  nəzərə  çarpacaq  dərəcədə  azalda  bilər.  Neft 

satışından  əldə  edilən  mənfəətin  xərclənməsi  məsələsinə  yaradıcı 

münasibət  bəslənməsə  Dünya  Bankının  hesablamalarına  görə  ümumi 

ixracın  həcmi  2003-  ci  ildən  sonra  azala  bilər.  Neft  dollarının 

xərclənməsi ilə bağlı göstərdiyimiz mənfi halların iqtisadiyyata təsirini 



 

 

437 



azalmaq  üçün  bir  səmərəli  yol  varsa  o  da  pulların  çox  hissəsini 

iqtisadiyyatın perspektivli qeyri-neft və neft emalı sahələrinə yönəltmək 

və  bu  yolla  da  yeni  və  müasir  iş  yerləri  yaratmaqdır.  Süni    idarəetmə 

yolu  ilə  manatın  dollara  nisbətən  məzənnəsinin  tənzimləndirilməsi  isə 

ölkə  sahibkarlarının  nisbətən  xeyrinə    olsa  da  sonda  əhalinin  yaşayış 

səviyyəsinə mənfi təsir göstərir. 

Gələcək  dövrlərdə  Azərbaycan  Respublikasının  sənayesi  sürətlə 

inkişaf  edə  bilər.  Bu  nəticəni  çıxarmağa  ölkənin  malik  olduğu  ilkin 

şərtlər  və  kifayət  miqdarda  olan  təbii  resurslar  imkan  verir.  Təbii 

məhdudiyyət  rolunu  isə  ancaq  suyun  nisbətən  az  olması  və  quru 

yanacağın  olmaması  oynayır.  Təbii  şərtlərə  və  resurslara  bir  neçə 

aspektdə  yenidən  baxıla  bilər.  Yenidən  öyrənməkdə  məqsəd  yaxın 

gələcəkdə  sənayeni  istehsal  və  ərazi  cəhətdən  optimal  inkişaf 

etdirməkdir. İlk növbədə təbii resursların sənaye üçün istifadə edilməsi 

mümkünlüyü  öyrənilməlidir.  Resursların  çox  kompanentliliyi  aşkar 

edilməli  və  onların  kompleks  emal  edilməsi  imkanları  ortaya 

çıxarılmalıdır.  Sənayenin  səmərəli  strukturunu  formalaşdırmaq  üçün 

vacib sayılan məsələ təbii resursların və təbii şəraitin hansı istiqamətdə 

dəyişəcəklərini  qabaqcadan  təyin  etməyə  çalışmaq  lazımdır.  Bu  ilk 

növbədə  sənayenin  mütərəqqi  strukturunu  formalaşdırmaq  üçün  vacib 

məsələdir. Ən başlıca məsələlərdən biri sənayeni ərazi üzrə təşkil edən 

amil  və  şərtləri  öyrənərkən  ölkənin  sərancamında  olan  bütün  növ 

resursların  həcminin  təyin  edilməsi  və  onlardan  istifadə  edilməsi 

imkanlarını araşdırmaqdır. Sənaye üç istiqamətdə inkişaf etdirilməlidir.  



Birinci  istiqamətin  göstəricisi  sənayenin  ümumi  məhsulunun 

müqayisəli  qiymətlərlə  həcmi  ola  bilər.  Yəni  hansı  yolla  olursa-olsun, 

sənayenin  ümumi  məhsulunun  həcmi  artırılır.  İkinci  istiqamət 

sənayenin  sahə  strukturunun  təkmilləşdirilməsini  nəzərdə  tutur  və  bu 

sahədə həyata keçirilən tədbirlərin nəticəsinə qiymət vermək üçün sahə 

strukturunu xarakterizə edən sistem göstəricilərdən istifadə olunmalıdır. 

Sənayedə  fəaliyyət  göstərən  sahələrin  sayı,  tərkibi,  onların  arasında 

formalaşmış nisbətlər, sahələrdə buraxılan məhsulların nomenklaturası, 




 

 

438 



çeşidi,  rəqabət  xarakteristikaları  və  s.  bu  kimi  göstəricilər  belə 

göstəricilərdəndir. Sənayenin sahə strukturunun inkişaf etdirilməsi təbii 

resurslardan    tam  və  səmərəli  istifadə  edilməsinə  əsaslanmalıdır. 

Üçüncü istiqamət sənayenin  ərazi üzrə strukturunun  yaxşılaşdırılması 

olmalıdır.  

Əlbəttə,  üç    istiqamətin  üçü  də  bir-biri  ilə  qarşılıqlı  bağlı  olan 

məsələlərdir.  Lakin  üçüncü  istiqamətin  öz  xüsusiyyətləri  vardır  və 

ölkənin sosial-iqtisadi tərəqqisinə təsir etməsi baxımından digər inkişaf 

istiqamətlərindən fərqlənir. Sənayenin ərazi üzrə təkmilləşdirilməsi bir 

neçə  istiqamətdə  ölkə  üçün  səmərəli  ola  bilər:  yeni  iş  yerləri  yaranar, 

əhalinin ölkə daxili miqrasiyası zəifləyər, əhalinin yaşayış tərzi dəyişər, 

sosial  mühit  sağlamlaşar.  Lakin  bazar  iqtisadiyyatı  şəraitində  əsas 

məsələ  vətənimizdə  sahibkarlar  ordusunu  yaratmaq  olmalıdır.  Bu 

məsələ də təbii resursdan istifadə edilməsinə əsaslanan iqtisadi siyasətin 

həyata keçirilməsini, ayrı-ayrı bölgələrin kompleks inkişafını tələb edir. 

Bunun  üçün  bütün  resurslar  ayrıca  və  kompleks  şəkildə  iqtisadi 

cəhətdən qiymətləndirilməlidir.  

Azərbaycan Respublikasında sənayeni və xüsusən də onun neftlə 

əlaqədar  olmayan  sahələrini  gələcəkdə  inkişaf  etdirmək  üçün  təbii 

zəminləri vardır. Bunlardan biri respublikanın münasib relyef şəraitinə 

mənsub olması (ərazinin 60 %-i dağlıq sahələr olsa da sənayeni inkişaf 

etdirmək  üçün  relyef  şəraiti  vardır)  və  digəri    kifayət  qədər  yanacaq-

enerji və mineral-xammal resurslarının olmasıdır. 

Ümumi  şəkildə  geoloji  cəhətdən  öyrənilmiş  bir  sıra  faydalı 

qazıntılar  vardır.  Bunlardan  filiz  mənşəli  faydalı  qazıntıları  (dəmir, 

xrom, mis, qu

rğuşun, kobalt, alüminium, qızıl, gümüş və s.) qeyri-filiz 

faydalı qazıntıları (neft, qaz, kömür, torf, daşduz, mineral rənglər, sular, 

kükürd kolçedanı, əhəng, kvars qumu və s.) nadir elementləri, mineral 

suları (hidrokarbonlu, hidrokarbon xloridli, hidrokarbon- xlorid- sulfat) 

və s. göstərmək olar.  

Münasib  ərazinin  və  təbii  şəraitin  olması  da  sənayenin  emal 

sahələrinin inkişafı üçün yaxşı imkan yaradır.  




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə