AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə43/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   39   40   41   42   43   44   45   46   ...   144

 

 

 

          



1.1.Beynəlxalq ticarətin yaranmasının  obyektiv əsası 

Əvvəllər  qeyd  etdiyimiz  kimi,  dünya  iqtisadiyyatı,  çox  sadə 

şəkildə yanaşdıqda ауrı-ауrı ölkələrin iqtisadiyyatının  toplusudur. İndi 

belə  təsəvvür  edək  ki,  bütün  ölkələr  özləri  öz  sərhədləri  daxilində 

iqtisadiyyatlarını  yaradırlar  və  heç  bir  dövlətlə  iqtisadi  münasibətdə 

olmurlar. Belə olan halda "dünya iqtisadiyyatı" məvfumu doğrudan da 

ölkələrin  iqtisadiyyatının  bəsit,  mexaniki  toplusunu  ifadə  edəcəkdir. 

İndi  məsələni  başqa  cür  qoyaq,  yəni  dövlətlərin  bir-biri  ilə  yaranmış 

iqtisadi  əlaqələrini  nəzərə  alaq.  Onda  dünya  iqtisadiyyatı  ölkələrin 

iqtisadiyyatının    mexaniki  cəmi  kimi  yox,  bürün  ölkələrin  iqtisadi 

potensialının,  beynəlxalq  və  iqtisadi  əlaqələrinin,  onlann  qarşılıqlı 

münasibətlərinin  təzahürü,  nəticəsi  və  eyni  zamanda  həm  dünya 

siviliz

asiyasının və həm də; ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi 



kimi  çıxış  edəcək.  Dünya  iqtisadiyyatının  dünyəvi  problemlərini  həll 

edə bilən,  yarım-sistemlərin iqtisadiyyatlarına təsir edə bilən bir amilə 

çevrilməsi üçün, deməli, ilk növbədə ölkələr arasında qarşılıqlı iqtisadi, 

sosial,  texniki,  siyasi  münasibətləri  inkişaf  etdirmək  lazımdır.  Bu 

münasi-

bətlərin  əsasını  beynəlxalq  ticarət  təşkil  edir.  Bunun  da  öz 



obyektiv əsasları vardır. 

 

1.2.Beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri 

Dünya iqtis

adiyyatının bütün ölkələr üçün sərfəli inkişafı bir sıra 

amil və şərtlərdən asılıdır. Onların içərisində ticarət mühüm və həlledıci 

rol oynayır. Ticarətin özünün isə iqtisadiyyata təsiri çoxşaxəlidir. Dünya 

iqtisadiyyatının bir vahid orqanizm kimi inkişaf edib genişlənməsi üçün 

ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması və sürətlənməsi tələb 

olunur.  Tarixən  bu  cür  məsələlərin  həlli  beynəlxalq  ticarətin  inkişaf 

etdirilməsi  ilə  asanlaşır.  Ticarət  dünya  təsərrüfatı  yarımsistemlərinin 

inkişafı üçün çox zəruri məsələ olan “biliklərə yiyələnmə

 



məsələsinin 

həllini  asanlaşdırır,  bilikləri  bütün  ölkələr  tərəfındən  əldə  edilə  bilən 

şəklə  "salır".  Dünya  ticarəti  ticarətdə  iştirak  edən  ölkələrin  dünya 

miqyasında yaradılmış yeni texnika, texnologiya, elmi kəşflər, qabaqcıl 




 

 

təcrübə,  intensiv  yaradılan  «Nou-hau»-larla  tanış  olmaq  imkanları  

yaradır. 

Dünya  yarımsistemlərinin  beynəlxalq  ticarətdə  iştirak  etmə 

dərəcəsi son nəticədə iki mühüm göstəricidə - idxal və ixracın həcmində 

öz  əksini  tapır.  Bu  göstəricilərin  ikisinin  də  yaxşılaşması  optimal 

nisbətdə  inkişaf  etdirilməsi,  həm  ixrac  edən  və  həm  də  idxal  edən 

dövlətlərin  iqtisadiyyatının  keyfıyyətcə  yaxşılaşmasına  şərait  yarada 

bilər. İxrac və idxal şərait yaradır ki, qabaqcıl texnika, texnologiya, iş 

üsulları və s. haqqında məlumatlar alıcılar və mal göndərənlər vasitəilə 

əldə edilsin. 

 

 



1.3.Dünya ticarətinin öyrənilməsi aspektləri 

 

Dünya  ticarəti  (beynəlxalq  ticarət)  dedikdə,  müxtəlif  ölkələr 



arasında ticarət başa düşülür. Bu cür ticarət çox qədimdən mövcuddur. 

Qul


darlıq  və    feodalizm  dövrlərində  beynəlxalq  müba-dilə  olub,  lakin 

çox  dar  cərçivədə  və  məhdud  şəkildə  natural  tə-sərrüfatdan  əmtəə-pul 

münasibətlərinə  keçilməsi  və  deməli,  kapı-talizmin  inkişafı  ilə 

beynəlxalq  ticarət  sürətlə  artmağa,  genişlən-məyə,  zənginləşməyə 

başladı və  bu proses indi də  davam cdir. 

Dünya  ticarəti  və  onun  durmadan  inkişaf  edib  zənginləşməsi 

obyektiv xarakter daşıyır. Dünya təsərrüfat sisteminin yarımsis-temləri 

bu  prosesi  müvəqqəti  ləngidə  və  yaxud  da  sürətləndirə  bilərlər. 

Məsələyə  bu  cür  yanaşmağın  dünya  iqtisadiyyatını  və  ona  təsir  edən 

amilləri dərindən başa düşmək üçün böyük əhəmiyyəti vardır. Ona görə 

ki, 

dünya 


iqtisadiyyatının 

inkişafında 

və 

səmərəliliyinin 



yüksəldilməsində  beynəlxalq  ticarət  aparıcı  amil  -rolunu  oynayır. 

Əslində  dünya  ticarəti  beynəlxalq  münasibətlərin  ən  geniş  yayılmış 

formasıdır. 

Lakin 


geniş 

yayılmasına 

baxmayaraq



 

 

onun üç aspektdə öyrənilməsi həmişə aktual olmuş və indi də çox 

aktualdır. 

Birinci aspekt 

dünya  ticarətinin  obyektiv  əsasının  və 

qanunauyğunluqlarının  öyrənilməsini  nəzərdə  tutur.  Dünya  ticarətinin 

bu  aspektdə  öyrənilməsi  demək  olar  ki,  tam  başa  çatmış  və  prosesin 

obyektiv  və  qanunauyğun  xarakterdə  olması  isbat  edil-mişdir.  Bunun 

əsasını  kapitalist  cəmiyyətinin  meydana  gəlməsi  və  bununla  əlaqədar 

olar

aq  natural  təsərrüfatçılığın  əvəzinə  əmtəə-pul  münasibətlərinin 



meydana  gəlməsi,  məhsuldar  qüvvələrın  sürətli  inkişafı,  milli 

təsərrüfatların  qapalı  çərçivə  daxilində  inkişafının  mümkün  olmaması, 

təbii  resursların  ,  yüksək  iqtisadi  fəhlə  və  qulluqçuların  ,  qabaqcıl 

təcrübənin  və  s.  bu  kimi  amil  və  şərtlərin  dünya  ölkələri  arasında 

bərabər  olmaması,  texnik  və  texnologiyaların  vahid  güclərinin  artması 

və  məhsuldarlıqlarının  çoxalması  və  bu  əsaslar  üzərində  bir  dövlətin 

tələbatlarından  artıq  məhsullar  istehsal  etməyə  qadir  olan  kütləvi 

istehsalların  meydana  gəlməsi,  beynəlxalq  ixtisaslaşmanın  və 

kooperasiyalaşmanın  sürətlə  inkişafı,  istehsalın  beynəlmiləlləşməsi  və 

qloballaşması təşkil edir. 



İkinci  aspektdə  dünya  ticarətinin  səmərəsi  və  bu  səmərəni 

meydana  gətirən  mexanizm  öyrənilir.  Bu  sahədə  tədqiqatların  əsası 

XVIII  əsrin  axırında  və  XIX  əsrin  əvvəlində  görkəmli  ingilis 

iqtisadçıları  Adam  Smit  və  David  Rikardo  tərəfindən  qoyulmuşdur. 

İqtısad elminin nəzəri və praktiki aspektlərinin əsasını qoyan A.Smit öz 

fıkir  və  mülazihələrini,  elmi  təkliflərini  1776-cı  ildə  dərc  etdirdiyi 

"Xalqların  (millətlərin)  varlı  olmasının  təbiəti  və  səbəbləri"  adlı 

kitabında  verirdi.  İqtisadi  fəaliyyətin  ixtisaslaşması  nəticəsində  əmək 

bölgüsündə  dar  çərçivədə  (ailədə  və  ailələr  arasında)  lokal  çərçivədə 

(təsərrüfatlar  arasında,  ölkə  daxilində)  və  qlobal  çərçivədə  (dünya 

miqyasında)  ciddi  fıkir  verən  iqtisadçı  alim  mütləq  üstünlük 

nəzəriyyəsini  işləyib  formalaşırdı  və  göstərdi  ki,  bütün  baxılan 

səvıyyələrdə  (ailə,  müəssisə,  dövlət  və  dövlətlərarası)  kənardan  alınan 

əşya özün hazırladığından ucuz başa gəlirsə kənardan olmağa üstünlük 

verilməlidir. Beləliklə, A.Smitin bu sahədə baxışlarının  mahiyyti belə 

idi: beynəlxalq mübadilə inkişafının əsasını istehsal xərclərinin mütləq 

səviyyəsinin  eyni  işlər  (əşyalar)  üçün  аyrı-ayrı    ölkələrdə  müxtəlif 

olmasıdır. Gətirilən 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə