AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə135/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   131   132   133   134   135   136   137   138   ...   144

 

 

409 



ictimai-

zəruri əməyə cəlb olunsun. Bundan dövlət də çox fayda götürər. 

Büdcəyə  əlavə vəsait həm müəssisələrin mənfəətindən tutulan vergilər 

hesabına  və  həm  də  işləyənlərin  əmək  haqqından  tutulan  gəlir  vergisi 

hesabına  çoxlu  vəsait  daxil  olar.  Müəssisələrin  şəhər  miqyasında 

düzgün yerləşdirilməsinin sosial-iqtisadi səmərəsi digər kanallar vasitəsi 

ilə də əmələ gələ bilər. Məsələn, yaşadığı evdən çox da uzaqda olmayan 

müəssisədə  özünə  iş  tapan    sakin  ilk  növbədə  nəqliyyat  xərclərini 

azaltmış  olur.  Minlərlə  sakin  bu  cür  imkan  əldə  etmiş  olarsa  onda 

iqti


sadi  və  sosial  səmərə  bir  sakin  üçün  yox,  bütün  şəhər  üçün  əldə 

ediləcək:  yaxınlıqda iş  yeri tapan sakin nəqliyyatdan az istifadə etdiyi 

üçün sərnişin daşıyan marşrutların sayı azalaraq, xidmət sağlamlaşacaq, 

şəhərin ekoloji tarazlığının pozulması təhlükəsi azalacaqdır. 

Lakin  bütün  bunlarla  yanaşı  sənayenin  ərazi  strukturunun  ölkə 

miqyasında təkmilləşdirilməsi ən çox səmərə verə  bilər. Söhbət burada 

respublikanın hər bir iqtisadi rayonunda daxili imkanlardan və rayonun 

yerli  təbii  sərvətlərindən  maksimum  istifadə  edilməsini  nəzərdə  tutan 

emal müəssisələrinin yaradılmasından gedir. Məsələ belə qoyulmalıdır: 

rayon  sakini  öz  rayonunda  iş  yeri  tapmaq  imkanına  maksimum  malik 

olmalıdır.  Bu  prosesi  icra  hakimiyyəti  ilə  birlikdə  bələdiyyələr  idarə 

etməli  və  bütün  yollardan  istifadə  edib  hər  il  dövlət  büdcəsinə  əlavə 

vəsait köçürməyə nail olmalıdırlar. 

Sənayenin ərazi strukturunun təkmilləşdirilməsi ərazilərin iqtisadi 

sərbəstliyinin  yüksəldilməsi və eyni zamanda Azərbaycan Respublika-

sının iqtisadi gücünün artmasında rayonların məsuliyyətinin artırılması 

üçün  labüd  şərtdir.  Tədqiqat  gös-tərdi  ki,    Naxçıvan  Muxtar 

Respublikası da daxil olmaqla respublika tabeçiliyində olan rayonların 

sayı  bu  gün  67-dir. 2002-ci  ildə  bu  rayonlarda  mərkəzləşdirilmiş 

xərclərdən  (büdcə xərclərindən) 813670,3 milyon manat (təxminən 165 

milyon ABŞ dolları) pul ayrılması planlaşdırılıb. Bu vəsait yerli gəlir və 

xərcləri  tənzimləmək  üçün  nəzərdə  tutulur.  Bəs  bu  tənzimlənmənin 

mahiyyəti  nədər  ibarətdir?  Məsələ  burasındadır  ki, bu gün 

iqtisadiyyatımızın  idarə  edilməsinin  təsərrüfat  mexanizmi  elə  bir 




 

 

410 



mühitin  yaranmasına  səbəb  olmuşdur  ki,  Azərbaycan  Respublikasında 

Dövlət Statistika Komitəsinin təyin etdiyi 67 ərazi vahidlərinin hamısı 

mərkəzləşdirilmiş xərclərdən daxilolmalarsız fəaliyyət göstərə bilmirlər. 

Azərbaycanda öz xərclərini öz gəlirləri ilə ödəyən yeganə ərazi vahidi 

Bakıdır. Bir neçə rəqəmə müraciət edək. 

Milli  Məclisin  qəbul  etdiyi  müvafiq  sənədlərə  görə  2002-ci  ildə 

Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhər və rayolarının 

yerli  gəlirləri  601707,9  milyon    manat,  yerli  xərclərin  isə  1415378,2 

milyon manat təşkil edəcəyi planlaşdırılır. Deməli,  yerli   gəlirlər  yerli 

xərclərin  cəmi  42,5  faizini  ödəyir.  Göründüyü  kimi  Azərbaycan 

Respublikası  üzrə rayonların mərkəzdən asılılığı ümumi şəkildə 60 faiz 

təşkil  edir.  Lakin  ayrı-ayrı  rayonların  mərkəzdən  asılılıq  əmsalı  daha 

yüksəkdir, cədvəl 56-da respublika tabeli şəhərlər və onların mərkəzdən 

asılılıq əmsalı göstərilmişdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 56 

 

Şəhərlər və rayonlar 

Mərkəzdən asılılığı (%-lə) 

Azərbaycanın bütün bölgələrinin,   

o cümlədən: 

57,5 



 

 

411 



Naxçıvan Muxtar Respublikası 

72,4 


Şəhərlər: 

 

Bakı 



Əli-Bayramlı 

64,0 

Yevlax 


84,2 

Gəncə 


51,8 

Lənkəran 

81,8 

Mingəçevir 



66,8 

Naftalan 

82,7 

Sumqayıt 



46,4 

Xankəndi 

Şəki 


83,9 

Rayonlardan: 

 

Abşeron 


61,4 

Ağdaş 


86,3 

Ağsu 


87,2 

Ağstafa 


82,0 

Bərdə 


80,6 

Balakən 


84,4 

Qəbələ 


83,4 

Qobustan 

90,7 

Qazax 


86,1 

Quba 


81,7 

Daşkəsən 

90,2 

İmişli 


83,7 

İsmayıllı 

83,8 

Yardımlı 



93,5 

Səlyan 


73,7 

Xaçmaz 


80,6 

Cəlilabad 

61,4 



 

 

412 



Sabirabad 

85,4 


 

Göründüyü  kimi  vəsaitlərin    mərkəzləşdirilməsi  səviyyəsi  çox 

yüksəkdir.  Bu  da  iqtisadi  rayonların  təşəbbüskarlığını  aşağı  salır, 

onlarda ələbaxımlılıq psixologiyası tərbiyə edir. Əslində 70 ildən də çox 

bir dö

vrdə  keçmiş  SSRİ  deyilən  bir  imperiyada  baş  verən  proses  indi 



Azərbaycan  Respublikasında  baş  verməkdədir.  Bu  prosesin  mahiyyəti 

ondadır  ki,  respublikanın  67  bölgəsi  il  ərzində  nə  qazanırsa  mərkəz 

onları  öz  əlində  cəmləyir  və  sonra  bir  növ  bərabərçilik  prinsipi  ilə 

rayonlar arasında bölüşdürür. Bunun nəticəsində rayon rəhbərlərinin öz 

rayonlarında  iqtisadiyyatı  yüksəltməkdə  maraqları  azalır  ya  da  ki,  heç 

olmur.  Bazar  iqtisadiyyatı  şəraitində  problemə  bu  cür  yanaşmaq 

yolverilməzdir.  Respublika  iqtisadiyyatının  idarə  edilməsi  üzrə 

təsərrüfat  mexanizmi  elə  təkmilləşdirilməlidir  ki,  ölkənin  iqtisadi 

rayonları    yerli  resurslardan  səmərəli  istifadə  edilməsində  maraqlı 

olsunlar və ərazi xərclərini maksimum səviyyədə özləri ödəyə bilsinlər. 

İqtisadi rayonların mərkəzdən asılılıq  dərəcəsinin öyrənilməsi bir 

daha sübut etdi ki,  Azərbaycan Respublikasında sənayenin  ərazi üzrə 

təşkili  və  deməli,  sənaye  istehsalının  ərazi  strukturu  bazar 

iqtisadiyyatının ən mühüm tələblərinə cavab vermir və sənayenin ərazi 

baxımdan birtərəfli yerləşdirilməsi ölkə iqtisadiyyatının intensiv inkişaf 

etdirilməsinə  mənfi  təsir  göstərir.  Sadə  hesablama  göstərir  ki,  əgər 

iqtisadi rayonların mərkəzdən asılılığını bir faiz azalda bilsək bugünkü 

şərtlər  daxilində  respublika  büdcəsi  xərclərini  bu  məqsədlər  üçün 

8136,7  milyon  manat  azaltmaq  olar  və  onu  sosial  inkişafa  yönəltmək 

imkanı yaranar. Bu asılılığı 10 faiz azalda bilsək onda Dövlət büdcəsi 

81367 milyon manat məbləği qədər sağlamlaşar. Tədqiqat  göstərdi ki, 

bu problemi də bir çox cəhətdən iqtisadi rayonlarda sənayeni və xüsusə 

də yerli xammal və  materiallardan istifadəyə əsaslanan emal sənayesini 

hərtərəfli inkişaf etdirmək you ilə həll etmək olar. Onu da qeyd edək ki, 

bu  sahədə  respublikamızın  özünün  müsbət  təcrübəsi  vardır.  Məsələn, 

sənayenin nisbətən inkişaf etdiyi rayonların mərkəzdən asılılığı müvafiq 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə