AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə51/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   47   48   49   50   51   52   53   54   ...   144

 

 

üstünlük  təşkil  edirlər.  Məsələn.  "beyin  axım"  inkişaf  ctmiş  Avropa 



ölkələrindən inkişaf etmiş ABŞ-a bu amillərin təsiri altında hərəkət edir. 

İnkişaf  etmiş  və  coğrafi  yaxın  olan  ölkələr  arasında  gedən  işçi 

qüvvəsi  üzrə  mübadilələr  mütərəqqilikləri  ilə  fərqlənirlər.  Məsələn 

Avropa Birliyi (AB) adlanan birliyin ölkələri arasında baş verən əmək 

mübadiləsi  buna  parlaq  misaldır.  Bir  ölkədən  digərinə  köçməyi  azad 

bazar  münasibətlərinin  obyektiv  və  ayrılmaz  hissəsi  hesab  edən  AB 

ölkələri  1989-cu  ildə  qəbul  etdikləri  "AİB  fəhlələrinin  əsas  sosial 

hüquqları xartiyası"nın birinci bölməsində göstərirlər ki, birlik ölkələri 

sakinlərinin  AB  ölkələrinə  sərbəst  keçmək  və  orada  normal  sosial 

təminat almaq hüququ vardır. Bu bir daha AB ölkələrinin sivil ölkələr 

olduğunu  təsdiq  edir  və  göstərir  ki.  AB  işci  qüvvəsinin  beynəlxalq 

miqrasiyasını  nümunəvi  idarə  edir.  AB-nin 2000-ci  ildə  qəbul  etdiyi 

yeni  inkişaf  proqramında  bu  məsələlər  daha  da  inkişaf  etdirilmişidr. 

Birliy


in  qəbul  etdiyı  inkisaf  proqramında  birlik  ölkələrinin  sürətli 

inkişafı  və  2005-ci  ilə  qədər  20  milyon  yeni  iş  yerlərinin  yaradılması 

nəzərdə  tutulıır.  ABİ  ölkələrində  işci  qüvvəsinin  beynəlxalq 

miqrasiyasında  baş  verən  müsbət  dəyışikliklər  birliyə  daxil  olan 

ölkələrin  bərabərliyinin  qorunması  prinisipinə  hamılıqla  əməl 

olunmasıdır.  Beləliklə  də  AB  ölkələrınin  qəbul  etdiyi  sənədlər  vahid 

iqtisadi zonanın yaradılmasını nəzərdə tutur və dünyada demək olar ki, 

ilk dəfə olaraq sosial müdafiə tədbirləri ilə zəngindir və iş qüvvəsinin 

ölkələrarası hərəkətini təbii proses kimi istiqamətləndirir. İş qüvvəsinin 

bu  cür  miqrasiyası,  əlbəttə  ki,  dünya  iqtisadiyyatına  müsbət  təsir 

göstərir  və  dünyanın  digər  regionları  və  xüsusən  Qafqaz  üçün  yaxşi 

nümunədir.  Hələlik  isə  sosial  yönümlü  siyasət  həyata  keçirməyən 

Rusiyanın  və  Qafqazda  dostluq  və  əmin-amanlığa  mane  olan 

Ermənistan və İran kimi dövlətlərin təqsiri üzündən bizim regionda bu 

cü şərait yaranmamışdır. 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  inkişaf  etməkdə  olan 

ölkələr  arasında  da  baş  verir.  Məlum  olduğu  kimi  Latin  Amerikası, 

Cənubı  Afrika,  Yaxın  Şərq  və  Cənub-Şərqi  Asiya  ölkələrində  1950-

1970-

ci  illər  ərzində  sənayenin  inkişafında  müəyyən  müsbət  nəticələr 



əldə  edilmişdir.  Birinci  olaraq  işçi  qüvvəsini  özünə  cəlb  edən  ölkə 

Cənubi  Afrika  idi.  ABŞ  və  Qərbi  Avropadan  bu  ölkələrə  yol  tapan 

beynəlxalq  kompaniyalar  işçi  qüvvəsinə  tələbatı  artırdı  və  region  işçi 



 

 

qüvvəsini  qəbul  edən  status  aldı.  Sonralar  inkişaf  edən  regionlar 



arasında Cənubi Amerika ölkələri və xüsusən də Argentina, Venesuela 

və  Meksika  işçi  qüvvəsini  idxal  edən  ölkələrə  çevrilirdilər.  Bura  iş 

dalınca  gələn  insanlar  kontingenti  əsasən  çox  zəif  inkişaf  emiş 

ölkələrdən olan fəhlələr idi. 

Miqrasiya  selinin  təbii  resurslarla  zəngin  olan  regionlara 

istiqamətlənməsi  halları  bu  regionun  resurslarından  kütləvi  istifadə 

edilməsi  vaxtlarında  başlanır.  Bu  səbəblərdən  Yaxın  Şərq  1970-ci 

illərdə  fərqləndi.  Artıq  onilliyin  axırıya  Səudiyyə  Ərəbistanında, 

Küveytdə, Omanda, BƏƏ-də 3 milyondan da çox emiqrant çalışırdı. İşçi 

qüvvəsinin  bu  regiona  axınının  səbəbi  neft  resurslarından  istifadə 

edilməsi idi. Xarici fəhlələr bura nəinki yaxın qonşu ərəb ölkələrindən, 

hətta  Hindistandan,  Pakistandan,  Cənubi  Koreyadan  gəlirdi.  1970-ci 

illərdən  sənaye  cəhətdən  inkişaf  etməyə  başlayan  Cənubi-Şərqi  Asiya 

regionu  da  sonralar  xariciləri  özünə  cəlb  edən  regiona  çevrildi.  Əmək 

resurslarının  beynəlxalq  miqrasiyasının  bu  səbəbdən  baş  verib 

güclənməsində xarici kompaniyaların rolu böyük idi. Əslində bu nəhəng 

regionun 

sənaye 


cəhətdən 

inkişaf 


etməsində, 

istehsalın 

beynəlmiləlləşməsində,  miqrasiyanın 

güclənməsində  Amerika, 

Yaponiya,  Avstraliya,  Cənubi  Koreya,  Tayvan  mənşəli  TMK-lar  fəal 

iştirak ctmişlər. 

 

 

        



3.2.Beynəlxalq miqrasiyanın strukturu 

 

Əsas  məsələlərdən  biri  əmək  resurslarının  beynəlxalq 



miqrasiyasının  strukturudur.Tədqiqatçılar  miqrantların  yaşına,  cinsinə, 

peşəsinə,  əmək  haqqı  səviyyəsinə  və  s.  görə  strukturunu  öyrənirlər. 

Ümumiyyətlə  götürdükdə,  inkişafda  olan  ölkələrə    gedənlər  aşağı 

ixtisaslı və yaxud da heç bir ixtisası olmayan fəhlələr olurlar və inkişaf 

etmiş  ölkələr  bundan  istifadə  edib  onları  nisbətən  az  maaşlı  işlərdə 

istifadə edirlər. Lakin xüsusi hallar da olur. Məsələn, ABŞ, AB ölkələri 

dünyanın  bütün  ölkələrindən  yüksək  biliyə  malik  mütəxəssisləri  öz 

ölkələrində qəbul etməyə, onlara yüksək əmək haqqı verməyə  həmişə  




 

 

meyilli olmuşlar. Bu hal iqtisadi ədəbiyyatlarda "Beyin axını" kimi ad 



qazanmışdır. 

Müasir dövrdə yüksək inkişaf etmiş ölkələrdən zəif inkişaf etmiş 

ölkələrə  işçi  qüvvəsinin  miqrasiyası  müşahidə  olunur.  Buradakı 

miqrantların  tərkibində  yüksək  ixtisaslı  mütəxəssislər  üstünlük  təşkil 

edir. Belə proses həm iqtisadi amillərlə-yüksək əmək haqqı ilə və məişət 

amilləri ilə baş verir (bəzi inkişaf etməkdə olan ölkələrdə və xüsusən də 

ərəb ölkələrində müəllimlərə, mühəndislərə, layihəçilərə, təimatçılara və 

s. bu ki


mi mütəxəssislərə kifayət qədər yüksək əmək haqqı verilir). 

 

3.3.Miqrasiyanın motivləri 

 

Bu  gün  dünyada  nə  qədər  miqrant  var?  Bu  sualın  cavabı 



mübahisəlidir. Lakin о da tam aydındır ki, onların sayı 10 milyonlarla 

hesablanır  və  illər  ötdükcə  artır.  Miqrasiyanı  doğuran  səbəblər  də  

müxtəlifləşib.  Əvvəllər  əsas  motiv  iqtisadi  motiv  idi.  Hazırda  ölkəni 

tərketmə  səbəblərinə  siyasi,  etnik,  mədəni,  ailə  və  diger  motivlər  də 

əlavə olunub. Ona  görə  də iqtisadi ədəbiyyatlarda tez-tez işlənən "işçi 

qüvvəsinin  beynəlxalq  miqrasiyası"  termini  prosesin  mahiyyətini 

düzgün  açmır,  prosesi  daha  düzgün  ifadə  edən  “Əhalinin  beynəlxalq 

miqrasiyasi"  terminindən  istifadə  edilməyə  başlanmışdır.  Əlbəttə, 

burada  söhbət  sadəcə  olaraq  sözlərin  yerini  dəyişməkdən,  yeni  ifadə 

söyləməkdən  getmir,  dünyada  gedən  mütərəqqi  bir  prosesin 

başlanğıcmdan  gedir:  insan  azad  surətdə  özünə  məskun  seçmək 

hiiququnu əldə etməyə başlayır.Onu da qeyd edək ki, bu proses hələlik 

Avropa Birliyi məkanında daha  yaxşı gedir. Görünür gələcəkdə çoxda 

yaxşı təsir bağışlamayan "miqrasiуа" sözü  daha məzmunlu səslənəcək 

və  insanlar  bir  ölkədən  digərinə  işsiz,  qaçqın,  təhqir  olunmuş  sifətilə 

yox,  sadəcə  olaraq  havasını,  yaşayış  şəraitini  yaxşılaşdırmaq,  maddi 

tələbatlarından çox mənəvi tələbatlarını ödəmək üçün hərəkət edəcəklər. 

 

 



3.4.Beynəlxalq miqrasiyanın  kateqoriyaları 

 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə