1.1.Beynəlxalq ticarətin yaranmasının obyektiv əsası
Əvvəllər qeyd etdiyimiz kimi, dünya iqtisadiyyatı, çox sadə
şəkildə yanaşdıqda ауrı-ауrı ölkələrin iqtisadiyyatının toplusudur. İndi
belə təsəvvür edək ki, bütün ölkələr özləri öz sərhədləri daxilində
iqtisadiyyatlarını yaradırlar və heç bir dövlətlə iqtisadi münasibətdə
olmurlar. Belə olan halda "dünya iqtisadiyyatı" məvfumu doğrudan da
ölkələrin iqtisadiyyatının bəsit, mexaniki toplusunu ifadə edəcəkdir.
İndi məsələni başqa cür qoyaq, yəni dövlətlərin bir-biri ilə yaranmış
iqtisadi əlaqələrini nəzərə alaq. Onda dünya iqtisadiyyatı ölkələrin
iqtisadiyyatının mexaniki cəmi kimi yox, bürün ölkələrin iqtisadi
potensialının, beynəlxalq və iqtisadi əlaqələrinin, onlann qarşılıqlı
münasibətlərinin təzahürü, nəticəsi və eyni zamanda həm dünya
siviliz
asiyasının və həm də; ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi
kimi çıxış edəcək. Dünya iqtisadiyyatının dünyəvi problemlərini həll
edə bilən, yarım-sistemlərin iqtisadiyyatlarına təsir edə bilən bir amilə
çevrilməsi üçün, deməli, ilk növbədə ölkələr arasında qarşılıqlı iqtisadi,
sosial, texniki, siyasi münasibətləri inkişaf etdirmək lazımdır. Bu
münasi-
bətlərin əsasını beynəlxalq ticarət təşkil edir. Bunun da öz
obyektiv əsasları vardır.
1.2.Beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri
Dünya iqtis
adiyyatının bütün ölkələr üçün sərfəli inkişafı bir sıra
amil və şərtlərdən asılıdır. Onların içərisində ticarət mühüm və həlledıci
rol oynayır. Ticarətin özünün isə iqtisadiyyata təsiri çoxşaxəlidir. Dünya
iqtisadiyyatının bir vahid orqanizm kimi inkişaf edib genişlənməsi üçün
ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması və sürətlənməsi tələb
olunur. Tarixən bu cür məsələlərin həlli beynəlxalq ticarətin inkişaf
etdirilməsi ilə asanlaşır. Ticarət dünya təsərrüfatı yarımsistemlərinin
inkişafı üçün çox zəruri məsələ olan “biliklərə yiyələnmə
”
məsələsinin
həllini asanlaşdırır, bilikləri bütün ölkələr tərəfındən əldə edilə bilən
şəklə "salır". Dünya ticarəti ticarətdə iştirak edən ölkələrin dünya
miqyasında yaradılmış yeni texnika, texnologiya, elmi kəşflər, qabaqcıl
təcrübə, intensiv yaradılan «Nou-hau»-larla tanış olmaq imkanları
yaradır.
Dünya yarımsistemlərinin beynəlxalq ticarətdə iştirak etmə
dərəcəsi son nəticədə iki mühüm göstəricidə - idxal və ixracın həcmində
öz əksini tapır. Bu göstəricilərin ikisinin də yaxşılaşması optimal
nisbətdə inkişaf etdirilməsi, həm ixrac edən və həm də idxal edən
dövlətlərin iqtisadiyyatının keyfıyyətcə yaxşılaşmasına şərait yarada
bilər. İxrac və idxal şərait yaradır ki, qabaqcıl texnika, texnologiya, iş
üsulları və s. haqqında məlumatlar alıcılar və mal göndərənlər vasitəilə
əldə edilsin.
1.3.Dünya ticarətinin öyrənilməsi aspektləri
Dünya ticarəti (beynəlxalq ticarət) dedikdə, müxtəlif ölkələr
arasında ticarət başa düşülür. Bu cür ticarət çox qədimdən mövcuddur.
Qul
darlıq və feodalizm dövrlərində beynəlxalq müba-dilə olub, lakin
çox dar cərçivədə və məhdud şəkildə natural tə-sərrüfatdan əmtəə-pul
münasibətlərinə keçilməsi və deməli, kapı-talizmin inkişafı ilə
beynəlxalq ticarət sürətlə artmağa, genişlən-məyə, zənginləşməyə
başladı və bu proses indi də davam cdir.
Dünya ticarəti və onun durmadan inkişaf edib zənginləşməsi
obyektiv xarakter daşıyır. Dünya təsərrüfat sisteminin yarımsis-temləri
bu prosesi müvəqqəti ləngidə və yaxud da sürətləndirə bilərlər.
Məsələyə bu cür yanaşmağın dünya iqtisadiyyatını və ona təsir edən
amilləri dərindən başa düşmək üçün böyük əhəmiyyəti vardır. Ona görə
ki,
dünya
iqtisadiyyatının
inkişafında
və
səmərəliliyinin
yüksəldilməsində beynəlxalq ticarət aparıcı amil -rolunu oynayır.
Əslində dünya ticarəti beynəlxalq münasibətlərin ən geniş yayılmış
formasıdır.
Lakin
geniş
yayılmasına
baxmayaraq
onun üç aspektdə öyrənilməsi həmişə aktual olmuş və indi də çox
aktualdır.
Birinci aspekt
dünya ticarətinin obyektiv əsasının və
qanunauyğunluqlarının öyrənilməsini nəzərdə tutur. Dünya ticarətinin
bu aspektdə öyrənilməsi demək olar ki, tam başa çatmış və prosesin
obyektiv və qanunauyğun xarakterdə olması isbat edil-mişdir. Bunun
əsasını kapitalist cəmiyyətinin meydana gəlməsi və bununla əlaqədar
olar
aq natural təsərrüfatçılığın əvəzinə əmtəə-pul münasibətlərinin
meydana gəlməsi, məhsuldar qüvvələrın sürətli inkişafı, milli
təsərrüfatların qapalı çərçivə daxilində inkişafının mümkün olmaması,
təbii resursların , yüksək iqtisadi fəhlə və qulluqçuların , qabaqcıl
təcrübənin və s. bu kimi amil və şərtlərin dünya ölkələri arasında
bərabər olmaması, texnik və texnologiyaların vahid güclərinin artması
və məhsuldarlıqlarının çoxalması və bu əsaslar üzərində bir dövlətin
tələbatlarından artıq məhsullar istehsal etməyə qadir olan kütləvi
istehsalların meydana gəlməsi, beynəlxalq ixtisaslaşmanın və
kooperasiyalaşmanın sürətlə inkişafı, istehsalın beynəlmiləlləşməsi və
qloballaşması təşkil edir.
İkinci aspektdə dünya ticarətinin səmərəsi və bu səmərəni
meydana gətirən mexanizm öyrənilir. Bu sahədə tədqiqatların əsası
XVIII əsrin axırında və XIX əsrin əvvəlində görkəmli ingilis
iqtisadçıları Adam Smit və David Rikardo tərəfindən qoyulmuşdur.
İqtısad elminin nəzəri və praktiki aspektlərinin əsasını qoyan A.Smit öz
fıkir və mülazihələrini, elmi təkliflərini 1776-cı ildə dərc etdirdiyi
"Xalqların (millətlərin) varlı olmasının təbiəti və səbəbləri" adlı
kitabında verirdi. İqtisadi fəaliyyətin ixtisaslaşması nəticəsində əmək
bölgüsündə dar çərçivədə (ailədə və ailələr arasında) lokal çərçivədə
(təsərrüfatlar arasında, ölkə daxilində) və qlobal çərçivədə (dünya
miqyasında) ciddi fıkir verən iqtisadçı alim mütləq üstünlük
nəzəriyyəsini işləyib formalaşırdı və göstərdi ki, bütün baxılan
səvıyyələrdə (ailə, müəssisə, dövlət və dövlətlərarası) kənardan alınan
əşya özün hazırladığından ucuz başa gəlirsə kənardan olmağa üstünlük
verilməlidir. Beləliklə, A.Smitin bu sahədə baxışlarının mahiyyti belə
idi: beynəlxalq mübadilə inkişafının əsasını istehsal xərclərinin mütləq
səviyyəsinin eyni işlər (əşyalar) üçün аyrı-ayrı ölkələrdə müxtəlif
olmasıdır. Gətirilən
Dostları ilə paylaş: |