AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə131/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   127   128   129   130   131   132   133   134   ...   144

 

 

397 



Göstəricilər 

Ölçü vahidi 

2000 

2001 

2002  

Neft hasilatı 

min ton 

9013,4 


8900 

8800 


O cümlədən: 

İxrac olunan 

 

min ton 


 

591 


 

2500 


 

2500 


Xüsusi çəki 

6,65 



28,1 

28,4 


Emal olunan xüsusi 

çəkisi 


Min ton 

 % 


8235 

91,4 


6400 

71,9 


6300 

71,6 


Neftin  emalı  ilk  növbədə  respublikamızın  tələbatlarını  ödəmək 

üçün  çox  mühüm  məhsulların  əldə  olunmasını  təmin  edir.  Emal 

sənayesi 2000-ci ildə 861,8 min ton benzin, (o cümlədən 536,9 min ton 

avtomobil  benzini),  1948,1  mühərrik  yanacağı,  175  min  ton  ağ  neft, 

25,6  min  ton  məişət  soba  yanacağı,  73,6  min  ton  sürtkü  yağları,  11,1 

min ton neft koksu, 4072,1 min ton soba mazutu və 18,3 min ton neft 

viti

mumu istehsal etmiş və ölkənin xarici ölkələrdən iqtisadi asılılığını 



azaltmışdır.  Neftin  emal  edilməsinin  iqtisadi  səmərəsi  çoxşaxəlidi.  İlk 

növbədə bu iş yerlərinin istifadəsi, yenilərinin meydana gəlməsi və bu 

yolla da ölkədə sosial gərginliyin azalması deməkdir. 

Müasir  dövrün  əsas  xüsusiyyəti  ondadır  ki,  Azərbaycan 

sənayesinin  strukturu    yeknəsəq  xarakterlidir.  İstehsal  olunan  ümumi 

məhsulun 65 faizi yanacaq sənayesinin payına düşür. Yerdə qalan bütün 

digər  sahələrin  payına  isə  cəmi  35%  düşür.  Bundan  da  11,7% 

elektroenergetika sənayesinin, 3,2%-i kimya və neft-kimya sənayesinin, 

4,7%  digər  sahələrin  xüsusi  çəkiləridir.  Sənayenin  aparıcı  sahəsi  olan 

maşınqayırmanın  vəziyyəti  çox  pisdir.  1990-cı  illərin  əvvəlində  baş 

vermiş  sosial-iqtisadi  və  siyasi  proseslərin  ən  çox  təsiri  də  elə 

maşınqayırma sənayesinə olub. Yaxşı haldır ki, 2001 və 2002-ci illərdə 

maşınqayırmanın  xüsusi  çəkisi  nisbətən  artmışdır.  Maşınqayırma  və  

metal emalı sənayesinin xüsusi çəksi 2002-ci ildə 3,4% təşkil edir. Bəs 

yaxın  keçmişdə  necə  olub?  Statistika  məlumatlarına  görə  1985-ci  ildə 

maşınqayırma  və  metal  emalı  sənayesinin  payı  sənayenin  ümumi 

məhsulunda  16%-dən  çox  idi.  Respublikanın  əldə  olan  istehsal,  elmi-

texniki və kadr potensialı imkan verir ki, sənayenin aparıcı və mütərəqqi 




 

 

398 



sahəsi olan maşınqayırma daha sürətlə inkişaf etdirilsin, ilk növbədə bu 

sahənin  inkişaf  etdirilməsi  yolu  ilə  sənayenin    sahə  strukturu 

təkmilləşdirilsin.  Bu  sahədə  İqtisadi  İnkişaf  Nazirliyində  əməli  iş 

aparılır. 

Ümumiyyətlə götürdükdə Azərbaycan sənayesinin sahə strukturu 

ölkənin potensial imkanlarına tam uyğun gəlmir. Hələlik respublikanın 

yanacaq-

enerji  potensialından  normal  istifadə  edilir.  Burada  da 

istehsalın genişləndirilməsi üçün daxili imkanlar mövcuddur. Məsələn, 

mövcud olan neftayırma za-vodlarının müasirləşdirilməsi və tam  gücü 

ilə  işə  başlaması  ildə  20-25  milyon  ton  neftin  emal  edilməsinə  imkan 

verər və sənayenin sahə quruluşunda  emal sənayesinin xüsusi çəkisini 

artırar. Azərbaycan sənayesinin sahə strukturunun yaxşılaşdırılması üzrə 

real yollardan 

biri  yüngül  sənayenin  inkişaf  etdirilməsidir.  Bu  sahə 

ənənəvi  olaraq  həmişə  sənayedə  xüsusi  yer  tutub.  Hələ  1985-ci  ildə 

yüngül  sənayenin  ümumi  sənaye  məhsulunda  xüsusi  çəkisi  20%-dən 

çox idi. 2000-

ci ilin statistik məlumatlarına görə isə bu sahənin xüsusi 

çəkisi  cəmi  1,1%  təşkil  etmişdir.  Müsbət  hal  kimi  göstərmək  olar  ki, 

dövlətin həyata keçirdiyi texniki, təşkilati, iqtisadi və maliyyə tədbirləri 

nəticəsində bu sahənin  getdikcə canlanması hiss olunur və 2002-ci ildə 

yüngül sənayenin xüsusi çəkisi 1,1%-dən 1,9% qədər artmışdır. 

Sənayenin  sahə  strukturunda  yeyinti  sahəsi  bütün  ölkələrdə 

mühüm  yer  tutur.  Bu  ilk  növbədə  onunla  izah  olunur  ki,  ölkələr 

çalışırlar    qida  məhsullarına  olan  tələbatlar  maksimum  mümkün  olan 

səviyyədə vətən istehsalçıları tərəfindən ödənilsin.  Burada sahibkarlıq 

inkişaf  etdirilir  və  onlar  da  daxili  bazarı  yeyinti  məhsulları  ilə 

doldurmağa  səy  göstərirlər.  Azərbaycan  Respublikasında  yeyinti 

sənayesini inkişaf etdirmək üçün çox gözəl imkanlar vardır. 2000-ci ildə 

bu  sahənin xüsusi çəkisi 11,0%, 2002-ci ildə 12,6% olub. Yada salaq 

ki,  hələ  SSRİ  vaxtı,  necə  deyərlər,  durğunluq  illərində  yeyinti 

sənayesinin  ümumsənaye  məhsulundakı  xüsusi  çəkisi  29%-a  çatırdı. 

Yüngül  və  yeyinti  sənayelərinin  üstün  inkişafı  üçün  Azərbaycan 

Respublikasında imkanlar vardır. Bunun üçün ilk növbədə məqsədyönlü 



 

 

399 



özəlləşdirmə  aparmaq  və  sahələrdə    marketinq  fəaliyyətini 

gücləndirmək lazımdır. 

Sənayenin  strukturu  istehsal  olunan  məhsulların natural  həcminə 

görə də öyrənilir. Bu cür  yanaşmanın müsbət cəhətləri ondadır ki, hər 

bir  sahənin  istehsal  etdiyi  məhsul  natural  şəkildə  öyrənilir  və  sahənin 

inkişafına qiymət amilinin təsiri aradan qaldırılır. 

Sənayenin sahə strukturu natural məhsullar üzrə öyrənildikdə bir 

mühüm məsələyə də aydınlıq gətirmək üçün şərait yarana bilər. Konkret 

məhsulun natural şəkildə faktiki istehsal həcmi, ölkənin daxili və xarici 

bazarının  bu  məhsula  olan  tələbatı  və  bu  məhsulların  ölkədə  istehsal 

edilməsi imkanları tutuşdurulduqda perspektiv dövr üçün bu və ya digər 

məhsul  istehsalını  artırmaq  hesabına  sənayenin  sahə  strukturunun 

təkmilləşdirilməsi istiqamətlərini təyin etmək üçün yaxşı şərait yaranar. 

Əslində  burada  söhbət  ölkənin  sərəncamında  olan  təbii  və  insan 

resurslarından istifadə dərəcəsindən gedir. Bu cür yanaşmada sənayenin 

formala


şmış  strukturu  (natural  məhsul  şəklində)  ilə  ölkənin  maddi-

enerji resurslarından optimal istifadə edilməsi şəraitində formalaşa bilən 

perspektiv  sahə  strukturu  müqayisə  olunar  və  daxili  imkanlar  ortaya 

çıxar.  Dərin  araşdırmalar    aparmadan  bu  gün  biz  deyə  bilərik  ki,  əldə 

etdiyimiz struktur Azərbaycanın maddi-enerji, insan resursları, istehsal, 

elmi-


texniki  və  intellektual  potensialı  sahələrində  mövcud  olan 

imkanları  ilə  uyğunlaşmır.  Respublikamız  xam  neftin  emalını, 

pambıqdan,  tütündən,  meyvə  və  tərəvəzdən,  müalicə  sularından  və  s. 

hazırlanan müxtəlif məhsullar isteh-salını, maşınqayırma, metallurgiya, 

şərabçılıq istehsalını bir ne-çə dəfə artırmaq imkanına malikdir. Bütün 

bu imkanların döv-riyyəyə salınması bir sıra təşkilati tədbirlərin işlənib 

həyata  ke-çirilməsini  qarşıya  qoyur.  Burada  sənaye  müəssisələrinin 

respublika  ərazisində  optimal  yerləşdirilməsi  yolu  ilə  sənayenin  ərazi 

üzrə təşkilinin təkmilləşdirilməsi həlledici amil rolunu oynaya bilər. 

 

 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə