AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə45/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   41   42   43   44   45   46   47   48   ...   144

 

 

vasitələrdən  (hətta  hərbi  güclərindən)  istifadə  edirlər.  Yəni  söhbət 

burada  paradoksdan  gedir:  bir  tərəfdən  beynəlxalq  ticarətə  qoşulmaq, 

digər tərəfdən isə ölkənin daxili bazarını qorumaq lazımdır. İlk baxışda 

bu bir-

birinə zidd görünür. Lakin əslində bu tam şəkildə belə deyildir. 



Korrupsiyadan  uzaq  olan,  demokratiyanı  inkişaf  etdirən  dövlətlər 

problemi  optimal  həll  etmək  imkanına  daha  çox  malik  olurlar  və 

müvəffəqiyyət əldə edirlər. Əks halda ölkənin dünya bazannda asılılığı 

güclənir.  Bu  deyilənlərin  Azərbaycan  üçün  də  əhəmiyyəti  böyükdür. 

Hazırda  respublikaımzın  iqtisadiyyatı  çox  yüksək  dərəcədə  dünya 

bazarından  asılı  vəziyyətə  düşüb.  Belə  ki,  xarici  ticarət  dövriyyəsinin 

ÜDM-

də  xüsusi  çəkisi  1997-ci  ildə  41,0%  təşkil  etmişdir.  Müqayisə 



üçün qeyd edək ki, bu göstərici Yaponiya və ABŞ kimi dövlətlərdə 15-

16% təşkil edir. 

Beynəlxalq  mübadiləni  inkişaf  etdirdikdə  hər  hansı  bir  ölkənin 

qarşısında  duran  əsas  məsələlərdən  biri  də  xarici  tıcarət  əlaqələrinin 

coğrafi  quruluşudur.  Dövlət  yaxşı  bilməlidir  hansı  dövlətlə  və  nə 

səviyyədə ticarət əlaqələrinə girməlidir ki, özünün iqtisadi təhlükəsizliyi 

qoruna  bilsin.  Dünya  ticarətinə  üçüncü  aspektdən  yanaşmaq  müasir 

dövrdə о qədər aktuallaşmışdır ki, demək olar ki, bütün ölkələr və hətta 

beynəlxalq  təşkilatlar  bu  haqda  daha  ciddi  düşünməyə  başlamışlar. 

BMT  bu  sahədə  "Beynəlxalq  iqtisadi  təhlükəsizlik"  adlı    42/165  saylı 

qətnamə  qəbul  etmişdir.  Bundan  başqa,  BMT  Baş  katibi  «Beynəlxalq 

iqtisadi  təhlükəsizlik  konsepsiyası"  adlı  məruzə  ilə  çıxış  etmişdir.  Bu 

dünya  əhəmiyyətli  sənədlərdə  iqtisadiyyatın  əsas  problemləri 

araşdırılmış,  iqtisadi  təhlükəsizliyin  beynəlxalq  və  milli  mənbələri 

təsnifləşdirilmişdir. 

İqtisadi təhlükəsizlik nisbətən yeni iqtisadi anlayışdır. Mahiyyəti 

odur 

ki,  dövlət  beynəlxalq  əlaqələri  genişləndirərkən,  iqtisadiyyatın 



açıqlıq  səviyyəsini  yüksəldərkən  həmişə  çalışmalıdır  ki,  digər 

dövlətlərdən  tam  asılı  vəziyyətə  düşməsin.  Bəs  bunun  üçün  nə  etmək 

lazımdır?  Məhz  bu  suala  müxtəlif  alimlər  müxtəlif  cavab  verirlər, 

ölkələr də buna müxtəlif cür yanaşırlar. 

1980-

ci illərdə Yaponiya kimi yüksək inkişaf etmiş sənaye ölkəsi 



bu  məsələyə  çox  ciddi  fıkir  verməyə  başladi.  Yapon  alimləri  iqtisadi 

təhlükəsizliyın  təmin  olunmasını  beynəlxalq  amillərin  ölkə 

iqtisadiyyatına  dağıdıcı  təsirlərinin  qarşısının  alınması  kimi  qəbul 



 

 

edirdilər.  Onların  fıkrincə,  baxılan  dövrdə  Yaponiyanın  iqtisadi 

təhlükəsizliyi dörd amillə: iqtisadi və enerji ehtiyatları, ərzaq məhsulları 

ilə təmin olunma və dəniz nəqliyyatının təhlükəsizliyinin səviyyəsi ilə 

müəyyənləşməli idi. 

Rus  alimi  L.Abalkının  fikrincə,  ölkənin  iqtisadi  təhlükəsizliyi 

üçün, birincisi 

iqtisadi sərbəstlik (yəni dövlətin bütün milli ehtiyat-lara 

və  istehsala  tam  nəzarəti  və  sərbəst  iqtisadi  qərar  qəbul  edə  bilməsi), 

milli  iqtisadıyyatın  dayanıqlığı  və  stabilliyin  təmin  edil-məsi;  ikincisi 

yəni milli iqtisadiyyatın bütün formalarının qorun-ması və  fəaliyyətinə 

şərait  yaradılması,  vəziyyətin  dayanıqlığını  poza  biləcəк  addımların 

qarşısının  alınması  və  üçüncüsü  iqtisa-diyyatın  inkişafetmə 

qabiliyyətinin olmasi sərtlərinin ödənilməsi lazımdır. 

Bir  sıra  digər  alimlər  isə  iqtisadi  təhlükəsizliyi  səmərəli 

iqtisadiyyat,  daxili  iqtisadi  dayanıqlıq,  iqtisadiyyatın  tarazlı  inkişafi, 

xarici  əlaqələrin  idarə  olunması  dərəcəsi,  texnoloji  yeniliklərin  tətbiq 

edilməsı imkanları ilə əlaqələndirirlər. Lakin problemin həlli yollarının 

müxtəlif  olmasına  baxmayaraq  məqsəd  birdir:  beynəlxalq  amillərdən 

yaradıcılıqla  istifadə  etmək  lazımdır.  Bunun  üçün  ilk  növbədə 

iqtisadiyyata  müsbət  təsir  göstərən  amillərin  fəaliyyəti  üçün  münasib 

şərait  yaradılmalı,  iqtisadiyyatı  digər  ölkələrdən  asılı  edən  amillərdən 

xilas  edə  bilən  və  yaxud  da  onların  təsirlərini  neytrallaşdıra  bilən 

texniki, təşkilati, iqtisadi və sosial tədbirlər işləyib hazırlamalı və həyata 

keçirilməlidir. 

İqtisadi  təhlükəsizlik  və  onun  təmin  olunması  məsələsi  hər  bir 

ayrıca götürülmüş ölkədə müxtəlif cür qoyula bilər. Burada bir sıra amil 

və şərtlər irəli sürmək olar. Lakin təcrübə göstərir ki, dövlətin yerləşdiyi 

region, onun qonşularının kim olması aparıcı və əsas şərt ola bilər. Bu 

fıkri  Azərbaycanın  yerləşdiyı  geofiziki  mövqe  və  onun  qonşularının 

maraq  dairələri  təsdiq  edir.  Qonşu  amili  kimi  Azərbaycan  həmişə 

Rusiyanı,  İranı  və  Ermənistanı  nəzərdən  qaçırmamalıdır.  Bu  üç  ölkə 

istədikləri  vaxt  orta  məxrəcə  gələ  bilərlər  və  regionda  iqtisadi 

proseslərin  gedişinə  mane  ola  bilərlər.  Belə  şəraitdə  ölkənin  iqtisadi 

təhlükəsizliyi  məsələsinə  daha  ciddi  və  bütün  incəliklərı  ilə  yanaşmaq 

lazımdır. 

 



 

 

1.5.Dünya tic

arətinin dinamikası 

 

Dünya  ticarəti  daim  inkişaf  edən  irəliyə  doğru  hərəkət  edən  bir 



prosesdır.  Onun  sürətli  inkişafına  əvvəllər  maşınlı  istehsalların 

(İngiltərə,  Hollandiya  və  b.  ölkələrdə)  meydana  gəlməsi  və  inkişaf 

etməsi  güclü  təsir  göstərirdisə,  müasir  dövrdə  dünya  ticarəti  dina-

mikasına  (inkişaf  sürətinə)  güclü  təsir  edən  amil  və  şərtlər  çoxdur  və 

toplu şəkildə əsasən aşağıdakılardan ibarətdir: 

-

beynəlxalq  əmək  bölgüsünün  inkişafı  və  istehsahn  beynəl-



miləlləşməsinin sürətlənməsi; 

-

əsas  kapitalın  yeniləşməsinə,  iqtisadiyyatın  yeni  struklurlarının 



yaradılmasına,  köhnələrin  yenidən  qurulmasına  imkan  verən  elmi-

texniki  tərəqqi  və  onun  bu  vaxta  qədər  görünməmiş  sürətliliyi  və 

şaxələnməsi; 

-

transmilli korporasiyaların dünya bazarında aktıv fəaliyyəti; 



-

beynəlxalq  ticarətin  ümumdünya  ticarət  təşkilatı  (ÜTT) 

tərəfindən hazırlanmış tədbirləri üzrə tənzimlənməsi; 

-

beynəlxalq  ticarətin  liberallaşdırılması,  bir  çox  ölkələrin  ixracı 



məhdudlaşdırmayan,  gömrük  dərəcələrıni  aşağı  salan,  sərbəst  iqtisadi 

zonaların yaradılmasını nəzərdə tutan rejimləri qəbul etmələri; 

-

regional  maneələri  aradan  qaldırmağa,  ümumi  bazarı  forma-



lasdırmağa,  azad  ticarət  zonaların  yaradılmasına  kömək  göstərməyə 

qadir olan ticarət -iqtisadi inteqrasiya proseslərinin inkişafı; 

-

keçmiş  müstəmləkə  ölkələrinin  siyasi  müstəqillik  əldə  etməsi, 



onların  arasında  iqtisadiyyatı  xarici  bazara  səmtlənmiş  "yeni  sənaye 

ölkələri" qrupunun meydana gəlməsi

-

dünya  sosialist  sisteminin  dağılması  və  MDB  ölkələrinin  bazar 



iqtisadiyyatı istiqamətində inkişafa başlamaları. 

Bütün  bu  və  digər  amil  və  şərtlərin  təsiri  altında  dünya  ticarəti 

sürətlə  inkişaf  etməkdədir.  Cədvəl  5-də  dünya  ixracının  və  ticarətinin 

artım sürəti verilmişdir. 

 

 

                               



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə