AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə132/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   128   129   130   131   132   133   134   135   ...   144

 

 

400 



Cədvəl 55 

 

Azərbaycan Respublikası sənayesində məşğul olanların sayına 

görə müəssisələrin qrupları (2000-ci il). 

 

 

Cəmi 



müəs. 

sayı 

O cümlədən işləyənlərin sayına görə 

1-

50 nəfər  51-199 nəfər  200  nəfər 

və artıq 

sa

yı 

xüs.ç

ək 

say

ı 

xüs.çə

k. 

sa

yı 

xüs. 

çək. 

Sənaye  


o cümlədən: 

15

59 



10

10



96 

70,3 


280  17,9 

18



11,8 

Mədənçıxar

ma  sənayesi 

və  karxana-

la

rın  işlən-



məsi 

 

 



 

 

10



 

 



 

 

 



52 

 

 



 

 

51,4 



 

 

 



 

13 


 

 

 



 

12,9 


 

 

 



 

36 


 

 

 



 

35,7 


Emal 

sənayesi 

 

12

76 



 

10



 

97



 

76,2 


 

200 


 

15,7 


 

10



 

8,1 


Elektrik 

enerjisi, qaz 

və 

su 


təchizatı 

 

 



 

18



 

 

 



10

 



 

 

71 



 

 

 



39,0 

 

 



 

67 


 

 

 



36,8 

 

 



 

44 


 

 

 



24,2 

 

Azərbaycan  Respublikasının  sənayesində  iri  və  nəhəng 

müəssisələr yoxdur. Dövlət Statistika Komitəsi müəssisələrin ölçülərini 

orada  məşğul  olan  işçilərin  sayına  görə  qruplaşdırır.  Ümumi  şəkildə 

qruplaşma  bütövlükdə  sənayeni  və  onun  başlıca  sahələri  oan 

mədənçıxarma  sənayesi  və  karxanaların  işlənməsi,  emal  sənayesi  və 




 

 

401 



elektrik  enerjisi,  qaz  və  su  təchizatını  əhatə  edir.  2000-ci  ildə  sənaye 

üzrə  1559  müəssisə  qruplaşdırılmış  və  məlum  olmuşdur  ki,  sənayedə 

işçilərin sayı 1-50 nəfər olan 1096 müəssisə fəaliyyət göstərir ki, bu da 

müəssisələrin  70,3%-i  deməkdir.  Məşğul  olanların  sayı  51-99  nəfər 

təşkil  edən  müəssisələrin  xüsusi  çəkisi  17,96  (280  müəssisə)  və  200 

nəfər  və  ondan  artıq  təşkil  edən  müəssisələrin  xüsusi  çəkisi  isə  cəmi 

11,74%-dir (1

83  müəssisə).  Emal  sənayesində  fəaliyyət  göstərən 

müəssisələrin  76,3%-ində  (973  müəssisə)  çalışanların  sayı  1-50  nəfər 

təşkil  edir.  Tədqiqat  göstərdi  ki,  bu  cür  kiçik  müəssisələr  bazar 

iqtisadiyyatlı  ölkələrdə  yaradılmış  kiçik  müəssisələr  effektini vermir. 

İnkişaf  etmiş  və  inkişafda  olan  ölkələrdə  kiçik  müəssisələrin  yaradıl-

ması  məqsədləri,  üsul  və  yanaşmaları  tam  başqadır,  xüsusən  Avropa 

ölkələrində,  Yaponiyada,  ABŞ  və  Kanadada  kiçik  müəssisələr  yeni 

texnika və texnologiyaların son nailiyyətləri əsasında  yaradılır və əsas  

məqsəd  də  ölkədə  fəaliyyət  göstərən  sənaye  nəhəngləri  ilə  rəqabətə 

girmək,  monopoliyanın  yayılmasına  imkan  verməmək  və  dünya 

standartlarına  uyğun  və  ondan  da  yuxarı  səviyyədə  məhsul  istehsal 

etməkdir. Bu cür yaradılan müəssisələr çoxlu ilkin kapital tələb edir və 

onlar  bir  növ  bilə-bilə  güclü  riskə  gedirlər.  Belə  müəssisələr  adətən 

«vençur»  müəssisələri  adlandırılır  ki,  bunun  da  Azərbaycan  dilinə 

tərcüməsi riskli müəssisə deməkdir. Tədqiqat göstərdi ki, bu tipli kiçik 

müəssisə  Azərbaycan  Respublikası  sənayesində  yoxdur.  Kiçik 

müəssisələrin əksəriyyətində 3-7 nəfər adam çalışır, onlar da tam gücü 

ilə işləyə bilmirlər.  

 

 

3.3. Sənayenin ərazi strukturu 

 

Tədqiqat  göstərir  ki,  iqtisad  elmi  ölkə  iqtisadiyyatının  sahə 



problemlərinə  daha  çox  diqqət  yetirir.  Burada  müəyyən  mənada 

obyektiv yanaşmanın elementləri var. İnsan cəmiyyəti yaşayıb fəaliyyət 

göstərməsi üçün istehsal etməli və bu yolla da öz tələbatlarını ödəməli-



 

 

402 



dir.  Lakin  fərdi  və  ictimai  istehsal  ilk    növbədə  müəyyən  ərazidə  - 

k

ənddə, qəsəbədə, rayonda, şəhərdə və hər hansı bir digər  (başqa cür 



adlan

dırılan) ərazi vahidində baş verir. Ərazi vahidi - harada ki, istehsal 

prosesi həyata keçirilir həmişə konkretdir, müəyyən sərhədlərə malikdir, 

ölkənin  bir  hissəsidir,  orada  ölkə  əhalisinin  müəyyən  hissəsi  yaşayır, 

inkişaf edir, ölkənin sosial-iqtisadi inkişafında, siyasi həyatında iştirak 

edir. Qəbul edilmiş ərazi vahidləri ölkənin iqtisadi inkişafında həlledici 

rol  oynaya  bilər.  Lakin  elə  ərazilər  də  vardır  ki,  onlar  ölkəni  hərbi 

təcavüzdən qorumaq sahəsində daha mühüm rol oynayır. Bütün hallarda 

ərazi məsələləri və xüsusən də istehsalın ərazi üzrə təşkili ölkəni idarə 

edənlərin diqqət mərkəzində olmalıdır . 

Bazar  iqtisadiyyatı  şəraitində  ayrı-ayrı  ərazilərin  inkişafı  və 

xüsusən də iqtisadiyyatın ölkə daxilində elmi əsaslar üzrə təşkili xüsusi 

əhəmiyyət  kəsb  edən  sosial,  iqtisadi,  mənəvi-psixoloji,  hərbi-siyasi 

problemdir. Bu eyni zamanda asan problem də deyil. Tədqiqat göstərir 

ki,  ölkə  daxilində    məhsuldar  qüvvələrin  inkişaf  etdirilməsi  problemi 

ərazi üzrə idarəetmənin bütün pillələrində mühüm məsələdir. Hər hansı 

bir ərazi indiki şəraitdə bazar iqtisadiyyatının üstünlüklərindən istifadə 

etməkdə  geniş  və  getdikcə  artan  daxili  imkanlara  malikdir.  Lakin  bu 

daxili imkanlar avtomatik olaraq özü-

özünə, təkcə ərazinin öz qüvvələri 

vasitəsilə  tam  şəkildə  reallaşa  bilən  məsələ  deyildir.  Bu  imkanların 

iqtisadi  dövriyyəyə  keçirilməsi  yüksək  yaradıcılıq  tələb  edir.  Ancaq 

məsələyə  elmi  yanaşma  istənilən  nəticəni  verə  bilər.  Bu  fikrin 

doğruluğunu  dünyanın  inkişaf  etmiş  ölkələri  öz  təcrübələrində  əməli 

işlərində  təsdiq  etmişdilər.  Bu  gün  dünyanın  sənaye  cəhətdən  inkişaf 

etmiş  ABŞ,  Yaponiya,  Böyük  Britaniya,  Fransa,  Almaniya  və  digər 

ölkələrinin  sosial-iqtisadi  inkişaf  sahəsində  əldə  etdikləri  yüksək 

nailiyyətlər  bir  çox  cəhətdən  ölkənin  iqtisadi  inkişafına  kompleks 

yanaşmaq,  ərazilərin  inkişafına  diqqəti  artırmaq  və  ən  başlıcası  isə 

sənaye istehsalının ərazi üzrə düzgün və optimal təşkili nəticəsində əldə 

edilmişdir. Bu ölkələrdə ərazi vahidlərində özünüidarə, özünütəminetmə 

prinsipləri 

istehsalın 

təmərküzləşməsi, 

ixtisaslaşdırılması, 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə