AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə129/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   125   126   127   128   129   130   131   132   ...   144

 

 

391 



Kassa aparat

ları 


ədəd  - 

3643  2248 



987 

Qaz piltələri 

min 

ədəd 


45  4,4 

0,4 


0,66

0,86 



 

Digər  ölkələrdə  olduğu  kimi  Azərbaycan  Respublikasında  da 

ÜDM-

nun tərkibində sənaye mühüm yer tutmalıdır. Məlum olduğu kimi 



1991-

ci  ildə  müstəqillik  qazanmış  və  bazar  iqtisadiyyatı  istiqamətində 

ilk  addımlarını  atan  respublika  böyük  iqtisadi  və  siyasi  çətinliklərlə 

qarşılaşmış  və  bu  da  ölkənin  ÜDM-nun  həcminə  və  strukturuna  öz 

təsirini  göstərmişdir.  Bazar  münasibətlərinə  keçid  plan  iqtisadiyyatı 

üçün  nəzərdə  tutulmuş  idarəetmə  və  stimullaşdırma  mexanizmlərinin 

saxlanılması və yaxud da pozularaq yenisinin yaradılması şəraitində baş 

vermiş və nəticədə 1990-cı illərin əvvəllərindən 1995-ci ilə qədər ölkə 

iqtisadiyyatında yaranan geriləmə prosesi ÜDM-in həcminin hər il orta 

hesabla 13-

20 faiz azalmasına səbəb olmuşdur. 1990-1995-ci illərdə baş 

verən  gerilik  ÜDM-nun  strukturunda  sənayenin  xüsusi  çəkisinin 

azalmasına  səbəb  olsa  da  görülən  tədbirlər  nəticəsində  sonrakı  illərdə 

vəziyyət  nisbətən  yaxşılaşmış  və  sənayedə  yaranmış  əlavə  dəyərin 

Ümumi  Daxili  Məhsulda  xüsusi  çəkisi  1994-cü  ilə  nisbətən  11,6% 

artaraq 2000-

ci  ildə  32,0%  təşkil    etmişdir  (2001-ci  ildə  bu  faiz  34-ə 

çatacaq  və  proqnoz  məlumatına  görə  2002-ci  ildə  –35  təşkil  edib. 

İqtisadiyyatın  aparıcı  sahəsi  olan  sənayenin  payının  ÜDM-nun 

həcmində  artması  əsasən  neft  sektorunun  hesabına  baş  verir.  ÜDM-in 

sahə strukturu və onun dəyişməsi cədvəl 52-də verilmişdir. 

 

Cədvəl 52 

 

ÜDM-

nun sahə strukturunun dəyişməsi (%-lə) 

 

 



2000 

2001 

2002 

(proqnoz) 

UDM-


cəmi 

100 


100 

100 



 

 

392 



O cümlədən: 

 

 



 

Sənaye  


32 

34,2 


35 

Kənd təsərrüfatı 

18,1 

16,5 


17,5 

Tikinti  

4,4 

4,6 


5,0 

Xidmət sahələri 

45,5 

44,7 


42,5 

Onlardan: 

 

 

 



Ticarət  

6,1 


6,1 

6,8 


Nəqliyyat və rabitə  

14,5 


14,5 

15,3 


Digər sahələr 

24,9 


24,2 

20,4 


3.2. Ñÿíàéåíèí sahə ñòðóêòóðó 

 

Bazar i



qtisadiyyatı şəraitində sənayenin intensiv inkişafına diqqət 

artırılmalıdır.  Bu  inkişaf  iki  mühüm  istiqamətdə  sənaye  sahələrinin 

inkişaf  etdirilməsi  və  bu  sahələrin  ölkə  ərazisində  optimal 

yerləşdirilməsi istiqamətlərində həyata keçirilməlidir. Hazırda vəziyyət 

belədir  ki,  biz  əsas  diqqəti  sənayenin  sahə  strukturunun  inkişafına 

yönəltmişik  və  hələlik  neft  sektorunu  inkişaf  etdirməyə  nail  olmuşuq. 

Neft  isə  əsasən  Bakı  şəhərində  olduğuna  görə  istər-istəməz  sənayenin 

ərazi strukturu tələb olunan səviyyədən aşağı formalaşmışdır. Sənayenin 

ərazi  cəhətdən  birtərəfli  yerləşdirilməsi  isə  çoxlu  əlavə  çətinliklər 

yaradır.  İlk  növbədə  isə    bu  cür  hal  məhsuldar  qüvvələrin  inkişafına 

mənfi  təsir  göstərir.  Bütün  bunlar  sənayenin  ərazi  strukturunun 

təkmilləşdirilməsini,  ölkə  iqtisadiyyatını  daha  da  güclü  etməyin  ən 

başlıca amilinə çevirmişdir. 

Sənaye  ölkə  iqtisadiyyatında  aparıcı  mövqe  tutur.  Burada 

məsələyə  iki  cür  yanaşmaq  olar:  kəmiyyət  və  keyfiyyət  baxımından. 

Kəmiyyət  baxımından  yanaşdıqda  tədqiqatçını  sənaye  istehsalının 

ümumi  məhsulu,  onun  illər  üzrə  həcmi,  artım  sürəti  kimi  ümumi 

göstəricilər  maraqlandırır.  Keyfiyyət  baxımından  məsələyə  yanaşdıqda 

isə  söhbət  sənayeni  xarakterizə  edən  keyfiyyət  göstəricilərindən  - 

istehsal  olunan  məhsulların  nomenklatura  və  çeşidindən, 

keyfiyyətindən,  rəqabət  dözümlülüyündən,  istehsal  xərclərinin 



 

 

393 



səviyyəsindən, istehsalın rentabelliyindən və s. gedir. Bunlardan başqa, 

sənayenin  ölkə  iqtisadiyyatındakı  mövqeyini,  ölkənin  sosial-iqtisadi 

inkişafındakı,  iqtisadi  təhlükəsizliyindəki,  müdafiə  qabiliyyətindəki 

rolunu tə-yin etmək üçün sənaye struktur cəhətdən öyrənilməlidir. 

Sənayenin struktur cəhətdən öyrəniməsində məqsəd çoxşaxəlidir. 

Burada sənayeni təşkil edən istehsallar, yarımsahələr təyin edilir, xüsusi 

çəkisi  tapılır,  istehsal olunan  məhsulların  ölkənin  xammal  bazasına 

uyğunluğu təyin edilir, aparıcı sahələr ortaya çıxarılır və onların inkişaf 

sürətləri  öyrənilir.  Bütün  bunlarla  yanaşı  sənayeyə  struktur  cəhətdən 

yanaşmağın  əsas  məqsədi  hər  bir  tərkib  hissəsinin  sosial-iqtisadi 

inkişafda  və  digər  məsələlərin  həllində  yerini  təyin  etməkdir. 

Aydınlaşdırılır  ki,  sənayenin  hansı  sahəsi  sürətlə  inkişaf  etdirilə  bilər. 

Hansı sahəsinin fəaliyyəti zəifləməli və yaxud da tam dayandırılmalıdır, 

perspek


tivdə hansı sahələrin inkişaf sürətləri azala və yaxud da çoxala 

bilər. 


Qeyd  edək  ki,  inkişaf  etmiş  ölkələr  üçün  hərəkətverici  qüvvə 

rolunu bir çox cəhətdən məhz sənaye və onun mütərəqqi sahə quruluşu 

oynayır.  Buna  görə  də  ABŞ,  Yaponiya,  Böyük  Britaniya,  Fransa, 

Almaniya və digər inkişaf etmiş ölkələrin sənayesi mütərəqqi quruluşa 

malikdirlər. Sənayenin sahə strukturunun mütərəqqiliyi onun tərkibində 

elmi-


texniki tərəqqinin son nailiyyətlərini özündə əks etdirən məhsullar 

istehsal  edə  bilən  sahələrin  xüsusi  çəkisi  ilə  təyin  oluna  bilər.  Bu  cür 

məhsullar  əsas  etibarilə  sənayenin  ürəyi  adlanan  maşınqayırmada 

istehsal  edildiyinə  görə  bu  sahə  mütərəqqi  sahə  hesab  edilir. 

Maşınqayırmanın ümumi sənaye məhsulundakı xüsusi çəkisi çox zaman 

ölkə  sənayesi  strukturunun  mütərəqqiliyini  təyin  etmək  üçün  istifadə 

edilir.  Məsələn,  inkişaf  etmiş  sənaye  ölkələrində  maşınqayırmanın 

ümumi sənaye məhsulundakı xüsusi çəkisi 35-45 faiz təşkil edir. 

Bundan  başqa,  sənayenin  strukturu  həm  də  optimal  olmalıdır. 

Optimallığa  qiymət  verilməsi  məsələyə  yanaşmaqdan  asılı  olur.  Əgər 

tədqiqatçını  istehsal  olunan  məhsulların  cari  keyfiyyəti,  gələcəkdə 

keyfiyyətin  yaxşılaşdırılması  imkanları,  məhsulların  rəqabət 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə