AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə130/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   126   127   128   129   130   131   132   133   ...   144

 

 

394 



dözümlüyü,  istehsal  xərclərinin  səviyyəsi  və  onların  aşağı  salınması 

məsələləri, rentabelliyin yüksəldilməsi və s. bu kimi mühüm keyfiyyət 

göstəriciləri maraqlandırırsa, onda optimal struktur sadaladığımız bu və 

buna  oxşar  digər  göstəricilərin  lazımi  səviyyəsini  təmin  edə  bilən 

struktur  olmalıdır.  Ümumi  şəkildə  sənayenin  sahə  strukturu  keyfiyyət 

baxımından  o  vaxt  optimal  hesab  edilə  bilər  ki,  əgər  sənaye  mümkün 

olan  qədər  qısa  müddətə,  minimum  istehsal  xərcləri    ilə  rəqabət 

dözümlü  istənilən  məhsulu  istənilən  həcmdə,  çeşiddə  və 

nomenklaturada istehsal edə bilsin. 

Sənayenin  sahə  strukturuna,  onun  optimallıq  səviyyəsinə  qiymət 

ver

mək üçün digər yanaşmalardan da istifadə oluna bilər. Məsələn, əgər 



tədqiqatçını  ölkənin  sərəncamında  olan  maddi-enerji resurslarından, 

təbii  sərvətlərdən,  insan  resurslarından,  ayrı-ayrı  məhsullar  üzrə  əldə 

olan  xammal  bazasından  istifadə  olunması  səviyyəsi  maraqlandırırsa 

onda  sənayenin  strukturuna  bu  səpgidən  yanaşmaq  lazımdır.  Bu  cür 

yanaşmada  ölkə  sənayesinin  strukturu  o  zaman  optimal  hesab  oluna 

bilər  ki,  ölkə  sərəncamında  olan  resurslardan  maksimum  istifadə 

olunmasına imkan yaratsın. Burada söhbət konkret olaraq nədən gedir? 

Söhbət ondan gedir ki, daxili bazarı zənginləşdirmək, daxili bazarı vətən 

məhsulları  ilə  doldurmaq  üçün  ölkənin  bütün  yeraltı  və  yerüstü 

sərvətlərindən xammal kimi istifadə edib konkret məhsul istehsal etmək 

lazımdır.  Lakin  bunun  üçün  ilk  növbədə  sənayenin  sahə  quruluşu 

təkmilləşdirilməli  və  müvafiq  istehsallar,  yarımsahələr  və  sahələr 

yaradılmalıdır.  Bizim  respublikamız  üçün  bunun  nə  demək  olduğunu 

çoxlu misalla göstərmək olar. Azərbaycan Respublikası həmişə özünün 

pambığı,  üzümü,  tütünü,  meyvə-tərəvəzi,  mineral  suları,  faydalı 

qazıntıları və s. ilə zəngin olub. Deməli, sənaye elə istiqamətdə inkişaf 

etdirilməlidir  ki,  bu  xammallardan  maksimum  istifadə  edilsin. 

Azərbaycanda  olan  xammal  bazası  imkan  verir  ki,  respublikamızda 

güclü  emal  sənayesi    inkişaf  etdirilsin.  Belə  sahələrə  maşınqayırma, 

yeyinti və yüngül sənayeləri, neft emalı sənayesi və s. daxildir. 




 

 

395 



Sənaye  iqtisadiyyatının  aparıcı  sahəsidir  və  onu  ölkənin  bütün 

bölgələrində  inkişaf  etdirməyə  səy  göstərilməlidir.  Yəni  respublikanın 

sənaye müəssisələri  ölkə ərazisində proporsional yerləşdirilməlidir. Bu-

nun çox böyük sosial əhəmiyyəti vardır. İlk növbədə bu hər bir iqtisadi 

rayonda  yerli  xammal  və  materiallardan  və  insan  resurslarından 

səmərəli istifadə olunması üçün münasib şərait  yaratmış olur, əhalinin 

iri  şəhərlərə  axını  azalır,  nəqliyyat  xərcləri  azalır,  insanların  mədəni, 

intellektual  və    yaşayış  səviyyələri  yüksəlir.  Deməli,  əgər  tədqiqatçını 

ölkənin  bütün  ərazilərinin  kompleks  inkişaf etdirilməsi  məsələləri 

maraqlandırırsa  onda  söhbət  sənayenin  ərazi  quruşundan  getməlidir. 

Sənayenin ərazi quruluşu ümumi sənaye məhsulunun və yaxud da bu və 

ya  digər  sənaye  sahəsi  məhsulunun  hansı  hissəsinin  (xüsusi  çəkisinin) 

hansı iqtisadi ra-yonda istehsal olduğunu göstərir. 

Cədvəl  53-də  Azərbaycan  Respublikasında  sənayenin  ümumi 

məhsul  buraxılışı  üzrə  sahə  strukturu  verilmişdir.  Göründüyü  kimi 

iriləşdirilmiş şəkildə respublikamızda 9 sənaye sahəsi fəaliyyət göstərir. 

Yanacaq  sənayesi  2000-ci  ildə  sənayenin  ümumi  məhsulunun  65,5 

faizini  istehsal  etmişdir.  2001-ci  ildə  yanacaq  sənayesinin  ümumi 

sənaye  məhsulundakı  xüsusi  çəki  64,9%,    2002-ci  ildə  isə  -  58,9% 

səviyyəsinə  çatıb.  Yanacaq    sənayesində  neft  və  qaz  hasilatı  üstün 

xüsusi çəkiyə malikdir.  

 

Cədvəl 53 

Azərbaycan Respublikası sənayesinin sahə quruluşu (ümumi 

məhsula görə faizlə) 

 

2000 



2001 

2002 


Sənaye - cəmi o cümlədən 

100 


100 

100 


Elektroenergetika 

11,7 


9,9 

9,4 


Yanacaq sənayesi:  

O cümlədən: 

neft, qaz hasila

tı sənayesi.  

Neft ema

lı sənayesi.... 

65,5 

 

47,7 



17,8 

64,9 


 

52,9 


12,0 

58,9  


 

47,5 


11,4 


 

 

396 



Qara və əlvan metallurgiya 

0,3 


1,1 

2,9 


Kimya və neft-kimya sənayesi 

3,2 


3,4 

4,3 


Maşınqayırma  və  metal  emalı 

sənayesi 

1.8 

2,6 


3,4 

Tikinti material

ları sənayesi 

0,7 


0,8 

1,2 


Yüngül sənaye 

1,1 


1,2 

12,6 


Yeyinti sənayesi 

11,0 


12,8 

12,6 


Digər sahələr 

4,7 


3,4 

5,4 


Baxılan dövrdə yanacaq sənayesinin həcmində hasilat bölməsinin 

xüsusi çəkisi 2000-ci ildə 48,7% təşkil etmişdir.  2001-ci ildə bu xüsusi 

çəki artıb - 52,9%, 2002-ci ildə nisbətən stabilləşib 47,5% təşkil edib. 

Xam neftin emalı məsələsi respublika üçün böyük əhəmiyyət kəsb 

edir. Neft emalı sahəsinin sənayenin ümumi məhsulundakı xüsusi çəkisi 

2000-


ci  ildə  17,8  faiz  olmuşdur.  Bu  xüsusi  çəkinin  2001-ci  ildə  12,0 

faizə və 2002-ci ildə 11,4 faizə qədər enib. 

Respublika müstəqilliyini bərpa edən ildə onun sərəncamında 20 

milyon  tondan  çox  neft  emal  etmək  imkanında  olan  neftayırma 

müəssisələri olmuşdur. Onlar indi də fəaliyyət gös-tərirlər. Lakin ortaya 

çıxan  çətinliklər  onların  istehsal  gücün-dən  tam  istifadə  edilməsinə 

mane olsa da hazırda benzin, ağ neft, dizel yanacağı, yanacaq mazutu və 

s.  bu  kimi  neft  emalı  məhsullarının  istehsalı  artmağa  başlamışdır. 

Azərbaycanda  neftin  çıxarılması  bilavasitə  Azərbaycan  Respublikası 

Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) və bağlanmış xarici kontrakt-

lara  əsasən  yaradılan  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  

(ABƏŞ) tərəfindən həyata keçirilir. ARDNŞ-nin hasil  etdiyi neftin çox 

hissəsi  emal  edilir.  Lakin  son  illərdə  emal  edi-lən  neftin  həcminin 

azalması meyli vardır (bax cədvəl 54). 

 

Cədvəl 54 

 

ARDNŞ-nin sərəncamında olan quyulardan neft hasilatı və 

onun istifadə istiqamətləri 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə