AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə133/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   129   130   131   132   133   134   135   136   ...   144

 

 

403 



kooperasiyalaşdırılması  məsələlərinin  həllində  ön  planda  durur.  Ona 

görə ki, yalnız bu prinsiplərə əməl olunması sonda istənilən nəticəyə - 

ölkənin  bütün  ərazi  vahidlərində  məhsuldar  qüvvələrin  inkişafı  üçün 

münasib  şəraitin  yaradılmasına  -  müəyyən  mənada  əldə  edilməsinə 

gətirib  çıxarır.  Məhz  bu  prinsiplərə  həyatda  dönmədən  əməl  olunması 

əhalinin  ölkə  ərazisində  qeyri-proporsional  yerləşməsi  prosesinin 

güclənməməsinə  səbəb  ola  bilər.  Əks  halda  iqtisadiyyata  güclü  mənfi 

təsir  edə  bilən  mühit  yaranır.  Belə  bir  mühitin  yaranması  Azərbaycan  

Respublikasında  əyani  şəkildə    görünür.  Sənaye  potensialının  əsas 

hissəsinin  Bakı  və  ona  yaxın  ərazilərdə  yerləşdirilməsi  əhalinin bura 

axınını  gücləndirir.  Nəticədə  həm  Bakı  və  onun  ətrafında  və  həm  də 

ölkənin  digər  rayonlarında  xroniki  işsizliyin  meydana  gəlməsi  baş 

vermişdir. 

Sənayenin  ərazi  üzrə  təşkilinə  olan  tələblərin  artması  bilavasitə 

ölkəmizdə  baş  verən  dəyişikliklərlə  əlaqədardır.  Bazar  iqtisadiyyatına 

keçid,  mərkəzləşdirilmiş  planlaşdırmanın  zəifləməsi,  sahibkarlığın 

inkişaf  etdirilməsi,  yeni-yeni bazar qanunlarının  qəbul  edilməsi, 

rəqabətin  güclənməsi,  obyektiv  iqtisadi  qanunlara  maksimum  əməl 

edilməsi  zəruriliyinin güclənməsi,  iqtisadiyyatın  inkişaf  sürətinin 

artırılması  məsələləri  ərazi  vahidlərində  cəmlənmiş  material-enerji  və 

insan resurslarından istifadə səviyyəsini yüksəltməyi ən aktual problem 

kimi qarşıya qoyur. Bütün bunlar dövlət idarəetmə orqanları və xüsusən 

də  İqtisadi  İnkişaf Nazirliyinin qarşısında çox məsul və eyni zamanda 

asan olmayan məsələlərin həllini qoyur. Bu məsələlərə birinci növbədə 

respublika  sənayesinin  tam  və  səmərəli  bir  orqanizm  kimi  inkişafını 

təmin edə bilən və konkret ərazi vahidinə məxsus olan təbii və iqtisadi 

amil və şərtləri obyektiv olaraq ortaya çıxarmaq, ərazinin sosial-iqtisadi 

inkişaf  modelini  formalaşdırmaq,  yerli  maddi-enerji  və  insan 

resurslarından  səmərəli  istifadə  edilməsi    ilə  əlaqədar  olaraq  ərazi 

vahidlərinin inkişafını təmin edə bilən yolları ortaya çıxarmaq daxildir. 

Respublika  iqtisadiyyatında  1990-1995-ci  illərdə  baş  vermiş 

gerilik  və  1996-cı  ildən  sonra  gerigetmə  prosesinin  dayandırılması 




 

 

404 



nəzərə  alınmalıdır.  Hazırda  respublika  sənayesində    baş  verən  və  ilk 

növbədə  neft  hasilatının  artırılması  ilə  əlaqədar  olan  müsbət 

dəyişikliklərin  dönməzliyini  təmin  etmək  üçün  və  digər  tərəfdən 

iqtisadiyyatımızın neft hasilatının və xam neft ixrac etməkdən asılılığını 

azaltmaq  üçün  sənaye  qov-şaqlarının  ərazi    cəhətdən  təhlilini  

gücləndirməli,  konkret  ərazi    vahidində  mövcud  sənayenin      fəaliyyət   

səviyyəsi  təyin  edilmə-     li, ərazilər üzrə mövcud sənaye obyektləri və 

işləməyən müəssisələrin sayı aydınlaşdırılmalı və onun səbəbləri ortaya 

çıxarılmalıdır. Ərazilərin hansı konkret məhsul istehsal etməsi sahəsində 

ixtisaslaşa  bilməsi  bu  sahədə  aparılan  araşdırmaların  əsasını  təşkil 

etməlidir.  Ərazi  vahidlərində  sənayenin  inkişaf  səviyyəsi  öyrənilərkən 

və 


ayrı-ayrı 

sənaye 


istehsallarının 

inkişaf 


perspektivləri 

aydınlaşdırılarkən paralel olaraq aqrar sənaye komplekslərinin vəziyyəti 

də  öyrənilməli  və  münasib  nəticələr  çıxarılmalıdır.  Məsələlərin  bu 

istiqamətdə həll edilməsi yeni  iş yerlərinin yaradılması və əldə olan iş 

yerlərindən  daha  səmərəli  istifadə  olunmasına  səbəb  olar  və  ərazilərin 

bazar  iqtisadiyyatına  uyğun  inkişaf  istiqamət  götürülməsinə  gətirib 

çıxarar. 

Sənayenin  ərazi  üzrə  təşkilinin  yaxşılaşdırılması  bazar 

iqtisadiyyatı  şəraitində  nə  dərəcədə  zəruridirsə,  o  dərəcədə  də  bunun 

üçün imkanlar vardır. Burada müxtəlif təbii resursların,  iqtisadi şəraitin 

və Azərbaycan Respublikasının əlverişli coğrafi-nəqliyyat mövqeyində 

olmasından  gedir.  Bu  imkanlardan  və  şəraitdən  səmərəli  istifadə 

edilməsi  nəticəsində  ərazi  vahidlərinin  hamısında  münasib  istehsallar 

formalaşdırmaq mümkün olar. Nəticədə ölkənin mənsub olduğu maddi-

enerji təbii və insan  resurslarından səmərəli istifadə olunmasının əsası 

qoyular.  Bu cür mühakimə yürütməyin obyektiv əsası sənayenin hazırkı 

vəziyyətidir. Bu vəziyyətin xarakterik cəhəti odur ki, geniş imkanların 

olmasına baxmayaraq sənaye məhsulunun 2000-ci ildəki həcmi 1990-cı 

ildə  istehsal  etdiyimiz  ümumi  məhsulun  həcminin  haradasa  62-65 

faizini  təşkil  edir.  Bu  o  deməkdir  ki,  bu  gün  respublikamız  1990-cı 

ildəkindən  35  faiz  az  məhsul  istehsal  edir. Yada salsaq ki, istehsal 



 

 

405 



edilən  sənaye  məhsulunun  65%-dən  çoxu  (2000-ci il) yanacaq 

sənayesinin  payına  düşür,    onda  qeyri-neft  sənayesinin  nə  vəziyyətdə 

olması aydın görünər. 

Sənayenin  qeyri-neft  sahələrinin  inkişafı  bazar  iqtisadiyyatı 

yaratdığımız  indiki  şəraitdə  Azərbaycanın  sosial-iqtisadi  inkişafının 

dönməzliyini təmin etmək üçün ən başlıca məsələdir. Tədqiqat göstərdi 

ki,  bu  məsələnin  həlli,  sənayenin  ərazi  üzrə  təşkilini  kökündən 

yaxşılaşdırmadan  mümkün  ola  bilməz.  Bakı  və    onun  ətrafındakı 

yaşayış  yerlərində  kifayət  qədər  işləyən  və  gələcəkdə  işə  salınması 

mümkün olan işləməyən müəssisələr vardır.  O da faktdır ki, elə Bakı və 

onun  ətrafında  bu  gün  minlərlə  işsizlər  ordusu  vardır.  Lakin  bu  qədər 

işsizin olması heç də o demək deyildir ki, Bakı və onun ətrafında sənaye 

müəssisələri  azdır.  Bunun  başlıca  səbəbi  respublikanın  rayonlarında 

sənayenin  çox  zəif  inkişaf  etməsi,  tikilmiş müəssisələrin  isə  tam  gücü 

ilə  işləməməsidir.  Öz  rayonlarında,  qəsəbələrində  iş  yeri  tapmayan  iş 

axtaran  məcbur olub Bakıya  üz  tutur.  Deməli,  istehsalın  ərazi  üzrə 

təkmilləşdirilməsi  eyni  səviyyədə  Bakı  və  onun  ətraf  kənd  və 

qəsəbələrində artıq əhalinin toplanması prosesini dayandırmaq üçün də 

zəruridir. 

Sənayenin  ərazi  üzrə  düzgün  yerləşdirilməməsi  nəticəsində  ölkə 

iq

tisadiyyatına  güclü  ziyan  dəyir.  Dəyən  ziyanın  xarakteri,  ölçüsü, 



müddəti  müxtəlif  amil  və  şərtlərdən  asılı  olur.  İqtisadiyyatı  inkişaf 

etdirmək  baxımından  ölkəyə  dəyən  ziyan  qruplaşdırılmalıdır.  Ölkənin 

bir  nöqtəsindən  (rayonundan)  digər  nöqtəsinə  insan  axını  öz  minimal 

həddini  aşdıqda  və  proses  xroniki  xəstəlik  şəkli  aldıqda  iqtisadiyyata 

dəyən  ziyanlar  ayrıca  qrup  şəklində  öyrənilməlidir.  Ərazi  cəhətdən 

sənayenin  birtərəfli  yerləşdirilməsi  nəticəsində  ölkəyə  dəyən  ziyanın 

meydana  çıxması  mexanizminə  nəzər  salaq.  Bunun  üçün  ilk  növbədə 

yada salaq ki, tarixi baxımdan insanın məskunlaşdığı yer (qəsəbə, kənd, 

rayon)  müəyyən  ilkin  xüsusiyyətlərinə  görə  insanların  orada 

toplanmasına  və  fəaliyyət  göstərməsinə  səbəb  olur.  İlkin  şərt  rolunu 

həmişə insanların məskunlaşacağı ərazinin təbii resursları oynayır. Təbii 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə