AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə37/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   33   34   35   36   37   38   39   40   ...   144

 

 

təsərrüfatı  sahəsində  bərqərar  olmuş  məhsuldar  qüvvələr  bütün  dünya 

əhalisini  yedizdirməyə  qadirdir.  İngilis  tədqiqatçıları    rəqəm  də  

göstərirlər.  Qeyd  edirlər  ki,    hətta  torpaqların  bugünkü  üsullarla 

işlənməsi  yolıı  ilə  belə  10  milyard  nəfərdən  çox  əhalini  ərzaqla  təmin 

etmək  olar.  Bunun  üçün  ilk  növbədə  ziddiyyətlərdən  maksimum  can 

qutarmaq lazımdır.  

 

Müasir dövrdə elm və texnika sahəsində əldə edilən naliyyətlərə 



baxmayaraq,  dünya  miqyasında  yararlı  torpaqlardan  çox  aşağı 

məhsuldarlıqla  istifadə  edilir.  Qeyd  etdiyimiz  kimi  ərzaq  problemi 

inkişaf  etməkdə  olan  ölkələrdə  özünü  daha  kəskin  şəkildə  göstərir. 

Burada  ənənəvi  səbəblərlə  bərabər  yerli,  yəni  bilavasitə  bu  ölkələrin 

tarixi  inkişafından  doğan  səbəblər  də  az  rol  oynamamışdır.  Söhbət 

ondan gedir ki, keçən əsrin ortalarında siyasi sərbəstlik olan bu ölkələr 

iqtisadi  sərbəst  ola  bilməmişlər.  Uzun  müddət  inkişaf  etmiş  ölkələrin 

təsiri  altında  qalmaq,  onlarla  qeyri-ekvivalent  əmtəə  mübadiləsində 

olmaq,  dövlətin  özünün  uyuşqanlı  iqtisadi  siyasətinin  olmaması,  etnik 

və  dini  toqquşmalar,  transmilli  korporasiyaların  fəaliyyəti,  demoqrafik 

partlayış  və  s.  bu  kimi  amillər  bu  ölkələrin  iqtisadi  vəziyyətini 

gərginləşdirmiş,  ərzaq  məsələsini  isə  böhran  səviyyəsinə  çatdırmışdır. 

Göründüyü  kimi,  dünyada  baş  verən  elmi-texniki  inqilabın 

nailiyyətlərini bu ölkələrin kənd təsərrüfatlarına çox qısa bir müddətdə  

tətbiq etmək mümkün olarsa belə, əgər "yerli" adlandırdığımız amillər 

həll  edilməzsə  ərzaq  probleminin  bu  ölkələrdə  həll  edilməsindəki 

çətinlikləri  aradan  qaldırmaq  asan  iş  olmayacaqdır.  Təbii  amilləri    su, 

münbit torpaq 

quraqlıqları və s. nəzərə  alsaq məsələnin çox mürəkkəb 

olması aydın olur. 

 

4.6.Ərzaq təhlükəsizliyi konsepsiyası 

 

Dünya  əhalisinin  aclıq  içərisində  yaşayan  və  normadan az 



qidalana bilən hissəsi həmişə olmuşdur və yuxarıda göstərdiyimiz kimi 

yenə  də  vardır.  Lakin  müasir  sivilizasiya  keçmişdən  fərqlənir.  Bu 

fərqlənmənin biri də ondan ibarətdir ki, indi dünya təşkilatları, alim və 

mütəxəssisləri  "ərzaq  təhlükəsizliyi"  konsepsiyası  irəli  sürürlər.  Bu 

konsepsiyaya  görə  dünya,  regionlar,  ölkələr  miqyasında  ərzaq 



 

 

mallarının  müəyyən  səviyyəsi  təyin  edilməli  və  nəzarətdə 

saxlanılmalıdır.  Bu  səviyyə  bütün  insanların  aktiv  və  sağlam  həyat 

keçirməsini təmin etməli, insanlar isə ərzaq mallarını əldə etmək üçün 

iqtisadi və fıziki imkanlara malik olmalıdırlar. 

Ərzaq  təhlükəsizliyi  bir  neçə    səviyyədə  nəzərdən  keçirilir  və 

təhlil edilir: а) Dünya ərzaq təhlükəsizliyi. Dünya ərzaq təhlükəsizliyi 

konsepsiyası  nəzərdə  tutur  ki,  planetimiz  vahid  bir  orqanizm  kimi 

kifayət  miqdarda  ərzaq  malları  istehsal  etməli  və  insanların  artan 

tələbatını  ödəməlidir.  Ərzaq  mallan  üzrə  dünya  ticarəti  elə  təşkil 

olunmalıdır  ki,  iddialı  ölkə  istədiyi  qədər  qida  məhsullarını  münasib 

qiymətlə  əldə  edə  bilsin.  Bunun  üçün  ərzaq  ehtiyatları  yaratmaq  və 

gözlənilməz hallar baş verdikdə ondan istifadə etmək lazımdır. 

Ərzaq  təhlükəsizliyi  günlərin  sayı  və  ortagünlük  tələbata  əsasən 

hesablanır. FAO-nun hesablamalarına görə ərzaq təhlükəsizliyini təmin 

etmək üçün tələb olunan ehtiyatın minimum səviyyəsi keçmiş məhsula 

görə  təyin  edilməli  və  dünya  istehlakı  həcminin  17%-nə  bərabər 

olmalıdır. Bu ehtiyat təxminən dünyanın iki aylıq tələbatına uyğun gəlir 

və həmişə nəzarətdə saxlanılmalıdır. Lakin 1970 və 1990-cı illərdə bu 

ehtiyatın  səviyyəsi  14%  (40  günə)  qədər  asağı  düşmüşdür  ki,  bu  da 

taxılın qiymətinin dünya bazarında xeyli yüksəlməsinə səbəb olmuşdur. 

Bütövlükdə  götürdükdə  mütəxəssislər  bu  fıkirdədilər  ki,  dünyada 

əhalinin tələbatlarını ödəyə bilən həcmdə ərzaq istehsal edilir. b) Dünya 

səviyyəsində  ərzaq  təhlükəsizliyi.  yarımsistemləri  Dünya  miqyasında 

ərzaq  probleminin  həlli  ауrı-ауrı  milli  dövlətlərin  və  regionların  bu 

məsələyə ciddi münasibət bəsləyib-bəsləməməsindən çox asılıdır. Milli 

dövlətlər,  region  və  iqtisadi  zonalar  miqyasında  ərzaq  təhlükəsizliyi 

konsepsiyasının  məqsədi  də  bu  ölkələrin  və  regionların  ərzaqla  təmin 

olunmasına  kömək  göstərməkdir.  Lakin  milli  dövlətlər  səviyyəsində 

ərzaq təhlükəsizliyini özünütəminetmə kimi başa düşmək olmaz. Burada 

ərzaq  təhlükəsizlyi  birincisi,  dövlətin  özünün  ərzaq  istehsalını  artıra 

bi

lmək  və  ikincisi,  çatışmayan  hissənin  kənardan  almağa  qadir  olmaq 



qabiliyyəti başa düşülür. Problemin təhlili zamanı "əhalinin bir nəfərinə 

düşən  ərzaq  məhsullannın  miqdarı"  və  "özünütəminetmə  əmsalı"  kimi 

mühüm göstəricilərdən istifadə edilir. 



 

 

      


Dünya 

təsərrüfatının yarımsistemləri  səviyyəsində ərzaq 

təhlükəsizliyi  insanların  ərzaqla  təmin  olunmasına  təzminat  vermir,  о 

ancaq  milli  dövlətin  və  yaxud  da  müəyyən  bir  regionıın  ərzaq  əldə 

etmək  imkanını  və  bu  imkanın  səviyyəsini  müəyyən  edir.  Məhz  bu 

imkan


ı  reallaşdırmaq  üçün  dünya  miqyasında  ərzaq  təhliikəsizliyi 

normativlərinə  həmişə  əməl  olunmalıdır.  Yəni  dünya  bazarında 

müəyyən  miqdarda  və  münasib  qiymətdə  ərzaq  mallarının  olması,  

(FAO-


nun normativlərinə görə iki aylıq ehtiyatın olması) və ancaq bu 

hal


da  lokal  səviyyədə  ərzaq  əldə  etmək  imkanı  reallaşa  bilər.      Dərc 

olunmuş məlumatların təhlili göstərir ki, inkişafda olan ölkələrin 15-20 

faizində  ərzaq  təhlükəsizliyi  çox  aşağı  səviyyədədir.  Bu  ölkələrin  də 

əksəriyyəti  Afrikada  yerləşir.  v)  Ailə  və  ev 



təsərrüfatı    səviyyəsində 

ərzaq  təhlükəsizliyi.  Aclıqla  mübarizədə    qalib  gəlmək,  yer  kürəsi 

əhalisini  ərzaqla  təmin  etmək  üçün  ərzaq    təhlükəsizliyi  konsepsiyası 

cəmiyyətin  ilk  və  əsas  həlqəsi  olan  ailəni  və  ev  təsərrüfatçılığını  da 

əhatə etməlidir. Bu  təhlükəsizlik əhalinin hər nəfərinə düşən orta gəliri 

ilə sıx bağlı olur. Aşağı  gəlirli ailələrin ərzaq təhlükəsizliyi bir qayda 

olaraq çox aşağı olur  və qiymətlərin dəyişməsi həm şəhər və həm də 

kənd  sakinlərini  aclıq  təhlükəsi  altında  qoya  bilər.  Ailələrin  ərzaq 

təhlükəsizliyi onların alıcılıq qabiliyyətləri ilə şərtləşir. Dövlətin burada 

başlıca  rolu  əhalinin  alıcılıq  qabiliyyətini  yüksəldə    bilən  tədbirlər 

həyata keçirməkdən ibarət olmalıdır. 



 

§5. QLOBAL 

URBANİZASİYA PROBLEMİ 

5.1.Urbanizasiya bəşəriyyətin qlobal poblemləri    sistemində 

 

Urbanizasiya,  çox  sadə  yanaşdıqda  cəmiyyətin  inkişafında 



şəhərlərin  rolunun  yüksəldilməsi  prosesini  ifadə  etmək  üçün  işlədilən  

latın mənşəli sözdür (urbs - şohər deməkdir). Şəhərlər sayı artdıqca və 

ölçülərinə  görə  böyüdükcə  urbanizasiya  prosesi  güclənır  və  hətta 

qarşısıalınmaz  bir  prosesi  xatırladır.  Urbanizasiyanın  sürətlə  inkişaf 

etməsi    öz  əksini  şəhərlərdə  yaşayan  insanların  xüsusi  çəkisinin 

artmasında tapır. 

Müasir  dünya  getdikcə  daha  kəskin  şəkildə  urbanizasiyalaşır. 

Əslində  kənd  yerlərində  də  şəhər  yasayış  tərzləri  sirayət  etmə 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə